Petrofizika fənnindən muhazirə mövzuları Süxurların qeyri-bircinslilik xassələrinin öyrənilməsi


Məsaməliliyin təyin edilmə üsulları



Yüklə 0,57 Mb.
səhifə5/13
tarix16.06.2022
ölçüsü0,57 Mb.
#89603
1   2   3   4   5   6   7   8   9   ...   13
Petrofizika fənnindən muhazirə mövzuları

Məsaməliliyin təyin edilmə üsulları

Məsaməlilik əmsalı (I. 1)-(I. 3) və (I. 8) əsasən hesablanır.


(I. 1)-(I. 3) ifadələrindən istifadə etmək üçün süxurun və məsamələlərin həcmini bilmək lazımdır. Bu kəmiyyətləri laboratoriya şəraitində müxtəlif üsullarla süxur nümunəsini maye ilə doldurub çəkməklə. Dənəciklərin ümumi həcmini təyin etməklə,süxur nümunəsinə düzgün həndəsi forma verib onun tam həcmini tapmaqla və s. təyin edirlər. Bunun üçün xüsusi laboratoriya avadanlıqları və ölçü cihazları (porozimetr) mövcuddur.
Məsaməlilik əmsalının açıqlıq əmsalı vasitəsilə (yəni (I. 8) ifadəsi ilə) təyinində optik üsullardan istifadə edilir.
Süzülən mayeyə rəngli və ya bəzi aktiv maddələr (radioaktiv izotoplar və s.) əlavə etməklə onun həqiqi sürətini tapıb süzülmə sürətinə bölməklə dinamik məsaməlilik əmsalını tapmaq olar. Bu və ya digər üsulu seçdikdə süxurun aşağıdakı xassələrini nəzərə almaq lazımdır. Məsələn qum hissəciklərindən təşkil olunmuş süxurlar üçün dinamik və mütləq məsaməlilik əmsalları praktiki bərabər olur. Qum və alevrolit qarışığından təşkil olunmuş süxurlarda mütləq məsaməlilik, dinamik məsaməlilikdən 56% çox olur. Beləliklə, bu cür süxurlar üçün ancaq mütləq məsaməlilik əmsalının təyini kifayətdir.





Süxurların keçiriciliyi
Müəyyən təzyiqlər fərqində süxurların özündən maye və qaz buraxma qabiliyyətinə süxurun keçiriciliyi deyilir. Keçiricilik lay süxurlarında neft və qazın quyuya hərəkətini xarakterizə edən mühüm parametrdir. Bütün süxurlar keçiricilik qabiliyyətinə malikdir. Lakin bəzi süxurlara (məsələ, gil, dolomit və s.) çox kiçik keçiricilikli və ya qeyri keçiricikli süxurlar kimi baxmaq olar. Belə süxur hissəcikləri kiçik ölçüyə malik olduqlarından onların məsamələrində yerləşən maye və qazın hərəkətinə praktiki dəf oluna bilməyən böyük kapillyar qüvvələri təsir dir. Qeyd etmək lazımdır ki, süxurun keçiriciliyi onun fiziki xassələrindən əlavə, məsamələrdən süzülən maye və qazın fiziki-kimyəvi xüsusiyyətlərindən, süxurla maye və qaz arasında gedən qarşılıqlı təsirlərdən də asılıdır. Bu səbəbdən də süxurların maye və qazburaxma qabiliyyətini öyrəndikdə mütləq, faza və nisbi keçiricilik anlayışlarından istifadə edilir. Süxurun , onunla fiziki-kimyəvi qarşılıqlı təsirdə olmayan (inert) hər hansı bir fazanı (qaz və ya bircins maye) özündən müəyyən təzyiqlər fərqində buraxma qabiliyyətinə onun mütləq keçiriciliyi
deyilir. Tədqiqatlar göstərir ki, süxurun hava və ya inert qazlara görə keçiriciliyinə mütləq keçiricilik demək olar. Çoxkomponentli sistemin süzülməsində hər hansı komponentə görə tapılmış keçiricilik, süxurun bu komponentə görə faza keçiriciliyi hesab edilir. Məsələn, qaz-neft qarışığının süzülməsində qaza və neftə
görə tapılmış keçiricilik uyğun olaraq qaza və neftə görə süxurun faza keçiriciliyi adlanır. Baxılan misalda qaz və ya neftdən biri hərəkətsiz olduqda da hərəkət edən fazaya görə təyin olunmuş keçiricilik də süxur üçün faza keçiriciliyi olur. Bəzən faza keçiriciliyinə effektif keçiricilik də deyilir. Hər hansı komponentə görə süxurun faza keçiriciliyinə olan nisbətinə nisbi keçiricilik deyilir. Keçiricilik anlayışına görə onun, təyini süzülmə sürəti ilə təzyiqlər fərqi arasındakı tapılması ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, süzülmə sürəti sərfin məsamələrin canlı en kəsiyinin sahəsinə deyil, süxurun en kəsiyi sahəsinə bölünməsindən alınır. Beləliklə, mayenin həqiqi sürətini fiktiv süzülmə sürəti ilə əvəz edirik.



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə