Əkinə yararlı torpaqların səmərəli istifadə edilməsi,
məhsuldarlığın süni və təbii yolla bərpası, torpaq strukturunun
mühafizəsi min illər torpaq becərən, ondan bərəkət nemətlərini
alan ata-babalarımızm, əcdadlarımızm müqəddəs peşəsi, vəzifəsi
olmuşdur. Təəssüf ki, indi vəziyyət hər yerdə belə deyildir,
indi-indi aydm olur ki, torpaq üzərində uzun müddət
ictimai-kollektiv məsuliyyət münasibəti buna şərait yaradan amil
olmuşdur.
Müasir texnikaya, enerji qüvvəsinə, kimya, aqrotexnika
elminin nailiyyətlərinə malik olan insanlann torpağa, suya, yerin
təkinə, meşə sərvətlərinə intensiv təsiri suda, quruda və torpaqda
bioloji kütlənin, enerji balansınm azalmasına, ekoloji mühitdə
gedən nizamlı əlaqələrin, təbii proseslərin pozulmasına səbəb
olmuşdur. Keçmişdə respublika ərazisində geniş yayılmış meşə
sahələrinin elektrik enerjisi, yanacaq qıtlığına görə məhv edilməsi
üzvi gübrələrin məhdudluğu şəraitində torpağın məhsuldarlığının
xeyli aşağı düşməsi, kiçik çaylar və göllərin quruması, yeraltı su
ehtiyatlarımn azalması ekoloji mühitdə gedən əlaqəli inkişafa
mənfi təsir göstərir.
Regionlann tarazlı və iqtisadi baxımdan rəqabət qabiliyyətli
ərazilərində uzun müddət əkin, otlaq sahəsi kimi istifadə edilən,
fasiləsiz olaraq monokultura (əsasən pambıq) bitkiləri altında
suvarılan torpaqların 65-70 %-i bu və ya digər dərəcədə
şoranlaşmaya, eroziyaya məruz qalmış, neftçıxarma mədənlərində
neft məhsulları ilə çirklənmiş, faydah qazıntı, daş, qum
karxanalarından çıxanhmş tikinti materiallarmm istehsalı zamam
bu torpaqlar qazılıb alt-üst edilmişdir. Şoran torpaqlarm
meliorasiyası nəticəsində duzlu suların yenidən şirin su mənbələri
olan çaylara axıdılması da su, bioloji-ekoloji mühitin pozulmasına
səbəb olmuşdur. Belə şəraitdə tərkibi müxtəlif kimyəvi
maddələrlə, duzlarla zəngin çirkli suların su mənbələrinə
axıdılması onlarda yaşayan bioloji ehtiyatın inkişafını zəiflədir,
ekoloji mühiti pozur.
1995-ci ildə Milli Məclis tərəfindən yeni mülkiyyət
münasibətlərinə uyğun «Aqrar islahatların əsaslan haqqında» və
bir qədər sonra torpaq islahatlarının həyata keçirilməsinin hüquqi
129
əsasları və qaydalarım müəyyən edən «Torpaq islahatı haqqında»
qanunlar qəbul edildi, ölkədə kənd təsərrüfatmm in- Idşafmda
aqrar islahatların həyata keçirilməsində ən zəruri ilkin şərtlərdən
biri olaraq torpaqla bağh müvafiq sahələrdə maddi-texniki bazanm
yaradılması problemi də mühüm dövlət tədbiri kimi
qiymətləndirilir. «Torpaq islahatı haqqında» qanun qüvvəyə
mindikdən sonra respublikanm torpaq fondunun aşağıdakı üç
mülkiyyət formasında istifadəsi təmin olunmağa başladı:
•dövlət mülkiyyətinə 42,5 % (3,7 mln. hektar);
•bələdiyyə mülkiyyətinə 31,2 % (2,7 mln. hektar);
•xüsusi mülkiyyətə 26,4 % (2,3 mln. hektar);
Mövcud mülkiyyət formaları, kapitalist istehsal münasibətləri
fonunda yuxarıdakı bölgülərə istinadən aparılmış torpaq
islahatlarına əsaslanaraq, torpaqdan istifadə edilməsinin
vəziyyətini elmi-praktiki cəhətdən təhlil etmədən və bundan irəli
gələn nəticələri nəzərə almadan daxili imkanlar hesabına ərzaq
bolluğu yaratmaq mümkün deyildir. Fikri- mizcə, bu sahədə
mövcud torpaq bölgülərinə uyğun olaraq tədqiqatların aparılması
ilə yanaşı, iqtisadi, aqrotexniki, təbiəti mühafizə cəhətdən bir sıra
problemlərin həlli də zəruri hesab edilməlidir. Yuxarıda deyildiyi
kimi, respublika torpaqlarının 3,7 mln. hektarı (42,5 %) dövlət
səlahiyyətində saxlanı- hb.
İqtisadi təhlil göstərir ki, bu qədər torpaq sahəsinin heç onda
bir hissəsi də əkinçiliyə, meyvəçiliyə cəlb edilməmişdir.
Dövlət fonduna daxil olan yay və qış otlaqları, eləcə də meşə
fondu torpaqları ümumi dövlət torpaqlannm 75 %-ni (2846 min
hektar) təşkil edir. Uzun müddət səmərəsiz istifadə nəticəsində bu
torpaqlann yarısından çoxu ayn-ayrı yerlərdə sürüşməyə, xüsusDə,
mal-qaranın
otarılmasmda
aqrotexniki
qaydalara
riayət
edilmədiyindən torpaq eroziyasına məruz qalmış, məhsuldarlığı
xeyli aşağı düşmüşdür. Yay və qış ot- laqlannda aqrotexniki
qaydalara əməl edilməməsi aşağıdakı tədbirlərin həyata
keçirilməsini tələb edir:
130
•mülkiyyət
münasibətlərindən,
təsərrüfat-istehsal
məqsədlərindən, eləcə də təbii məhsuldarhğından asılı olaraq
otlaqla- nn bölüşdürülməsi, mal-qaranın sayı nəzərə ahnmaqla
otarma qaydalarına əməl edilməsi, ərazinin məhsuldarhğmm
artırılması məqsədilə müvafiq tədbirlər görülməsi və bunun üçün
dövlət nəzarətinin gücləndirilməsi;
•yanacaq qıtbğı səbəbindən artıq 15 ilə yaxın müddətdə meşə
ağaclanmn qıniması nəticəsində eroziyaya uğramış otlaq, torpaq
sahəsində meşə-bərpa işlərinin apaniması.
Ərzaq məhsullan istehsah, xüsusilə, əkinçilikdə istifadə
baxımından bələdiyyə torpaqlanmn vəziyyəti də qənaətbəxş
deyildir. Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
məlumatına əsasən, 2700 min hektar torpaq sahəsi (ümumi torpaq
fondunun 31,1 %-i, bələdiyyə torpaqlanmn isə 50-55 %-i) əkinə az
yararlı və ya şərti yararsız hesab ediHr. Bu qədər torpaqlardan
əkinçilikdə və ya kənd təsərrüfatının digər sahələrində istifadə
edilməsi ilk növbədə onların yararh hala salınmasını tələb edir.
Xüsusi mülkiyyətə verilmiş 2300 nodn hektar (ümumi torpaq
fondunun 26,4 %-i) torpaq sahələri, 2005-ci ihn məlumatına
əsasən, respubhkada istehsal edilən kənd təsərrüfatı məhsullarının
90 %-indən çoxunu verir.
Azərbaycan Respublikasının torpaq sahəsi 86,4 min kvadrat
kilometrdir. Dövlətin xüsusi mülkiyyətdə olan ümumi torpaq
sahəsinin 4.913.639 min hektarı (58,6%) 837,1 min ailəyə
verilmişdir. İqtisadi rayonlar üzrə hər ailəyə düşən torpaq payı üzrə
xeyli fərq nəzərə çarpır. Ən az torpaq sahəsi Naxçıvan MR (0,59
hektar), Abşeron (0,71 hektar), ən çox isə Dağlıq Şirvan (2,88
hektar), Kür-Araz (2,25 hektar). Aran rayonlan əhalisinin payına
düşür. İstər respublikada, istərsə də Dağlıq Şirvan iqtisadi
rayonunda torpaq islahatlarının təkmilləşdirilməsi, torpaqlardan
səmərəli istifadə edilməsi məqsədi ilə bir sıra vacib tədbirlərin
aparılmasma ehtiyac duyulur. Gəldiyimiz qənaətə görə, bunun
üçün aşağıda göstərilən tədbirlərin həyata keçirilməsinə ehtiyac
vardır; (2013-cü ilin Dövlət Statistika Komitəsinin göstəriciləri
əsasmda);
131
Dostları ilə paylaş: |