Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

 

44

kollagen və elastik liflər daha sıx yerləşir, daxili və ya xondrogen (və ya hücerəli qat) qatda liflər bir 



qədər seyrək olur, burada xondroblastlar yerləşir. Xondrogen qatın kollagen və  bəzən elastik lifləri 

bilavasitə  qığırdağın daxilinə keçir. Bu qatın hesabına qığırdaq toxuması artır. Qığırdaqüstlüyü qan 

damarları  və sinirlərlə  zəngindir, lakin qığırdağın öz daxilində qan damarları yoxdur. Beləliklə, qan 

maddələri qığırdağa, qığırdaqüstlüyü damarlarından diffuz yolla keçir. 

Oynaq qığırdaqları nahiyəsində  qığırdaqüstlüyü olmur və  həmin qığırdaqlar oynaq boşluğunun 

sinovi mayesi hesabına qidalanır.  

Qığırdağın daxilində qan damarları olmadığından onun qidalanması, xüsusilə onun mərkəzi 

hissəsində  zəifdir. Buna görə  qığırdağın qidalanması asanlıqla pozula bilir, bu zaman orada kalsium 

duzları toplanır ki, bunun da nəticəsində qığırdaq kirəcləşir, şəffaflığını itirir və bulanıq görünür.  

 

Qığırdağın inkişafı və histogenezi 



 

Qığırdaq inkişafında iki mərhələ keçirir; ilk qığırdaq toxuması, ya prexondral toxuma mərhələsi və 

əsil qığırdaq. Prexondral toxuma mezenximdən inkişaf edir. Mezenximdə sıxlaşma prosesi baş verir. Bu 

zaman mezenxim hüceyrələri çıxıntılarını itirib girdələşir, bir-birinə yaxınlaşır və mitoz üsulu ilə bölünüb 

artır. Belə nahiyələr skeletogen maya və ya skeletogen toxuma adlanır.  

Skeletogen mayanın ilk qığırdağa çevrilməsi xondroblastların meydana çıxması ilə  əlaqədardır, 

bunlar skeletogen toxumanı  təşkil edən mezenxim hüceyrələrindən diferensiasiya edir. Sonra mərkəzdə 

yerləşən xondrablastların arasında kollagen fibrillər tədricən nazik təbəqələr  əmələ  gətirir, buna ilk 



qığırdaq toxuması, ya prexondral toxuma deyilir.  

Əsl qığırdağın inkişafı xondrablastların fəaliyyəti ilə başlayır. Bunlar hüceyrəarası maddənin lifli 

zülallarını  və qlikozaminoqlikanlar sintez edərək hüceyrələrin arasına ifraz edir. Beləliklə, həmin 

hüceyrələr  ətrafında bazofil məntəqələr yaranır. Sonra qlikozaminoqlikanlar zülallarla birləşərək 

proteoqlikanları əmələ gətirir ki, bunlar da əsas maddəyə və kollagen liflərə hopur. Nəticədə sonuncular 

adi preparatlarda görünmür. Daha sonra sitoplazma ətrafındakı hüceyrəarası maddədən qığırdaq 

hüceyrələrinin kapsulları əmələ gəlir. Kapsulun inkişafı ilə yanaşı hüceyrəarası maddə getdikcə çoxalır və 

yeni-yeni kollagen liflər yaranmağa başlayır. Bu mərhələdə qığırdaq hüceyrələri hələ bölünə bilir və bu 

proses həm mitoz, həm də amitoz üsul ilə gedir. Meydana çıxan iki qız hüceyrə əvvəlcə ümumi boşluqda 

yerləşir, sonra hər birinin öz kapsulu əmələ  gəlir.  Əgər belə hüceyrələr ümumi boşluqda qalarsa, onda 

izogen qruplar əmələ  gəlir.  İzogen qrupların getdikcə artması  nəticəsində  qığırdaq daxildən böyüməyə 

başlayır; bu növ böyüməyə  interstisial böyümə ya intussussepsiya üsulu ilə böyümə deyilir (latınca 



intus – “daxildə”, suscipio – “saxlamaq”). Qığırdağın belə böyüməsi erkən yaşlar üçün daha səciyyəvidir. 

Bununla yanaşı, skeletogen mayanı əhatə edən mezenximdən yeni qığırdaq toxuması inkişaf etməyə 

başlayır, nəticədə  qığırdaq xaricdən böyüyür. Belə böyümə xondroblastların hesabına baş verir və 

appozision böyümə  (latınca appositio – “üstünə gəlmə”) adlanır. Appozision böyümə bütün embrional 

dövrdə, regenerasiya zamanı müşahidə olunur. Əmələ  gələn qığırdağın xarici səthində qalan 

mezenximdən qığırdaqüstlüyü inkişaf edir.  

Qığırdağın regenerasiyası. Yaşlı  məməlilərdə hialin qığırdağı  zədələnərsə bu zaman 

qığırdaqüstlüyü hesabına əvvəlcə cavan birləşdirici toxuma (qranualsion toxuma) hasil olur. Sonra həmin 

toxuma fibroblastları girdələşir və  tədricən qığırdaq hüceyrələrinə diferensiasiya edir. Hüceyrəarası 

maddə homogenləşərək qığırdağın hüceyrəarası maddəsinə çevrilir.  



 

SÜMÜK TOXUMASI (TEXTUS OSSEUS

 

Sümük toxuması birləşdirici toxumanın digər növlərindən hüceyrəarası maddənin sərtliyi və 

olduqca güclü inkişafı ilə fərqlənir. Bu isə həmin toxumanın yüksək mexaniki fəaliyyəti ilə əlaqədardır. 

Skeletin əsas tərkib hissəsini təşkil edərək sümüklər istinad, mühafizə və hərəkət funksiyasını icra edir. 

Bunlardan  əlavə sümük toxuması  fəal bioloji funksiya daşıyır belə ki, o, mübadilə prosesində xüsusilə 

mineral duzlar mübadiləsində iştirak edir. Sümüklər kalsium və fosfor birləşmələri üçün depo vəzifəsini 

icra edir; həmin maddələr müvafiq şəraitdə digər toxumalara keçə bilir. Sümüklər habelə qanyaradıcı 

fəaliyyət görən sümük iliyi üçün tutacaq vəzifəsini ifa edir.  




 

45

Sümüyün sərtliyi onun hüceyrəarası maddəsinə  əhəng duzlarının ilə hopması  nəticəsində  əldə 



edilmişdir. Sümük möhkəm sərtliyə malik olub, sıxılmağa, gərilməyə  və  sınmağa qarşı yüksək 

müqavimət göstərir.  

Sümük toxumasının tərkibində iki növ kimyəvi birləşmələr vardır: üzvi və qeyri-üzvi birləşmələr. 

Üzvi maddələr sümüyün təxminən 1/3-ni təşkil edərək, başlıca olaraq kollagen tipli osseindən və qeyri-

kollagen makromolekulyar birləşmələrdən əmələ gəlib. Ossein kimyəvi cəhətdən 95% I tip kollagendən 

əmələ gəlib və qaynadıldıqda yapışqan xarakter alır, buna görə də bəzən bu maddə osseokollagen adlanır. 

Sümük toxumasının bütün lifli strukturları osseindən təşkil olunmuşdur. Hüceyrəarası  əsas maddənin 

qeyri-kollagen makromolekulyar birləşmələrinin tərkibində fosfoproteinlər, proteoqlikanlar, qələvi 

fosfataza, osteonektin və xondriotinsulfat turşusu vardır, lakin bunun miqdarı  qığırdaqda olduğundan 

azdır. Burada habelə, lipidlər, albumoid birləşmələr və s. də vardır.  

Qeyri-üzvi duzların əsas hissəsini (96%-ə qədər) kalsium duzları təşkil edir, bu duzların əksəriyyəti 

kalsium fosfatdan ibarətdir. Ümumiyyətlə, mineral duzlar ossein lifləri arasında  əsas maddəyə çökərək 

mürəkkəb quruluşa malik hidroksiapatitə çox yaxın submikroskopik kristallar əmələ gətirir. Bu kristallar 

iynəyə  bənzəyir, uzunluqları 150 nm və qalınlıqları 1,5-7,5 nm-dir. Yaşa dolduqca qeyri-üzvi duzların 

miqdarı artır (72%-ə qədər), əksinə üzvi birləşmələrin miqdarı isə azalır. Qeyri-üzvi duzlardan sümüyün 

kövrəkliyi asılıdır, buna görə qocaların sümüyü tez sınır. Üzvi maddələr sümüyə elastiklik verir. 

Uşaqlarda bu maddələr artaraq 41%-ə çatır, buna görə onların sümükləri sınmağa qarşı nisbətən davamlı 

olur. Qeyd olunan üzvi və qeyri-üzvi birləşmələrdən  əlavə  təzə sümükdə 50%-ə  qədər su və 15,7%-ə 

qədər lipidlər vardır.  

Sümük toxuması canlı dinamik toxumadır, orada arası  kəsilmədən mübadilə prosesləri gedir və 

onun tərkibi daima yeniləşir.  

Sümük toxumasının quruluşu 

 

Sümük toxuması da birləşdirici toxumanın digər növləri kimi hüceyrələrdən və hüceyrəarası 

maddədən təşkil olunmuşdur. Burada hüceyrə elementlərinin miqdarı olduqca azdır, buna görə  də 

qaynadılıb qurudulmuş (maserasiya edilmiş) adi sümük həmin toxumanın yalnız hüceyrəarası 

maddəsindən ibarət olur.  

Sümük toxumasının iki əsas növü vardır: kobud lifli sümük toxuması və lövhəli sümük toxuması. 

Qeyd etmək lazımdır ki, bəzi müəlliflər bu iki toxuma arasında üçüncü növ – paralel lifli sümük toxuması 

da ayırd edirlər. Sümük toxumasının bütün növləri bir-birindən  əsas etibarı ilə hüceyrəarası maddənin 

quruluşu və fiziki xassələrinə görə  fərqlənir. Hüceyrəvi elementlər isə  həmin toxuma növlərinin 

hamısında oxşar quruluşa malikdir.  

 

Sümük toxumasının hüceyrəvi elementləri 

 

Sümük toxuması hüceyrələri 3 növdür: sümük hüceyrələri və ya osteositlər, sümükyaradan 

hüceyrələr, və ya osteoblastlar və sümükdağıdan hüceyrələr və ya osteoklastlar.  

Osteoblastlar, ya sümükyaradan hüceyrələr (yunanca osteon – sümük, blastos – maya) sümüyün 

inkişafı və onun regenerasiyası zamanı sümük maddəsini əmələ gətirir. Bunlar iri hüceyrələrdir, diametri 

15-20 mikrona çatır; kubabənzər, piramid şəkilli və çoxbucaqlı formada olur. Nüvələri girdə və ya oval 

olur, çox vaxt ekssentrik vəziyyətdə yerləşir, içərisində 1 və ya 2 nüvəcik vardır. Sitoplazmada dənəli 

sitoplazmatik tor, Holci kompleksi və mitoxondrilər yaxşı nəzərə çarpır. Burada çoxlu RNT vardır, qələvi 

fosfataza yüksək fəallığa malikdir. Dənəli sitoplazmatik torda ossein (kollagen) sintez olunur və bundan 

(kollagen liflər) ossein lifləri əmələ gəlir.  

Osteoblastlar, adətən, formalaşmış sümük dağıldıqda və sümüyün bərpası zamanı daha çox təsadüf 

olunur. Sümük əmələ gələrkən osteoblastlar bütöv qat kimi həmin sümüyün tirlərini örtür. Definitiv halda 

bu hüceyrələr sümüküstlüyünün daxili qatında və endostda müşahidə olunur. Osteoblastlar diferensiasiya 

edərkən onların sitoplazmasında polisaxarid-zülal dənələri və qlikogenə təsadüf olunur. Lakin fosfataza 

fəallığı artdıqda qlikogen itir. Sümük toxuması yarandıqdan və hüceyrəarası maddə  əmələ  gəldikdən 

sonra osteoblastlar osteositlərə çevrilir.  

Osteositlər yüksək diferensasiya etmiş sümük hüceyrələri olub yetişmiş sümük toxumasında 

təsadüf olunur. Bunlar sümük əmələ  gətirmək qabiliyyətinə malik deyildir, formalaşmış sümüyün 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə