Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

 

22

Neytrofillərin sitoplazması  zəif oksifildir, orada kiçik dənəciklər aşkar edilir, Romanovski-Gimza 



metodu ilə boyama zamanı bu dənələr çəhrayı-bənövşəyi rəng alır. Sitoplazmanın səthi-periferik hissəsi 

qatı homogendir, dənələr yoxdur, burada nazik filamentlər yerləşirlər. Bu qat neytrofillərin amöbvari 

hərəkətində, psevdopadilərin  yaranmasında  əsas rol oynayır. Qeyd edildiyi kimi, leykositlər öz 

funksiyalarını yerinə yetrmək üçün iltihab ocağına və ya zədələnmiş toxumalara miqrasiya edirlər. 

Strukturuna və kimyəvi tərkibinə görə neytrofıl leykositlərin sitoplazmasındakı qranullar 2 tipə ayrılır: 

azurofil qranullar və neytrofil qranullar. Azurofil qranullar neytrofıllərin diferensiasiya prosesində daha 

əvvəl yaranır, onlara birincili  qranullar da deyirlər. Onların tərkibində lizosomlar üçün xarakter 

hidrolitik fermentlərin aşkar olunması sübut edir ki, bu qranullar əslində birincili lizosomların bir 

formasıdır. 

Spesifık neytrofıl dənələr isə neytrofıllərin inkişaf prosesində sonradan yaranırlar və onlar ikincili 



qranullar da adlanır. Onların miqdarı hüceyrənin diferensiasiya prosesində artır. Kimyəvi tərkibcə bu 

qranullarda antibakterial aktivliyə malik maddələr (lizosim, laktoferrin) aşkar olunmuşdur. Neytrofıllərin 

sitoplazmasında orqanellər zəif inkişaf etmişdir; az miqdarda mitoxondri, kiçik Holci kompleksi, hüceyrə 

mərkəzi, reduksiyaya uğramış endoplazmatik şəbəkə aşkar edilir, bunlardan başqa sitoplazmada qlikogen, 

lipid və s. əlavələrin olması xarakterikdir. Neytrofıl leykositlərin nüvəsində  sıxlaşmış xromatin 

periferiyada yerləşir, nüvəcik zəif aşkar edilir. Nüvənin forması müxtəlifdir. Yetkin neytrofıllər 2-3 və 

daha cox paycıqdan ibarət seqmentləşmiş nüvəyə malikdirlər (seqmentnüvəli neytrofil leykositlər). Onlar 

neytrofıl leykositlərin  əsas hissəsini (47-72%) təşkil edir. Çöpnüvəli neytrofıl qranulositlər 1-6% təşkil 

edir. Onların nüvəsi nal və ya «S» hərfi formasında olur. Paxlaformalı nüvəyə malik olan cavan 

neytrofillər isə 0,5-1% təşkil edir. Bu 3 növ neytrofillərin miqdar nisbəti klinikada böyük diaqnostik 

əhəmiyyətə malikdir. Məsələn, cavan və çöpnüvəli qranulositlərin miqdarının artması ya qanitirmə, yaxud 

iltihab ocağının olması üzündən qanyaranmanın sürətlənməsindən xəbər verir. Klinikada cavan və 

çöpnüvəli neytrofillərin miqdarının artması  sola meylli neytrofilyoz, seqmentnüvəli neytrofillərin 

miqdarının artması isə  sağa meylli neytrofilyoz adlanır. Neytrofillər yüksək faqositoz qabiliyyətinə 

malikdirlər.  İ.İ.Meçnikov onları mikrofaqlar adlandırmışdır. Bakteriya və digər hissəciklər udulduqdan 

sonra faqosom yaranır. Faqosom əvvəlcə spesifik qranullarla, sonra birincili qranullarla birləşir, beləliklə, 

faqolizosom yaranır, faqositə olunmuş mikroorqanizmlər hidrolitik fermentlərin köməyi ilə parçalanır. 

Müəyyən edilmişdir ki, yetkin neytrofıllər keylonlar deyilən spesifık maddələr ifraz edirlər. Bu 

maddələr isə qranulositopoetik sıranın hemopoetik hüceyrələrində DNT sintezini ləngidərək leykositlərin 

proliferasiya və diferensiasiya proseslərinə tənzimləyici təsir göstərirlər. 

Neytrofillərin həyat dövrü təxminən 8 sutkadır. Qan dövranında 8-12 saat dövr etdikdən sonra onlar 

birləşdirici toxumaya keçir və orada maksimal funksional aktivlik göstərirlər. 

Vacib zülalların sintezinə lazım olan orqanellərin sayı çox az olduğu üçün neytrofıl leykositlər uzun 

müddət fəaliyyət göstərə bilmirlər və bir dəfə funksional faqositar aktivlik göstərdikdən sonra məhv 

olurlar. İrin kütləsini belə ölmüş neytrofıllər təşkil edir. İrinin tərkibinə həmçinin makrofaq, bakteriyalar, 

toxuma mayesi daxildir.  



Eozinofillər – neytrofillərdən ölçücə nisbətən iridir, diametri 9-10 mkm-dur, nüvəsi adətən 

ikiseqmentli olur. Periferik qanda ümumi leykositlərin miqdarı 0,5-5%-ni təşkil edir. Qırmızı sümük 

iliyində yaranırlar, bir neçə gün burada qalıb sonra qanla 3-8 saat sirkulyasiya edir, xarici mühitlə 

kontaktda olan toxumalara miqrasiya edirlər (tənəffüs, sidik-cinsiyyət yollarının, bağırsaqların selikli 

qişalarına). Qanda sirkulyasiya edən eozinofılin ölçüsü 12 mkm çatır, birləşdirici toxumaya keçdikdən 

sonra ölçüsü 20 mkm-ə  qədər ola bilər. Eozinofillərin həyat dövrü 8-14 gündür. Sitoplazmada yaxşı 

inkişaf etmiş  dənəli endoplazmatik şəbəkə, ribosom, mitoxondri və çoxlu qlikogen də  aşkar edilir. 

Sitoplazmada oval və ya poliqonal formada spesifık oksifil qranulların olması ilə xarakterizə edilirlər. 

Qranulların oksifılliyi tərkibində argininlə  zəngin  əsas zülalların olması ilə  əlaqədardır. Bu zülal 

antiparazitar (antihelmint) və antibakterial təsirə malikdir. Eozinofil qranulların tərkibində  həmçinin 

histaminaza, bir sıra hidrolitik lizosomal fermentlər də  aşkar edilmişdir. Eozinofıllərin sitoplazmasında 

orqanellər zəif inkişaf etmişdir. Nüvəsinin formasına görə seqmentnüvəli, çöpnüvəli, cavannüvəli 

formalar aşkar edilmişdir. Eozinofıllər deqranulyasiyadan sonra apoptoza uğrayırlar.  

Eozinofillər neytrofillərə nisbətən zəif hərəkətlidir, onlar qan dövranından toxumaya keçərək 

qıcıqlanma mənbəyinə doğru hərəkət edə bilirlər. Histamin, limfokinlər, immun komplekslər (antigen-



 

23

antitel kompleksi) və s. maddələr eozinofillərə müsbət xemotaksis təsir göstərirlər. Müəyyən edilmişdir 



ki, antigen-antitel reaksiyası gedən iltihab ocaqlarında eozinofıllərin qırmızı sümük iliyindən qan 

dövranına, oradan isə toxumalara keçməsini stimulə edən maddələr sintez olunur. 

Eozinofıllərin faqositar aktivlik qabiliyyəti neytrofıllərə nisbətən zəifdir. Eozinofillər orqanizmin 

yad zülallara qarşı müdafiə reaksiyalarında və allergik reaksiyalarda iştirak edirlər. Orqanizmə yad zülal 

daxil edilərsə, eozinofillərin miqdarı artır – eozinofiliya müşahidə olunur. Eozinofıllər bazofıl və tosqun 

hüceyrələr tərəfındən ifraz edilən histamini faqositə edərək onun metabolizmində iştirak edir. Həmçinin 

eozinofıllər bazofillərdən və tosqun hüceyrələrdən histaminin xaric olunmasını tormozlayan spesifık 

faktor da sintez edirlər. Eozinofıllər antiparazitar funksiya yerinə yetirirlər. Parazitar xəstəliklər zamanı 

(helmintozlar, şistosomoz və s.) eozinofıllərin sayı artır. Eozinofillər parazitlərin sürfələrini məhv edirlər. 

Qanda adrenalinin, hipofizin adrenokortikotrop hormonunun və qlikokortikoidlərin miqdarının artması 

eozinofillərin sayının azalmasına - eozinopeniyaya səbəb olur. Eozinofillərin qanda dövretmə müddəti 3-

8 saatdır, sonra onlar birləşdirici toxumaya keçərək orada fəaliyyət göstərirlər. 



Bazofil qranulositlərin diametri 9 mkm-dir, insan qanında ümumi leykositlərin 0,5-1%-ni təşkil edir. 

Bazofillər kövşək lifli birləşdirici toxumanın tosqun hüceyrələrinə çox oxşayırlar. Lakin buna 

baxmayaraq, onlar arasında bir sıra morfoloji və funksional fərqlər mövcudur. Onlar həm qırmızı sümük 

iliyində, həm qan dövranında ola bilirlər. 1-2 sutka qanda sirkulyasiya edir, sonra zəif amöbvari hərəkətlə 

kapilyar divarından toxumaya – kövşək toxumaya miqrasiya edirlər. Bazofıllərin sitoplazmasında iri, oval 

və ya poliqonal formalı spesifik bazofıl dənələr aşkar edilir. Qeyd etmək lazımdır ki, bu qranullar 

metaxramaziya qabliyyətinə malikdirlər, yəni toluidin abısı ilə  rəngləmə zamanı boyağın rəngini 

dəyişirlər (qırmızı və ya bənövşəyi rəngə). Bu qranullarda heparin, histamin, serotonin və s. aşkar edilir. 

Spesifik bazofil dənələrdən başqa bazofillərin sitoplazmasında azurofil dənələr də  aşkar edilir 

(lizosomlar). Bazofillərin nüvəsi adətən az seqmentləşmiş, bəzən sferik olur, neytrofillərin və 

eozinofillərin nüvəsinə nisbətə az intensiv boyanır. Sitoplazmada bütün əsas orqanellər aşkar edilir. 

Bazofillər heparin və histamin metabolizmində iştirak edir. Bazofil qranulositlər heparin və histamin 

ifraz edərək qanın laxtalanma proseslərinin və qan damarı divarının keçiriciliyinin tənzimində, yerli 

iltihabi reaksiyaların gedişində, həm də allergik xarakterli immunoloji reaksiyalarda iştirak edirlər. 

Müəyyən olunmuşdur ki, bazofillərin zarında IgE reseptorları, həmçinin qanın bəzi komplement 

zülallarının reseptorları vardır. Allergen təsiri olduqda qranullardakı möhtəviyyatın ekzositozu baş verir 

(deqranulyasiya). Deqranulyasiya IgE molekulları ilə vasitələnir. Belə ki, bazofil leykositlərin 

plazmolemmasında IgE reseptorları yerləşirlər. Bu zaman histamin və başqa vazoaktiv maddəllər xaric 

olur ki, bunlar da allergik reaksiyanın inkişafina səbəb olur. Məs.: allergik rinit, bronxial astma, anaflaktik 

şok və s. Yad zülallar bazofilləri deqranulyasiyaya uğradaraq histamin ifrazına, o isə öz növbəsində qan 

damarlarının kəskin genişlənməsinə, ödemlərin  əmələ  gəlməsinə  səbəb olur. Bazofillərin faqositar 

aktivliyi zəifdir.  

 

AQRANULOSİTLƏR (dənəsiz leykositlər) 

 

Limfositlər. Leykositlərin ümumi miqdarının 20-45%-ni təşkil edirlər. Virus və xroniki infeksiyalar 

zamanı, adətən limfositlərin sayının artması – limfositoz müşahidə olunur. Limfositlər immunoloji 

reaksiyalarda əsas rol oynayırlar. Qanda sirkulyasiya edən limfositlər funksional və metabolik qeyri-aktiv 

vəziyyətdə olurlar. Qan – limfositlər üçün limfoid sistem orqanları  və başqa toxumalar arasında 

sirkulyasiya etmək üçün mühit təşkil edir. Spesifik siqnallara cavab olaraq limfositlər qan damarı 

divarından birləşdirici toxumaya miqrasiya edirlər. Onlar, həmçinin epitel toxumasına da miqrasiya edə 

bilirlər (məs.: bağırsağın selikli qişasının epitelinə). Ölçülərinə görə kiçik (4,5-6 mkm), orta (7-10 mkm) 

və iri limfositlər (10-18 mkm) ayırd edilir. Funksional təsnifata görə limfositlərin  əsas 3 tipi müəyyən 

edilmişdir: B-limfositlər, T-limfositlər və NK- hüceyrələr. Kiçik limfositlərin kondensləşmiş xromatinə 

malik iri nüvəsi var. Sitoplazma nüvə  ətrafında nazik həlqə  şəklində görünür. Qanda cərəyan edən 

limfositlər  əsasən kiçik limfositlərdir. Onlar qanın limfositlərinin 85-90%-ni təşkil edirlər. 

İri limfositlər qanda sirkulyasiya edən limfositlərin 3%-ni təşkil edirlər. Nüvə iri və nisbətən sıxdır. 

Sitoplazmada az miqdarda lizosom, mitoxondri, rudimentləşmiş Holci kompleksi, endoplazmatik tor, 

çoxlu sərbəst ribosomlar aşkar edilir. İri və orta limfositlər  əsasən antigenlə aktivləşmiş B-limfositlər 

qrupunu təşkil edirlər. NK-hüceyrələr də iri limfositlərdir.  



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə