Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə8/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
26
görmüşdüsə də, özünü görməmizliyə vururdu. Bu ərköyün 
qızcığazın ağlına gəlməzdi ki, şıltaqlıqla dediyi bir kəlmə 
sözü  yazıq  oğlanın  gen  dünyasını  başına  dar  edib.  Oğlan 
ona heç nə demədiyi üçün onu acılamağa əsası yox idi. Heç 
nə də demədi. Hazırlaşdığı müəllimi yaşayan binaya qədər 
həmin oğlanın arxasınca gəldiyini hiss edirdi. 
Qızın bu binaya niyə gəldiyinin, nə zaman qayıdacağı-
nı, bəlkə də heç qayıtmayacağını fikirləşdi. Əslində sabah-
kı dərslərini hazırlamışdı. Gözləyə bilərdi, qapıdakı növ-
bətçi ilə arası yaxşıydı. Onu ələ verməzdi. Gözləməyə qərar 
verdi. Nə qədər keçdiyini bilmirdi. Gözü binanın girişində 
qalmışdı. Bəlkə qayıtmayacaq. Öz aləmində bu gözləmək 
nə qədər iztirab gətirir deyə düşündü. 
Qaranlıq düşürdü. Artıq ümidini üzmüşdü ki, binanın 
çıxışına kölgə düşdü. Qız küçəyə çıxdı və ətrafına baxma-
dan evə doğru tələsdi. Gözlədi ki, aralarında bir az məsafə 
yaransın. Dayandığı tindən düz evlərinin qapısına qədər 
heç  bir  söz  demədən  arxasınca  nəzərə  çarpmadan  onu 
ötürüb, məktəbə qayıtdı. Heç kəsin onu axtarmadığını öy-
rənəndə həyacanı bir az ötdü. Aslan onu görər-görməz:
– Necə oldu, danış görüm deyə bildin ya, yox? Nə cavab 
verdi? Ürəyimi çəkmə, bir az tez elə, danış! 
– Nə deyim, heç bir şey deyə bilmədim. Heç məktubu 
da vermədim. Bir də axı nə cavab verəcəyini sən də yaxşı 
bilirsən, mən də. Boş yerə ümid etməsəm daha yaxşı olar. 
Artıq bir neçə həftə idi ki, qızı uzaqdan müşayət etsə 
də yaxınlaşmırdı. Aygün gözləyirdi ki, bu oğlan da digər-
ləri kimi ona yaxınlaşsın, o biriləri kimi layiqli payını al-
sın. Ancaq gözlədiyinin əksinə, bu pərəstişkarının deyəsən 
yaxınlaşmaq fikri yox idi. Belə olan halda nə desin, necə 
acılasın?!  Ancaq  özünü  hazırlamışdı,  yaxınlaşanda  necə 
sancacağını  planlaşdırmışdı.  Özü  də  bu  qarşıdakı  mək-
təbdə  oxuyan  uşaqlardan  biridir.  Xarici  görünüşcə  xoş 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
27
təsir bağışlayan arıq və ortaboylu bu oğlanı ordan tanıdı-
ğına əmin idi. Ona görə bir xətər gəlməyəcəyinə əminlik 
onu rahatlaşdırmışdı. Qardaşına bu barədə nəsə deməyi 
artıq bilirdi. Bircə kəlmə desəydi, bəs edərdi, bu binəva-
nı doyunca döysünlər. Qardaşı məhlənin özündən deyən 
ceyillərindən biri idi. Əgər alacağı cavabdan nəticə çıxar-
masa bu yazığın da aqibətinin son pərəstişkarınınkı kimi 
olacağına əmin idi. Günlər keçdikcə Aygün onu izləyən bu 
kölgəyə artıq öyrəşirdi. Evdən çıxanda da, evə qayıdanda 
onu ötürən kimsənin varlığını hiss edirdi. Gizli baxışlarla 
gözaltı onun harda olduğunu görənə qədər ətrafını gözdən 
keçirir, sonra yoluna düzəlirdi. Özü də bilmədən içində bir 
maraq oyanmağa başlamışdı. Görəsən niyə yaxınlaşıb sö-
zünü demir? Onu ötürməkdən yorulmur? Amma eyib et-
məz, heç olmasa bilir ki, axşamları gün qısaldığından geri 
qayıdanda qaranlıq küçələri qorxmadan qayıda bilər. 
Alacağım cavabı bilirəm, Aslan. Ona görə ən yaxşısı bu-
dur ki, heç nə deməyim. Heç olmasa ümidim ölməsin. İnan  
sanki həyatıma günəş doğub. Yaşamaqda məna tapmağa 
başlamışam. Sanki xəyallarıma gedən yolun başlanğıcın-
da bələdçimə rast olmuşam. Onu itirmək istəmirəm. Onu 
əldə etmək üçün mən həyatda çox şeyə nail olmalıyam. Gü-
vənəcəyim kimsəm də yoxdur. Son vaxtlar hər gecə Aslan-
la dərdləşir, şirin yuxulara dalırdı. Aygünün kölgəsinə dön-
müşdü, yaxınlaşmağı ağlına da gətirmirdi. Həmin gün də 
tindən Aygünün çıxacağı evin qapısını güdürdü. İndilərdə 
qapıdan çıxmalı idi. Artıq bütün qrafiki bilirdi. Elə də oldu. 
Aygün girişi tərk edib, evə doğru yönəldi. Toranlıq düşsə 
də, ətrafa tam qaranlıq çökməmişdi. Üç tin sonra gözlənil-
mədən qaranlıqdan iki nəfər peyda oldu. Onlar heç nədən 
çəkinmədən bir-biri ilə deyib gülür, qıza söz ataraq onu 
təqib etməyə başladılar. Biri əl atıb qızın qolundan tutub 
ona nə isə söylədi də. Sürətlə onlara yaxınlaşan Mətin qı-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
28
zın üzündə qorxudan təlaş keçirdiyini gördü. Sanki ürəyi 
parçalandı.  Heç  bir  söz  demədən  həmin  oğlanın  qızdan 
yapışmış  qolundan  tutmağı  ilə  sifətinə  dəyən  zərbədən 
oğlanın yerə oturması, ardınca isə heç nə anlamağa vax-
tı  belə  çatmayan  digərinin  də  onun  yanına  çökməsi  qızı 
şoka  saldı.  Zərbədən  özlərinə  gələ  bilməyən,  yerlərində 
səndələyərək durmağa çalışanlardan biri uzun ucu şiş tiyə 
çıxarsa da, heç hədələməyə belə imkan tapmadı ki, aldığı 
ikinci zərbə yenidən onu yerə sərdi. Hər şey bir anın içində 
baş verdi. Aygünə üzünü tutub:
– İstəyirsiniz sizdən üzr istəsinlər?
– Yox-yox, nə danışırsız, ehtiyac yoxdur, cəhənnəm ol-
sunlar özləri də, üzrləri də. Elələri ilə nə qədər az müna-
sibətdə olsan bir o qədər yaxşıdır. Bilmirəm ki, sizə necə 
təşəkkür edim, sağ olun ki, kömək etdiniz. Əslində özünü-
zü təhlükəyə atdınız. 
– Onda gəlin gedək sizi yola salım. Təhlükəyə qalanda isə, 
narahat olmağa dəyməz (İstədi desin ki, mənim itirəcək bir 
şeyim yoxdur səndən başqa, ancaq dilinə gətirmədi). 
Heç nə demədən yanaşı addımladılar. Məhəlləyə çat-
mağa  az  qalmışdı.  Bu  qədər  vaxtdır  siz  məni  uzaqdan 
təqib edirsiz, amma heç zaman yaxınlaşmamısınız. Heç ol-
masa mənim bu günki xilaskarımın adını öyrənə bilərəm, 
ya yox? Adınızı deyin, bilim ki, kimə minnətdaram. 
– Məni Mətin çağıra bilərsiniz, yaxud da sizin verdiyiniz 
“çoban” adıyla müraciət edə bilərsiz, tələsik əlavəsini də etdi. 
Mənim adımdan fərqli olaraq sizin adınız da özünüz 
kimi gözəldir. Ay və gün. 
– Hə yadıma düşdü. Deməli siz həmin oğlansız. Hə-hə 
yadıma düşdü. 
Qızın  onu  xatırlamasına  çox  sevindi.  Ancaq  sevinci 
uzun sürmədi. Bu gün nədənsə bacısını qarşılamağa qərar 
verən özündən razı qardaş hardansa birdə-birə düz yanla-


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə