Patoloji anatomiya


) Aşağıdakı hansı patologiya yoğun bağırsağın prekanserogen patologiyası ola bilər?



Yüklə 1,11 Mb.
səhifə11/16
tarix30.05.2018
ölçüsü1,11 Mb.
#46795
1   ...   8   9   10   11   12   13   14   15   16

649) Aşağıdakı hansı patologiya yoğun bağırsağın prekanserogen patologiyası ola bilər?

A) Yoğun (düz) bağırsağın polipozu

B) Kəskin dizenteriya

C) Yogun bağırsağın melanozu

D) Xroniki ishal

E) Kolorektal adenokarsinoma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
650) Aşağıdakı hansı morfoloji göstərici mədə xərçəngi zamanı daha mühüm proqnostik əhəmiyyət kəsb edə bilər?

A) Xərçəngin hansı makroskopik formada olması

B) Xoranın (xora-xərçəng zamanı) kənarlarının hündürlüyü

C) Mədə xərçənginin hansı prekanserogen xəstəlik fonunda baş verməsi

D) Şiş toxumasında ikincili dəyişikliklər

E) Atipik hüceyrələrin diferensiasiya dərəcəsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
651) Mədə divarından götürülmüş biopsiya materialının mikroskopik müayinəsi zamanı doluqanlılıq, ödem, selikli qişada zəif intensivlikdə limfo-leykositar infiltrasiya görünür. Örtük epitelləri öz tamlıqlarını saxlamışlar. Bu hansı patologiyadır?

A) Kataral qastrit

B) Heç bir patologiya yoxdur. Adi, normal histoloji quruluşdur

C) Limfo-leykositar qastrit

D) Mədənin xroniki xora xəstəliyi

E) Xroniki atrofik qastrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
652) Göstərilən hansı patoloji proses destruktiv appendisitlərin bir növüdür?

A) İnterstitsial appendisit

B) Qeyri-spesifik xoralı appendisitt

C) Dərin appendisit

D) Kataral appendisit

E) Apostematoz appendisit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
653) Aşağıda kəskin appendisitin çox rast gəlinən hansı ağırlaşması göstərilmişdir?

A) Maliqnizasiya

B) Penetrasiya

C) İltihabi ağırlaşma

D) Perforasiya

E) Distrofik ağırlaşma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
654) Hansı dəyişiklik xroniki atrofik qastrit üçün xarakterdir?

A) Selikli qişada çoxlu eroziya ocaqlarının olması

B) Selikaltı qatda diffuz şəkildə limfo-leykositar infiltrasiya

C) Fibrinoz iltihab

D) Selikli qişanın enteralizasiyası

E) Selikli qişada qansızmalar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
655) Soxulcanabənzər çıxıntıda hansı dəyişiklik kəskin appendisit üçün xarakter deyildir?

A) Əzələ liflərinin destruksiyası

B) Çıxıntının divarının sklerozu

C) Hiperemiya

D) Selikli və əzələ qatlarda seroz iltihabi ekssudat

E) Ödem
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.


656) Aşağıdakı hansı patoloji proses kəskin hemorragik pankreatitlər üçün xarakter dəyişiklik hesab edilmir?

A) Qan damarlarının divarında nekrotik dəyişikliklər

B) Langerhans adacıqlarında sklerotik dəyişikliklər

C) Pankreas ətrafı yumşaq toxumada steatonekroz

D) Nekroz ocaqlarının qanla hopması

E) Nekroz ocaqlarının ətrafında neytrofil qarışıqlı perifokal limfo-leykositar infiltrasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
657) Qalça bağırsağın terminal hissəsindən götürülmüş bioptatın mikroskopik müayinəsi zamanı aşkar edilən hansı morfoloji dəyişiklik Kron xəstəliyi üçün xarakter hesab edilə bilər?

A) Selikli qişanın örtük epitellərinin deskvamasiyası, selikli qişanın atrofiyası

B) Örtük epitellərinin və vəz epitellərinin sitoplazmalarında ağır hidropik distrofiya

C) Limfoid follikullarda “beyinvari şişkinləşmə”

D) Fibrinoz ərp

E) Sarkoidozabənzər qranulomalar, müxtəlif dərinlikli nekrotik şırımlar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
658) Öd kisəsinin xərçəngi ən çox hansı xəstəlik fonunda inkişaf edir?

A) Kəskin xolesistit

B) Xolelitiaz

C) Xroniki xolesistit

D) Öd kisəsinin empieması

E) Qara ciyərin sirrozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
659) Hansı dəyişiklik mədənin xroniki xora xəstəliyinin kəskinləşməsi üçün xarakterdir?

A) Selikli qişanın limfo-leykositar infiltrasiyası

B) Selikli qişanın enteralizasiyası

C) Fibrinoid nekroz

D) Hialinoz

E) Natamam regenerasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
660) Aşağıda göstərilən hansı patoloji proses kəskin enteritlərin növlərinə aid deyildir?

A) Kataral enterit

B) Nekrotik enterit

C) Krupoz fibrinoz enterit

D) Atrofik enterit

E) Nazik bağırsağın fleqmonası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
661) Hansı patoloji proses xroniki enteritlərin bir növüdür?

A) Fibrinoz enterit

B) Destruktiv enterit

C) Sadə enterit

D) Səthi enterit

E) Atrofik xroniki enterit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
662) 35 yaşlı kişi diareya, tərkibində piy maddələri olan nəcis ifrazı, arıqlama, limfadenopatiya və s. şikayətlərlə klinikaya daxil olur. Nazik bağırsaqdan götürülmüş bioptatda şişkinləşmiş selikli qişada çoxlu miqdarda PAS-müsbət makrofaqlar, piy maddələrinin toplanması, limfostaz və lipoqranulomalar aşkar olunur. Bu, hansı xəstəlikdir?

A) Uippl xəstəliyi

B) Qida toksikoinfeksiyası

C) Kron xəstəliyi

D) İİV-infeksiya

E) Vəba
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.


663) Aşağıda göstərilən hansı patoloji proses kəskin kolitlərin növlərinə aid deyildir?

A) Difteritik kolit

B) Nekrotik kolit

C) İrinli kolit

D) Xoralı kolit

E) Hipertrofik kolit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Qara ciyər xəstəlikləri

664) Qara ciyərin portal sirrozu adətən aşağıda göstərilən hansı xəstəlikdən sonra inkişaf edə bilər?

A) Xroniki alkoqolizm

B) Qara ciyərin massiv nekrozu

C) Qara ciyərin toksiki distrofiyası

D) Göbələklə zəhərlənmə

E) Viruslu hepatit - A


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
665) Etiologiyasından asılı olaraq aşağıda sirrozun hansı növü göstərilmişdir?

A) Qastro-enteral sirroz

B) Kriptogen sirroz

C) İridüyünlü sirroz

D) Portal sirroz

E) Xırdadüyünlü sirroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
666) Qara ciyərin portal sirrozunun əsas morfoloji əlamətləri hansılardır?

A) Yalançı paycıqlar biri-birindən qalın sklerotik arakəsmələrlə ayrılmışlar. Hepatositlər zülal distrofiyası vəziyyətindədirlər

B) Yalançı paycıqlar biri-birindən müxtəlif qalınlıqlı sklerotik arakəsmələrlə ayrılmışlar. Hepatositlər piy və zülal distrofiyası vəziyyətindədirlər

C) Hepatositlərdə parenximatoz zülal distrofiyası görünür

D) Yalançı paycıqlar biri-birindən nazik sklerotik arakəsmələrlə ayrılmışlar. Qara ciyər toxumasında çoxlu miqdarda öd piqmenti toplantıları görünür

E) Yalançı paycıqlar biri-birindən nazik sklerotik arakəsmələrlə ayrılmışlar. Hepatositlər piy distrofiyası vəziyyətindədirlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
667) Mikroskopik müayinə zamanı qara ciyərdə biri-birindən nazik sklerotik arakəsmələrlə ayrılmış yalançı paycıqlar görünür. Bu yalançı paycıqları təşkil edən hepatositlər piy distrofiyası vəziyyətindədirlər. Bu, hansı patologiyadır?

A) Xroniki aktiv hepatit

B) Qara ciyərin postnekrotik sirrozu

C) Qara ciyərin paycıqlı piy distrofiyası

D) Xroniki qeyri-aktiv hepatit

E) Qara ciyərin portal sirrozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
668) Hansı müddətdən sonra hepatit xroniki hesab edilir?

A) 1 aydan sonra

B) 6 aydan sonra

C) 3 aydan sonra

D) 1 ildən sonra

E) 1 həftədən sonra


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
669) Hepatoz nədir?

A) Qara ciyərin iltihabı

B) Qara ciyərin şişi

C) Qara ciyərin inkişaf anomaliyası

D) Qara ciyərin sklerozlaşması (sirrozun sinonimi)

E) Qara ciyərin distrofiyası və (və ya) nekrozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
670) Etiologiyasından asılı olaraq aşağıda sirrozun hansı növü göstərilmişdir?

A) Toksiki və toksiko-allergik sirroz

B) Hipertenzion sirroz

C) Postnekrotik sirroz

D) Hipotenziv sirroz

E) Multilobulyar sirroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
671) Aşağıda kəskin virus hepatitlərinin hansı klinik-morfoloji forması göstərilmişdir?

A) Xroniki aktiv hepatit

B) Sarılıqsız forma

C) Hemorragik hepatit forması

D) Siderofilik forma

E) Anemik forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
672) Aşağıdakı hansı patoloji proses “qara ciyər sirrozunun qara ciyərdən kənar əlamətləri”nə aid deyildir?

A) Aşağı ətrafın qanqrenası

B) Sarılıq

C) Endokrin pozğunluqlar

D) Assit

E) Splenomeqaliya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
673) Qara ciyərin toksiki distrofiyası zamanı ölümün bilavasitə səbəbi nə olur?

A) Kəskin ürək-damar çatışmazlığı

B) Yemək borusunun aşağı 1/3 və mədənin yuxarı 1/3-nin varikoz genəlmiş damarlarının partlaması və kəskin qanitirmə

C) Orqanizmdə ümumi maddələr mübadiləsinin kəskin şəkildə pozulması

D) Kəskin qara ciyər çatışmazlığı

E) Xroniki qara ciyər çatışmazlığı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
674) Bu patologiyalardan hansı virus hepatitinin əsas histoloji əlamətlərindən biri hesab edilir?

A) Hepatositlərdə Babeş-Neqri cisimcikləri

B) Mallori cisimcikləri

C) Qara ciyərdə diffuz piy distrofiyası

D) Kaunsilmen cisimcikləri

E) Sentrolobulyar nekroz ocaqları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
675) Aşağıdakı hansı patoloji proses qara ciyər sirrozunun klinik-morfoloji tipidir?

A) Qaz qara ciyəri

B) Toksiki sirroz

C) Muskat qara ciyər

D) Postnekrotik sirroz

E) Metabolik sirroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
676) Hepatositlərdə hialinəbənzər Mellori cisimcikləri hansı xəstəlik zamanı aşkar olunur?

A) Xroniki alkoqolizm

B) B-hepatit

C) Qara ciyərin postnekrotik sirrozu

D) Hipertoniya xəstəliyinin qara ciyər forması

E) Qara ciyərin xroniki hialinozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
677) Qara ciyərin toksiki distrofiyasının başqa adı nədir?

A) Qara ciyərin proqressivləşən massiv nekrozu

B) Orqanizmin qara ciyər mənşəli kəskin ümumi intoksikasiyası

C) Qara ciyərin diffuz sklerozu

D) Qara ciyərin toksiki sirrozu

E) Xroniki aktiv hepatit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
678) Virus hepatiti (B-hepatit) zamanı mikroskopik müayinədə qara ciyərdə aşağıdakı hansı xarakter dəyişiklik aşkar oluna bilər?

A) Qara ciyərdə paycıqlı quruluşun pozulması və yalançı paycıqların əmələ gəlməsi

B) Mallori cisimcikləri

C) Ocaqlı piy distrofiyası, qara ciyərdə “üzüyəbənzər hüceyrələr”in əmələ gəlməsi

D) Kaunsilmen cisimcikləri və koaqulyasion nekroz

E) Qaz qara ciyəri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
679) Qara ciyər sirrozunun əsas mikroskopik morfoloji əlaməti hansıdır?

A) Qara ciyərdə massiv nekroz və zülal distrofiyası

B) Portal traktlarda birləşdirici toxumanın inkişafı

C) Qara ciyərdə muskat dəyişikliklər və ocaqlı piy distrofiyası

D) Qara ciyərdə ağır distrofik və kəskin nekrotik dəyişikliklər

E) Qara ciyərin diffuz sklerozu, paycıqlı quruluşun pozulması, yalançı paycıqların əmələ gəlməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
680) Aşağıda xroniki hepatitlərin hansı növü göstərilmişdir?

A) Xroniki difteritik hepatit

B) Xroniki fibroz hepatit

C) Xroniki xolestatik hepatit

D) Xroniki krupoz hepatit

E) İrinli hepatit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
681) Aşağıdakı hansı patoloji proses “qara ciyər sirrozunun qara ciyərdən kənar əlamətləri” nə aid deyildir?

A) Porto-kaval anastomozların açılması

B) Ağ ciyərdə sirrotik vərəm

C) Portal hipertenziya sindromu

D) Ensefalopatiya

E) “Meduza başı simptomu”


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
682) Etiologiyasına görə aşağıda sirrozun hansı növü göstərilmişdir?

A) Monolobulyar sirroz

B) Metabolik-alimentar sirroz

C) Portal sirroz

D) Morfogenetik sirroz

E) Polietioloji sirroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
683) Aşağıda virus hepatitinin hansı klinik-morfoloji forması göstərilmişdir?

A) Qranulomatoz hepatit

B) Septiki hepatit

C) Xroniki hepatit

D) Kataral hepatit

E) Yarımkəskin hepatit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
684) Aşağıda xroniki hepatitlərin hansı növü göstərilmişdir?

A) Xroniki qeyri-aktiv hepatit

B) Xroniki qranulomatoz hepatit

C) Xroniki interstitsial hepatit

D) Xroniki hemorragik hepatit

E) Xroniki kazeoz hepatit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
685) Aşağıda kəskin virus hepatitlərinin hansı klinik-morfoloji forması göstərilmişdir?

A) Sadə hepatit forması

B) Kəskin portal hepatit

C) Xolangit forması

D) Xolesistit forması

E) İldırımvari forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
686) Qara ciyər toxumasının alkoqolla xroniki zədələnmələri zamanı hansı xarakter dəyişiklik aşkar edilir?

A) Kaunsilmen cisimcikləri

B) “Aypara sindromu”

C) Mellori cisimcikləri

D) Biliar sirroz

E) Qara ciyər toxumasında psammom cisimciklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Böyrək xəstəlikləri

687) Bədxassəli qlomerulonefrit hansıdır?

A) Mezangial qlomerulonefrit

B) Ekstrakapilyar qlomerulonefrit

C) Membranoz nefropatiya

D) İntrakapilyar qlomerulonefrit

E) Böyrəyin bədxassəli şişi fonunda reaktiv olaraq inkişaf edən qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
688) Göstərilən hansı patologiya kəskin böyrək çatışmazlığına səbəb ola bilir?

A) İntrakapilyar proliferativ qlomerulonefrit

B) Nekrotik nefroz

C) Böyrəyin amiloidozu

D) Mezangial qlomerulonefrit

E) Aterosklerotik nefroskleroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
689) Xroniki böyrək çatışmazlığının morfoloji ekvivalenti nədir?

A) Nefrotik sindrom

B) Nekrotik nefroz

C) Ekstrakapilyar qlomerulonefrit

D) Nefroskleroz

E) Tubulopatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
690) Aşağıdakı hansı xəstəlik böyrək yumaqcıqlarının iltihab xarakterli patologiyası deyil?

A) Tez proqressivləşən qlomerulonefrit

B) Ekstrakapilyar qlomerulonefrit

C) Berje xəstəliyi

D) Membranoz qlomerulopatiya

E) Fibroplastik qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
691) Mikroskopik lokalizasiyasına görə aşağıda qlomerulonefritlərin hansı növü göstərilmişdir?

A) Hipertonik qlomerulonefrit

B) Mezangial qlomerulonefrit

C) İmmun qlomerulonefrit

D) Abakterial qlomerulonefrit

E) Latent qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
692) Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən kəskin gedişli olur?

A) Berje xəstəliyi

B) Mezangio-proliferativ qlomerulonefrit

C) Proliferativ intrakapilyar qlomerulonefrit

D) Minimal dəyişikliklər xəstəliyi

E) Ekssudativ intrakapilyar qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
693) Ekstrakapilyar proliferativ qlomerulonefritin xarakter morfoloji əlaməti hansıdır?

A) Yumaqcıq kapilyarlarında “tikancıqlar”ın görünməsi

B) “Aypara” simptomu

C) Mezangial depozitlər

D) Kanalcıq epitellərinin nekrozu

E) “Lyupus nefrit”
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
694) Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən xroniki gedişli olur?

A) Ekstrakapilyar qlomerulonefrit

B) Yarımkəskin qlomerulonefrit

C) Bədxassəli qlomerulonefrit

D) Fibroplastik qlomerulonefrit

E) Ekssudativ intrakapilyar qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
695) Aşağıda böyrək amiloidozunun hansı mərhələsi göstərilmişdir?

A) Ekssudativ qlomerulonefrit mərhələsi

B) Difteritik nefrit mərhələsi

C) Aqonal mərhələ

D) Hematuriya mərhələsi

E) Uremiya mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
696) Aşağıdakı hansı xəstəlik qeyri-iltihabi qlomerulopatiyalar qrupuna aiddir?

A) Berje xəstəliyi

B) Yarımkəskin qlomerulonefrit

C) Xroniki qlomerulonefrit

D) Ekssudativ intrakapilyar qlomerulonefrit

E) Lipoidli nefroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
697) İmmun kompleks mexanizmli kəskin qlomerulonefritlər zamanı (məsələn, poststreptokok qlomerulonefrit) əsas morfoloji dəyişiklik kimi bu immun komplekslərlə ilk növbədə böyrəyin hansı struktur hissəsi zədələnmiş olur?

A) Yumaqcıq kapilyarlarının divarı (xüsusilə də bazal membran)

B) Böyrəyin proksimal və distal qıvrım kanalcıqları (tubulyar bazal membran və kanalcıq epitelləri)

C) Yumaqcıq kapsulası (xüsusilə də bazal membran)

D) Mezangium (mezangial hüceyrələr və mezangial matriks)

E) Böyrəyin ara maddəsi (interstitsiya)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
698) Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən yarımkəskin gedişə malik olur?

A) Fibroplastik qlomerulonefrit

B) Ekstrakapilyar proliferativ qlomerulonefrit

C) Mezangio-proliferativ qlomerulonefrit

D) Ekssudativ intrakapilyar qlomerulonefrit

E) Mezangial qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
699) “Lipoidli nefroz” xəstəliyi başqa adla necə adlandırılır?

A) “Kiçik ayaqcıqlar xəstəliyi”

B) Bədxassəli qlomerulonefrit

C) “Lyupus-nefrit”

D) Sklerozlaşan qlomerulonefrit

E) Berje xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
700) Aşağıdakı hansı patologiya “böyrəyin ikincili büzüşməsi”nə səbəb olur?

A) Böyrək arteriyalarının fibroz-əzələ stenozu

B) Heç biri

C) Hipertoniya xəstəliyi zamanı böyrək arteriollarının hialinozu və sklerozu

D) Böyrək arteriyalarının aterosklerozu

E) Fibroplastik qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
701) Aşağıdakı hansı patologiya kəskin böyrək çatışmazlığına səbəb olur?

A) Mezangio-proliferativ qlomerulonefrit

B) Membranoz qlomerulopatiya

C) Membranoz qlomerulopatiya

D) Kraş-sindrom

E) Fibroplastik qlomerulonefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
702) Nefroskleroz klinikada nə ilə təzahür olunur?

A) Hematuriya

B) Silindruriya

C) Xroniki böyrək çatışmazlığı (uremiya)

D) Kəskin böyrək çatışmazlığı (anuriya)

E) Massiv proteinuriya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
703) Böyrək amiloidozu zamanı dəqiq diaqnozun qoyulması üçün preparatlar hansı reaktivlə boyadılır?

A) Mallori üsulu

B) Pikrofuksin Van-Gizon üsulu ilə

C) Konqo qırmızı reaktivi

D) Hematoksilin və eozin

E) Sudan–3


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
704) Böyrəyin birincili büzüşməsi nə deməkdir?

A) Keçirilmiş qlomerulonefritlərlə əlaqədar böyrək toxumasının sklerozlaşması və büzüşməsi

B) Böyrəyin anadangəlmə büzüşmüş vəziyyətdə olması

C) Böyrək damarlarındakı patologiyalarla əlaqədar böyrək toxumasının sklerozlaşması və büzüşməsi

D) Böyrəyin hipoplaziyası

E) Böyrəyin aplaziyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
705) Mezangio-proliferativ qlomerulonefritlə mezangio-kapilyar qlomerulonefrit arasında əsas fərq nədədir?

A) Onların arasında heç bir fərq yoxdur

B) Mezangio-proliferativ qlomerulonefrit sərbəst inkişaf edir və nozoloji xəstəlikdir, mezangio-kapilyar qlomerulonefrit isə sərbəst xəstəlik deyil, hansısa digər xəstəlik zamanı ikincili olaraq onun ağırlaşması kimi inkişaf edir

C) Mezangio-proliferativ qlomerulonefrit kəskin gedişli olur, mezangio-kapilyar qlomerulonefrit isə xroniki qlomerulonefritlərə aiddir

D) Mezangio-proliferativ qlomerulonefritdə yumaqcıq kapilyarlarındakı dəyişikliklər ocaqlı, mezangio-kapilyar qlomerulonefrit zamanı isə bu dəyişikliklər diffuz xarakterli olur

E) Mezangio-proliferativ qlomerulonefrit immun mexanizmlidir, mezangio-kapilyar qlomerulonefrit isə qeyri-immun inkişaf mexanizminə malikdir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Endokrin xəstəliklər

706) Şəkərli diabetin xarakter patomorfoloji əlaməti hansıdır?

A) Qanda qlükozanın miqdarının yüksəlməsi və hiperqlikemiya, qlükozuriya

B) Arteriolların divarında sadə hialinin meydana çıxması, arterioloskleroz

C) Ağız suyu vəzlərində stromanın dezorqanizasiyası, bununla da əlaqədar hiposalivasiya və kserostomiya (ağızda quruluq)

D) Mikrosirkulyator damarların divarında lipohialinin meydana çıxması, hialinoz və sklerozun inkişafı

E) Damarların divarında mürəkkəb hialinin meydana çıxması, qranulomatoz vaskulitlərin inkişafı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

707) Göstərilən patologiyalardan hansı zobun növü deyildir?

A) Düyünlü zob

B) Parenximatoz zob

C) Endemik zob

D) Epidemik zob

E) Kolloid zob


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
708) Histoloji (mikroskopik) quruluşuna görə zobun hansı növü göstərilmişdir?

A) Endemik zob

B) Sklerozlaşan zob

C) Ridel zobu

D) Kolloid zob

E) Epidemik zob


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
709) Şəkərli diabet zamanı kiçik kalibrli damarlarda baş verən dəyişikliklər necə adlanır?

A) Vazopatiya

B) Diabetik makroangiopatiya

C) Vazoparalitik şəkərli diabet

D) Diabetik mikroangiopatiya

E) Şəkərli kapilyaropatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə