Petrofizika fənnindən muhazirə mövzuları Süxurların qeyri-bircinslilik xassələrinin öyrənilməsi


Süxurların fiziki xassələri haqqında məlumat



Yüklə 0,57 Mb.
səhifə11/13
tarix16.06.2022
ölçüsü0,57 Mb.
#89603
1   ...   5   6   7   8   9   10   11   12   13
Petrofizika fənnindən muhazirə mövzuları

Süxurların fiziki xassələri haqqında məlumat
Süxurların fiziki xassələri Yerin təbii fiziki sahəsi ilə yaxud süxurlarda süni yolla yaradılmış fiziki sahə ilə onların qarşılıqlı təsir qabiliyyətidir.

4.2.1 Süxurların sıxlığı
Sıxlıq süxurların vahid həcminin (Vs) müəyyən kütləyə (ms) malik olması xassəsinə deyilir. Süxurların kütləsi bərk, maye və qaz fazanın kütlələrindən (δs=mb+mm+mq) təşkil olur.
Burada δb·δm·δqmüvafiq surətdə süxurun bərk, maye və qaz fazalarının sıxlığı, Vb·Vm·Vq – bərk, maye və qaz fazaların süxurda həcmi miqdarıdır. Sıxlığın ölçü vahidi kq/m3 yaxud q/sm3 – dir.

burada Vsmütləq quru süxurun həcmi; Ss – ümumi məsaməlik əmsalı; w – süxurun nəmliliyidir.
Qaz fazanın sıxlığı 200C temperatur, 0,1MPa təzyiqdə havanın sıxlığı 0,0012 q/sm3, karbohidrogen qazlarının sıxlığı isə 0,000715 (metan) – 0,00317 (pentan) hüdudunda olub, orta qiymətcə təqribən havanın sıxlığına bərabər olur.
Maye fazanın sıxlığı 200C temperaturda suyun sıxlığı, onun minerallaşma dərəcəsindən asılı olaraq 1,01 q/sm3 (şirin su) – 1,24 q/sm3 (ifrat duzlu) arasında dəyişir. Neft-su qarışığının sıxlığı neftin və suyun ayrı-ayrılıqda sıxlığı və qarışıqdakı həcm miqdarından asılı olur. Neftin sıxlığı onun kimyəvi tərkibindən asılı olaraq 0,72-1,0 q/sm3 arasında bəzi halda bir qədər də böyük olur. Təbiətdə neft və suyun qarışığı isə çox müxtəlif olur.
Təbii su və neftin sıxlığı areometr ilə və bəzən başqa cihazlarla ölçülür.
4.2.2 Süxurların xüsusi elektrik müqaviməti
Elektrik keçiriciliyi – süxurların elektrik cərəyanını keçirməsi, xüsusi elektrik müqaviməti – cərəyanı keçirməsinə müqavimət göstərmək qabiliyyətinə deyilir.
burada ρ – xüsusi elektrik müqaviməti; δ – elektrik keçiriciliyidir.
Süxurların xüsusi elektrik müqaviməti Omm-lə ölçülür. 1Omm xüsusi elektrik müqaviməti - oturacağı 1m2, uzunluğu 1m olan 1 m3 süxurun kubun səthinə perpendikuliyar istiqamətdə elektrik cərəyanına göstərdiyi tam müqavimətə deyilir.
Süxurların xüsusi elektrik müqaviməti onların skeletini təşkil edən mineralların xüsusi elektrik müqavimətindən, bərk mineral hissəciklərin arasında qalan məsamələrin miqdarından, ölçüsündən, formasından məsamələrin mayelərlə (qazla) tutulma dərəcəsindən və həmin mayelərin xüsusi elektrik müqavimətindən asılı olur. Süxurların xüsusi elektrik müqavimətinin mineraloji tərkibdən asılılığı mineralların çox müxtəlif qiymətdə elektrik keçiriciliyinə malik olmaları ilə əlaqədardır.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə