Patoloji anatomiya


) Ornitoz xəstəliyi sağlam şəxslərə adətən necə keçirilir?



Yüklə 1,11 Mb.
səhifə15/16
tarix30.05.2018
ölçüsü1,11 Mb.
#46795
1   ...   8   9   10   11   12   13   14   15   16

902) Ornitoz xəstəliyi sağlam şəxslərə adətən necə keçirilir?

A) Bitlər vasitəsilə

B) Çirkli su içməklə

C) Xəstə vəhşi və ev quşları vasitəsilə

D) Gəmiricilər vasitəsilə

E) Süd və süd məhsulları ilə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Vərəm. Sepsis

903) Aşağıdakı hansı proses ikincili vərəmin formalarından biridir?

A) İnfiltrativ vərəm

B) Onurğa sütununun vərəmi

C) Kəskin destruktiv vərəm

D) Xroniki destruktiv vərəm

E) Xroniki miliar vərəm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
904) İlkin vərəmin morfoloji dəyişiklikləri necə adlanır?

A) İlkin vərəm kompleksi

B) Kəskin miliar vərəm

C) İlkin vərəm affekti

D) Vərəm qranuloması

E) İlkin vərəm ocağı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
905) Vərəm mikobakteriyalarının əmələ gətirdikləri patogen toksin necə adlanır?

A) Kazein

B) Tuberkulogen toksin

C) Vərəm endotoksini

D) Mikobakterin

E) Tuberkulin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
906) İlkin vərəm ocağının yerində qalan kütlə necə adlanır?

A) İlkin vərəm affekti

B) Qon ocağı

C) Abrikosov ocağı

D) Simon ocağı

E) Metastatik kalsinoz ocağı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
907) Ponse revmatizmi nədir?

A) Hematogen vərəmin formalarından biri

B) Xroniki gedişli vərəm zamanı orqanizmdə rast gəlinən toksiko-allergik mənşəli dəyişikliklər

C) Yaşlı şəxslərdə rast gəlinən revmatizm

D) Revmatoidli artrit xəstəliyinin sinonimi

E) Revmatizmin klinik-morfoloji formalarından biri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
908) Vərəm çöplərinin təsirindən əmələ gələn nekroz necə adlanır?

A) Kazeoz nekroz

B) Qummoz nekroz (yapışqanabənzər nekroz)

C) Fibrinoid nekroz

D) Kollikvasion nekroz

E) Mukoid nekroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
909) Aşağıdakı hansı patologiya ikincili vərəmin formalarına aiddir?

A) Xroniki iriocaqlı vərəm

B) Kəskin ümumi miliar vərəm

C) Simon ocağı

D) Hematogen vərəm

E) Sirrotik vərəm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
910) Aşağıdakı hansı morfoloji struktur vərəm qranulomasının bir komponenti deyildir və onun tərkibində rast gəlinmir?

A) Makrofaqlar

B) Plazmatik hüceyrələr və divarlarında proliferativ vaskulit əlamətləri olan damarlar

C) Kazeoz nekroz kütləsi

D) Lanqhans hüceyrələri

E) Epitelioid hüceyrələr


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
911) Aşağıda hematogen vərəmin hansı qrupu göstərilmişdir?

A) Fibroz-kavernoz hematogen vərəm

B) Ağ ciyərlərdə üstünlük təşkil etməklə gedən hematogen vərəm

C) Septiki hematogen vərəm

D) Toksiki hematogen vərəm

E) Bağırsaqlarda üstünlük təşkil etməklə gedən hematogen vərəm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
912) Landuzi vərəmi vərəmin hansı qrupuna aiddir?

A) Generalizə olunmuş hematogen vərəm

B) İlkin proqressivləşən vərəm

C) Ağ ciyərlərdə üstünlük təşkil etməklə gedən hematogen vərəm

D) İkincili vərəm

E) Ağ ciyərlərdən kənar üzvlərdə üstünlük təşkil etməklə gedən hematogen vərəm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
913) İlkin vərəm ocağı adətən hansı üzv və ya toxumada yerləşir?

A) Müsariqə limfa düyünləri

B) Ağ ciyər qapısının limfa düyünləri (kazeoz limfadenit)

C) Ağ ciyərin daxilində toxumadan qapıya doğru gedən limfa damarı (kazeoz limfangit)

D) Ağciyər toxuması

E) Bud-çanaq oynağı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
914) Hansı patoloji proses ilkin vərəm kompleksinin bir komponentidir?

A) Sirrotik vərəm

B) Abrikosov ocağı

C) Fibroz vərəm ocağı

D) Miliar vərəm

E) Vərəm limfangiti


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
915) İlkin vərəm sağalarkən ilkin vərəm ocağının (affektinin) yerində nə qalır?

A) Çapıq toxuması

B) Kista

C) Abrikosov ocağı

D) Mikrob koloniyaları

E) Qon ocağı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
916) Qon ocağının formalaşması hansı patoloji proses əsasında baş verir?

A) Yüksək həssaslıq reaksiyası

B) Natamam reparativ regenerasiya

C) Distrofik kalsinoz

D) Metaplaziya

E) Metastatik kalsinoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
917) Aşağıdakı hansı patologiya ilkin vərəm kompleksinə aiddir?

A) Fibroz-ocaqlı vərəm

B) Kazeoz pnevmoniya

C) Vərəm limfangiti

D) Abrikosov ocağı

E) Qon ocağı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
918) İlkin vərəmin proqressivləşməsi hansı yolla baş verə bilər?

A) Metastaz yolu ilə

B) Appozision yolla

C) İnvaziv yolla

D) Limfogen yolla

E) Tiksotropiya yolu ilə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
919) Aşağıdakı hansı proses ikincili vərəmin formalarından biridir?

A) İldırımvari vərəm sepsisi

B) Landuzi vərəmi

C) Tuberkuloma

D) İlkin vərəm affekti

E) Xroniki vərəm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
920) Aşağıdakı hallardan hansına hematogen vərəm deyilə bilər?

A) Abrikosov ocaqlarından vərəmin yenidən başlanması

B) Simon ocaqlarından vərəm xəstəliyinin yenidən başlanması

C) İlkin vərəmin hematogen yolla digər üzv və toxumalara yayılması

D) Qan köçürmə zamanı vərəmin orqanizmə keçməsi

E) Qanda vərəm çöplərinin olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
921) Diz oynağının vərəmi aşağıda göstərilən hansı növ və ya qrup vərəmə aid edilə bilər?

A) Xroniki formaya keçmiş ilkin vərəm

B) İkincili vərəm

C) Ağ ciyərlərdən kənar üzvlərdə üstünlük təşkil etməklə gedən hematogen vərəm

D) Dayaq-hərəkət sisteminin kəskinləşmiş ikincili vərəmi

E) Generalizə olunmuş hematogen vərəm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
922) Aşağıdakı hansı adda ikincili vərəm forması yoxdur?

A) Tuberkuloma

B) İnfiltrativ vərəm

C) Fibroz–kavernoz vərəm

D) Kəskin ocaqlı vərəm

E) Kəskin ikincili vərəm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
923) İlkin vərəmin hematogen generalizasiyası zamanı xəstəlik sağalsa da, ağ ciyər zirvəsində bəzi belə sklerozlaşmış ocaqlarda vərəm çöpləri uzun müddət qalaraq, sonradan əlverişli şərait yarandıqda yenidən vərəm xəstəliyinə səbəb ola bilir. Belə ocaq necə adlanır?

A) İlkin hematogen vərəm ocağı

B) Simon ocağı

C) İlkin vərəm affekti

D) Qon ocağı

E) Abrikosov ocağı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
924) Aşağıda hematogen vərəmin hansı qrupu göstərilmişdir?

A) Onurğa sütununun vərəmi

B) Kanalikulyar yolla yayılan hematogen vərəm

C) İlkin vərəmin hematogen yolla proqressivləşməsi

D) Kəskin kavernoz hematogen vərəm

E) Generalizə olunmuş hematogen vərəm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

925) Aşağıda göstərilən hansı patoloji proses ilkin vərəm kompleksinə daxildir?

A) Abrikosov ocağı

B) Qon ocağı

C) Vərəm limfadeniti

D) Lobar kazeoz pnevmoniya

E) Fibroz-ocaqlı vərəm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
926) Orqanizmin hansı nahiyələrində yayılmalarından asılı olaraq hematogen vərəm 3 qrupa bölünür. Aşağıda onlardan hansı göstərilmişdir?

A) Ağ ciyərlərdən kənar üzvlərdə üstünlük təşkil etməklə gedən hematogen vərəm

B) Mədə-bağırsaq traktının vərəmi

C) Dayaq-hərəkət sisteminin hematogen vərəmi

D) Sidik-cinsiyyət sisteminin hematogen vərəmi

E) Dayaq-hərəkət sistemindən kənar üzvlərdə üstünlük təşkil etməklə gedən hematogen vərəm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
927) İldırımvari vərəm sepsisi hematogen vərəmin hansı qrupuna daxildir?

A) Ağ ciyərlərdə üstünlük təşkil etməklə gedən hematogen vərəm

B) Uşaq yaşlarının hematogen vərəmi

C) Generalizə olunmuş hematogen vərəm

D) İkincili hematogen vərəm

E) Ağ ciyərlərdən kənar üzvlərdə üstünlük təşkil etməklə gedən hematogen vərəm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
928) İlkin vərəmin daha da proqressivləşməsi hansı yolla ola bilər?

A) Kontakt yolla

B) Ekspansiv yolla

C) Transplasentar yolla

D) Qanköçürmə yolu ilə

E) Vərəm çöplərini aspirasiya etməklə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
929) Bud-çanaq oynağının vərəmi hematogen vərəmin hansı qrupuna aid edilir?

A) Ağ ciyərlərdə üstünlük təşkil etməklə gedən hematogen vərəm

B) Generalizə olunmuş hematogen vərəm

C) Bud-çanaq oynağının ikincili hematogen vərəmi

D) Bud-çanaq oynağının hematogen vərəmi

E) Ağ ciyərlərdən kənar üzvlərdə üstünlük təşkil etməklə gedən hematogen vərəm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
930) İkincili vərəm nəyə deyilir?

A) İlkin vərəmdən uzun müddət keçdikdən sonra hematogen vərəmin başlanması

B) Xroniki halda olan hematogen vərəmin ikinci dəfə kəskinləşməsi

C) İlkin vərəmin ikinci dəfə kəskinləşməsi

D) İlkin vərəm sağaldıqdan sonra həmin şəxsdə ikinci dəfə yenidən vərəm xəstəliyinin başlanması

E) Hematogen vərəmin ikinci dəfə kəskinləşməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
931) Göstərilən hansı patoloji proses ilkin vərəm kompleksinə daxildir?

A) Kazeoz pnevmoniya

B) Kəskin ocaqlı vərəm

C) Qon ocağı

D) Kazeoz limfangit

E) Simon ocağı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
932) İkincili vərəmi başqa adla necə adlandırılır?

A) Qazanılmış vərəm

B) Residiv vərəm

C) Kavernoz vərəm

D) Reinfeksion vərəm

E) Ağ ciyər vərəmi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
933) İkincili vərəm adətən ağ ciyərin hansı hissəsində başlanır?

A) Sağ ağ ciyərin I və ya II seqmentində

B) Sağ ağ ciyərin aşağı payında

C) Sağ ağ ciyərin orta payında subplevral nahiyələrdə

D) Sol ağ ciyərin qapısında

E) Sol ağ ciyərin yuxarı payında


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
934) Yeni başlamaqda olan ikincili vərəm ocağı necə adlanır?

A) Simon ocağı

B) Kəskin ocaqlı vərəm (Abrikosov ocağı)

C) Qon ocağı

D) İlkin vərəm affekti

E) İnfiltrativ vərəm (Assman-Redeker ocağı)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
935) Müxtəlif sağalma mərhələlərində olan Abrikosov ocağına (ikincili vərəmin başlanğıc ocağı) nə deyilir?

A) Assman-Redeker ocağı

B) Qon ocağı

C) Simon ocağı

D) Aşoff-Pul ocağı

E) Tuberkuloma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
936) İlkin vərəm zamanı inkişaf edən morfoloji dəyişikliklər necə adlanır?

A) Vərəm limfadeniti

B) Tuberkuloma

C) İlkin vərəm kompleksi

D) İlkin vərəm xəstəliyi

E) Başlanğıc kazeoz sindrom


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
937) İlkin vərəmin daha da proqressivləşməsi hansı yolla ola bilər?

A) Hava-damcı yolu ilə

B) Vərəm çöplərinin reparasiyası ilə

C) Hematogen yolla

D) Fekal-oral yolla

E) Metaplaziya ilə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
938) Aşağıdakı hansı vərəm zamanı spesifik prosesə limfa düyünləri də qoşulur?

A) Hematogen vərəm

B) İnfiltrativ vərəm

C) İkincili vərəm

D) Fibroz-kavernoz vərəm

E) İlkin vərəm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
939) İnsanın vərəm mikrobları ilə ilk kontaktı və yoluxması nəticəsində inkişaf edən birinci vərəm xəstəliyi necə adlanır?

A) Kiçik vərəm

B) Hematogen vərəm

C) İlkin vərəm

D) Birincili vərəm

E) İlkin vərəm kompleksi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
940) Vərəm xəstəliyi zamanı ilkin zədələnmə ocağı (ilkin affekt), limfangit və limfadenit birlikdə necə adlanırlar?

A) Ümumi vərəm kompleksi

B) Birincili invaziya kompleksi

C) İnfeksiyanın giriş qapısı

D) Kombinə olunmuş vərəm

E) İlkin vərəm kompleksi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
941) Bu göstərilənlərdən hansına vərəm qranulomasının tərkibində rast gəlinmir?

A) Epitelioid hüceyrələr

B) Retikulin lifləri

C) Limfositlər

D) Divarlarında vaskulit əlamətləri olan damarlar

E) Kazeoz nekroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
942) Aşağıda göstərilən hansı struktur elementə vərəm qranulomasının tərkibində rast gəlinir?

A) Epitelioid hüceyrələr

B) Bunların hamısı vərəm qranulomasında olur

C) Kazeoz nekroz

D) Tuberkulin

E) Makrofaqlar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
943) Ağ ciyərin vərəmi olan xəstənin meyitində ağ ciyərdə kəsik səthində hər birinin diametri təxminən 1-2 mm, mərkəzlərində ağımtıl rəngli kəsmiyəbənzər kütlələr olan çoxlu miqdarda ağımtıl-boz rəngli xırda ölçülü ocaqlar qeyd edilir. Belə vərəm necə adlanır?

A) Səpələnmiş vərəm

B) Petexial (nöqtəvari) vərəm

C) Qranulomatoz vərəm

D) Miliar vərəm

E) Fibroz-kavernoz vərəm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
944) Xroniki ilkin vərəm xəstəsində remissiya dövründə müxtəlif üzv və toxumalarda revmatik xəstəlikləri xatırladan toksiko-allergik mənşəli paraspesifik dəyişikliklər rast gəlinə bilir (xüsusi birləşdirici toxumalarda və perivaskulyar sahələrdə qranulomatoz hüceyrə reaksiyaları, damarlarda fibrinoid nekroz əlamətləri, limfoid toxumalarda hiperplaziya, disproteinozlar və sair). Bərəm xəstəliyi üçün heç də spesifik olmayan bu dəyişikliklərə nə deyilir?

A) İkincili və ya qazanılmış revmatizm (ilkin vərəm xəstələrində ikincili olaraq revmatizmin inkişafı)

B) Paraspesifik Aşof-Talalayev qranulomaları

C) Ponse revmatizmi

D) Revmatoid dəyişikliklər

E) Sokolovski-Buyo xəstəliyi (və ya paraspesifik kompleks)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
945) Sepsis digər bütün infeksion xəstəliklərdən fərqli olaraq aşağıdakı hansı xüsusiyyətə malikdir?

A) Bioloji xüsusiyyət

B) Gigiyenik xüsusiyyət

C) Cərrahi xüsusiyyət

D) Etioloji xüsusiyyət

E) Aseptik xüsusiyyət


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
946) Sepsis digər bütün infeksion xəstəliklərdən fərqli olaraq aşağıdakı hansı xüsusiyyətə malikdir?

A) Kardial xüsusiyyət

B) Epidemioloji xüsusiyyət

C) Terapevtik xüsusiyyət

D) Terminal xüsusiyyət

E) Septiki xüsusiyyət


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
947) Sepsis digər bütün infeksion xəstəliklərdən fərqli olaraq aşağıdakı hansı xüsusiyyətə malikdir?

A) Morfoloji və ya patanatomik xüsusiyyət

B) Zöhrəvi xüsusiyyət

C) Ekstrapulmonal xüsusiyyət

D) Subfebril xüsusiyyət

E) Serebral xüsusiyyət


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
948) Aşağıda göstərilən hansı xüsusiyyət sepsisi digər infeksion xəstəliklərdən fərqləndirir?

A) Üzv və toxumalarda ümumi distrofik dəyişikliklərin inkişaf etməsi

B) Sepsisin patogen mikroorqanizmlər tərəfindən törədilməsi

C) Xarakter yerli morfoloji dəyişikliklərin olmaması

D) Dalağın böyüməsi (splenomeqaliya)

E) Sepsis zamanı klinikada hərarətin yüksəlməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
949) Aşağıdakı hansı patoloji proses septiki endokarditin periferik əlamətlərindən biri hesab edilir?

A) Dəridə depiqmentasiya

B) Osler düyünləri

C) Filatov-Koplik ləkələri

D) Seroz-irinli dermatit

E) "Qladiator vəziyyəti"


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
950) Aşağıdakı hansı dəyişikliklər septiki endokarditin periferik əlamətlərinə aiddir?

A) Sarılıq, Ceynuey ləkələri

B) Fibrinoz dermatit, dırnaqların tökülməsi

C) Minakov ləkələri, dəridə irinciklər

D) Larşe ləkələri, qlazur dalaq

E) Hipermelanoz, seroz dermatit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
951) Aşağıdakı hansı dəyişiklik septiki endokarditin periferik əlamətlərindən biri hesab edilir?

A) Portal hipertenziya ilə əlaqədar göbək nahiyəsində meduza başı simptomu

B) Bədənin soyuması

C) Əl və ayaq oynaqları, xüsusilə də falanqalar nahiyəsində hiperkeratoz sahələri

D) Baldır nahiyəsində səthi venalarda varikoz genəlmələr

E) Lukin-Libman ləkələri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
952) Aşağıdakı hansı patoloji proses septiki endokardit zamanı meydana çıxan “periferik əlamətlərin” baş vermə səbəblərindən biridir?

A) DYL–sindrom

B) Splenomeqaliya

C) Tromboemboliya sindromu

D) Hepatomeqaliya

E) Septiki endokarditin mikroorqanizmlər tərəfindən törədilməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
953) Sepsis zamanı baş verən ümumi morfoloji dəyişikliklər 3 qrupa bölünür. Aşağıda onlardan hansı biri göstərilmişdir?

A) Sklerotik dəyişikliklər

B) Metaxromaziya dəyişiklikləri

C) Hiperplastik dəyişikliklər

D) Kompensator dəyişikliklər

E) Regenerator dəyişiklikləri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
954) Sepsis zamanı baş verən ümumi morfoloji dəyişikliklər 3 qrupa bölünür. Aşağıda onlardan hansı biri göstərilmişdir?

A) Reparativ dəyişikliklər

B) Distrofik və nekrotik dəyişikliklər

C) Septiki dəyişiklikləri

D) Hemorragik-ödemli dəyişikliklər

E) Proliferativ dəyişikliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
955) Giriş qapısının lokalizasiyasından asılı olaraq aşağıda sepsisin hansı növü göstərilmişdir?

A) Kriptogen sepsis

B) Septiki endokardit

C) Bağırsaq sepsisi

D) Stafilokok sepsisi

E) Dəri sepsisi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
956) Giriş qapısının lokalizasiyasına görə sepsisin hansı növü göstərilmişdir?

A) Yarımkəskin sepsis

B) Sepsisemiya

C) Kəskin sepsis

D) Cərrahi sepsis

E) Vərəm sepsisi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

957) Giriş qapısının lokalizasiyasından asılı olaraq aşağıda sepsisin hansı növü göstərilmişdir?

A) Aşağı ətraf sepsisi

B) Göbələk sepsisi

C) Streptokok sepsisi

D) Göbək sepsisi

E) Aseptik sepsis


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
958) Hansı patologiya sepsisin giriş qapısının lokalizasiyasından asılı olaraq növü hesab edilir?

A) Yuxarı ətraf sepsisi

B) Böyrəküstü vəz sepsisi

C) Uşaqlıq sepsisi

D) Meningeal sepsis

E) Pnevmokok sepsisi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
959) Aşağıda sepsisin hansı klinik-morfoloji forması göstərilmişdir?

A) Kriptogen sepsis

B) Septikopiemiya

C) Göbək sepsisi

D) Yerli sepsis

E) İldırımvari sepsis


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
960) Sepsis hansı qrup xəstəliklərə aiddir?

A) İnfeksion-allergik xəstəliklər

B) İnfeksion xəstəliklər

C) Ağır xəstəliklər qrupu

D) Yoluxucu xəstəliklər

E) Zöhrəvi xəstəliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
961) Septiki endokardit zamanı endokarditlərin hansı forması meydana çıxır?

A) Ziyilli endokardit

B) Diffuz endokardit və ya valvulit

C) Fibroplastik endokardit

D) Qayıdan ziyilli endokardit

E) Polipoz-xoralı endokardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
962) Sepsis zamanı limfa düyünləri böyümüşlər (limfadenopatiya). Bu dəyişiklik sepsisin hansı “ümumi morfoloji dəyişikliklər” qrupuna aiddir?

A) İltihabi dəyişikliklər

B) Orqanizmin ümumi intoksikasiyası

C) Septiki dəyişikliklər

D) Distrofik və nekrotik dəyişikliklər

E) Hiperplastik dəyişikliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
963) Septiki endokardit zamanı adətən ürəyin hansı hissəsi zədələnir?

A) Perikard

B) Ürəyin sinir kələfi

C) Aortal aypara qapaqlar

D) İkitaylı mitral qapaq

E) Parietal endokard (xüsusilə də sol mədəcikdə)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
964) Aşağıda sepsisin hansı klinik-morfoloji forması göstərilmişdir?

A) Odontogen sepsis

B) Sepsisemiya

C) Otogen sepsis

D) Reparativ sepsis

E) Hipertrofik sepsis


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
965) Sepsis zamanı baş verən bütün morfoloji dəyişikliklər 2 qrupa bölünür. Aşağıda onlardan hansı göstərilmişdir?

A) Kəskin morfoloji dəyişikliklər

B) Virus mənşəli dəyişikliklər

C) Yerli morfoloji dəyişikliklər

D) İmmun mexanizmli dəyişikliklər

E) Qazanılmış morfoloji dəyişikliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
966) Aşağıdakı hansı patologiya sepsisin klinik-morfoloji formasıdır?

A) Ambulator sepsis

B) Meninqokokkemiya (meninqokok sepsisi)

C) Kriptogen sepsis

D) Xroniki sepsis (xroniosepsis)

E) Septiki miokardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
967) Sepsis zamanı miokardda disproteinoz, qara ciyərdə nekrobioz ocaqları və s. aşkar olunur. Bu patoloji proseslər sepsisin hansı “ümumi morfoloji dəyişikliklər” qrupuna aiddir?

A) Kardiomiopatiya və hepatomeqaliya dəyişiklikləri

B) Ayrı-ayrı üzv və toxumalarda vaskulitlər

C) Hepatorenal dəyişikliklər

D) Distrofik və nekrotik dəyişikliklər

E) Hiperplastik dəyişikliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
968) Sepsis zamanı üzv və toxumalarda vaskulitlər aşkar olunur. Bu patoloji proses sepsisin hansı "ümumi morfoloji dəyişikliklər" qrupuna aiddir?

A) Angiopatiyalar qrupu

B) Hiperplastik dəyişikliklər

C) Septiki makroangiopatiyalar

D) İltihabi dəyişikliklər

E) Distrofik və nekrotik dəyişikliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə