O sm anlılar Eyvazın dükanına gəldilər. Onlar on bir quruş verib on
bir şaqqa əti aldılar.
Koroğlu on iki şaqqa əti on iki quruşa satdı. Eyvaz atasının yanına
gəlib sevincək dedi:
- Ata, dükana bir çodar gəlib, doqquz yüz baş qoyunu var. Bax elə
indi onu dükanda qoyub gəlm işom .
M ir İbrahim qəssab tez ayağa qalxıb sevincək dükana gəldi. Gördü
çodar oturub. M ir İbrahim qollarını K oroğlunun boynuna salıb o üz-bu
üzündən öpüb dedi:
- Y ardım əli bəy, B ayram əli bəy, soni xoş gördük!
Koroğlu ürəyində dedi: “A y arvadı ..., çörəyi çörəkçidən ahb yenə
çörokçiyə satırsan?”
K oroğlu dedi:
- Ağa, m ənim adım R övşəndi.
Qəssab M ir İbrahim dedi:
- N iyə görünmürdün?
Koroğlu cavab verdi:
- Q oyunları Əcəm vilayətindən gətirm işəm . Ç əm libeldə Koroğlu
adlı bir igid yaşayır. Onun qorxusundan gələ bilmirdim. İndi neçə gündü
ki, Koroğlu ölüb. Bundan sonra nə q əd ə r qoyun istəsən, gətirərəm .
M ir İbrahim soruşdu:
- Koroğlu öldü?
Koroğlu dedi:
- Bəli, öldü.
M ir İbrahim dcdi:
- C əhonnəm ə ölsün, gorbagor olsun!
Koroğlu dedi:
- N iyə belə dcyirsən?
M ir İbrahim dedi:
- K oroğlunun şöhrəti yayılandan paşa Eyvazın qaladan çıxmasını
qadağan cləyib, tapşırıb ki, onu qaladan kənara çıxm ağa qoymasınlar.
Koroğlu Eyvazı oğurlayıb aparar, abrım ız gedər, rüsvay olarıq. O vaxt-
dan indiyə kim i ycddi ildi ki, Eyvaz qaladan kenara çıxmayıb.
Koroğlu ürəyindo dedi:
- Ay anasını.., sən m əni diriykən gorbagor edirsən, səni elə gor-
bagor edim ki, naqqallar qiyam ətə q əd ə r səndən danışsınlar.
Eyvaz baxıb gördü on iki quruş pul var.
Dedi:
- Ay çodar, A llah evini yıxsın.
Eyvaz hönkür-hönkür ağladı. M ir İbrahim qəssab dedi:
- Oğlum, niyə ağlayırsan?
Eyvaz dedi:
- Ata, Rövşən əm iy ə on iki şaqqa ət tapşırm ışdım , onları on iki qu-
ruşa satıb.
Koroğlu dedi:
- M ir İbrahim, m ən eşitm işdim qəssab tayfası xəsis olar, am m a
görməmişdim. Bu şəh ərd ə m ənim on iki dostum var. Onların hərəsinə
bir şaqqa ət sovqat yolladım . On iki şaqqa ət altı baş qoyun eləyir. Q o -
yunları sövdələşəndə on iki qoyunun haqqını sənə bağışlayacağam .
M ir İbrahim bu sözü eşidib Eyvazın başına bir qapaz salıb dedi:
- Eyvaz, əm in çox m ərd kişidi, on iki qoyun yox, lap on dörd
qoyun bağışlayar.
Koroğlu gördü ki, iki baş d a bu artırdı, fıkirləşdi ki, eybi yoxdu,
qoy onlar deyən olsun.
M ir İbrahim dedi:
- R övşən bəy, dur gedək ev d ə sövdələşək.
Eyvaz dükam bağladı.
O nlar üçlükdə Eyvazgilin evinə gəldilər.
M ir İbrahim K oroğluya dedi:
- Rövşən bəy, sən Eyvazla söhbət elə, m ən gedim pulları hazırlayım.
M ir İbrahim pul dalısınca getdi. Eyvaz otağın aşağı başında otu r-
muşdu. Koroğlunun gözü E yvazda idi. Eyvaz yerindən durub rofdon
bir qab götürüb qabağm a qoydu. Qollarını çırm alayıb şorabdan p iya-
ləyə süzüb, incə dodaqları ilə içm əyə başladı. Ç oxdan idi ki, K oroğ-
lunun dilinə şərab dəym əm işdi, ürəyi içm ək içtoyirdi. K oroğlu dodaq-
larını yalaya-yalaya Eyvaza baxdı. Eyvazın gözü K oroğluda idi. Eyvaz
dedi:
- R övşən əm i, dodaqlarını niyə yalayırsan?
Koroğlu dedi:
- S ənə qurban olum , içdiyin o qırmızı su nə idi?
Eyvaz dedi:
- Əmi, heç bundan görm əyibsən? B una şərab deyirlər.
Koroğlu dedi:
- Sən əminin canı, ondan bir piyalə də ver, m ən içim.
Eyvaz dedi:
- Əm i, bu suyun xasiyyəti pisdi, içib dəli olarsan.
K oroğlu dedi:
- N ədi bunun xasiyyəti?
Eyvaz dedi:
- B undan bir m isqal keçiyə versən buynuzlarını itildib canavarla
cəng edər, balığa versən, ticarət üçiin yük vurub H əştərxan dənizinə
gedər. Sən bundan içsən, dəli olarsan, çıxıb bazarda car çəkərsən ki,
ay cam aat qəssaba doqquz yüz baş qoyun gətirm işəm . O nlar da tök ü -
lüb qoyunlarm m ham ısm ı qarət edərlər.
K oroğlu dedi:
- Eyvaz, gözlərinə qurban olum, m ən ondan çox içm işəm , bizim
tərəflərdə şərab çoxdu.
Eyvaz dedi:
- S izlərdə şərab necə olur?
K oroğlu dedi:
- Ü züm ü əzib şirəsini çıxardırıq, sonra onu tiyana töküb od üstə
qoyuruq, o q ədər qaynayır ki, axırda dörddə biri qalır. Ç örəyi ona b a -
tırıb yeyirik.
Eyvaz dedi:
- Canın üçün, ay dedin ha, o doşabdı.
K oroğlu dedi:
- Ay uşaq, bəs bu nədi?
Eyvaz dedi:
- Bu şərabdı.
Koroğlu dedi:
- H ə, başa düşdüm , bizim yerlərdə bundan çox olur.
Eyvaz dedi:
- Sizdə necə olur?
K oroğlu dedi:
- B iz qatığı tiyana töküb çalxalayırıq, üstünün yağını götürüb plova
tökür, altının suyunu isə içirik.
Eyvaz dedi:
- A y dedin ha, o ayrandı.
K oroğlu dedi:
- Əm in sənə qurban, Eyvaz! Ondan bir piyalə ver içim.
Eyvaz dedi:
- Əm i, qorxuram içib dəli olasan.
K oroğlu çox yalvardı:
- S ən ə qurban olum, ondan bir piyalə ver dodaqlarım a sürtüm.
E yvazın ürəyi yandı, piyaləni şərabla doldurub K oroğluya verdi.
K oroğlu piyaləni alıb ürəyində dedi: “İlahi, ölsəm də, həsrətim qal-
m adı. Eyvaz m ənə şərab verdi” . Koroğlu şərabı başm a çəkdi. B ığları-
mn b ir yanı islandı, o biri tərəfl isə quru qaldı.
K oroğlu dedi:
- E yvaz, sənə qurban olum, bir piyalə d ə ver, bığlarım ın bu biri tə -
rəfi d ə islansın.
E y v az piyaləni bir də doldurub Koroğluya verdi. K oroğlu içib dedi:
- Y e n ə də ver.
K oroğlu şərabın hamısım içib qurtardı. Eyvaz q əz əb lə dedi:
- B u ayran deyil, indi keflənərsən, onda görüm necə dözəcəksən.
K oroğlu dedi:
- A y bala, özünə də bax, m ən ə də.
K oroğlu bunu deyib ayağa qalxdı, gördü rəfdə b eş-altı qab şərab
var. B irini götürüb başına çəkdi. O biri qabları da b ir-b ir başına çəkdi.
E y vaz dedi:
- A y yaram az, bu araqdı, heç olm asa birini iç.
K oroğlu dedi:
- A y bala, bunları qam ım da qatışdıracağam .
E yvaz öz yerində oturub fıkirləşirdi ki, indi o keflənib yıxılacaq.
Koroğlu isə sakitcə oturmuşdu. Eyvaz cuşa gəlib setarı' götürüb çal-
mağa başladı.
K oroğlu
d e d i r
- S ə n ə qurban olum, onu ver m ən də çalım.
E yv az dedi:
- Ə m i, çalm aq bilirsən?
K oroğlu dedi:
- Ç obanlıq edəndə atam ondan birini at quyruğundan düzəltm işdi,
onu çalırdım .
Eyvaz sazı K oroğluya verdi. Koroğlu sazı alıb köklədi. O elə saz
çalırdı ki, elə bil bülbül c ə h -cə h vururdu. Eyvaz ona heyran qalmışdı.
Eyvaz dedi:
Dostları ilə paylaş: |