2
MÜNDƏRİCAT
Giriş .......................................................................................................................... 3
Fəsil 1. Azərbaycanın bank sistemi, onun əsas xüsusiyyətləri ............................ 6
1.1. Bankların yaranması, onların mahiyyəti haqqında nəzəriyyələr ........... 6
1.2. Bank sisteminin dinamikası, inkişafı və öhdəlikləri ............................ 11
1.3. Azərbaycanın bank sektorunun xarici banklar üçün cəlbediciliyi. ...... 18
Fəsil 2. Kommersiya bankları, ölkə iqtisadiyyatının inkişafında onun rolu ... 27
2.1. Kommersiya banklarının yaradılması, funksiyaları və fəaliyyətinin
hüquqi əsasları ........................................................................................... 27
2.2. Bankların kapitallaşma səviyyəsi və sahibkarlığın inkişafına onun
təsiri ........................................................................................................... 33
Fəsil 3. Azərbaycanda xarici sərmayəli banklar, onların təsnifatı ................... 40
3.1. Xarici sərmayəli banklar, onların kapitallaşma səviyyəsi ................... 40
3.2. İqtisadi böhran şəraitində bank sektorunun inkişaf istiqamətləri ........ 47
3.3. Azərbaycanda iqtisadiyyatın inkişafında bank sektorunun rolu .......... 55
Nəticə və təkliflər ................................................................................................... 66
Ədəbiyyat .............................................................................................................. 71
3
GİRİŞ
Beynəlxalq maliyyə institutlarının və xarici bankların Azərbaycanın
maliyyə-bank bazarına marağı getdikcə artır. Ölkənin maliyyə-bank bazarının
investisiya cəlbediciliyi, xarici bankların ölkənin bank sisteminin fəaliyyətində
iştirak etmək arzusu ilə Mərkəzi Banka müraciətlərini ildən-ilə artırmaqdadır.
Mərkəzi Bank öz növbəsində, xarici «brend» bankların ölkə bank sektorunda
iştirakında maraqlı olduğunu bildirir. Bu gün Azərbaycan qanunvericiliyində xarici
bankların ölkədəki fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Bütövlükdə ölkənin
bank sektorunda xarici bankların iştirakı, bank bazarında rəqabəti canlandırmaqla,
yeni texnologiyaların geniş tətbiqinə, korporativ idarəetməni yaxşılaşdırmağa,
müştərilərə yüksək keyfiyyətli bank xidmətləri göstərilməsinə səbəb ola bilər.
Mövzunun aktuallığı onunla izah edilir ki, bu günkü böhran şəraitində xarici
sərmayəli banklara daha çox ehtiyac duyulur. Kommersiya bankları öz vəsaitləri
ilə yanaşı daha çox cəlb edilmiş vəsaitlərin artırılmasına çalışmalıdırlar. Bu gün
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 23-də xarici sərmayənin
iştirakı mövcuddur. Bunlardan 7-də (yeddisində) xarici kapitalın iştirak payı 50-
100%, 14-də (on dördündə) isə 50%-ə qədərdir. Ölkədə 2 (iki) xarici bank filialı, 5
(beş) xarici bankın nümayəndəliyi fəaliyyət göstərir. Dünya iqtisadiyyatında
davam edən böhran, bütövlükdə iqtisadiyyatın qeyri-stabil olması xarici bank və
investorların inkişaf etməkdə olan ölkələrin maliyyə-bank bazarına marağını
gündəmdə saxlayır. Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatı belə böhran
şəraitdə öz stabil inkişaf tempini davam etdirməkdədir.
Bunun nəticəsi olaraq ölkənin bank sektoru öz likvidliyini saxlamaqla, daha
çox müştəri inamını qazanmaqdadır. Bu gün Azərbaycan bank sektoru ölkə
iqtisadiyyatının modernizasiyasının maliyyələşməsində iştirak etməklə, korporativ
idarəetmənin yaxşılaşmasına dəstək verməlidir. Azərbaycan bank sisteminin
gələcək inkişaf imkanları beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək
qiymətləndirilir. Belə ki, bu yaxınlarda Azərbaycanın müstəqil reytinqi «BB+»-dan
«BBB-» yüksəlmiş və o, investisiya reytinqinə keçirilmişdir. Bu halda dünyada