Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə17/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

 

34

deyilir. Burada sentriollar və yaxşı inkişaf etmiş lövhəli kompleks yerləşir. Sitoplazmaların kəskin bazofil 



xüsusiyyətə malikdir ki, bu da orada çoxlu miqdar RNT-nin toplanması ilə  əlaqədardır. Onun periferik 

hissəsində çoxlu kiçik vakuollar olur. Sitoplazmada habelə qlikozaminoqlikanlar müəyyən edilir.  

Elektron mikroskopu plazmatik hüceyrələrdə az miqdar kürəşəkilli mitoxondrilər, çoxlu ribosomlar 

və dənələrlə zəngin sitoplazmatik tor aşkar etmişdir. Bəzi plazmatik hüceyrələrdə dənəli sitoplazmatik tor 

paralel yerləşən zarlardan və onların arasında yarıqşəkilli sahələrdən ibarətdir. Bunlar yetişmiş formalı 

hüceyrələrdir. Cavan plazmatik hüceyrələrdə sitoplazmatik tor yaxşı inkişaf edib, mənfəzi qovuqşəkilli 

geniş sahələrdir. Bu sahələrdə zülallar toplanır.  

Plazmatik hüceyrələrə sümük iliyində, limfa düyünlərində, mədə-bağırsağın selikli qişasının xüsusi 

qatında, piylikdə, süd, ağız suyu və digər vəzilərin ara birləşdirici toxumasında və s. təsadüf olunur. 

İltihab zamanı bu hüceyrələrin miqdarı artır. Plazmatik hüceyrələrin orqanizimdə əhəmiyyətli rolu vardır. 

Onlar əkscisimlərin və qan plazması qlobulinlərinin əmələ gəlməsində iştirak edir.  

Piy hüceyrələri (lipocyti

Piy hüceyrələri kövşək birləşdirici toxuma hüceyrələrinə aid olub, sitoplazmalarında ehtiyat halında 

piy toplamaq qabiliyyətinə malikdir. Qeyd etmək lazımdır ki, bu toxumanın bəzi digər hüceyrələrində də, 

məs.: makrofaqların, fibroblastların sitoplazmasında piy əlavələrinə  təsadüf olunur, lakin bu hüceyrələr 

piyi ehtiyat şəklində toplaya bilmir və  həmin  əlavələri  ətraf mühitdən udaraq sitoplazmada həzm edir, 

belə hüceyrələrə piy hüceyrələri deyil, lipofaqlar deyilir.  

Piy hüceyrələri adətən kürə  şəklində olur, sitoplazmalarında piy çoxaldıqca onlar böyüyür, bəzən 

diametrləri 100-120 mikrona çatır. Belə hüceyrələrdə piy kürə  şəklində hüceyrənin bütün mərkəzi 

hissəsini tutur, sitoplazma nazik qişa kimi onu əhatə edir və yalnız nüvə yerləşən hissəsi bir qədər qalın 

olur [1, s. 114, şək.13.3 və 13.4]. Orqanellərdən az miqdarda çöp,və ya sapşəkilli mitoxondrilərə təsadüf 

olunur, bunlar nüvə yaxınlığında yerləşir, sitoplazmatik tor, Holci kompleksi reduksiyaya uğramışdır. 

Nüvə yastılaşaraq mərciyə bənzəyir.  

Cavan piy hüceyrələrində piy yığıntıları çox ola bilər, ayrı-ayrı çox vaxt 2-5 kiçik damlalar şəklində 

sitoplazmanın müxtəlif yerlərində görünür. Piy başlıca olaraq neytral yağlardan ibarətdir, orada habelə 

xolesterin, fosfolipidlər, yağ turşuları, fermentlərdən qələvi fosfotaza, esteraza və s. olur. Lipidlər sudan 

boyaqları ilə  qırmızı-narıncı  rəngə  və osmium turşusu ilə qara rəngə boyanır. Orqanizmin müxtəlif 

fizioloji halından və xüsusilə qidalanmadan asılı olaraq piy hüceyrələrinin sayı və piy yığıntısının miqdarı 

dəyişir, yəni orqanizm uzun müddət pis qidalandıqda, ac qaldıqda bu hüceyrələr azalır, piyin çox hissəsi 

aradan çıxır. Belə hüceyrələrdə mitoxondrilər artır. Piy hüceyrələri birləşdirici toxumada bir qayda olaraq, 

mezenximdən, kötük hüceyrələrdən inkişaf edir. Piy hüceyrələri, adətən qruplarla və nadir hallarda tək-

tək yerləşir, qan damarları  ətrafında toplanır. Bu hüceyrələr toplandıqda toxumanın digər hüceyrələri 

aradan çıxır və nəticədə piy toxuması əmələ gəlir.  

 

Piqmentli hüceyrələr (pigmentocyti

 

Stoplazmasında tünd rəngli piqment maddələri (melanin) toplanan hüceyrələrə piqmentli hüceyrələr 

deyilir. İnsanda və digər məməlilərdə piqment sitoplazmada kiçik dənələr və ya çöplər şəklində toplanır. 

Piqmentli hüceyrələr adətən müxtəlif formalı  qısa çıxıntılara malik uzunsov hüceyrələrdir. Belə 

hüceyrələr insanda çox vaxt dərinin müəyyən yerlərində - anus ətrafında, xayalıqda, süd vəzisi məməciyi 

ətrafında və s., habelə çoxlu miqdarda göz almasının damarlı  və qüzehli qişasında təsadüf olunur. 

Piqmentin harada əmələ gəlməsi hələ mübahisəlidir. Ehtimal edirlər ki, bir çox piqmentli hüceyrələr məs.: 

əsl dərinin səthi qatında olanlar faqositlərdir və piqment maddəsini epiteldən udur. Bunlara dermal 

xromatoforlar və ya melanoforlar deyilir. Bəzi hüceyrələr isə, məs.: epidermisin piqmentli hüceyrələri 

piqment maddəsini özləri hasil edir və melanoblastlar adlanır. Belə hüceyrələr damarlı qişada çox olur.  

 

Endotel hüceyrələr (endothliocyti

 

Endotel hüceyrələr qan və limfa damarlarının və ürək kameralarının daxili səthini bütöv bir qat kimi 

örtür. Bunlar yastı hüceyrələr olub, epitelə çox oxşayır və damarlar boyu istiqamətdə uzanır. Endotel 

hüceyrələr epitel hüceyrələri kimi əsas zar üzərində yerləşərək polyarlıq (qütblük) xasiyyətlərinə 

malikdir. Bunları  nəzərə alaraq bəzi müəlliflər endoteli epitelin xüsusi növü hesab edirlər. Digər 

müəlliflər endotelin müstəqilliyini qəbul edərək ona epitellə birləşdirici toxuma arasında keçid forma 




 

35

kimi baxırlar.  Əslində isə endotel mezenximdən inkişaf edib. Endotel hüceyrələrinin kənarları hamar 



deyil, girintili-çıxıntılı olur və onlar bir-birinə sıx təmas edir. Bir, iki, nadir hallarda isə üç nüvəyə malik 

olur. Elektron mikroskopu ilə endotel hüceyrələrinin sitoplazmasında müxtəlif orqanellər müəyyən edilir, 

lakin onlar zəif nəzərə çarpır [1, s. 120, şək.14.3]. Sitoplazmada vakuollar, pinositoz qovuqcuqlar və 

bəzilərində isə nazik saplar (filamentlər) aşkar edilmişdir. Hüceyrələrin bir-birinə üç növ təmas etdiyi 

müəyyənləşdirilmişdir; bunlar ya desmosomlarla birləşir, ya qıfıl tipli birləşmə  əmələ  gətirir, ya da 

kənarları ilə bir-birinin üzərində oturur. Hüceyrə qişasının sərbəst səthində mikroxovcuqlar müəyyən 

edilmişdir.  

Bəzi yerlərdə, məsələn, böyrək yumaqcığı kapilyarlarında, endotel hüceyrələrinin sitoplazmasında 

diametri təxminən 0,1 mikrona çatan çoxlu kiçik dəliklər müəyyən edilir. Bunlara pəncərəli endotel 

hüceyrələri deyilir.  

Nüvə adətən, hüceyrənin mərkəzi hissəsini tutur və bu nahiyə nisbətən qalın olur, bir neçə mikrona 

çatır. Hüceyrənin periferik hissəsi əksinə, çox nazik olub 20-80 nm-ə bərabərdir. Endotel hüceyrələri isə 

mitoz və amitoz üsulu ilə çoxalır. Bunlar yüksək regenerasiya qabiliyyətinə malikdir.  

Endotel hüceyrələri bütöv qat əmələ  gətirlməklə qan ilə  ətraf toxuma arasında bioloji baryer 

vəzifəsini görür və mübadilə prosesində  fəal iştirak edir. Bəzi orqanların kapilyarlarında endotel 

hüceyrələri faqositoz rolunu ifa edir, məsələn, qaraciyər paycıqlarındakı ulduzabənzər (Kupfer) 

hüceyrələr. 

 

HÜCEYRƏARASI MADDƏ (SUBSTANTİA İNTERCELLUARİS

 

Birləşdirici toxumada hüceyrələrin arasındakı sahəni tutan canlı maddəyə hüceyrəarası maddə 



deyilir. Ara maddə struktursuz amorf ya əsas maddədən və lifli, ya fibrilyar strukturlardan habelə toxuma 

mayesindən ibarətdir. Lifli strukturlara retikulyar, kollagen və elastikli liflər aiddir. 

 

Əsas maddə (Substantia fundamentalis

 

Əsas maddə kövşək birləşdirici toxumanın mühüm komponenti olub, çox vaxt həliməbənzər 

konsistensiyaya malikdir, zəif rənglənir. Bu maddənin  ən vacib kimyəvi komponenti 

qlikozaminqlikanlardır: buraya uzunzəncirli hialuron turşusu və sulfatlaşmış qlikozaminqlikanlar 

(xondroitinsulfat turşuları) aiddirlər. Qlikozaminqlikanlar adətən zülallarla kompleks – proteoqlikanları 

əmələ gətiirlər. Bu maddələr kövşək toxumada fibroblastlar tərəfindən sintez olunurlar. Amorf maddənin 

tərkibində həmcinin : 

– qlikoproteinlər ((oliqosaxaridlərlə zülal kompleksləri)-fibroblastlar tərəfindən sintez olunurlar)) 

– qanın plazmasından keçmiş olan albuminlər, qlobulinlər; 

digər metabolitlər

– qeyri üzvi ionlar ola bilir. 

Proteoqlikanlar əsas maddənin tərkibinə daxil olan su ilə rabitədədir. Bunlardan əlavə əsas maddədə 

həmişə müəyyən qədər qandan alınmış və qana, habelə limfaya keçməli olan xüsusi maddələr olur. Qeyd 

olunan maddələr mübadilə prosesinin şiddətindən asılı olaraq geniş miqyasda dəyişir.  

Qlikozaminqlikanlara çox mühüm kimyəvi birləşmə hialuron turşusu, A, B və C tipli xondroitin – 

sulfat turşuları aiddir. Burada az miqdarda heparin də olur. Göstərilən kimyəvi birləşmələr başlıca olaraq 

fibroblastların, tosqun hüceyrələrin, qismən histiositlərin və endotel hüceyrələrin məhsuludur.  Əsas 

maddənin konsistensiyası və morfofunksional xüsusiyyətləri bu maddələrdən və onlarla zülalların əmələ 

gətirdiyi birləşmələrdən asılıdır.  Əsas maddənin həlməşiyəbənzər konsistensiyası bu toxumada 

molekulların , hətta hüceyrələrin yerdəyişməsi üçün imkan yaradır. Qlikozaminqlikanların polimerləşmə 

dərəcəsi  əsas maddənin fiziki-kimyəvi xassəsini və  hər  şeydən  əvvəl onun yapışqanlılığını  təmin edir. 

Sonuncu, toxumanın turqoru və qida maddələrinin diffuziyası üçün olduqca vacibdir. 

Əsas maddənin fiziki və kimyəvi halı  və onun quruluş prinsipi müxtəlif amillərdən asılıdır. Bu 

baxımdan hialuronidaza fermentinin mühüm rolu vardır; həmin fermentin təsirindən  əsas maddə 

depolimerləşir, onun yapışqanlılığı azalır, əksinə keçiricilik qabiliyyəti artır və nəticədə o, fizioloji baryer 

xassəsini itirir. Əsas maddənin jelatinliyi askorbin turşusu ilə əlaqədardır. Belə ki, bu turşu (C vitamini) 

çatışmadıqda  əsas maddə suda həll olmaq qabiliyyətini  əldə edir və keçiriciliyi artır.  Əsas amorf 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə