Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə23/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

 

46

hüceyrəarası maddəsi içərisində yerləşir, nisbətən kiçik və  çıxıntılı hüceyrələrdir. Sitoplazmaları  zəif 



bazofil, nüvələri isə  sıx olur və tünd boyanır. Sitoplazmada azca mitoxondrilər vardır, tor və Holci 

kompleksləri zəif inkişaf etmişdir, sentrosomlar müəyyən edilmir. Osteositlər bölünmür. 

Osteositlər xüsusi boşluqlarda (lakunalarda), çıxıntıları isə xüsusi kanalcıqlarda yerləşir. Lakunaların 

uzunluğu 22-55 mikron, eni isə 6-14 mikrondur. Kanalcıqlar bir-biri ilə  və sümükiçi perivaskulyar 

sahələrlə rabitədədir, belə quruluş mübadilə prosesinə kömək edir.  

Lakunaların və kanalcıqların divarları  hüdudi yataq adlanır və quruluşca qığırdaq boşluqları 

kapsuluna bənzəyir. Bunların əsasının prekollagendən təşkil olunduğu ehtimal olunur.  

Osteoklastlar, və ya sümükdağıdan hüceyrələr çoxnüvəli və iri hüceyrələrdir. Bunlarda nüvələrin 

sayı onlarla ola bilər. Hüceyrənin diametri isə 90 mikrondan da artıq olur. Sitoplazmaları zəif bazofil və 

bəzən oksifil görünür, içərisində müxtəlif ölçüdə  dənələr nəzərə çarpır. Hüceyrənin kənarları dişli 

görünür. Elektron mikroskopu vasitəsilə sitolemma üzərində çoxlu büküşlər müəyyən edilmişdir. 

Mitoxondrilər, vakuollar və lizosomlar olduqca çoxdur. Sitoplazmatik tor, xüsusilə  dənəli tor zəifdir. 

Osteoklastlar inkişaf zamanı kirəclənmiş  qığırdağı  və sümüyü dağıdaraq, sonuncunun formalaşmasında 

iştirak edir. Bu hüceyrələr xüsusi hidrolitik fermentlər ifraz edərək kirəclənmiş maddənin əriməsinə səbəb 

olur. Osteoklastlar monositar mənşəli olub orqanizmin makrofaq sisteminə daxildir.  

 

 

Kobud lifli sümük toxuması (textus osseus rudifibrous



 

Kobud lifli sümük toxumasının hüceyrəarası maddəsində ossein lifləri müxtəlif istiqamətdə gedən 

və preparatda aydın nəzərə çarpan qalın, kobud dəstələr əmələ gətirir. Bunlar əsas maddə vasitəsilə bir-

biri ilə birləşir.  Əsas maddədə azca xondrotinsulfat turşusu vardır. Sümük hüceyrələri pərakəndə 

vəziyyətdə ossein lifləri arasında, ovalşəkilli xüsusi boşluqlarda yerləşir. Hüceyrə  çıxıntılarına məxsus 

kanalcıqlar uzun olur.  

Kobud lifli sümük toxuması  aşağı sinif onurğalılar (balıqlar, amfibilər) üçün xarakterikdir, ali 

onurğalılarda, o cümlədən insanda bu toxuma başlıca olaraq embrional dövrdə, habelə körpə  uşaqlarda 

təsadüf olunur. Yaşlılarda bəzi yerlərdə, məs.: kəllə sümüklərində tikişlər nahiyəsində  və  vətərlərin 

sümüklərə bağlanan yerində bu toxumaya rast gəlmək olur.  



 

Lövhəli sümük toxuması (textus osseus lamellosus

 

Lövhəli, ya zərif lifli sümük toxuması kobud lifli sümük toxumasına nisbətən daha mütəşəkkil 

sümük toxumasıdır. Bu toxumanın hüceyrəarası maddəsini sümük lövhələri (lamellae osseae) təşkil edir, 

bunların arasında xüsusi boşluqlarda sümük hüceyrələri yerləşir. Sümük lövhələrini bir-birinə paralel 

müəyyən nizamla düzülən nazik ossein lifləri dəstələri əmələ gətirir. Ayrı-ayrı lövhələrdə ossein liflərin 

istiqaməti bir-birinə çox vaxt perpendikulyar olur ki, bu da toxumanın möhkəmliyini təmin edir. Lövhəli 

sümük toxumasında fibrilyar maddə osseomukoidə nisbətən çox olur, bununla da o, kobud lifli 

toxumadan fərqlənir. Bu sümük toxuması daha möhkəm toxumadır. Skeletin bütün sümüklərinin sıx və 

süngəri maddəsi bu toxumadan təşkil olunmuşdur.  

Lövhəli sümük toxumasında olan lövhələr müxtəlif vəziyyətə, formaya və qalınlığa (4-12 mikrona) 

malikdir. Bunlardan ən xarakter formalıları konsentrik (Havers) sümük lövhələridir. Borulu sümüklərdə 

bu lövhələr bir-birinə geydirilərək osteon adlanan sütunlar təşkil edir. Hər sütunda adətən 5-20 

silindrşəkilli konsentrik sümük lövhəsi olur. Osteonun içərisində qan damarlarına məxsus kanal (əvvəllər 

bu Havers kanalı adlanırdı) olur. Osteonlar sümüyün quruluş vahididir. Bunlar borulu sümüklərin 

kompakt maddəsi üçün xarakterikdir.  

Borulu sümüklərin diafizində konsentrik sümük lövhələrindən əlavə xarici və daxili ümumi sümük 

lövhələri və ara lövhələr müəyyən edilir. Osteonlar adətən bir-birinə  təmas etmir, onların arasında 

sementləyici əsas maddə vardır. Osteonların arasında habelə ara (interstisial) sümük lövhələri mövcuddur. 

Diafizdə osteonlar bir qayda olaraq boylama istiqamətdə, sümüyün uzununa paralel yerləşir. Osteon 

kanalları bir-biri ilə köndələn kanallar vasitəsi ilə anastomozlaşır. Hər osteon kanalından bir ya iki qan 

damarı - kapillyar ya postkapillyar, vena və onları müşayət edən birləşdirici toxuma keçir. Bu damarlar 

köndələn kanallar vasitəsilə bir-biri ilə  və eyni zamanda sümüküstlüyü və sümük iliyi damarları ilə 

anastomozlaşır.  



 

47

Borulu sümüklərin diafizi xaricdən və sümük iliyi boşluğu tərəfdən müvafiq ümumi sümük 



lövhələri ilə örtülmüşdür. Xarici ümumi lövhələr diafiz ətrafında bütöv halqa əmələ  gətirmir, belə ki, 

onlar digər ümumi lövhələrlə örtülür. Bu lövhələrin arasında dəlici kanallar vardır ki, bunların vasitəsi ilə 

sümüküstlüyündən qan damarları diafizin müxtəlif dərinliyinə keçir. Buna görə  həmin kanallar 

qidalandırıcı kanallar (əvvəllər bunlara Folkman kanalları deyirdilər) adlanır. Bu kanalların xüsusi 

divarları yoxdur. Qeyd olunan kanallarla yanaşı xarici ümumi lövhələrin arasından sümüküstlüyündən 

ayrılan dəlici liflər keçir.  

Dəlici liflər (əvvəllər Şarpey lifləri adlanırdı) sümüküstlüyünü sümüyə möhkəm birləşdirir. Bu liflər 

bəzən çox dərinə, orta osteonlar qatına keçir, lakin heç vaxt lövhələrin içərisinə keçmir. Dəlici liflər cavan 

yaşlarda aydın görünür, qocalarda isə onlar kirəcləşdiyindən preparatda seçilmir. Daxili ümumi lövhələr 

yalnız sıx maddənin sümük iliyi kanalını bilavasitə  əhatə etdiyi yerlərdə yaxşı  nəzərə çarpır. Sıx 

maddənin süngəri maddəyə keçdiyi yerlərdə bu lövhələr süngəri maddənin atmalarına keçir.  

Sümüyün daxilində osteonlar pərakəndə  vəziyyətdə deyil, qanunauyğun vəziyyətdə yerləşir. 

Bunların vəziyyəti başlıca olaraq sümüyə təsir edən amillərdən asılıdır; bunlara ağırlıq, gərilmə və dartma 

qüvvələrinin təsiri vardır. Nəhayət üçüncü növ sümük toxuması  paralel lifli sümük toxumasıdır; bu 

toxuma kobud lifli sümük toxuması ilə lövhəli sümük toxuması arasında keçid təşkil edir və  əsas 

morfoloji xüsusiyyəti hüceyrəarası maddədə ossein liflərinin nizamla bir-birinə paralel yerləşməsidir.  

 

Sümüküstlüyü (periost) və endost (periosteum et endosteum

 

Bütün sümüklər xaricdən onların oynaq səthlərindən başqa sümüküstlüyü ilə örtülmüşdür. 



Sümüküstlüyü lifli birləşdirici toxumadan təşkil olub iki qatdan ibarətdir: xarici adventisiya qatı ya lifli 

qat (stratum fibrosum) və daxili kambial qat (stratum cambiale). 

Xarici qat kobud kollagen liflərdən ibarət sıx lifli birləşdirici toxumadan qurulmuşdur. Burada çoxlu 

qan damarları  və sinirlər vardır. Vətərlər və bağlar sümüklərə sümüküstlüyü vasitəsi ilə bağlanır və bu 

zaman onların kollagen lifləri xarici qatın liflərinə keçir. Sümüküstlüyünün daxili kambial qatı isə nazik 

kollagen və boylama gedən elastik liflərdən təşkil olunmuşdur. Bu qatda da kiçik qan damarlarına təsadüf 

olunur; burada habelə çoxlu yastı sümükyaradan hüceyrələr (osteoblastlar) vardır. Osteoblastlar sınmış 

sümüyün bərpa olunmasında fəal iştirak edir. Ona görə də bu qata bəzən osteogen qat da deyilir. Endost 

borulu sümüklərdə sümük iliyi boşluğunu örtür, çox nazik və zərif birləşdirici toxuma qişasıdır. Burada 

da osteogen lifləri sümük iliyinin retikulyar stromasına keçir. 

Sümüküstlüyünun sümük üçün böyük əhəmiyyəti vardır; bu sümüyün qidalanmasında, eninə 

(appozision) böyüməsində və regenerasiyasında iştirak edir.  



 

Sümüyün inkişafi (osteohistogenesis

 

Qeyd olunduğu kimi, sümük mənşə  cəhətcə mezenxim hüceyrələrinə aiddir. Lakin mezenximdən 

sümüyün inkişafı skeletin ayrı-ayrı yerlərində eyni deyil və müxtəlif vaxtlarda icra olunur. Bəzi yerlərdə 

mezenxim bilavasitə sümük toxumasına diferensasiya edir, digər yerlərdə  və  həm də skeletin çox 

hissəsində mezenximdən əvvəlcə qığırdaq toxuması hasil olur və sonra həmin qığırdaq əsasında sümük 

inkişaf edir. Lakin sonuncu halda da sümüyün mayasını yenə mezenxim təşkil edir. Skeleti təşkil edən 

bütün sümüklər mezenxim hüceyrələrinin törəməsi olan sümükyaradan hüceyrələrdən, yəni 

osteoblastlardan inkişaf edir. Osteoblastlar sümük toxumasının həm hüceyrəarası maddəsini, həm də 

sümük hüceyrələrini (osteositləri) yaradır.  

İnkişaf gedişinə görə iki növ osteogenez müəyyən edilir: zarlı osteogenez (osteogenesis 



membranacea), yəni zar sümüyün (os membranaseum) inkişafı  və  qığırdaq osteogenezi (osteogenesis 

cartilaginea), yəni qığırdaq sümüyün (os cartilagineum) inkişafı.  

 

Sümüyün bilavasitə mezenximdən inkişafı (düz osteogenez) 



 

Bu növ osteogenez desmal, ya endesmal osteogenez də adlanır. Belə osteogenez zamanı sümüyün 

ilk modeli zardan (membrandan) ibarət olur. Sonra bu zarın müəyyən yerində mezenxim hüceyrələri 

bölünərək çoxalır, sıx yerləşir; bu yolla osteogen adacıq əmələ gəlir. Adacığın mərkəzindəki hüceyrələr 

tədricən osteoblastlara diferensiasiya etməyə başlayır və bu hüceyrələr arasında sıx kollagen fibrillərlə 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə