Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə29/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
90
lanların içində Mətini gördü. Sanki bir anlıq dondu. 
Ciddi görünüşü ilə digərlərindən seçilirdi. Deyəsən heç 
ətafına baxmırdı da. Onun yanından keçməliydilər. Neynə-
sin? Onunla görüşsün ya yox? Hələ ki, Mətin onu görmür-
dü. Nəhayət ki, yerindən qalxaraq yan tərəfdən gedən yola 
keçdi. Belə yaxşıdır. Axı tamamilə ona qarşı laqeyd insan 
barədə düşünmək, onu görməyə can atmaq axmaqlıqdan 
başqa bir şey deyil. Cəmi bir dəfə, o da həmin günün sabahı 
zəng edib hal-əhval tutdu. Sora heç axtarmadı da. Qəribə-
dir vaxt var idi ki, əcnəbilərə nifrət edirdi, indi isə hansısa 
bir əcnəbinin ona qarşı laqeydliyinə küsürdü. Ayaqları get-
sə də, özü heç getmək istəmirdi. Ancaq bacardı. Onu bu qə-
dər dəyişən hisslərin düşüncələrindən də, ağlından daha 
güclü olduğunu dərk etsə də, hisslərinə qarşı getməyi ba-
cardı. Əks halda gücsüz olacağını bilirdi. Nə yaxşı ki, göz-
gözə gəlmədilər. Zorla da olsa, sanki özü-özündən qaçmağı 
bacardı. Musiqi gecəsinin yaxınlarda keçirilmiş son seçim 
gecəsinə də bu səbəbdən getmədi. 
Culinin nəzəri hissəni qurtarıb təcrübəyə başlamasına 
cəmi iki ayı qalmışdı. Bu aralarda Meyqeri həbsxanadan 
buraxmalı idilər. Ona görə içində narahat idi. Elə hey özünü 
danlayırdı. Axı bu pisliyə necə oldu bulaşdım. Bircə məni 
yadından  çıxarmış  olsaydı.  Birdən  yenidən  məni  axtarıb 
tapsa necə? Onda nə edəcəm? Evdən çıxandan qayıdana 
qədər səksədəydi. Hətta qapılarını döyə biləcəyindən də 
qorxurdu. Vaxtı ilə anasının sözünə baxmadığı üçün çox 
peşiman idi. Mütləq bir gün qarşısına çıxacağını bilirdi. 
* * *
Həbsxanadan çıxan Meyqer həmin günü ailəsi görüşdü. 
Sonrakı gün dostlarına baş çəkdi. Yaxşıca keflənib, keçmiş 
günlərini yada saldılar. Daha sonrakı gün isə anasının yal-
varışlarına  baxmayaraq  Culini  görmək  üçün  evdən  çıxdı. 
Yəqin ki, bu vaxtlar institutda olar düşüncəsi ilə birbaşa 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
91
ora  yollandı.  Bəs  necə,  hər  kəs  etdiyi  hər  şeyin  hesabını 
verməlidir, deyə yol boyu özünə edilən haqsızlıqların siya-
hısını tuturdu. Onun nə düşündüklərini oxumağı bacaran 
olsaydı, görərdi ki, o özü ilə baş verənlərin günahını Culidə 
görsə də, bütün yaşadıqlarına rəğmən Culi ilə münasibətlə-
rini yenidən qurmağa hazır idi. Deyirlər məhəbbətin gözü 
kor olur. Həqiqətən də belədir. O, hər şeyi bağışlaya da bilir, 
necə ki, Meyqer də buna hazır idi. O, Culiyə hamısını deyə-
cəkdi. Ona görə yaşadıqlarını, indidən sonra onunla birgə 
yaşamaq üçün hər şeyini gözünü belə qırpmadan qurban 
verə bilərdi. Yox, əgər qəbul etməsə, onda başqa məsələ. 
Fikirləşəcəkdi ki, onun elədiklərinə görə necə cəzasını ver-
məlidir. İçəri kənar şəxsləri onsuz da buraxmırlar. Neynə-
sin? Bəlkə zorla keçsin? O, vaxt gördüyü üzlərdən indi heç 
birini görmədi. Doğrusu, o halda ki, axırıncı dəfə o, bura 
gəlmişdi, həmin vəziyyətdə onsuz da heç kimi tanıya bil-
məzdi. Ancaq sonradan hadisə şahidləri qismində onunla 
üzləşməyə gələnlərdən yadında qalanlar üzləri burda gör-
mədi. İndi ağlı başında olduğu üçün bu fikrindən daşındı. 
Artıq səbri qalmamışdı. Gör neçə saatdı. Nəhayət ki... 
Culi onu görəndə irəli, ya geri addım atacağını çaşdırdı. 
Sanki dünyası başına yıxıldı. Ətrafına göz gəzdirib, köməyə 
çatacaq kimi isə axtardı. Ancaq yanındakı rəfiqəsindən başqa 
kimsə yaxınını görə bilmədi. Birdən-birə onun necə ağardığı-
nı görüb təlaşa düşən rəfiqəsi isə bir şey anlamadı. Nə oldu-
ğunu dönə-dönə soruşsa da sanki Culi onu eşitmirdi. Bir az 
özünə gəlib, rəfiqəsindən nə olur-olsun onu tək buraxmama-
ğı xahiş elədi. Vəziyyətin ciddi olduğunu başa düşsə də ,ətraf-
da hansı təhlükənin olduğunu kəsdirə bilmədi.  
Onun nəzərində Culi heç dəyişməmişdi. Dəyişən ancaq 
saçlarının rəngi idi. Bu da ona yaraşırdı. Onu daha yaraşıq-
lı göstərirdi. Saçlarının rənginə qədər onu həmişə hafizə-
sində canlandırmış, onunla çox söhbət etmişdi. O, heçnə 
olmamış kimi yaxınlaşıb, salam verdi. 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
92
– Yəqin məni gözləmirdin hə? Mənsə bu beş ili bu anı, 
səni görəcəyim dəqiqələri gözləmişəm. 
– Çox nahaq. Mənsə səni gözləmirdim. Özündə güc ta-
pıb bu sözləri deyən Culinin səsi titrədi. 
– Bu qədər zamandır görüşmürük, sənsə heç düz-əməl-
li salam da vermirsən. Çox pis. Heç olmasa keçmiş günlə-
rimizin xatirəsinə hörmət et. Mənim həsrətimə dəymədi-
yini başa düşdüm, bir şeyi başa düşmədim. Bəs sənə görə 
yaşadığım iztirabların hesabını kim ödəyəcək. Zəhmət çək 
de, mən də bilim. 
–  Mən  axı  bilmirəm  nə  deməliyəm?  Nəyin  hesabını 
verməliyəm? 
Culini yenidən əldə etmək üçün dəridən – qabıqdan 
çıxsa da, onu yola gətirə bilməyəcəyini görüb, son varian-
tına keçdi. O, diz çökərək ağlamsındı. 
– Culi ciddi olduğumu, sənə qarşı olan məhəbbətimi 
sübut etmək üçün evlənmək təklifimi qəbul etməklə mənə 
şans verməni istəyirəm. İstərsən lap elə günü bu gün – ax-
şam anamla sizə gələ bilirik. (Ətrafda hamı onlara baxır-
dı. Ondan səs çıxmadığını görüb, yox cavabı alacağından 
qorxduğu üçün tez əlavəsini elədi). 
–  Cavab  verməyə  tələsmə.  İstəyirsən  fikirləş,  cavab 
verərsən, ancaq onu bil ki, bu həyatda səni mənim qədər 
sevən olmayacaq. Mən gedirəm. Bir də qayıdacam. Cava-
bın nə olsa ona görə qərar verərik. 
Rəfiqəsi bütün bu olub keçənlərdən bir şey anlamasa 
da indicə yanıında qurulmuş səhnədəki qızın yerinə özü-
nün olmasını elə arzuladı ki, özünü saxlaya bilmədi:
–  Culi, sən dəli olmusan? nədi? Səni bu qədər sevən oğla-
na niyə yox deyirsən? Bəlkə elə bilirsən zəmanəmizdə belələ-
ri çoxdur. Mənim üç sevgilim olub, heç birisi mənə evlənmək 
təklifi etməyib, özü də belə jestlə. Necə də romantikdir. 
Rəngi bir az özünə gəlmiş Culi başını yelləyərək:
– Kənardan elə görünə bilər. Mənim üçün onun sevgisi 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə