Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

 

20

Qanın plazmasının 90-93%-i su, 7-10%-i quru maddədən ibarətdir. Quru maddənin 6,6-8,5%-ni 



zülallar, 1,5-3,5%-ni başqa üzvi və mineral birləşmələr təşkil edir. Plazmanın  əsas zülalları albumin, 

qlobulin və fibrinogendir. Qanda cərəyan edən antitellər qanın qlobulin fraksiyası zülallarına daxildir

buna görə də onları immunoqlobulinlər də adlandırırlar. Qanın plazmasının pH-ı 7,36-dır. 

Qanın ümumi həcminin müəyyən hissəsini formalı elementlər təşkil edir. Onların həcminin faizlə 

miqdarının ifadəsi hematokrit adlanır. Orta yaşlı kişilərdə bu ədəd 44-46%, qadınlarda isə 41-43% ola 

bilər. Ümumiyyətlə, sağlam şəxslərdə bu göstərici 36%-dən 48%-ə qədər ola bilər. 

Qanın formalı elementləri qan yaxmasında öyrənilir. Qan yaxmasını metanolda fiksə etdikdən sonra 

Romanovski üsulu ilə boyayırlar. Bu üsulla boyamada 2 boyaqdan istifadə olunur: azur II (əsasi boyaq) 

və eozin (turş boyaq) 

QANIN FORMALI ELEMENTLƏRİ 

 

Eritrositlər – qırmızı qan cisimcikləri filogenez və ontogenez prosesində nüvəsini və bir çox 

orqanellərini itirmiş nüvəsiz hüceyrələrdir (posthüceyrə strukturları hesab edilirlər). Eritrositlərin  əsas 

funksiyası  O

2

  və CO



2

 daşınması, yəni qazlar mübadiləsinin təmin olunmasıdır. Bu funksiyanın təmin 

olunması eritrositlərdə tərkibində dəmir olan spesifık zülal olan hemoqlobinlə əlaqədardır. Bundan başqa 

eritrositlər aminturşuları, antitelləri, toksinləri və bir sıra dərman maddələrini sitolemmanın səthinə 

adsorbsiya etməklə onların daşınmasında da iştirak edir. 

Eritrositlərin miqdarı yetkin orqanizmdə kişilərdə 1 litrdə 3,9x10

12

-dən 5,5x10



12

, qadınlarda 

3,7x10

12

-dən 4,9xl0



12

-dək olur. Eritrositlərin miqdarı yaş, hormonal fon, emosional və  əzələ  gərginliyi, 

həmçinin ekoloji faktorlardan asılı olaraq dəyişə bilər. Eritrositlərin miqdarının artması eritrositoz, 

azalması isə anemiya kimi xaraktrizə olunur. Normada eritrositlər iki tərəfi basıq disk formasmda olur, 

diskositlər adlanırlar. Qocalmış eritrositlər formalarını  dəyişirlər. Ona görə  də, eritrositlərin ümumi 

miqdarının 80-85%-ni diskositlər, 15-20%-ni isə qeyri-düzgün formalar - sferosit, planosit, exinositlər 

təşkil edir. Qeyri-düzgün formaların qanda miqdarının çoxalması  poykilositoz adlanır. Eritrositlər qan 

kapilyarından keçərkən formalarını çox dəyişirlər. Eritrositlərin diametri 7,1-7,8 mkm ölçüdədir. Normal 

qanda 75% eritrositlər bu ölçüdə olur və  normositlər adlanır. Diametri 8 mkm-dan böyük eritrositlər 

makrosit adlanır, 12,5% təşkil edir, 6 mkm-dan kiçik olanlar mikrositlər adlanır, 12-12,5% təşkil edir. 

Makrosit və mikrositlərin ümumi miqdannm 25%-dən çox olması anizositoz adlanır. 

Eritrositin ümumi həcminin 45%-i hemoqlobin təşkil edir. Hemoqlobin qazlar mübadiləsində iştirak 

edərək oksigenin ağ ciyərlərdən toxumalara, toxumalardan ağ ciyərlərə daşınmasını təmin edir. Eritrositin 

sitoplazmasında əsas zülallardan biri də karboanhidraza fermentidir. Bu ferment CO

2

-nın cox hissəsinin 



nəqliyyat ücün əlverişli formaya – HCO

3

-



 

(hidrokarbonat ionuna) və əksinə çevilməsini katalizə edir. 

İnsan orqanizmində eritrositlərdə 2 tip hemoqlobin ola bilər: 

1)  HbF embrion üçün xarakterdir və  fetal hemoqlobin adlanır.  İnkişafın 8-36-cı  həftələrində 

eritrositlərdə olur və dölün hemoqlobinin 90-95%-ni təşkil edir. Doğuşdan sonra bu miqdar tədricən azalır 

və 8 aylıq uşaqda 15% təşkil edir. 

2)  HbA yetkin orqanizm üçün xarakterikdir. Hemoqlobinin bu tiplərinin zülal hissələri aminturşu 

ardıcıllığına görə  fərqlənirlər. Yetkin orqanizmdə isə HbA - 98%, HbF - 2% təşkil edir. Qeyd etmək 

lazımdır ki, Hb F-in oksigenə həssaslığı HbA-dan yüksəkdir. 

Eritrositin tərkibindəki hemoqlobində olan dəmir qana qırmızı  rəng verir. Qan preparatlarını 

boyayarkən eritrositlər oksifil olurlar. Periferik qanda normada diskosit formasında olan 1-5% cavan 

eritrositlər – retikulositlər olur ki, bunlar da yetkin eritrositlərə diferensiasiya edirlər. Retikulositlərdə 

hemoqlobin nisbətən az olur, sitoplazmada dənəvər strukturlar aşkar edilir. Elektron mikroskopu 

vasitəsilə müəyyən edilmişdir ki, dənəvər-torlu strukturlar tərkibində ribosom olan endoplazmatik 

şəbəkənin qalıqlarıdır. Güman edilir ki, retikulositlərdə az miqdarda zülal sintezi (qlobin) həyata keçir. 

Eritrositin sitoplazmasında hemoqlobindən başqa müəyyən funksiyaları yerinə yetirən fermentlər 

(məs.: karboanhidraza fermenti) də vardır. Bu fermentlər qazlar mübadiləsi, hüceyrə formasının 

saxlanılması və s. funksiyalar üçün çox vacibdir. Karboanhidraza fermenti eritrositin sitoplazmasının əsas 

zülallarında biri olmaqla, CO

2

-nın nəqliyyat üçün əlverişli olan hidrokarbonat ionuna (toxumalarda) və 



əksinə çevrilməsini (ağciyər kapilyarlarında) təmin edir.  

Eritrositlərin həyat dövrü 120 gündür. İnsan orqanizmində eritrosit ömrünü başa vurduqdan sonra 

hemoqlobin qlobin və hemin qrupuna parçalanır. Hemin qrupundan azad olmuş  dəmir qismən yeni 



 

21

eritrositlərin yaranmasına sərf olunur. Eritrositlər qocalarkən onlarda bəzi fermentlərin aktivliyi və 



bununla əlaqədar qazlar mübadiləsi fünksiyası zəifləyir. 

Eritrositin hüceyrə membranı çox plastikdir, bu da ona deformasiya etməyə, nazik kapilyarlardan 

(4-5 mkm) keçməyə imkan verir. Bu proseslər kortikal sitoplazma və sitoskelet elementlərinin iştirakı ilə 

təmin olunur. Eritrosit membranının  əsas transmembran zülalları  zolaq 3 zülalı  və qlikoforinlərdir. 

Spektrin isə kortikal sitoplazma zülalları qrupuna daxil olub membranın daxili səthində yerləşir. Spektrin 

sitoskletin aktin zülalları ilə birləşir və spektrin-aktin kompleksi əmələ gətirir ki, bu da membranın zolaq 

3 zülalları ilə ankrin zülalı vasitəsi ilə əlaqələnir. Bu birləşmə membranı daxilə doğru dartaraq, eritrositə 

ikitərəfıbasıq disk formasını verir. zolaq 3 zülalı – membranda qlükoza daşıyıcısı rolu oynayır, həm də 

Clˉ və HCOˉ anionlarının nəqliyyatında iştirak edir (bu haqda əlavə məlumat üçün bax: [2], s.76). 

Qlikoforinlər – membran qlikoproteidləridir. Onun karbohidrat zəncirində Ag-determinantları 

yerləşir (A və B aqqlütinogenləri). Rezus faktor antigenləri də eritrosit zarında yerləşən membran 

qlikoproteidləridir. 

Eritrositlərin ölümü hüceyrədaxili faktorlar, həm də mikromühit faktorlarının təsiri ilə  həyata 

keçirilir. Belə ki, eritrositdə fermentlərin sintezi mümkün olmadığı üçün, tədricən sitoplazmada mübadilə 

prosesləri zəifləyir, hüceyrənin forması dəyişir, zülallarda deqradasiya baş verir, yeni antigenlər yaranır. 

Belə qocalmış eritrositlər makrofaqlar tərəfindən tanınır və faqositoza uğradılır. Beləliklə, plazmatik 

membranın səthində görünən qocalıq antigenləri qocalmış eritrositlərin tapılmasına və 

kənarlaşdırılmasına səbəb olur. Bu antigen eritrosit zarında zolaq 3 zülalının deqradasiyası  nəticəsində 

yaranır. 

Hemolitik anemiyalarda, malyariya xəstəliyi zamanı da eritrositlərin elliminasiya prosesi bu 

mexanizmlə baş verir. 

Leykositlər (onlara ağ qan cisimcikləri də deyilir) çox hərəkətliliyi, morfoloji xüsusiyyətlərinin və 

funksional  əhəmiyyətinin müxtəlifliyi ilə xarakterizə olunurlar. Müəyyən qrup leykositlər müdafıə 

fiınksiyalarında iştirak edərək mikrobların, yad cisimlərin və onların parçalanma məhsullarının 

faqositozunu təmin edir, həmçinin humoral və hüceyrə immunitetinin təşkilində də iştirak edirlər. 

Leykositlər  şarabənzər formada olurlar. Yetkin insanda qanın 1 litrində miqdarı 4,8x10

9

-9,0x10



olur. Onların miqdarı qida qəbulu, fıziki və  əqli gərginlik, həmçinin xəstəliklər zamanı  dəyişə bilir. 

Leykositlərin miqdarının artması leykositoz, azalması isə leykopeniya adlanır. Leykositlər psevdopodilər 

əmələ  gətirməklə aktiv hərəkət edə bilirlər, bu zaman onların formaları da kəskin dəyişir. Leykositlər 

kapillyarların endotel hüceyrələri arasından birləşdirici toxumanın ara maddəsinə, həmçinin bazal 

membranlardan hüceyrələr arasına keçə bilirlər. Onların hərəkət sürəti müxtəlif  şərtlərdən asılıdır: 

mühitin konsistensiyası, pH, temperatur və s. Leykositlərin hərəkət istiqaməti də müəyyən faktorlarla 

müəyyən olunur ki, bunların içərisində  də xemotaksis mühüm rol oynayır (yəni müəyyən kimyəvi 

qıcıqlandıncıların təsiri, məsələn, toxumanın parçalanma məhsulları). 

Hüceyrələrin qarşılıqlı  əlaqəsi prosesində leykositlərin plazmolemmasında olan spesifık 

reseptorların mühüm əhəmiyyəti vardır. Qan cərəyanı ilə leykositlər bütün orqanizmə yayılır, toxuma və 

orqanlarda məskunlaşaraq aktivlik göstərir. 

Leykositlər şərti olaraq 2 böyük qrupa bölünürlər: dənəli leykositlər, yaxud qranulositlər və dənəsiz 

leykositlər, yaxud aqranulositlər. Qranulositlər adətən seqmentləşmiş nüvənin və sitoplazmada spesifık 

dənələrin olması ilə xarakterizə olunurlar. 

Romanovski-Gimza metodu ilə boyama zamanı  bəzi leykositlərdə  dənələr turş boyaqlara (eozin) 

həssaslıq göstərirlər ki, belə leykositlər  eozinofil leykositlər adlanır. Bəzi leykositlərdə isə 

sitoplazmadakı dənələr əsasi boyaqlara həssaslıq göstərirlər, bunlar bazofil leykositlər adlanırlar. Digər 

qrup leykositlərdə olan dənələr həm turş, həm də  əsasi boyaqlara həssaslıq göstərdikləri üçün belə 

leykositlər neytrofil leykositlər adlanırlar.  

Aqranulositlərin nüvəsi sferik, oval ya paxlaşəkilli olurlar, paycıqlara bölünmür, sitoplazmada 

spesifık dənələr olmur. Onlar 2 qrupa bölünürlər: limfositlər və monositlər. 

 

QRANULOSİTLƏR (dənəli leykositlər) 

 

Neytrofil  qranulositlər, yaxud neytrofillər, dairəvi olub, diametri 7-9 mkm-dur. Leykositlərin 

ümumi miqdarının 65-75 %-ni təşkil edirlər. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə