Patoloji anatomiya


) Bronx divarlarının deformasiya edərək bayıra doğru qabarmalar əmələ gətirmələri və stabil şəkildə genişlənmələri necə adlanır?



Yüklə 1,11 Mb.
səhifə10/16
tarix30.05.2018
ölçüsü1,11 Mb.
#46795
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

582) Bronx divarlarının deformasiya edərək bayıra doğru qabarmalar əmələ gətirmələri və stabil şəkildə genişlənmələri necə adlanır?

A) Bronxun anevrizması

B) Bronxoektaziya

C) Bronx deformasiyası

D) Astmatik komponentli xroniki bronxit

E) Bronxların bədxassəli şişi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
583) “Ağ ciyər ürəyi” (Cor pulmonale) ürəyin hansı hissəsinin böyüməsi hesabına formalaşır?

A) Mədəciklərarası arakəsmə

B) Sağ mədəcik

C) Sağ qulaqcıq

D) Sol mədəcik

E) Sol qulaqcıq


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
584) Aşağıda ağ ciyər emfizemalarının hansı növü göstərilmişdir?

A) Yarımkəskin emfizema

B) Yuvenil emfizema

C) Atelektatik emfizema

D) Atrofik emfizema

E) Qocalıq emfizema


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
585) Bronxopnevmoniya zamanı ağ ciyərdə makroskopik olaraq hansı dəyişiklik görünür?

A) Bronxlar genişlənmiş və deformasiyaya uğramışlar

B) Meyitin müayinəsi zamanı ağ ciyər paylarından biri və ya bir neçəsi bütünlüklə dəyişilmiş vəziyyətdə görünür (bütün bronx və alveolların mənfəzləri iltihabi ekssudatla dolmuşlar, plevra üzərində fibrinoz ekssudat görünür)

C) Ağ ciyər toxumasında səpələnmiş şəkildə ağımtıl rəngli, kazeoz (kəsmiyəbənzər) kütlələr qeyd edilir

D) Bronxlardan birinin divarından inkişaf edərək ağ ciyər toxumasına da keçən, kənarları nahamar, ağımtıl rəngli toxuma kütləsi qeyd edilir

E) Kəsikdə ağ ciyər toxumasında ocaqlı dəyişikliklər qeyd edilir, bu ocaqlarda mənfəzlərində irinli-selikli ekssudat olan xırda bronxlar görünür


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
586) Aşağıdakı hansı patologiya zamanı “ağ ciyər ürəyi”nin formalaşması az inandırıcıdır?

A) Müxtəlif mənşəli pnevmosklerozlar

B) Sirrotik vərəm

C) Ağ ciyərlərin interstitsial xəstəlikləri

D) Bronxoektaziya xəstəliyi

E) Kəskin poliseqmentar pnevmoniya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
587) Histogenezindən asılı olaraq aşağıda ağ ciyər xərçənglərinin hansı növü göstərilmişdir?

A) Bronxogen xərçəng

B) Kolloid xərçəng

C) Differensiasiya etməmiş xərçəng

D) Medulyar xərçəng

E) Yüksək diferensiasiyalı xərçəng


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
588) Hansı adlar krupoz pnevmoniyanın sinonimləridir?

A) Lobar pnevmoniya, plevropnevmoniya

B) Bronxopnevmonya, pnevmo-renal sindrom

C) Pay pnevmoniyası, seqmentar pnevmoniya

D) Hialin membranlar xəstəliyi, bronxopnevmoniya

E) İnterstitsial pnevmoniya, ara pnevmoniya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
589) Aşağıdakı hansı proses krupoz pnevmoniyanın mərhələlərindən biridir?

A) Qalıq əlamətlər mərhələsi

B) Destruktiv pnevmoniya mərhələsi

C) Ağ ciyərin boz bərkiməsi (və ya bərk hepatizasiya mərhələsi)

D) Kataral mərhələ

E) Hiperemiya mərhələsi (və ya başlanğıc mərhələ)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
590) Qazanılmış bronxoektaziyalar adətən aşağıda göstərilən hansı patologiyanın ağırlaşması kimi inkişaf edir?

A) Krupoz pnevmoniya

B) Xroniki bronxit

C) Streptokok mənşəli xroniki tonzillit

D) Ağ ciyərin vərəmi

E) Kəskin bronxit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
591) Aşağıdakı hansı xəstəlik zamanı “şanabənzər ağ ciyər” inkişaf edir?

A) Bronxopnevmoniya

B) Bronxoektaziya xəstəliyi

C) Krupoz pnevmoniya

D) Ağ ciyər vərəmi

E) Kəskin bronxit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
592) “Ağciyər ürəyi” ağ ciyərin aşağıdakı hansı patologiyası zamanı inkişaf edə bilər?

A) Ağ ciyər arteriyasının kiçik şaxələrinin trombemboliyaları

B) Ocaqlı pnevmoniya

C) Bronxoektaziya xəstəliyi

D) Krupoz pnevmoniya

E) Kəskin bronxit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
593) Lokalizasiyasından asılı olaraq aşağıda ağ ciyər xərçənginin hansı forması göstərilmişdir?

A) Visseral xərçəng

B) Vəz epitelli xərçəng

C) Periferik xərçəng

D) Alveolyar xərçəng

E) Bifurkasion xərçəng


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
594) Aşağıda xroniki bronxitlərin hansı morfoloji növü göstərilmişdir?

A) Yarımkəskin xroniki bronxit

B) Prekanserogen xroniki bronxit

C) Kataral xroniki bronxit

D) Nekrotik xroniki bronxit

E) Proliferativ xroniki bronxit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
595) Mikroskopik müayinə zamanı ağ ciyərdə doluqanlılıq, alveolların mənfəzlərində çoxlu miqdarda sərbəst yerləşmiş eritrosit kütlələri, çəhrayı homogen maye, fibrin telləri və az miqdarda da leykositlər görünür. Bu, nə patologiyadır?

A) Obturasion asfiksiya

B) Ağ ciyərin odlu silah yaralanması və ağ ciyər toxumasına qanaxma

C) Krupoz pnevmoniyanın II mərhələsi

D) Qanlı qusuntu kütləsinin aspirasiyası

E) Krupoz pnevmoniya xəstəliyinin III mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
596) “Boz hepatizasiya” prosesi hansı xəstəlikdə olur?

A) Qara ciyərin lipofussinozu

B) Xroniki ümumi venoz hiperemiya (“ağ ciyərin boz bərkiməsi”nin sinonimi)

C) Krupoz pnevmoniya

D) Bronxoektaziya xəstəliyi

E) Orqanizmin ümumi atrofiyası (kaxeksiya) zamanı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
597) Sağ ağ ciyərin orta payı bütünlüklə bərkimişdir, havasızdır; kəsikdə səthi bozumtul və xırdadənəvərdir. Bu nahiyədə plevra tutqundur, asan soyulan bozumtul ərplə örtülüdür. Bu, hansı patologiyadır?

A) Sağ ağ ciyərin orta payının plevriti

B) Obstruktiv emfizema

C) Plevranın empieması

D) Krupoz pnevmoniya

E) Sağ ağ ciyərin orta payında bronxopnevmoniya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
598) Bronxoektaziya xəstəliyi zamanı ağ ciyərdə hansı xarakter dəyişiklik baş verə bilər?

A) Sirrotik ağ ciyər

B) Ağ ciyərin amiloidozu

C) Ağ ciyərin boz bərkiməsi

D) Muskat ağ ciyər

E) “Şanabənzər ağ ciyər”


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
599) Aşağıda göstərilən hansı pnevmokonioz karbokoniozlar qrupuna aiddir?

A) Silikatoz

B) Antrakoz

C) Silikoz

D) Alüminoz

E) Berillioz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
600) Krupoz pnevmoniya zamanı xarakter olaraq iltihabın hansı növü baş verir?

A) Fibrinoz proliferativ iltihab

B) Proliferativ iltihab

C) Fibrinoz ekssudativ iltihab

D) Qanqrenoz və ya nekrotik iltihab

E) Seroz-hemorragik iltihab


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
601) Ara pnevmoniya ağ ciyərin hansı hissəsində inkişaf edə bilər?

A) Alveollarda (ağ ciyərin parenximasında)

B) Bronxlarda

C) Bronxiollarda

D) Plevrada

E) Alveollararası arakəsmələrdə (ağ ciyərin stromasında)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
602) Bronxopnevmoniya başqa adla necə adlanır?

A) Kəskin bronxit pnevmonit komponenti ilə

B) Ocaqlı pnevmoniya

C) Qrippoz pnevmoniya

D) Ara pnevmoniya

E) Krupoz pnevmoniya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
603) Hansı adda ağ ciyər emfizeması yoxdur?

A) Qocalıq emfizeması

B) Atelektatik emfizema

C) Xroniki diffuz obstruktiv emfizema

D) Ara emfizema

E) Vikar emfizema


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
604) Aşağıdakı hansı ifadə ağ ciyər xərçənginə aid edilmir?

A) Bronxiolo-alveolyar xərçəng

B) Periferik xərçəng

C) Yastı epitelli xərçəng

D) Nəlbəkiyəbənzər xərçəng

E) Mərkəzi xərçəng


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
605) İnterstitsial pnevmoniyaların aşağıda hansı forması göstərilmişdir?

A) Peribronxial ara pnevmoniya

B) Legionerlər xəstəliyi

C) Kəskin eroziv forma

D) Parenximatoz forma

E) İnterstitsial mediastinit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
606) Silikoz zamanı kvars (Si2O) hissəciklərini udmuş ağ ciyərin interstitsial makrofaqları necə adlanır?

A) Silikoz hüceyrələri

B) Xockin hüceyrələri

C) Koniofaqlar

D) Sileomakrofaqlar

E) Virxov hüceyrələri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
607) Ağ ciyər xərçəngi əsasən ağ ciyərdəki hansı hüceyrələrdən inkişaf edir?

A) Bronx epitellərindən

B) Alveolyar makrofaqlardan

C) Alveollararası arakəsmələrdəki interstitsial hüceyrələrdən

D) Alveolyar epitellərdən

E) Bronxların qığırdaq hüceyrələrindən


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
608) Epiteldən inkişaf etməsindən asılı olaraq aşağıda ağ ciyər xərçənglərinin hansı növü göstərilmişdir?

A) İntramural xərçəng

B) Mərkəzi xərçəng

C) Ekzofit xərçəng

D) Peribronxial xərçəng

E) Adenokarsinoma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
609) Krupoz pnevmoniya zamanı auskultasiyada tənəffüs aktları zamanı “plevranın sürtünmə küyü” eşidilir. Bu fenomenin səbəbi aşağıdakı hansı patoloji prosesdir?

A) Fibrinoz plevrit

B) Bütöv bir və ya bir neçə payın iltihablaşması

C) Həmin nahiyədə alveolların mənfəzlərində iltihabi ekssudatın olması

D) Həmin nahiyədə alveolların mənfəzlərində ödem mayesinin olması və bu mayenin tənəffüs aktları zamanı hava ilə qarışması

E) Həmin nahiyədə iltihabi prosesin uzun müddət davam etməsi ilə əlaqədar sklerotik dəyişikliklərin olması (plevra səfhələri arasında sklerotik bitişmələr)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
610) Aşağıda göstərilən hansı patologiya pnevmokoniozlara aid edilmir?

A) Silikatoz

B) Alüminoz

C) Antrakoz

D) Azbestoz

E) Sarkoidoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
611) Aşağıda ağ ciyər emfizemalarının hansı növü göstərilmişdir?

A) Yuvenil emfizema

B) Premortal emfizema

C) Latent emfizema (emfizemanın inkubasiya mərhələsi)

D) Vakat emfizema

E) Xroniki diffuz obstruktiv emfizema


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
612) Bronxların divarında çoxlu limfo-leykositar infiltrasiya, yerli histiositar proliferasiya, bəzi yerlərdə skleroz, az dərəcədə isə ödem görünür. Bu hansı xəstəlikdir?

A) Bronxopnevmoniya

B) Kəskin fibrinoz bronxit

C) Xroniki proliferativ bronxit

D) Xroniki ekssudativ bronxit

E) Kəskin kataral bronxit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
613) Aşağıdakı hansı patoloji proses krupoz pnevmoniya zamanı xarakter olaraq ağ ciyərdə ağırlaşma kimi inkişaf edə bilər?

A) Ağ ciyərin xərçəngi

B) Postpnevmonik emfizema

C) Kəskin bronxoektaziya

D) Bronxopnevmoniya

E) Karnifikasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Həzm traktı xəstəlikləri

614) Aşağıda kəskin tonzillitlərin hansı forması göstərilmişdir?

A) Kriptogen tonzillit

B) Kəskin qranulomatoz tonzillit

C) Damaq badamcıqlarının kəskin empieması

D) Septiki tonzillit

E) Fibrinoz tonzillit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
615) Aşağıdakı hansı patoloji proses mədənin xroniki xora xəstəliyinin ağırlaşması ola bilər?

A) Böyrəyin ikincili amiloidozu

B) Mədənin vərəmi

C) Penetrasiya

D) Appendisit

E) Sepsis


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
616) Aşağıda göstərilən hansı patoloji proses mədənin xərçəngönü xəstəliklərinə aiddir?

A) Yarımkəskin qastrit

B) Mədənin xroniki xora xəstəliyi

C) Mədənin ekzofit adenokarsinoması

D) Hipertrofik qastropatiya

E) Kəskin fibrinoz qastrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
617) Göstərilən hansı patologiya mədə xərçənginin ağırlaşmalarından hesab edilə bilər?

A) Qara ciyərin absesi

B) Perforasiya və peritonit

C) Hepato-renal sindrom və kəskin böyrək çatışmazlığı

D) Qanhayxırma və qanitirmə

E) Mədənin selikli qişa epitellərinin metaplaziyası və maliqnizasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
618) Aşağıda kəskin appendisitin hansı forması göstərilmişdir?

A) Kəskin aktiv appendisit

B) Follikulyar appendisit

C) Mürəkkəb appendisit

D) Difteritik appendisit

E) Sadə appendisit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
619) Mədənin xroniki xora xəstəliyinin patogenezində ümumi faktor kimi əsas rolu nə oynayır?

A) Mərkəzi sinir sistemindəki dəyişikliklərlə əlaqədar azan sinirin tonusunun artıb azalması

B) Meninqoensefalit

C) Mədə divarının perforasiyası, peritonit və bununla da əlaqədar orqanizmin ümumi intoksikasiyası

D) Mədədə xroniki qastritin olması

E) Spirtli içkilərin çoxsaylı qəbulu və sistematik olaraq alkoqol sərxoşluqları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
620) Göstərilən hansı patoloji proses mədənin xroniki xora xəstəliyinin mərhələlərindən biridir?

A) Mədənin selikli qişası epitellərinin deskvamasiya mərhələsi

B) Xroniki xora mərhələsi

C) Çoxsaylı streslərin keçirilməsi və azan sinirin tonusunun dəyişilməsi mərhələsi

D) Xroniki qastrit mərhələsi

E) Metaplaziya mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
621) Aşağıda mədənin xroniki xora xəstəliyinin hansı qrup ağırlaşması göstərilmişdir?

A) Paralitik ağırlaşmalar

B) Sklerotik ağırlaşmalar

C) Mədədən kənar (ekstraqastral) ağırlaşmalar

D) Pankreatik patologiyalar

E) Mədə ağırlaşmaları (intraqastral ağırlaşmalar)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
622) Krukenberq şişi nədir?

A) Mədə xərçənginin yumurtalığa metastazı

B) Yumurtalığın Krukenberq hüceyrələrindən inkişaf edən şiş

C) Sümüyün sarkoması

D) Süd vəzinin atipik xərçəngi

E) Yumurtalığın hormonaktiv şişi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
623) Makroskopik görünüşünə görə aşağıda mədə xərçənginin hansı qrupu göstərilmişdir?

A) Ekzofit xərçənglər

B) Mərkəzi xərçənglər

C) Perforativ xərçənglər

D) Makrodiferensiasiyalı xərçənglər (və ya polipoz xərçəng)

E) Buynuzlaşan xərçənglər (“mirvari xərçəngi”)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
624) Aşağıda göstərilən hansı xroniki qastrit patogenezinə görə autoimmun mexanizmə malikdir?

A) Menetrie xəstəliyi (xroniki hipertrofik qastropatiyaların bir növü)

B) C-qastrit

C) Xroniki kataral qastrit

D) B-qastrit

E) A-qastrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
625) Aşağıda xroniki qastritlərin hansı forması göstərilmişdir?

A) Xroniki Vensan qastriti

B) Yarımkəskin qastrit

C) Hipertrofik qastropatiya

D) Xroniki irinli qastrit

E) Xroniki atrofik-hiperplastik qastrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
626) Mədənin selikli qişasında limfo-leykositar infiltrasiya, bəzi yerlərdə birləşdirici toxumanın inkişafı, vəzli strukturların və örtük epitelinin atrofiyası görünür. Bu, hansı xəstəlikdir?

A) Mədənin selikli qişasının atrofiyalaşmış eroziyası

B) Xroniki atrofik qastrit

C) Kəskin atrofik qastrit

D) Mədənin xroniki xora xəstəliyi

E) Xroniki sklerotik qastrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
627) Kəskin destruktiv appendisitin növü hansıdır?

A) Fibrinoz appendisit (difteritik və ya krupoz)

B) Qanqrenoz appendisit

C) Səthi appendisit

D) Aftoz appendisit

E) Sadə appendisit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
628) Menetrie xəstəliyi nədir?

A) Hipertrofik qastropatiyaların xüsusi növü

B) Bədxassəli limfoma (limfosarkomalar qrupu)

C) Xroniki limfositar mənşəli leykoz (paraproteinemik leykozlar qrupu)

D) Nazik bağırsaqlarda anadangəlmə (irsi) fermentopatiya (qranulomatoz xəstəlik)

E) Mədənin xroniki xora xəstəliyinin ağırlaşması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
629) Aşağıdakı hansı patoloji proses mədənin xroniki xora xəstəliyinin ağırlaşması ola bilər?

A) 12-barmaq bağırsağın eroziyası və xora xəstəliyi

B) Petrifikasiya

C) Böyrəyin ikincili amiloidozu

D) Hepatorenal sindrom

E) Heç biri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
630) Aşağıda göstərilən hansı patoloji proses kəskin qastritlərin bir formasıdır?

A) Yarımkəskin qastrit

B) Kəskin qastropatiya

C) Səthi qastrit

D) Kəskin hipoasid qastrit

E) Kəskin fibrinoz qastrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
631) Aşağıda göstərilən hansı patologiya mədənin simptomatik xoralarına aid deyil?

A) Medikamentoz xora xəstəliyi

B) Stres xoralar

C) Durğunluq xoraları

D) Endokrin xoralar

E) Xroniki xora xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
632) Aşağıdakı hansı patologiya kəskin qastritlər zamanı rast gəlinən xarakter morfoloji dəyişikliklərdən hesab edilə bilər?

A) Hiperemiya və leykositar infiltrasiya

B) Sklerotik dəyişikliklər və ödem

C) Mədənin selikli qişa epitellərinin maliqnizasiyası

D) Selikli qişanın atrofiyası

E) Vəzli strukturlarda atrofik və distrofik dəyişikliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
633) Aşağıdakı hansı proses mədənin xroniki xora xəstəliyinin bir mərhələsi hesab edilir?

A) Eroziya mərhələsi

B) Deskvamasiya mərhələsi

C) Metaplaziya mərhələsi

D) Xroniki nekrotik qastrit mərhələsi

E) Sağalma mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
634) Kəskinləşmə dövründə xroniki xoranın divarında hansı qata rast gəlmək mümkündür?

A) Kazeoz nekroz qatı

B) Fibrinoid nekroz qatı

C) Vertikal kapilyarlar qatı

D) Orta qat

E) Daxili piogen qat


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
635) Aşağıdakı hansı patologiya kəskin appendisitin ağırlaşması kimi inkişaf edə bilməz?

A) Periappendisit

B) Peritiflit

C) İrinli pileflebit

D) Peritonit

E) Maliqnizasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
636) Mədənin xroniki xora xəstəliyinin patogenezində mühüm rol oynayan hansı yerli amil göstərilmişdir?

A) Mərkəzi sinir sistemi pozğunluqları

B) Perforasiya

C) Xroniki hipertrofik qastrit

D) Həddən artıq isti, yaxud da həddən artıq soyuq qidaların qəbulu

E) Turşu-peptik faktoru


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
637) Makroskopik görünüşünə görə aşağıda mədə xərçənglərinin hansı növü göstərilmişdir?

A) Diffuz xərçəng

B) Pilorik xərçəng

C) Diferensiasiya etməmiş xərçəng

D) Yastıepitelli xərçəng

E) Adenokarsinoma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
638) Mədənin xroniki xorasının inkişaf edərək mədəaltı vəz toxumasına da keçməsi necə adlanır?

A) Xoranın perforasiyası

B) Xoranın kəskinləşməsi

C) Xoranın maliqnizasiyası

D) Xoranın penetrasiyası

E) Xoranın metaplaziyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
639) Mədə xərçəngi ilk hematogen metastazı hansı üzvə verir?

A) Yaxınlıqdakı limfa düyünlərinə

B) Ağ ciyərə

C) Qara ciyərə

D) Qapı venasının şaxələrinə

E) Mədəaltı vəzə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
640) Hansı patologiya mədənin xərçəngönü (prekanserogen) xəstəliklərindən hesab edilir?

A) Kəskin atrofik qastrit

B) Bədxassəli qastrit

C) Nevus


D) Xroniki atrofik qastrit

E) Mallori-Veys sindromu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
641) Aşağıda kəskin appendisitin hansı forması göstərilmişdir?

A) Dərin appendisit

B) Yarımkəskin appendisit

C) Səthi appendisit

D) Seroz appendisit

E) Hipertrofik appendisit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
642) Aşağıda mədə xərçənginin hansı histoloji növü göstərilmişdir?

A) Yastı epitelli xərçəng

B) Endofit xərçəng

C) Kolorektal xərçəng

D) Leyomiosarkoma

E) Yastığabənzər xərçəng


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
643) Aşağıdakı hansı ifadə mədə xərçənginə aid edilmir?

A) Ekzo-endofit xərçəng

B) Şnitsler metastazı

C) Xorioid karsinoma

D) Adenokarsinoma

E) Krükenberq metastazı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
644) Hansı patologiya yoğun bağırsağın prekanserogen xəstəliyi hesab edilir?

A) Yoğun bağırsağın sarkoması

B) Kolorektal adenokarsinoma

C) Xroniki appendisit

D) Qeyri-spesifik xoralı kolit

E) Dizenteriya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
645) Aşağıdakı hansı metastaz mədə xərçənginin retroqrad limfogen metastazlarına aiddir?

A) Mədənin arxa tərəfindəki limfa düyünlərinə metastaz

B) Ağ ciyərə metastaz

C) Şnitsler metastazı

D) Şternberq metastazı

E) Qara ciyərə metastaz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
646) Mədə xərçəngi zamanı Virxov metastazı hara verilir?

A) Sol körpücüküstü limfa düyünlərinə

B) Qara ciyərə

C) Düz bağırsağa

D) Ağ ciyərə

E) Regionar limfa düyünlərinə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
647) Mədə xərçəngi zamanı Şnitsler metastazı hara verilir?

A) Pararektal limfa düyünlərinə

B) Xayalara

C) Yumurtalıqlara

D) Regionar limfa düyünlərinə

E) Qara ciyərə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
648) Aşağıda kolorektal xərçənglərin hansı mikroskopik növü göstərilmişdir?

A) Ekzofit xərçəng

B) Polipoz

C) Trofoblast xərçəng

D) Diferensiasiya etməmiş xərçəng

E) Xoralı xərçəng


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə