Petrofizika fənnindən muhazirə mövzuları Süxurların qeyri-bircinslilik xassələrinin öyrənilməsi



Yüklə 0,57 Mb.
səhifə7/13
tarix16.06.2022
ölçüsü0,57 Mb.
#89603
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Petrofizika fənnindən muhazirə mövzuları

Faza və nisbi keçiricilik
Təcrübələr göstərmişdir ki, çoxfazalı mayelərin məsaməlimühitdə hərəkətini öyrənmək üçün Darsi qanunundan istifadə etmək olar. Bu məqsədlə yuxarıda qeyd olunan faza və ya nisbi keçiricilik anlayışından istifadə edilir. Tutaq ki, məsaməli mühitdə ikifazalı (qaz və neft) sistem hərəkət edir. Onda neft və qazın sərfi (Q1, Q2) aşağıdakı ifadələrdən tapılır: Q1=f1(S1) Q; Q2=f2(S1) Q, burada Q-ümumi sərfi, s1-məsamələrin neftlə doyma dərəcəsini göstərir. Belə ki, əgər mühit neftlə tam doyarsa, s1=1, qazlatam doyarsa s1=0 olacaqdır.
Indi isə fazalarla məsaməli mühitin doyma dərəcəsindən asılı olaraq nisbi keçiriciliyin dəyişmə xarakterinə baxaq. Tutaq ki, məsaməli mühit onu isladan maye və qala doymuşdur. Maye ilə doymanın sıfırdan başlayaraq müəyyən həddədək (I. 14 şəklində A nöqtəsi) qiymətində mayeyə görə nisbi keçiricilik 1 (S1) praktiki sıfır olur.
Bu onunla izah edilir ki, həmin miqdar maye Laplas qanununa görə məsamələrin ən kiçik hissələrində yerləşərək, praktiki mümkün olan təzyiqlər fərqində hərəkət etmir. Bu miqdar mayenin olması, məsamələrdəki qazın hərəkətinə müqavimət göstərmədiyindən qaza görə nisbi keçiricilik təqribən vahidə bərabər olur (B nöqtəsi). A nöqtəsindən başlayaraq maye ilə doyma atrdıqca onun nisbi keçiriciliyi artacaq, qazınkı isə azalacaqdır. Maye ilə doymanın elə həddi də olur ki, (C nöqtəsi), bu həddə sistemin qərarlaşmış hərəkətini təmin etmək mümkün olmur. Belə halda qaza görə nisbi keçiricilik sıfır (C nöqtəsi) olur. Axın üçün qərarlaşmış rejim mümkün olmayan halda mayeyə görə nisbi keçiricilik qırıq xətlə göstərilmişdir. Maye ilə doyma vahid olduqda ona görə nisbi keçiricilik vahid olacaqdır (D nöqtəsi).
Beləliklə, qeyd olunan fiziki mülahizəyə əsasən maye ilə doyma dərəcəsindən asılı olaraq faza və ya nisbi keçiricilik əyrilərini qurmaq üçün dörd nöqtə alınır. Bütün təbii proseslərin səlis getdiyini nəzərə alsaq, bu dörd nöqtənin köməyi ilə maye və
qaza görə nisbi faza keçiriciliyin əyrilərini qurmaq olar.

Məsaməli mühitdə neft və qaz üçün nisbi faza keçiriciliyi əyriləri ilk dəfə Vikof və Botsett tərəfindən təcrübə vasitəsilə qurulub. Neft laylarının istismarı prosesində məsaməli mühitdə çox vaxt üçfazalı, neft-qaz-su sistemi hərəkət edir. Bu səbəbdən hər fazaya görə nisbi keçiriciliyin təyini böyük əhəmiyyət kəsb edir.
Neft, su və qazın birlikdə məsaməli mühitdə hərəkəti təcrübə vasitəsilə öyrənilmişdir. Bu təcrübələrin nəticələri I. 16 şəklində göstərilən üçbucaq formalı faza diaqramında verilir. Üçbucağın təpə nöqtələri uyğun olaraq neft, qaz və suyun məsaməli mühitdəki miqdarının 100%-ə, hər təpə nöqtəsi qarşısındakı tərəfi isə uyğun fazanın məsamələrdəki miqdarının sıfır faizinə təvafüq edir. Üçbucağın daxilində onun hər hansı tərəfinə çəkilmiş paralel xətlər uyğun fazanın miqdarının 0-100%-i arasındakı qiymətlərinə uyğun gəlir. I. 16 şəklində göstərilən l əyrisi (üçfazalı hərəkətdə suyun nisbi keçiriciliyi 0,05-ə bərabər nöqtələrin çoxlu), 2 əyrisi (üçfazalı hərəkətdə neftin nisbi keçiriciliyi 0,05-ə bərabər olan nöqtələrin çoxluğu) və 3 əyrisi (üçfazalı hərəkətdə qazın nisbi keçiriciliyi 0,05-ə bərabər olan nöqtələr çoxluğu) bir, iki və üçazalı hərəkət zonalarını ayırd edir.
Məsaməli mühitin fazalarla doyma dərəcəsini tapmaq üçün müxtəlif üsullar (məsaməli mühitin elektrik keçiriciliyin ölçmə üsulu və s.) mövcuddur.
Faza keçiriciliyini, bir fazanı (məsələn, nefti) digər faza ilə (məsələn, qazla) sıxışdırdıqda alınan nəticələrə görə, mədən tədqiqatlarına və məsamələrin ölçülərinə görə paylanma əyrilərinə əsasən də qiymətləndirmək olar.



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə