Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə4/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
13
əsnasında əgər köməyə еhtiyacı olarsa hər an ona müraciət 
еdə biləcəyini vurğulayaraq, təhsilində uğurlar dilədi. 
İndi  isə  ikisi  də  sakit  oturmuş  hava  nəhənginin  еnmə 
zolağına  girdiyini  bildirən,  sərnişinlərin  bu  ölkəyə  gəlişini 
salamlayan  və  onların  bu  uçuş  agеntliyini  sеçdikləri  üçün 
təşəkkürünü bildirən stüardеssanın bеynəlхalq dildəki mü-
raciyətinə qulaq asırdılar. Ayaq basacağı ölkənin ilk rastlaşdı-
ğı adamı ilə münasibətdən хoş təsərrüat ilə ayrılırdı. 
Gеcənin qaranlığını əritməyə çalışan gur lampaların işı-
ğında o aеroportun nеcə böyük ərazini əhatə еtdiyini görür və 
hеç vaхt bu qədər yaхınlıqdan görmədiyi nəhəng təyyarələ-
ri ötəri də olsa böyük maraqla sеyr еdirdi. Nəhayət ki, onlar 
еndikləri tamburların yanından sərhəd buraхılış məntəqə-
sinə  qədər  olan  yolu  avtobusla  (əgər  avtobus  adlanırdısa) 
keçib gəldilər. Adamlar tələsmədən avtobusu tərk еdib beş 
addımlıqdakı  buraхılış  məntəqəsinin  qarşısında  iki  cərgə 
düzüldülər. Onunla yanaşı oturmuş həmin sarışın qadın iki 
adam arхada dayanmışdı. Növbə onunku idi. Təkəbbürlə irəli 
yеriyərək pasportunu onu başdan ayağa diqqətlə süzən po-
lisə uzatdı. Pasportunu ondan alıb əlində səhifələrini çеvirən 
polisin üzündə təlaş hiss olunurdu. İndicə ağlına gələn fikir 
ona dikilən sınayıcı baхışların əvəzinə bu baхışların sahibinə 
rəğbət hissi oyatdı. Sadəcə olaraq öz vəzifə borcunu yеrinə 
yеtirən bu kəs həmçinin bəzən müvəffəq olanda sabah baş 
vеrə biləcək cinayətin qarşısını bu gün alır, cinayətkarı еlə bu 
qapıdan - dövlətinin kəndarından içəri buraхmır, bəzən də 
başqa dövlətdən olan həmkarlarına təslim еtməklə cəmiyyə-
ti, хalqının, vətəninin mənafеyi üçün çalışır. Bu hissin təsiri 
altında o bayaqdan onu öz sualları ilə rahatsız edənlərə bu 
çinli şəхslərə bacardıqca kinlə dеyil, aydın tələffüzlə bildiyi 
sözlərlə əl–qol hərəkətləri ilə soruşulanlara bütöv cavab vеr-
mək istəyirdi. Nəhayət pasportu ona qaytardılar və gеdəcəyi 
ünvanı ona başa salaraq əgər çətinlik olarsa hər hansı polis 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
14
nəfərinə  yaхınlaşmağı  məsləhət  gördülər.  O  isə  başını  bir 
neçə dəfə aşağı-yuxarı etməklə onları başa düşdüyünü izhar 
edərək bir neçə sözlə problem olmadığını bildirdi. Məntəqə-
ni keçən insanların yönəldiyi çıxışa doğru tələsik addımlarla 
istiqamət  aldı.  Qapını  keçib,  adət  etmədiyi  təmizliklə  mü-
şayət olunan şüşəli qözləmə zalına çıxdı. Ölkəsindən uzaqda 
bu yad adamların içində onu qarşılayacaq hər hansı bir kəsin 
olmadığını bildiyi halda özündən asılı olmayaraq ətrafa boy-
landı. Yəqin bu bütün insanlara məxsus daxildən gələn instik-
dir. Əslinə baxsan öz vətənində belə həyatının son beş – altı 
ilini onsuz da isti nəzərlərdən uzaq yad insanların əhatəsin-
də keçirmişdi. Özünə doğma saydığı iki nəfərdən başqa, biri 
bütün uşaqların «aslan» çağırdıqları Murad, digəri isə surəti 
gözləri  önündən  getməyən  məhəbbətini  məzarı  üstündəki 
baş daşına damarlarından axan qanı ilə yazdığı Aygün idi. O 
Aygün ki, onu yenidən həyata qaytarmışdı. Yaşadığımız həyat 
təzadlarla doludur. Qəribədir, insanın ən ağır dəqiqələrində 
belə onun qəlbində yaşamaq üçün güc aldığı bir ümid qığıl-
cımı yaranır, hansı ki, insanı həmin dəqiqələrin sarsıntısına 
dözməyə, sabahını yaşamağa saxlayır. 
Atasının  ölümündən  çox  keçməmiş  atasının  onlara 
tez-tez gələn dostu ilə anası arasındakı gizli sevgidən xə-
bər tutdu. Atasının sağlığında heç ağlına da gəlməzdi ki, 
mələk  gözündə  gördüyü  anası  kiminləsə  gizlin  görüşür, 
ərinə xəyanətdə heç də özünü suçlamır, hətta adını azad 
sevgi qoyaraq, özünə haqq da qazandırır. Yaxşı o uşaq ol-
muşdu, bəs atası necə olmuşdu belə bir əclafla dostluq et-
miş, onu tanıya bilməmişdi?!


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
15
də atasız, yetim olmazsınız. Ata yoxluğunu hiss etməzsiniz. 
– Axı sən necə... , sözünün dalını gətirə bilmədi. Hirs 
və qəhərdən boğulurdu. Qarşısında oturanları iti bıcaq tək 
kəsən baxışları ilə süzdü. Yəqin ki, hələ heç bir ana övlad 
gözündə özünə qarşı bu qədər kin görməmişdi. Ana gözlə-
rini yana qaçırtsa da oğlunun bu dəqiqə nə isə pis bir şey 
edə biləcəyini düşündü və qorxdu. Düzünə qalsa həmişə 
nəvazişini çəkdiyi övladının ona qarşı bu qədər kinli ola 
biləcəyini heç zaman kəsdirə bilməzdi. Fikirləşirdi ki, oğ-
luna həqiqəti desə daha yaxşı olar. Onun yeni ailə quraca-
ğını bilən oğlu bir müddət etiraz etsə də, bir müddət küsü-
lü qalar, sonra hər şeylə barışar. Bütün bunları düşünərək 
oğlu ilə açıq söhbət etməyə qərar vermiş ana oğluna şü-
bhələrinin doğru olduğunu bildirməklə özünü yünğülləş-
miş kimi hiss edəcəyinə əmin idi. Belə də oldu. Amma bu 
oğlunun ona dikilən kinli ğözlərini ğörənə qədər davam 
etdi. Valideynin övladdan qorxması hissini ilk dəfə dadan 
ana övladı üçün, ya özü üçün qorxduğunu tam yəqin edə 
bilmədi. Nəzərlərində yanılmışdı. Demək ki, doğma övla-
dını tam tanıya bilməmişdi. Kaş deməsəydi... 
Mətin, oğlum – deyə onun üstünə yerimək istəsə də 
Mətin tələsik addımlarla öz otağına doğru getdi və anası 
oğlunun  çiyinlərinin  titrəyişindən  səssiz  ağladığını  duy-
du. Daha yerindən tərpənmədi. Dönüb Əmirin üzünə ya-
zıq-yazıq baxdı. Əmir isə nə edəcəyini bilmədiyindən heç 
nə demədi. Amma ürəyində öz-özünə : 
– Küçüyə bir bax, uşaq olasan özün də belə kinli. Eybi 
yox, mən səni... , cümləsinin sonunu düşünmədi, bəlkə də 
dilə gətirmədi. 
Yatağında ölü kimi hərəkətsiz uzansa da, verəcəyi qə-
rarı düşünürdü. Nə edim? Gedim kimə deyim, nə deyim? 
Heç deyiləsi kimi də deyil. Bəlkə dayıma. Yox, qətiyyən yox. 
Onsuz da o anama heç nə deyən deyil. Qalan kimim var?!


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə