Petrofizika fənnindən muhazirə mövzuları Süxurların qeyri-bircinslilik xassələrinin öyrənilməsi


Keçiriciliyin təyin edilmə üsulları



Yüklə 0,57 Mb.
səhifə6/13
tarix16.06.2022
ölçüsü0,57 Mb.
#89603
1   2   3   4   5   6   7   8   9   ...   13
Petrofizika fənnindən muhazirə mövzuları

Keçiriciliyin təyin edilmə üsulları

Keçiricilik əsas etibarilə iki üsulla-laboratoriya və mədən tədqiqatları nəticəsində təyin edilir. Laboratoriyə şəraitində keçiricilik quylardan çıxarılmış təbii süxur nümunələri və süni surətdə lay şəraitinə uyğun hazırlanmış məsaməli mühitlər üzərində təyin edilir. Həmin şəraitdə keçiriciliyin təyin edilmə üsulları Darsi qanununa əsaslanır. Bu məqsədlə aparılan təcrübələrdə maye, yaxud qazın qərarlaşmış sərfinə uyğun Q Q(p) və Q Q(p asılılıqları qurulmalıdır. Bu asılılıqları qurulmalıdır. Bu asılılıqlar koordinat başlanğıcından keçən düz xətt olduqda təcrübə nəticələrinə əsasən düsturlarından keçiriciliyi tapa bilərik.


Ətalət qüvvələri sürtünmə qüvvələrinə nisbətən böyük olan halda isə təcrübə nəticələri 2 p b(bax: (I. 19) ifadəsi) asılılığı əsasında təhlil edilir. Bu halda p-ni 2 -dan asılı qurduqda b-nin qiymətində xəta böyük olur ( b tg, burada , 2 p xəttinin 2 oxu ilə əmələ gətirdiyi bucağın tangensidir). Ona görə də təcrübə nəticələrini aşağıdakı loqarifmik asılılıq əsasında təhlil etmək daha əlverişlidir:
lgp=lg b + 2lg 
Keçiriciliyə təsir edən amillər
Aparılan tədqiqat işlərinin nəticələri keçiriciliyə bir çox amillərin təsirini sübut edir. Bu məqsədlə aşağıdakı amillərin təsirinə baxaq:
Təmizlənmiş qeyri-polyar kerosinə müəyyən miqdarda polyar neft qatdıqda süxurun həmin qarışığa görə keçiriciliyi kerosinə görə keçiriciliyə nisbətən azalır. Kerosinə qatılmış polyar neftin faizlə miqdarından (C) asılı olaraq keçiriciliyin dəyişmə əyrisi göstərilmişdir. Şəkildən göründüyü kimi, qatılan neftin miqdarı artdıqca, süxurun kerosinə görə keçiriciliyi azalır. Bu, əsas etibarilə polyar hissəciklərin məsaməli mühitdə adsorbsiya təbəqəsi yaratması ilə izah olunur. Təbii neftlərin tərkibində az miqdarda parafin, qatran və s. maddələr olduqda da belə asılılıq alınır. Həmin mühitlərdə keçiriciliyin qiyməti temperaturdan asılı olaraq dəyişir. Polyar maddə üçün temperaturdan asılı olaraq keçiriciliyin dəyişmə
əyriləri göstərilmişdir. Qeyd etmək lazımdır ki, temperaturun qiyməti artdıqca keçiricilik də artır. Bu hadisə temperaturun artması və adsorbsiya prosesinin fəallığının azalmasını və aktiv desorbsiya prosesinin baş verdiyini göstərir.
Adsorbsiya hadisəsi qazla keçiriciliyin təyinində də özünün təsirini göstərir. Azərbaycan Neft və Kimya İnstitutunda aparılan təcrübələrin nəticəsi, süxurun qaza görə keçiriciliyinin təyinində sorbsiya prosesinin nəzərə alınmasını tələb edir. Sorbsiya prosesi nəticəsində hidrodinamik qərarlaşmış rejimin bərpa olunma vaxtı xeyli uzanır, yəni keçiriciliyin ölçülməsində hidrodinamik rejimin bərpası, sorbsiya prosesinin stabilləşməsini ödəməklə tamamlanmalıdır. Məsaməli mühitdə qazın hərəkətinin qərarlaşmış rejimə çıxma vaxtı ölçülər nəzəriyyəsi əsasında alınan aşağıdakı ifadə ilə qiymətləndirilə bilər.
L.Klinkenberq göstərmişdir ki, süxurla qarşılıqlı əlaqəsi olmayan işçi agentin maye və qaz olmasından asılı olaraq keçiricilik dəyişir. Keçiriciliyin belə dəyişməsi qazın sürüşməsi ilə izah olunur. Qazın sürüşmə hadisəsi, kapillyarın diametri ilə qaz molekulunun orta sərbəst gediş uzunluğu bir-birinə yaxın olduqda baş verir.
Qazın orta sərbəst gedişi onun molekulunun ölçüsü və kinetik enerjisindən asılıdır

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə