zəhməti, iradəsi, zəkası, onlann əlləri ilə yaradılıbdır».
Nazirlər Kabinetinin 20l3-ci ilin doqquz ayının sosial- iqtisadi
inkişafının yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham
Əliyev demişdir ki, istənilən dövlətdə iqtisadi islahatın uğurları
təkcə ölkənin malik olduğu təbii-bioloji ehtiyatlarla deyil, həm də
cəmiyyətin tətbiq olunan yeniliklərə adekvat reaksiyası ilə
sərtləşir.
Azərbaycanda son illər yeni dövrün gerçəklikləri nəzərə
alınmaqla həyata keçirilən iqtisadi islahatlar da məhz bu realhğa
söykənərək cəmiyyətdəki yeniliklərin mahiyyətindən irəli
gəlmişdir. Uğurla gerçəkləşdirilən yeni neft strategiyasının
2013-cü ildən daha yüksək uğurlara yol açması, respublikamızın
regionda yüksək inkişaf mərhələsinə qədəm qoyması ümumi daxili
məhsulun artım tempi, büdcə gəlirlərinin ildən- ilə əhəmiyyətli
dərəcədə
çoxalması
iqtisadi
sektorda
islahatların
genişləndirilməsinə,
sosial-mədəni
modernləşməyə
imkan
yaratmışdır. Regional inkişaf proqramı uğurla icra olunur, yeni
mərhələnin səciyyəvi cəhətlərindən biri də regionlarda tarazh və
rəqabət qabiliyyətli iqtisadiyyatın inkişaf istiqamətlərinin və sabit
inkişafı üçün qeyri-neft sektorunun daha da gücləndirilməsi, bu
sahədə liberallaşma prosesinin dərinləş- dirilməsidir. Bu mənada
dövlətin respublika bölgələrində inkişafının istiqamətlərini
genişləndirmək,
qeyri-neft
sektorunu,
sahibkarlığı
milli
iqtisadiyyatın intibah prosesinin lokomotivinə çevirməkdir.
Dövlət başçısının uğurla həyata keçirdiyi strategiya
nəticəsində Azərbaycan dünyamn ən sürətli inkişaf edən və bütün
sahələrdə yeniləşən dövlətlərdən biri kimi tamnır. Ölkə Prezidenti
Nazirlər Kabinetinin 2013-ci ilin doqquz aymda sosial- iqtisadi
inkişafının yekunlanna həsr olunmuş iclasında bildirmişdir:
“Region inkişaf proqranu uğurla icra edilir”.
Tarazlı inkişafın rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı ilə
əlaqədar olaraq müstəqil Azərbaycan qısa müddətdə dövlət və
hökumətin uğurlu siyasəti sayəsində sürətlə inkişaf etmişdir.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yoxsulluq həd
126
dinin azaldılması, iş yerlərinin açılması, beynəlxalq aləmə
inteqrasiya sahəsində mühüm nailiyyətlər qazamimışdır. Bunların
əsası Cmummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, indi
də onun layiqli davamçısı olan dövlət başçısı tərəfindən uğurla
inkişaf etdirilir. «Əsrin müqaviləsi»ndən daxil olan gəlirdən
ayrılan sərmayə qeyri-neft sektorunun inkişafına, sənaye
əhəmiyyətli təbii sərvətlərin mənimsənilməsinə, əhalinin sosial
vəziyyətinin yaxşılaşmasına yönəldilir. Respublikanın iqtisadi
inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması uğurla davam
edir.
2013-cü ildə ümumi daxili məhsulun 38,6%,-i o cümlədən,
sənaye istehsahnın nisbətən 40% artması, son illərdə təxminən 620
min yeni iş yerinin yaradılması, yoxsulluq həddinin 9% aşağı
salınması,
əhalinin
əməkhaqqının,
pensiya
təminatının
nəzərəçarpacaq dərəcədə artırılması ölkə prezidentinin apardığı
iqtisadi, sosial, geosiyasi siyasətinin uğurlu nəticəsidir. Bu
siyasətin davam etdirilməsinin ən mühüm və etibarlı əsası dövlətin
qarşıya qoyduğu böyük əhəmiyyətli vəzifələrdən biri qeyri-neft
sektorunun inkişaf etdirilməsidir. Bundan irəli gələn problem
ölkədə iqtisadi inkişafın yüksəldilməsi, maddi-texniki bazanın
möhkəmləndirilməsi
əsasında
ərzaq
məhsulları
bolluğu
yaradılması, aqrar-sənayenin inkişafını təmin edən kənd
təsərrüfatının inkişaf etdirilməsidir. Azərbaycan Respublikasında
bu sahənin inkişaf etdirilməsinin təbii-iqtisadi əsasını torpaq, su
sərvətləri və onlardan səmərəli istifadə təşkil edir. Torpaq maddi
nemətlərin əvəzedilməz mənbəyi, insanlann, bütün canlıların
məskunlaşma, yaşayış və törəmə ərazisi, onların qarşılıqh
inkişafını nizamlayan ekoloji mühitin beşiyi, kənd təsərrüfatının
inkişafında əsas istehsal vasitəsidir.
Planetimizdə mövcud olan heç bir təbii sərvət torpaq qədər
iqtisadi, ekoloji, bioloji əhəmiyyətə malik deyildir. İstehsal və
istifadə proseslərində məskunlaşma yerini dəyişməyən torpaq
kəmiyyətini, həcmini həmişə sabit saxlayır. Lakin ondan
israfçılıqla, səmərəsiz istifadə edildikdə, keyfiyyətini itirir,
istifadəsi səmərəsiz olur.
Su həyat mənbəyidir, yerin geoloji tarixində həyatın,
127
bütün canlıların yaranmasında fəal iştirak edən elementdir.
Aristotel təlimində göstərilən 4 əsas elementdən (od, hava, torpaq,
su) biridir. Yer kürəsinin 71%-i sudan ibarətdir. Bunun yalmz 2%-i
şirin sudur. Yerin üstündə, təkində olan elementlərin əksəriyyəti
okean, dəniz suyunda həll olunmuş halda mövcuddur. Bütün su
mənbələri (çaylar, göllər, dənizlər, okeanlar) insanların yaşayışım
təmin edən mineral xammal, bioloji aləmlə zəngin olan maddi
nemətlər, tükənməz enerji, ərzaq mənbəyidir. Eyni zamanda, su
heyvanları və bitkilərdən ibarət bioloji kütlə ilə zəngin olan
dənizlər, okeanlar, çaylar, göllər insanların tükənməz qida
mənbəyi, sənayenin, texniki tərəqqinin, dəniz nəqliyyatının hərəkət
obyektidir.
Mülayim-isti qurşaqda yerləşən Azərbaycan mənfi su
balansına malikdir. Adambaşına, ərazi vahidinə (1 kvadrat
kilometr) düşən su ehtiyatına görə qonşu ölkələrdən 2,53 dəfə geri
qalır. Respublikanın malik olduğu 31 milyard kubmetr ümumi su
ehtiyatının 12 milyard kubmetri öz sərhəddi daxilində formalaşır,
qalan hissəsi isə onun ərazisinə kənardan - Gürcüstan, Ermənistan
və Dağıstandan axıb gələn tranzit çayların payına düşür.
Azərbaycan Respublikası daxilində istifadə, edilən suyun
miqdan özünün sahib olduğu su ehtiyatından 1,6-1,7 dəfə çoxdur.
Azərbaycan ərazisində su ehtiyatı qeyri-bərabər paylanmışdır. Belə
ki, suya az tələbat olan dağlıq rayonlarda - dəmyə əkinçiliyi
zonasında su ehtiyatı daha çoxdur, suya daha çox su tələbat olan
suvarma əkinçiliyinin inkişaf tapdığı Aran rayonlannda isə su
ehtiyatı olduqca azdır.
Buradan belə nəticə çıxır ki, respublikada qeyri-neft
sektorunun, xüsusilə kənd təsərrüfatında ümumi gəlirin 75-80%-ni
verən suvarma əkinçiliyinin inkişafında su həlledici əhəmiyyət
kəsb edir. Kompleks təbii sərvət olan, məhdud ehtiyata malik
sudan səmərəli istifadə edilməsi, su mənbələrinin zərərli
tullantılardan mühafizə edilməsi, indiki şəraitdə özəlləşdirilmiş
torpaqla, kənd təsərrüfatı sahələri ilə dövlət səlahiyyətində
saxlanılmış sudan istifadə arasında müvazinət yaradılması dövlət
siyasətinin əhəmiyyətli tərkib hissəsi olmahdır.
128
Dostları ilə paylaş: |