Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

 

30

olan limfoblastlar artaraq, əvvəlcə böyük və orta limfositləri, bunlar da artaraq nəhayət, kiçik limfositləri 



əmələ gətirir. Beləliklə limfopoez aşağıdakı mərhələlərdən ibarətdir: 

 

limfoblast (hemositoblast)→böyük limfosit→orta limfosit→kiçik limfosit 

 

Limfoid sırasından olan qan hüceyrələri, yəni başlıca olaraq limfositləri  əmələ  gətirən 



hemositoblastlara, bəzən limfoblastlar da deyilir. Bəzi müəlliflər limfoblastların digər qan hüceyrələrini 

əmələ gətirən hemositoblastlardan fərqli olduğunu göstərir. Beləliklə, limfoblastlar cavan limfositlər olub 

nisbətən böyük ölçülərə malikdir. Hemositoblastlarla müqayisədə limfoblastların nüvəsinin quruluşunda, 

mitoxondrilərdə və s. cüzi fərq müşahidə olunur. Gələcəkdə limfoblastlardan kiçik limfositlər inkişaf edir. 

Böyük və orta limfositlər daha fəal metabolik qabiliyyətə malikdir, bunlar eyni zamanda proqressiv 

dəyişikliklərə qadirdir. Bəzi kiçik limfositlər, qanyaradıcı orqanlardan və qan damarlarından çıxaraq 

birləşdirici toxuma hüceyrələrinə və qanın digər formalı elementlərinə çevrilə bilir. Sütun hüceyrələrinin 

kiçik limfositlərdən əmələ gəldiyi ehtimal olunur.  



Monositopoez, ya monositlərin inkişafı, ümumi hemopoezin, daha doğrusu aqranulositopoezin bir 

növüdür. Monositlərə bütün qanyaradıcı orqanlarda təsadüf olunur, lakin dəqiq olaraq onların harada və 

hansı ilk hüceyrələrdən inkişaf etmesi haqqında mübahisə hələ də davam edir. Unitar nəzəriyyəyə görə 

monositlər sütun hüceyrələrdən inkişaf edir və bu proses ehtimal ki, dalaqda, sümük iliyində  və s. 

yerlərdə gedir. 

ƏSL BİRLƏŞDİRİCİ TOXUMALAR 

(TEXTUS CONJUNCTİVUS SENSUSTRİCTO

 

Birləşdirici toxumanın digər növləri (qığırdaq və sümük toxumalrı) kimi əsl birləşdirici toxuma da 



hüceyrələrdən və yüksək inkişaf dərəcəsinə çatmış hüceyrəarası maddədən ibarətdir. Bununla yanaşı əsl 

birləşdirici toxumanın özünəməxsus morfoloji və funksional xüsusiyyətləri vardır. Bu toxuma 

orqanizmdə geniş yayılmışdır, demək olar ki, bütün orqanların tərkibinə daxildir. Lakin orqanizmin 

müxtəlif yerlərində  və ayrı-ayrı orqanlarda əsl birləşdirici toxuma quruluş xüsusiyyətləri və daşıdığı 

vəzifə cəhətdən fərqlənir.  

Birləşdirici toxumalar hüceyrəvi elementlərlə zənginliyindən, ara maddənin inkişaf dərəcəsindən və 

fiziki-kimyəvi xassələrindən asılı olaraq müxtəlif vəzifələr daşıyır. Hər  şeydən  əvvəl bu toxuma trofik 

vəzifə daşıyır, belə ki, o bütün toxuma hüceyrələrinin qidalanması üçün əlverişli  şərait yaradır.  Əsl 

birləşdirici toxuma eyni zamanda orqanların  əksəriyyətinin istinadını (stromasını) təşkil edir, onların 

quruluş hissələrini bir-biri ilə birləşdirir və bunula da həmin orqanlar üçün mexaniki vəzifə icra edir. Bu 

toxuma, habelə mühafizə funksiyası yerinə yetirir ki, bu da onun hüceyrəvi elementlərinin faqositoz 

qabiliyyətinə malik olmasından və immun cisimciklər yaratmasından asılıdır. Yaraların sağalması, 

zədələnmələrin bərpası (regenerasiyası) da həmin toxumanın fəal iştirakı ilə gedir, bu isə onun plastik 

funksiyasını göstərir. Nəhayət  əsl birləşdirici toxuma qanyaradıcı orqanlarını stromasını  təşkil edərək, 

qanyaratma funksiyasında bilavasitə iştirak edir.  

Təbii ki, belə geniş  və qarışıq vəzifələr ifa edən  əsl birləşdirici toxumanın quruluşu da çox 

müxtəlifdir. Buna görə  də  əsl birləşdirici toxuma xüsusi növlərə  təsnif olunur. Bu təsnifatın  əsasında 

başlıca olaraq həmin toxumanın morfoloji xüsusiyyətləri durur, lakin bununla yanaşı toxumanın vəzifəsi 

də nəzərə alınır. Əsl birləşdirici toxumalar əsasən iki qrupa bölünür: lifli birləşdirici toxuma və spesifik 

xassəli birləşdirici toxumalar. Lifli birləşdirici toxuma öz növbəsində kövşək və  sıx lifli birləşdirici 

toxumalara bölünür. Kövşək birləşdirici toxuma həmişə formalaşmayan  şəkildə olduğu halda, sıx 

birləşdirici toxuma həm formalaşmayan həm də formalaşan quruluşa malikdir. Əsl birləşdirici toxumanın 

növləri aşağıdakı sxemdə aydın əks olunur.  

 

KÖVŞƏK LİFLİ FORMALAŞMAMIŞ BİRLƏŞDIRICI TOXUMA  



(TEXTUS CONJUNCTIVUS FIBROSUS LAXUS

 

Kövşək birləşdirici toxuma orqanizmdə  ən geniş yayılmış birləşdirici toxuma növüdür, o, demək 



olar ki, bütün orqanların tərkibinə daxildir, adətən qan damarlarını hətta kapillyara qədər müşayiət edir. 

Beləliklə, kövşək birləşdirici toxuma orqanların daxili mühitini təşkil edərək, qida maddələrini həmin 




 

31

orqanın quruluş elementlərinə və əksinə, sonunculardan müxtəlif metabolitləri qan və limfa kapilyarlarına 



keçirir. 

Kövşək birləşdirici toxuma müxtəlif quruluşa və  vəzifəyə malik çoxlu miqdar hüceyrəvi 

elementlərdən və hüceyrəarası maddən ibarətdir. Hüceyrəarası maddəni müxtəlif istiqamətli kövşək 

yerləşən liflər və  əsas amorf maddə  təşkil edir [1, s. 103, şək. 12.1]. Orqanın daşıdığı  vəzifədən asılı 

olaraq bu toxumanın hüceyrəvi elementləri və ara maddəsi miqdarca bu və ya digər istiqamətdə dəyişə 

bilər. Bəzən ayrı-ayrı orqanların kövşək birləşdirici toxuması xeyli spesifiklik əldə edir. Məs.: əsl dərinin 

məməcikli qatını təşkil edən kövşək birləşdirici toxuma ilə borulu orqanların selikli qişasının xüsusi qatını 

təşkil edən eyniadlı toxuma arasında nəzərə çarpan fərq müəyyən edilir. Belə spesifikliyi digər orqanlarda 

da görmək olar.  

Kövşək birləşdirici toxumanın hüceyrəvi elementləri (desmocyti

 

Qeyd olunduğu kimi birləşdirici toxumanın hüceyrəvi elementləri çox müxtəlifdir. Onların 



tərkibində fibroblastlar, az diferensiasiya etmiş (kambial) hüceyrələr, makrofaqlar (o cümlədən 

histiositlər), tosqun hüceyrələr, plazmatik hüceyrələr, piy hüceyrələri, piqmentli hüceyrələr, retikulyar 

hüceyrələr və endotel hüceyrələr daxildir [1, s. 87, şək. 11.2]. Bunlardan əlavə birləşdirici toxumada 

həmişə bu və ya digər miqdarda köçəri xarakterli qan hüceyrələri – leykositlər olur. Leykositlər insanın 

kövşək lifli birləşdirici toxuması üçün az xarakterikdir, plazmatik hüceyrələr isə çox vaxt infeksiyalar 

zamanı müşahidə edilir. Birləşdirici toxumanın hüceyrə  tərkibi yaşdan asılı olaraq dəyişir. Hüceyrəvi 

elementlərin tərkibinə və miqdarına, habelə toxumanın morfoloji və funksional halı təsir edir. Nəhayət, 

birləşdirici toxumanın hüceyrəvi elementləri sabit deyil, belə ki, onlar müxtəlif inkişaf səviyyəsində olur 

və daim təzələnir. 

Kövşək birləşdirici toxumada leykositlərin təsadüf olunması  həmin toxumanın qanla sıx rabitədə 

olduğunu bir daha sübut edir. Leykositlərdən burada çox vaxt limfositlərə və neytrofillərə təsadüf olunur. 

İnsanda bəzi yerlərdə (süd vəzilərində, ağ ciyərlərdə, piylikdə və s.) hətta xeyli eozonofillərə rast gəlmək 

olur. Digər yerlərin kövşək birləşdirici toxumasında isə eozonofillər nadir hallarda görünür. Ona görə 

burada kövşək birləşdirici toxumanın hüceyrələrindən fibroblastlar, az diferensiasiya etmiş hüceyrələr

makrofaqlar, tosqun hüceyrələr, plazmatik hüceyrələr, piy piqmentli və endotel hüceyrələri təsvir edilir. 

 

FİBROBLASTLAR 

 

Fibroblastlar insanda və  məməlilərdə birləşdirici toxumanın  ən çox təsadüf olunan hüceyrə 



formalarıdır. Fibroblastların birləşdirici toxuma üçün çox böyük əhəmiyyəti vardır, belə ki, onlar 

toxumanın hüceyrəarası maddəsinin, daha doğrusu kollagen liflərin və əsas maddənin əmələ gəlməsində 

bilavasitə iştirak edir. Fibroblast (latınca fibra – “lif” və yunanca blastos – “maya”) termini də buradan 

alınmışdır. Ehtimal edirlər ki, fibroblastlar qlikozaminoqlikanlar, bəzi fermentlər ifraz edir. Bunlar da 

hüceyrəarası madənin tərkibinə daxilidir, yaralar sağalarkən çapıq toxumasının əmələ gəlməsində, habelə 

yad cisimlər ətrafında kapsulun yaranmasında mühüm rol oynayır. 

Fibroblastlar adi kəsiklərdə çox vaxt uzunsov şəkilli hüceyrələrdir. Bunlar hüdudsuz olaraq əsas 

maddəyə keçir və ona görə də onların hüdudunu müəyyən etmək çox çətindir [1, s. 111, şək. 12.14]. İşıq 

mikroskopunda fibroblastların sitoplazması zəif bazofil boyanır, nüvələri adətən aydın görünür, iri olur, 

ellipsə  bənzəyir, içərisində çox vaxt 1-2 nüvəcik olur. İncə xromatin dənələri nüvədə  bərabər paylanır. 

Dəmirli hematoksilində boyanmış pərdəşəkilli preparatlarda fibroblastlar çıxıntılı olur və sitoplazmasında 

iki məntəqə  nəzərə çarpır: bilavasitə nüvəni  əhatə edən endoplazma və periferik hissə ektoplazma. 

Endoplazma adətən dənəli quruluşa malik olur və tünd boyanır, ektoplazma isə homogen olub, çox pis 

boyanır, içərisində iri vakuollar görünür. Diplazmatik quruluşa malik fibroblastlarla yanaşı daha cavan 

monoplazmatik (ancaq endoplazmaya malik) formalı hüceyrələrə  də  təsadüf olunur. Endoplazmada 

hüceyrə  mərkəzi, Holci kompleksi, mitoxondrilər, açıq rəngli vakuollar və  dənələr aşkar edilir. 

Endoplazmada bazofilliyin artıqlığı orada RNT-nin toplanması ilə  əlaqədardır. Dənələrdə 

qlikozaminoqlikanlar, sadə zülallar, qələvi fosfataza və s. müəyyən eilmişdir. Qeyd etmək lazımdır ki, 

son illərin tədqiqatı, xüsusilə elektron mikroskopu ilə aparılan tədqiqatlar, sitoplazmanın iki məntəqədən 

ibarət olduğunu göstərmir.  




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə