Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

140
Amerika prezidentləri
1898-ci il iyulda Havay adalarının ilhaq edilməsinə 
Birləşmiş Ştatların ekspansionist siyasətinin tərkib hissəsi 
kimi də baxmaq olar. Lakin, İspaniya və Filippinə qarşı 
aparılan müharibələr ABŞ-ın xarici siyasi kursunda cid-
di dəyişikliklərdən xəbər verirdi. İspaniyanın Kubadakı 
uzunmüddətli ağalığı Amerika ictimaiyyətini ciddi narahat 
edirdi. Digər tərəfdən ölkənin iqtisadi maraqları və Karib 
dənizində şəriksiz ağalıq istəyi Kubanı Birləşmiş Ştatların 
milli maraq obyektinə çevirirdi. Prezidentin bu mövqe ilə 
razılaşmasına baxmayaraq, o, İspaniya ilə  hərbi qarşıdur-
madan çəkinərək İspaniya və Kuba arasındakı münaqişənin 
sülh yolu ilə həllinə çalışırdı. Lakin 15 fevral 1898-ci ildə 
ABŞ-ın «Meyn» gəmisinin Havana limanında qəzaya uğra-
ması Mak-Kinlini problemin sülh yolu ilə həll olunmayaca-
ğına inandırdı. Uzun müzakirələrdən sonra 19 aprel 1898-ci 
ildə Konqres prezidentin tapşırığı ilə İspaniyaya müharibə 
elan etdi.
Müharibə elan etmək, şübhəsiz ki, onu udmaqdan qat-
qat asandır. Quruda aparılan elə ilk döyüşlər ABŞ ordusunun 
müharibəyə tam hazır olmadığını göstərdi. Lakin döyüşlərin 
dənizdə davamı, ölkənin qüdrətli hərbi-dəniz donanmasına 
malik olduğundan xəbər verirdi. Filippində İspanların dar-
madağın edilməsi müharibənin gedişində ciddi dönüş ya-
ratdı və müharibə 10 may 1898-ci ildə Birləşmiş Ştatların 
tam qələbəsi ilə başa çatdı. Müharibənin nəticələrinə görə 
Kubaya azadlıq verilsə də, Puerto-Riko, Quam və Filippin 
ABŞ müstəmləkəsi elan edildi.
Ölkəyə birləşdirmiş  əlavə torpaqlar, ümumdünya nü-
fuzu və milli özünəinam hissi doğuran sensasiyalı  hərbi 
qələbələr növbəti prezident seçkilərinin müqəddəratını 
əvvəlcədən həll etmiş oldu. 1900-cü il seçkilərində respub-
likaçıların prezidentliyə namizədi yekdilliklə Mak-Kinli 
seçilsə  də, vitse-prezidentliyə namizəd göstərilməsi  fi kir 
müxtəlifl iyilə müşayiət olundu. Uzun çəkən partiyadaxi-


141
Amerika prezidentləri
li debatlardan sonra Nyu-York ştatının qubernatoru Teo-
dor Ruzvelt vitse-prezidentliyə namizəd oldu. Seçkilərdə 
demokrat partiyasını «həmişə namizəd» Uilyam Brayan 
təmsil edirdi. Mak-Kinli 51,7 % səs toplayaraq ikinci 
müddətə prezident seçildi.
Mak-Kinlinin bu qələbəsi onun şöhrətinin zenit nöqtəsi 
oldu. Lakin ikinci müddətə prezidentlik fəaliyyətinə baş-
ladıqdan alti ay sonra, 6 sentyabr 1901-ci ildə Buffaloda 
keçirilən Panamerikan sərgisində  iştirak edən prezidentin 
həyatına sui-qəsd edildi. Anarxist Leon Çolqoşun açdı-
ğı atəşlərdən sinəsindən və qarın nahiyəsindən yaralanan 
Mak-Kinli 14 sentyabrda vəfat etdi.
Qeyd edək ki, onun şöhrəti vəfatından azacıq sonra unu-
dulmuşdur. Buna səbəb xələfi  T.Ruzveltin ABŞ tarixində 
fundamental dönüş yaratması olmuşdur. 


142
Amerika prezidentləri
TEODOR RUZVELT 
(THEODORE ROOSEVELT)
(1901-1909)
Bəzən Teodor Ruzvelti müasir Amerikanın simvolu 
hesab edirlər. O, Mak-Kinli öldürüldükdən sonra Ağ Evin 
sahibi olmaqla ən gənc prezident kimi tarixə düşmüş-


143
Amerika prezidentləri
dür. ABŞ-ın inkişaf edərək dünyanın qüdrətli, hegemon 
dövlətinə çevrilməsində misilsiz xidmətləri olub. Ruzvelt 
prezidentlik institutunun konstitusional imkanlarından ar-
dıcıl istifadə edərək islahatlar vasitəsilə ABŞ siyasi sistemi-
ni XX əsrin tələblərinə uyğun qurmuşdur.
T.Ruzvelt 27 oktyabr 1858-ci ildə Nyu-York şəhərində 
varlı aristokrat ailəsində anadan olub. Holland əsilli 
Ruzveltlər XVII əsrin birinci yarısında Nyu-Amsterdam 
ərazisində  məskunlaşan ilk mühacirlərdən idilər. Gələcək 
prezidentin atası Teodor Ruzvelt şüşə ticarəti və bank 
əməliyyatları ilə məşğul olaraq ailə biznesini uğurla davam 
etdirmişdi. Ruzvelt (ata) övladlarının təlim-tərbiyəsinə 
xüsusi diqqət verirdi. Fiziki cəhətdən zəif və bir çox uşaq 
xəstəliklərinə mübtəla olan balaca Teddi doğmalarının 
xüsusi qayğısı altında böyümüş, ilk təhsilini də evdə xü-
susi müəllimlərdən almışdı. Hələ ilk uşaqlıq çağlarından 
onda qarşısına qoyduğu məqsədə çatmaq üçün qətiyyət 
göstərmək və prinsipiallıq özünü büruzə verir. İki həmyaşıdı 
tərəfi ndən amansızca döyülməsi onda rəqibə nifrət hissi ilə 
yanaşı qalib gəlmək yanğısı oyadır və atasından ona idman-
la məşğul olmasına icazə verməsini istəyir. Atçılıq idmanı, 
gimnastika, ovçuluq, boksla məşğul olmaqda onun məqsədi 
məşhur idmançı olmaq deyil, sağlamlığını bərpa etmək idi. 
Bununla yanaşı o, atlara və ovçuluğa olan marağını ömrü 
boyu saxlamışdır.
1876-80-ci illərdə Ruzvelt Harvard Universitetində 
təhsil alır. Bu müddətdə onun həyatında önəmli dəyişikliklər 
baş verir. O, 20 yaşında ikən atası vəfat edir. Təhsilini bitirən 
kimi tələbə ikən tanış olduğu Bostonlu bankir qızı Əlis Li 
ilə ailə qurur. 1884-cü ildə onların ilk övladı dünyaya gəlsə 
də faciə baş verir, Əlis doğuş zamanı vəfat edir. İki il son-
ra Ruzvelt yenidən evlənmiş, bu nikahdan daha beş övladı 
dünyaya gəlmişdir.


144
Amerika prezidentləri
Harvardda təhsilini bitirdikdən sonra ailəsilə birgə qo-
humlarına məxsus şəhərətrafı malikanədə yaşayaraq, ədəbi-
tarixi mövzuda yaradıcılıqla məşğul olur. Bununla yanaşı 
əmisinin hüquq kontorunda hüquqşünaslıq öyrənir, Kolum-
biya Universitetində mühazirələr dinləyirdi. Lakin tədricən 
siyasət onu özünə cəlb edirdi.
Ruzvelt siyasi fəaliyyət üçün partiya seçimində çətinlik 
çəkmir.  Şimalda böyük elektoral gücə, siyasi nüfuza ma-
lik respublikaçılar partiyası onun karyera etməsi üçün 
əlverişli mühitə malik idi. 1881-ci ildə qəti olaraq siyasətlə 
məşğul olmağa qərar verən Ruzvelt siyasi mühitlə tanışlıq 
məqsədilə, dərnəklərdə, yığıncaqlarda iştirak edir. Dərin sa-
vada, gözəl natiqlik bacarığına malik olması tezliklə partiya 
funksionerlərinin diqqətini cəlb edir və 28 oktyabr 1881-
ci ildə keçirilən partiya yığıncağında  ştat parlamentinə 
seçkilərə namizəd göstərilir. Respublikaçıların, xüsusilə Co 
Merreyin böyük dəstəyi nəticəsində Ruzvelt deputat seçilir.
Ştat parlamentindəki ilk çıxışları onu ictimai diqqət 
obyektinə çevirir, söylədiyi nitqlər qəzetlərdə  dərc olu-
nurdu. Ənənəvi olaraq sosial-iqtisadi problemlərdən deyil, 
konkret adlar çəkməklə dövlət orqanlarında korrupsiya və 
rüşvətxorluqdan danışırdı.  İnhisarçılığı  tənqid etməsi isə 
onu bütün ölkəyə tanıtdı.
İki müddət ardıcıl deputat olduqdan sonra Ruzvelt 
Qərbə, Dakotaya köçür. Burada maldarlıq və  əkinçiliklə 
məşğul olur. Bu sahədə ciddi uğur qazanmaq ona nəsib ol-
mur və 1887-ci ildə yenidən Nyu-Yorka qayıdır. Şəhər meri 
seçkilərində iştirak etsə də qələbə qazana bilmir.
1888-ci il seçkilərində B.Harrisonun prezident seçil mə-
silə respublikaçılar Ağ Evə yiyələnirlər. Ruzveltin Xarici İşlər 
Nazirliyində işləmək cəhdi, nazir və şəxsi rəqibi C.Bleynin 
mane olması səbəbindən baş tutmur. Nümayəndələr palata-
sının spikeri T.Ridin zəmanəti ilə Dövlət Xidməti məsələləri 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə