Petrofizika fənnindən muhazirə mövzuları Süxurların qeyri-bircinslilik xassələrinin öyrənilməsi


Süxurların istilikkeçirmə, istilik tutumu və elektrik



Yüklə 0,57 Mb.
səhifə12/13
tarix16.06.2022
ölçüsü0,57 Mb.
#89603
1   ...   5   6   7   8   9   10   11   12   13
Petrofizika fənnindən muhazirə mövzuları

Süxurların istilikkeçirmə, istilik tutumu və elektrik
keçiriciliyi haqqında anlayış
Neft-mədən praktikasında bir çox geoloji və texniki məsələlərin həlli üçün quyuların termiki tədqiqindən geniş istifadə edilir. Məsələn, istilik xüsusiyyətlərinə görə quyuların kəsilişindəki süxurların öyrənilməsi, neft, qaz və su laylarının aşakr edilməsi, quyudakı qoruyucu və texniki kəmərlərin vəziyyətlərinin öyrənilməsi və s. mümkün olur. Laya müxtəlif termiki təsir uşlərinin layihəsinin tərtib etdikdə, süxurların termiki xüsusiyyətlərini bilmək lazımdır. Süxurun termiki xüsusiyyətləri dedikdə onun istilik tutumu, istilikkeçirmə qabliyyəti və s. nəzərdə tutulur. Məlum olduğu kimi, neftli layların teperaturu dərinliklə düz mütənasib olaraq dəyişir.Temperaturun 1 oC dəyişməsinə uyğun gələn dərinliyə geotermiki pillə deyilir. Məsələn, CCCPИ sahəsində bu, təxminən 5-170 m/dər arasında dəyişir. Kola yarımadasında 170 m dərinlikdə 1 oC, Pyatiqorskda isə hər 4.9 m dərilikdə 1 oC dəyişir. Süxurların istilik tutumu dedikdə, onu 1 oC qızdırmaq üçün lazım
olan istilik miqdarı (kkal) nəzərdə tutulur. Vahid çəkidə süxuru bir dərəcə qızdırmaq üçün lazım olan istiliyin miqdarına xüsusi istilik tutumu deyilir və aşağıdakı düsturla hesablanır:

Burada Q-süxuru to-dan t temperaturunadək qızdırmaq üçün lazım olan
istilik miqdarı; G-süxurun çəkisi: to, t-ilk və son temperatur, C-süxurun tam istilik tutumudur. Süxurun məsaməliliyi, nəmliyi və temperaturu artdıqca onun
istilik tutumu da artır. Çökmə süxurların istilik tutumu 0.19÷0.24 kkal q-dər arasında dəyişir. Hər hansı cismin bir ucu qızdırıldıqda müəyyən müddətdən sonra
o biri ucunun qızma dərəcəsi həmin cismin istilik keçirmə qabliyyəti ilə xarakterizə olunur. Süxurların istilikkeçirmə qabliyyəti, süxurun istilikkeçirmə əmsalı
ilə xarakterizə olunur. En kəsiyi 1 sm2 olan cismin 1 saniyədə 1 oC
istiliyi 1 sm uzunluğa keçməsi üçün lazım olan istilik miqdarınaistilikkeçirmə əmsalı deyilir və belə ifadə olunur.

Burada Q-Δη müddətində mühitindən keçən istilik miqdarı; l-uzunluq; η-en kəsik sahəsi : Δt-uclarda yaranan temperatur fərqi: F-en kəsik sahəsi: Δt-uclarda yaranan temperatur fərqi; Δη-istiliyin bir ucudan o biri uca keçmə müddətidir. Süxurların istilikkeçirmə qabliyyəti onun istilik tutumundan əlavə məsaməliyindən, mineraloji tərkibindən və məsamələrin su ilə dolma dərəcsindən daha çox aslıdır (cədvəl 1.10)


Süxurun termik xüsusiyyətlərindən baçqa, onlarda temperaturötürmə əmsalı da səciyyəvi amil sayılır. Temperaturötürmə əmsalı ilə istilikkeçirmə əmsalı və xüsusi itilik tutumu aşağıdakı kimi əlaqədardır. Termoosmos, layda temperaturun qeyri-bərabər paylanması nəticəsində yaranır. Məsaməli mehitin ancaq bir hissəsi maye, qalan hissəsi ilə qaz, yexud həmin mayenin buxarı ilə dolduqda termoosmos meydana çıxır. Bu cür məsaməli mühitdə temperatur qradiyenti yaratdıqda maye isti yerdən soyuq yerə süzüləcəkdir. Dağ süxurları başqa süxurlar kimi elektrikkeçirmə xüsusiyyətinə malikdir. Süxurların bu xüsusiyyəti, xüsusi elektrik müqaviməti ilə (pc) xarakterizə olunur.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə