Petrofizika fənnindən muhazirə mövzuları Süxurların qeyri-bircinslilik xassələrinin öyrənilməsi



Yüklə 0,57 Mb.
səhifə4/13
tarix16.06.2022
ölçüsü0,57 Mb.
#89603
1   2   3   4   5   6   7   8   9   ...   13
Petrofizika fənnindən muhazirə mövzuları

Süxurları məsaməliliyi
Süxurların ən vacib hidrogeoloji göstəricilərindən biri də onların məsaməliyidir. Qumlu süxurlarda boşluq məsaməli, bərk süxurlarda isə (qumdaşı, qranit və s.) çatlar olur.
Yeraltı sular süxurlarda məsamələri, çatları və karst kanallarını və s. doldurur. Süxurda olan bütün boşluqların ümumi həcmi quyuluq adlanır. Aydındır ki, böyük quyululuga malik süxurlar özlərində çox su toplayır. Süxurlarda kiçik boşluqlar məsaməlik adlanır. Adətən süxurları 3 növə ayırırlar: ümumi (tam, mütləq,fiziki), açıq(həqiqi, doymuş), dinamiki.
Ümumi məsaməlik süxurda olan məsamələrin ümumi həcminin süxur nümunəsinin ümumi həcminə olan nisbətinə deyilir və vahidin hissələri və ya faizlə ifadə olunur:
və ya
n – ümumi məsaməlik ; süxur nümunəsində məsamələrin həcmi; V – süxur nümunəsinin həcmi.
Ümumi məsaməlik həm də məsaməlik əmsalı (e) ilə xarakterizə olunur. Məsaməlik əmsalı süxurda olan bütün məsamələrin həcminin ( süxurun bərk hissəsinin (skletin) həcminə ( olan nisbətidir və vahidin hissələri ilə ifadə olunur:

Məsaməlik əmsalı gilli süxurların tədqiqatinda daha geniş istifadə olunur. Nəmliyi çoxaldiqda gilli süxurlar şişir, nəmliyin itirilməsi nəticəsində sıxılır. Ona görədə gilli süxurların məsaməliyi süxurda olan ümumi həcminin süxur nümunəsinin quru həcminə olan nisbətin götürülür və əsas düstur aşagidakı kimi yazılır:

Burada surəti və məxrəci -yə bölməklə məsaməlik ilə (n) məsaməlik əmsalı (e) arasında tapmaq olar:
və ya
Ümumi məsaməliyin qiyməti həmişə vahiddən kiçik olur. Yumşaq dənəli süxurlarda məsamə süxurun ayrı-ayrı hissələri arasında boşluq yaradır. Bu boşluqlar hissələrin ölçülərindən və formalarından asılıdır.
Çökmə dənəli süxurların məsaməliyinin ölçüləri dənələrin yerləşməsindən asılıdır. Eynicinsli qumlu süxurlarda məsaməlik 26-48% arasında dəyişə bilər. Onun orta qiymət 37%-yə bərabərdir, qumlu çaqıllarda bu qiymət 15-20%-ə qədər azdır. Gilli süxurlarda məsaməliyin qiyməti adətən süxurun həcm kütləsi və bərkliyinə görə aşagidakı düsturla hesablanır:

Açıq məsaməlik süxur nümunəsində bir-birilə əlaqəli məsamələrin həcminin nümunənin ümumi həcminə nisbətini xarakterizə edir. Sementləşmiş dənəvari süxurlar üçün açıq məsaməlik miqdarına görə ümumi məsaməliyə yaxındır.
Dinamiki məsaməlik süxur nümunəsi həcminin, ancaq mayenin hərəkət edə biləcəyi məsaməliyə olan nisbəti ilə ifadə olunur. Dinamiki məsaməlik açıq məsaməlikdən fərqli olaraq süxur nümunəsindəki məsamələrin kapilyar-əlaqəli sularla və süxur hissəciklərinin səthini örtmüş zəif hərəkətli sularla dolmuş həcmini nəzərə alır. Adətən, miqdarına görə dinamik məsaməlik açıq məsaməlikdən az olur.



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə