Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə6/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   2   3   4   5   6   7   8   9   ...   187

fəqih,  müfəssir,  qari,  filoloq,  ədib,  şair,  filosof  və  təbiblərin  həyatı  haqqında  yüzlərlə, 

minlərlə kitab və risalə qələmə alınmışdır

1

.    


Tədqiq  olunan  dövrə  və  mövzuya  aid  mənbə  materilların  böyük  hissəsini  ərəb, 

müəyyən hissəsini isə farsca və türkcə qələmə alınmış əsərlər təşkil edir. Yuxarda qeyd 

etdiyimiz kimi hələ İslamdan əvvəl ərəb cəmiyyətində ‚ənsab‛ elmi mühüm əhəmiyyət 

kəsb  edirdi.  Tarixçilər  tərəfindən  cahiliyyə  dövrü  adlandırılan,  ərəblərin  İslamdan 

əvvəlki tarixi bütün mənfilikləri ilə yanaşı ərəblərin qəhrəmanlıq çağıdır. Ələlxüsus çöl 

ərəblərinin,  yəni  bədəvilərin  başlıca  öyünc  mənbəyi  igidlik,  şairlik,  nüfiz  və  sərvət 

sahibi olmaq idi. Bu bədəvilər arasında qəbilə, soy-kök təəssübkeşliyinin yaranması və 

möhkəmlənməsinə  səbəb  olmuşdu

2

.  Hər  bir  ərəb  qəbiləsinin  ata-babasının  adlarının 



yazıldığı  ‚nəssabə‛  adlanan  soy  ağacları,  şəcərələr  tərtib  olunurdu.  Bu  şəcərələr  hətta 

ərəb millətinin iki ulu əcdadı hesab olunan Ədnan və Qəhtana qədər gedib çıxırdı. Bu 

ənənə  İslam  tarixçiliyinin  meydana  gəlməsi  və  inkişaf  etməsində  böyük  rol 

oynamışdır

3

.  ‚Rical‛,  ‚təbəqat‛,  ‚təzkirə‛  tipli  ensklopedik  tərcümeyi-hal  kitablarının 



meydana  gəlməsində  bu  amil  mühüm  yer  tutmuşdur.  Xüsusən  mühəddislərin 

yazdıqları  əsərlərdə  ayrı-ayrı  şəxslərin  adları,  xronoloji  ünsürlər,  vəfat  tarixləri 

dəqiqliklə  müəyyən  edilərək  qeyd  edilmişdir.  Bununla  yanaşı  haqqında  məlumat 

verilən  şəxslərin  həyatlarında  yaşanmış  mühüm  hadisələr  nəql  edilmiş,  şairlərin 

şerlərindən,  alimlərin  hikmətli  sözlərindən  nümunələr  iqtibas  edilmişdir.  Alimlərin 

elmi və ədəbi şəxsiyyəti bütün təfərrüatı ilə oxucuya çatdırılmağa çalışılmışdı. Burada 

istifadə etdiyimiz bu tərz kitabların ən əhəmiyyətlilərindən biri Əbu Sə’d Əbdülkərim 

əs-Səm’aninin  Kitabü’l-Ənsab  adlı  əsəridir.  1113-cü  ildə  Xorasanın  Mərv  şəhərində 

dünyaya  gəlmiş  əs-Səm’ani  1167-ci  ildə  Mərvdəki  Əhmədiyyə  mədrəsəsində  vəfat 

etmişdir.  Sözü  gedən  əsər,  haqqında  məlumat  verilən  şəxslərin  nisbələrinin  əlifba 

sırasına  görə  düzülərək  tərtib  edildiyi  bioqrafiya  və  coğrafiya  kitabıdır.  Kitabü’l-Ənsab 

öz sahəsinə dair mühüm mənbələrdən biridir. Əsər ilk dəfə Londonda 1912-ci ildə nəşr 

olunmuşdur. Daha sonra 1961-1969, 1980-ci illərdə Heydərabadda və 1976-1982-ci  ildə 

                                                 

1

 Ramazan ŞEŞEN, Müslümanlarda Tarih-Coğrafya Yazıcılığı, s. 82-83, İstanbul 1998. 



2

 Cavad ƏLİ, Müfəssəl fi Tarixü’l-Ərəb Qəblə’l-İslam, C. II, s. 533-534, Bağdad 1993; Neşet ÇAĞATAY,  İslam Dönemine 



Dek Arap Tarihi, s. 128, 138, Ankara 1989. 

3

 Ahmet ÖNKAL, ‚Araplarda Ensab İlmi ve İslam Tarihi Açısından Önemi‛, SÜİD, S. 3, Konya 1990, ss. 117-132. 




Dəməşqdə  nəşr  olunmuşdur.  Kitabü’l-Ənsab  Ömər  əl-Barudi  tərəfindən  4  cild  halında 

1988-ci  ildə  Beyrutda  çap  edilmişdir.  Biz  burada  göstərilən  sonuncu  nəşrdən  istifadə 

etmişik.                  

Bioqrafiyalar  sahəsində  ən  çox  müraciət  etdiyimiz  əsərlərdən  biri  də  1179-1229-cu 

illərdə yaşamış Şihabəddin Yaqut ər-Rumi əl-Həməvinin Mu’cəmü’l-Büldan adlı əsəridir. 

Müəllifin öz bioqrafyası da xeyli maraqlı və rəngarəngdir. Nisbəsindən də göründüyü 

kimi  o,  Rumlu,  yəni  Anadoluludur.  Uşaq  vaxtı  Anadoluda  əsir  alınaraq  Bağdada 

gətirilmiş, Həmalı tacir Əsgər ibn İbrahim tərəfindən kölə bazarından satın alınmışdır. 

Ağası  onun  yaxşı  təhsil  almasını  təmin  etmiş  və  müxtəlif  ölkələrə  özünün  təmsilçisi 

olaraq  ticarət  səfərlərinə  göndərmişdi.  1199-cu  ildə  ağası  tərəfindən  köləlikdən  azad 

edilmiş  və  azad  şəxs  kimi  Əsgər  ibn  İbrahimin  yanında  işləmişdi.  Lakin  bir  müddət 

sonra  sabiq  ağası  ilə  arası  dəymişdi.  İran,  Xorasan,  Azərbaycan,  Misir  və  Şam 

diyarlarını  gəzən  Yaqut  əl-Həməvi  moğolların  ilk  hücumu  vaxtı  sahib  olduğu  bütün 

mal-dövləti qoyaraq Xorasandan Suriyaya qaçmağa məcbur olmuşdu. Səyahətləri vaxtı 

İslam  coğrafiyasının  müxtəlif  şəhərlərindəki  kitabxanaları  gəzərək  yazacağı  əsərlər 

üçün  material  toplamışdı.  1224-cü  ildə  Misirdə  Mu’cəmü’l-Büldanı  yazıb  bitirmişdi.  Bu 

əsər əslində əlifba sırasına görə tərtib edilmiş coğrafi lüğətdir. Müəllif ölkələr, regionlar 

və  şəhərlər  haqqında  coğrafi  məlumatlarla  yanaşı  həmin  yerlərdən  yetişmiş  məşhur 

alimlər  haqqında  da  məlumat  vermişdir.  Yaqut  əl-Həməvi,  orta  əsr  müəlliflərinin  bir 

çoxundan fərqli olaraq, nəql etdiyi tarixi-coğrafi və bioqrafik məlumatı aldığı mənbə və 

ya  şəxsin  adını  da  qeyd  etmişdir.  Burada  Mu’cəmü’l-Büldanın,  müasir  tədqiqatçılar 

tərəfindən ən çox istifadə edilən, 5 cild halındakı Beyrut nəşrindən istifadə olunmuşdur.   

Dəməşqli Əbdülhəyy ibnü’l-İmadın (1622-1679) Şəzəratü’z-Zəhəb fi Əxbari mən Zəhəb adlı 

ümumi bioqrafiya əsəri bu sahədə ən çox müraciət olunan mənbələrdəndir. İbnü’l-İmad 

bu  əsərində  1592-ci  ilə  qədər  İslam  coğrafiyasında  yaşamış  alimlər  və  tanınmış 

şəxsiyyətlərin  həyatından  bəhs  etmişdir.  Əsər  bir  neçə  dəfə  nəşr  olunmuşdur. 

Əbdülqadir Arnavud əsəri təqiq edərək 1986-1991-ci  illərdə 10 cild halında Dəməşqdə 

nəşr etmişdi. Burada sözügedən nəşrdən faydalanılmışdır.    

Şafi’i  məzhəbinə  mənsub  fəqihlərin  həyat  və  elmi  fəaliyyətlərindən  bəhs  edən  təbəqat 

kitabları ən çox müraciət etdiyimiz mənbələrdəndir. Belə ki, orta əsrlərdə Azərbaycan 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə