Petrofizika fənnindən muhazirə mövzuları Süxurların qeyri-bircinslilik xassələrinin öyrənilməsi



Yüklə 0,57 Mb.
səhifə13/13
tarix16.06.2022
ölçüsü0,57 Mb.
#89603
1   ...   5   6   7   8   9   10   11   12   13
Petrofizika fənnindən muhazirə mövzuları

Süxurların elektrik xassələri

Elektrik kəşfiyyatı elektrik cərəyanının süxur qatlarında paylanmasını öyrənir. Bu üsul süxurlarn elektrik keçiriciliyinə əsaslanır və buraya süxurlarn xüsusi müqaviməti ρ, dielektrik və elektrik nüfuzluğu, elektrokimyavi həssaslığı, yüklərin


qütbləşməsi (polyarizasiyası) daxildir. Bunların içərisində ən vacibi xüsusi elektrik müqavimətdir. Xüsusi elektrik müqaviməti beynəlxalq vahidlər sistemi BS-də Om⋅m, yəni tilinin uzunluğu 1 metr müqaviməti 1 Om olan kub götürülür. Aşağıdakı cədvəldən görünür ki, mineralların xüsusi elektrik müqaviməti çox
geniş intervalda dəyişir. Buraya Omun mində birindən təmiz, təbii əmələ gəlmiş minerallar və bir neçə milyard Om metrə qədər pis keçirici minerallar olan (izolyatorlar) slyuda, kvars və s. daxildirlər. Beləliklə, ρ kəmiyyətinin geniş hüdudda dəyişməsi yəni minerallar üçün 10-4-dən 1014 Om.m, süxurlar üçün 1-107 Om⋅m, arasında dəyişməsi müəyyən edilmişdir. Deməli, elektrik kəşfiyyat üsulu Yerin dərin qatlarını öyrənmək üçün ən məlumatlı üsullardan biridir.
Süxurlarn xüsusi müqaviməti bir çox amillərdən asılıdır. Bunlardan ən vacibi süxurun tərkibindəki mineralların müqaviməti, nəmliyi, süxurun tərkibindəki suların mineral duzlarla zənginləşməsi, məsaməliliyi, çatlığı, quruluşu və xarici
əlamətləridir. Bütün süxurlar və filizlər keçiriciliyinə görə elektron, məhlullar isə ion keçiriciliyinə bölünürlər. Birinci dəstəyə təbii yaranan metallar, sulfidlər, çox hallarda oksidlər, qrafit və antrasit aiddir. Bütün qalan süxur və minerallar da cərəyan yüklü iyonlar və digər yüklü hissəciklərin daşınması hesabına əmələ gəlir. Bu yüklü hissəciklər süxurun qatlarında məsamələrdəki məhlulun tərkibində olurlar. Kristallik, maqmatik və metamorfik süxurlar yüksək xüsusü elektrik müqavimətinə malikdirlər. Çökmə süxurlarn böyük əksəriyyəti əhəngdaşları, dolomit və mərmər istisina olmaqla, nisbətən kiçik elektrik müqavimətinə malikdirlər. Suyun xüsusi müqaviməti onun tərkibindəki mineral duzların iqdarından asılıdır.Süxurun müqavimətinə onun çatlığı güclü təsir edir və çatlar mineral duzlarla həll olunmuş məhlullarla dolu olur. Buna görə də, tektonik pozulmalar və qırışıqlıqlarla səciyələnən ərazilər özlərini kiçik elektrik müqavimətli anomaliyalar kimi büruzə verirlər. Süxurlarn xüsusi müqaviməti eyni zamanda temperaturdan asılıdır. Su donduqda onun müqaviməti sıçrayışla artır. Məlumdur ki, buz özü pis keçiricidir.
Cədvəl
Sulfidlər (prit və b.)……….……………… 10-4-10-3
Qrafit………………………………………...10-4 –10-2
Su…………………………………………... 0,1-10-5
Kalium duzu.……………...………………...10-2-105
Neft………………………………………....109–1014
Mika…………………………………………1010-1015
Çöl şpatı……………………………….…….10101012
Kvars………………………………………..1012–1014
Süxurlar
Gil……………………………………….…..1-100
Qum…………………………………………1-106
Qumdaşları………………………… ..…….10-103
Əhəngdaşları, mərmər…………… …....….102 -105
Daşduz………………………….… ….…….102-104
Kvarsit qneys………………….… ……...…103 -106
Turş (qranit və b.)…………….…. ………....102-104
Orta (diorit, sienit və b.)……… …..………...103-106
Əsası (qabro, diabaz, bazalt və b)..…….…...103-108
Ultraəsası………………………..…………..103-107
ƏDƏBİYYAT
1. Əsgərov F.H , , Həsənov Ə.B. , Qurbanov V.Ş, PETROFİZİKA , BAKİ–2006
2. Qurbanov V.Ş. , Paşayev N.V, Petrofizika
3. Кобранова В.Н. , Петрофизика . М. 1986.
Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə