Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   2   3   4   5   6   7   8   9   ...   34

 

12

üzərində çoxlu (250-ə qədər) kirpiklər olur. Nüvə hüceyrələrin distal hissəsində olduğundan əsas zardan 



xeyli aralı yerləşir. Bu hüceyrələrin geniş distal hissələri yanlardan bir-birinə  təmas edərək üzəri 

kirpiklərlə örtülmüş ümumi ehtizazlı  səth  əmələ  gətirir. Qısa ara hüceyrələrin  əsas zara təmas edən 

proksimal ucları genişdir və burada onların nüvəsi yerləşir. Beləliklə, bu hüceyrələrin nüvələri əsas zara 

çox yaxın olur. Qısa ara hüceyrələrin distal ucları isə epitelin sərbəst səthindən xeyli aralı ehtizazlı 

hüceyrələrin distal ucları arasında qurtarır. Bu hüceyrələr bazal hüceyrələr də adlandırılırlar, mitotik  

aktivliyə malik olub kambial hüceyrə rolunu oynayırlar. Uzun ara hüceyrələr  şəkilcə çox vaxt qısa ara 

hüceyrələrə  bənzəyir, lakin onlardan xeyli hündür olur. Bəzən bu hüceyrələr iy şəklində olur və nazik 

distal ucları demək olar ki, epitelin sərbəst səthinə çatır. Bu hüceyrələrin nüvəsi orta səviyyədə (ikinci 

sırada) yerləşir. 

Ehtizazlı çoxsıralı epitelə  tənəffüs yollarında, cinsiyyət aparatının bəzi yerlərində  təsadüf olunur. 

Tənəffüs yollarını örtən ehtizazlı epiteldə  həmişə selik ifraz edən qədəhəbənzər hüceyrələrə  də rast 

gəlmək olur. Bu hüceyrələr topoqrafik olaraq ehtizazlı hüceyrələr kimi yerləşir və nüvələri çox vaxt ikinci 

sırada olur. Çoxsıralı ehtizazlı epitelin əsas fəaliyyət göstərən hüceyrələri ehtizazlı hüceyrələrdir; qısa ara 

hüceyrələr isə  əksinə  vəzifə  cəhətdən az diferensiasiya etmişdir, epitelin regenerasiyasını  təmin edirlər. 

Tənəffüs orqanlarının birqatlı ehtizazlı epiteli rüşeymin ön bağırsaq epitelindən, cinsiyyət sisteminin eyni 

epiteli isə mezodermadan inkişaf edir. 

 

ÇOXQATLI EPİTEL  (EPİTHELİUM MİLTİSTRATİFİCATUM

 

Çoxqatlı epitel başlıca olaraq mühafizə  vəzifəsini görür və buna müvafiq bədənin xarici təsirlərə 

daha çox məruz qalan yerlərində olur. Bu epitel dərinin xarici qatını təşkil edir və beləliklə, orqanizmin 

bütün xarici səthini örtür. Çoxqatlı epitel həmçinin ağız boşluğunun, udlağın, yemək borusunun, uşaqlıq 

yolunun selikli qişasının azad səthini, habelə göz almasını ön tərəfdən (buynuz qişa) örtür. Çoxqatlı 

epitelin xüsusi forması olan keçid epitelinə isə böyrək kasalarının, böyrək ləyəninin, sidik axarlarının, 

sidikliyin və qismən sidik kanalının daxili səthində təsadüf olunur. 

Çoxqatlı epiteli təşkil edən hüceyrələr bir neçə qatda yerləşir və bunlardan yalnız biri (ən dərin qat) 

əsas zarla bilavasitə rabitədə olur. Dərin qatı əmələ gətirən hüceyrələr bu epitelin daha cavan və əksinə, 

onun səthi qatını  təşkil edən hüceyrələr isə yüksək diferensiasiyaya uğramış  ən qoca hüceyrələrdir. 

Çoxqatlı epitel üç formada təsadüf olunur: çoxqatlı yastı buynuzlaşmayan epitel, çoxqatlı yastı 

buynuzlaşan epitel və keçid epiteli. Bunlardan çoxqatlı yastı epitelin hər iki növü başlıca olaraq 

ektodermadan inkişaf edir, lakin əlavə etmək lazımdır ki, ağız boşluğu, udlaq və yemək borusu epiteli ön 

bağırsaqdan inkişaf edir və sonuncunun formalaşmasında prexordal lövhənin də iştirakı vardır. Prexordal 

lövhə  mənşə  cəhətcə bir neçə rüşeym büküşləri ilə  əlaqədardır və o, ön bağırsağı  əmələ  gətirir. Ön 

bağırsaqdan isə  həm həzm sisteminin proksimal şöbəsi, həm də  tənəffüs sistemi inkişaf edir. Çoxqatlı 

epitelin növlərindən biri olan keçid epiteli mezodermadan inkişaf edir. 

 

Çoxqatlı yastı buynuzlaşmayan epitel. Çoxqatlı yastı buynuzlaşmayan epitel buynuz qişanı, ağız 

boşluğu və yemək borusu selikli qişalarının səthi qatını əmələ gətirir. Bu epitelin səthi qatını təşkil edən 

hüceyrələr buynuzlaşmaya uğramır [1, s. 242, şək. 20.2]. 

Çoxqatlı buynuzlaşmayan epiteldə üç qat ayırd edilir: əsas (bazal) qat, tikanlı hüceyrələr qatı və səthi ya 

yastı hüceyrələr qatı. Əsas qat hüceyrələri silindr şəklində olub, əsas zar üzərində yerləşir. Bunların distal 

ucları sivriləşmişdir. Əsas qat hüceyrələri mitoz üsulu ilə bölünüb artaraq səthi qata doğru miqrasiya edir. 

Tikanlı qatın hüceyrələri 1-2 ədəd qısa tikanabənzər çıxıntıya malikdir. Bu qatın hüceyrələrinə 

əvvələr qanadlı hüceyrələr də deyilirdi, çünki bunların proksimal hissələri əsas qat hüceyrələrinin distal 

ucları arasına keçir və öz formalarını  dəyişərək qanada bənzəyir. Tikanlı qatın  əsas qata təmas edən 

hüceyrələri onun sonrakı hüceyrələrinə nisbətən hündür olur. Bunların da distal ucları sivriləşdiyindən, 

sonra gələn qat hüceyrələri də qanadabənzər olur. Tikanlı qat hüceyrələri epitelin səthinə doğru yastılaşır. 

Bu qatın hüceyrələri də bölünmək qabiliyyətinə malikdir, burada mitozla yanaşı amitoza da təsadüf 

olunur.  Əsas və tikanlı qat hüceyrələrinin bölünüb artmaq qabiliyyətini nəzərə alaraq bunlara birlikdə 



çoxalma (maya), ya Malpigi qatı da deyirlər. Bu qatın hesabına səthi qatın ölüb qopan hüceyrələri əvəz 

olunur. Tikanlı qatın hüceyrələri  əsas qatda olduğu kimi hüceyrəarası körpülər vasitəsi ilə bir-birilə 

rabitədədir. Körpülərdə qonşu hüceyrələrin sitoplazmatik çıxıntıları bir-birinə  təmas etdiyi yerdə 



 

13

desmosomlar müşahidə olunur. Əsas və tikanlı qat hüceyrələrinin sitoplazmasında nazik sapşəkilli 



tonofibrilər də vardır [1, s. 265, şək. 21.1]. 

Səthi qatı yastı hüceyrələr təşkil edir və onlar çox vaxt çoxbucaqlı lövhəyə  bənzəyir. Bu 

hüceyrələrin kənarları düz olur və buna görə onlar bir-birinə sıx söykənir. Bu hüceyrələrin sitoplazması 

xarici mühitlə bilavasitə rabitədə olduğundan dəyişikliyə  uğramış, sıxlaşmışdır. Onların nüvələri və 

orqanelləri isə çox vaxt reduksiyaya uğrayır. Səthi qatın hüceyrələri inkişaf dövrünü bitirdikcə ölüb 

qopur.


 

 

 



Çoxqatlı yastı buynuzlaşan epitel. Bu epiteli xarakterizə edən əsas xüsusiyyət onun səthi qatında 

buynuzlaşma prosesinin getməsi və nəticədə həmin qat hüceyrələrinin buynuz pulcuqlarına çevrilməsidir. 

Çoxqatlı yastı buynuzlaşan epitel dərinin xarici təbəqəsini əmələ gətirir və epidermis adlanır [1, s. 241-

244, şək.20.1-20.4]. Epidermis məməlilərdə, o cümlədən insanda ən yüksək inkişaf dərəcəsinə çatmışdır. 

Daima xarici mühitin mexaniki təsirlərinə məruz qalan yerlərdə (ovucda və ayaq altında) bu epitel daha 

mürəkkəb quruluş kəsb edir, qatlarının sayı hətta 100-ə qədər çatır. Beləliklə, bədənin müxtəlif yerlərində 

epidermisin qalınlığı eyni deyildir; bəzi yerlərdə o, çox nazik olur, ovucda və ayaqaltında isə ən yüksək 

qalınlığa çatır. Çoxqatlı yastı buynuzlaşan epitelə, çoxqatlı yastı buynuzlaşmayan epitelin daha yüksək 

diferensiasiya forması kimi də baxırlar. 

Epidermisi təşkil edən hüceyrə qatlarının sayından asılı olmayaraq morfofunksional cəhətdən 

burada 4 ya 5 qat ayırd edilir. 5 qatlı epidermis yalnız ovucda və ayaqaltında təsadüf olunur, bu qatlara 

aiddir: əsas (bazal) qat, tikanlı hüceyrələr qatı, dənəli, parlaq və buynuz qatlar. Bədənin digər yerlərində 

əsasən parlaq qat, bəzi yerlərdə isə  dənəli qat  olmur; həmin yerlərdə epidermis çox nazik olur. Burada da 

əsas və tikanlı qatın hüceyrələri çoxalmaq qabiliyyətinə malikdir, buna görə də bu iki qata birlikdə bəzən 



çoxalma (maya), ya Malpigi qatı da deyilir. Həmin qatlar quruluşca çoxqatlı buynuzlaşmayan epiteldə 

olduğu kimidir. 

Dənəli qat yastı hüceyrələrdən təşkil olunmuşdur; bu hüceyrələrin sitoplazmasında buynuzlaşma 

prosesinin başlanması ilə  əlaqədar olaraq keratohialin dənələri müşahidə olunur. Keratohialin maddəsi 

fibrilyar zülallara aiddir. 

Parlaq qat homogen zolaq şəklində olur [1, s. 244, şək. 20.4]. və onun hüceyrələri arasında heç bir 

hüdud müəyyən edilmir. Lakin bu qat da yastı hüceyrələrdən təşkil olunmuş və onların sitoplazmasında 

keratohialindən əmələ gəlmiş xüsusi zülal maddə – eleidin olur. 

Buynuz qat buynuz pulcuqlarından təşkil olunmuşdur, bunlar keratin (buynuz maddə) və hava 

qovucuqları ilə dolu olur. Buynuz pulcuqları parlaq qatın yastı hüceyrələrinin məhv olması  nəticəsində 

əmələ  gəlir. Bu zaman həmin hüceyrələrin sitoplazma və nüvəsi dağılır və onların yerində keratin 

maddəsi toplanır. Epidermis 4 qatdan ibarət olan yerlərdə buynuz maddəsi (keratin) keratohialin 

dənələrindən  əmələ  gəlir.  Ən səthi qatda buynuz pulcuqları daima qopub düşürlər və onların  əvəzinə 

çoxalma qatı hesabına yeniləri əmələ gəlir. Dəri epiteli xarici təsirlərə daha çox məruz qalır, buna görə 

burada da xüsusi mühafizə strukturları olan hüceyrəarası körpülər, tonofibrillər və buynuz qat meydana 

çıxmışdır. Buynuz qat istiliyi pis keçirir. 

 

Keçid epitel (Epithelium transitorum) – çoxqatlı epitelin bir növü hesab edilir. Bu epitel, divarları 

tez-tez gərilməyə  məruz qalan orqanlar (böyrək kasacıqları  və  ləyəni, sidik axarları, sidik kisəsi və 

qismən sidik kanalı) üçün xarakterikdir. Həmin orqanların dolu və ya boş olmasından asılı olaraq keçid 

epiteli bir formadan digər formaya keçir. Bu epiteldə üç qat ayırd edilir: bazal zarın üzərində yerləşən 

oval nüvəyə malik kiçik hüceyrələrdən ibarət bazal qat, poliqonal formalı hüceyrələrdən təşkil olunmuş 

ara qat, iri həcmli, əksər hallarda ikinüvəli hüceyrələrdən ibarət olan örtük qat. 

Orqanın divarı dartıldıqda epitelin əsas qatı  həm kiçik yastı tünd rəngə boyanan və bir-birindən 

aydın surətdə ayrılan hüceyrələrdən, həm də nisbətən böyük və açıq rəngli çoxbucaqlı  və ya girdə 

hüceyrələrdən ibarət olur. Sonuncuların nüvələri bir qədər yuxarıda yerləşir, yastı hüceyrələrin nüvələri 

isə  əsas zara daha yaxın olur. Örtük qat bu zaman çox böyük və girdə nüvəli azacıq yastılaşmış 

hüceyrələrdən ibarət olur. 

Orqan boş olduqda onun divarı  yığılır, keçid epiteli hündürləşir, bu zaman əsas qatın hüceyrələri 

müxtəlif səviyyələrdə yerləşərək xarakter çoxsıralı  şəkil alır, lakin həmin hüceyrələr  əsas zarla rabitəni 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə