Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə158/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   154   155   156   157   158   159   160   161   ...   207

342

 

 



yaranır.  

Suvarılan  üzümlüklərdə  istilik  rejimi  normal  olduqda  salxımlar  vaxtında 

yetişir,  suvarma  gecikdirildikdə  məhsulun  yetişməsi  ləngiyir.  Vaxtından  əvvəl 

dayandırıldıqda  da  məhsulun  yetişməsi  gecikir.  Bu  halda  suyun  kəskin 

çatışmazlığından  salxımlar  öz  çəkisini  tez  itirir,  şəkəl  toplanması  dayanır,  gilə 

soluxur,  kal  giləyə  məxsus  turşuluq  uzun  müddət  qalmaqda  davam  edir.  Bu 

vəziyyətdə üzümlük suvarıldıqda gilələrdə çatlama, sonra isə çürümə baş verir. 

Gilənin  ləti  və  qabığı  bərk  olan  üzüm  sortlarında  (Terbaş,  Təbrizi,  Macar 

muskatı, Hüseyni, girdə kişmişi və s.) gilələr daha çox çatlayır. 

 Vegetasiya  dövründə  bir  kolda  10-15  kq  üzvi  kütlə  hazırlanmasına  köklər, 

ştamb,  qollar,  zoğlar  və  yarpaqlardan  bir  tona  yaxın  su  keçirir.  Bu  orqanlardan 

suyun keçməsini təmin edən əsas mühərrik kök təzyiqi (kökün atmosfer təzyiqi 2-

ə yaxındır), yarpaqların sorma gücü (10-15 atmosfer) və transpirasiyadır. 

 Transprasiyaya  və  torpağın  səthindən  ehtiyat  torpaq  nəmliyinin  ixracının 

yekunu üzümlüyün suya tələbkarlığı adlanır. 

 Istirahət  dövründə  (qış  və  ilk  yaz)  kök  sistemi  yerləşən  torpaq  qatının 

nəmliyin  torpağın  tarla  (çöl)  su  tutumuna  bərabər  olmalıdır.  Ancaq  müəyyən 

səbəblərdən  üzümlük  torpağında  bu  göstərilən  nəmlik  olmur.  Dəmyə  şəraitdə 

qışın  yağmursuz  keçməsi,  suvarılan  şəraitdə  həm  qışın  quraq  keçməsi,  həm  də 

məhsul  yığımından  dərhal  sonra  və  qış  aylarında  üzümlüyün  suvarılmaması 

göstərilənlərə misal ola bilər. 

 Belə  bir  məsələyə  1983-cü  ildə  Şəmkir  rayonunda  rast  gəlinmişdir.  Aprelin 

axırları,  mayın  əvvəllərində  üzümlüyün  bir  qismində  kollarda  şirə  hərəkəti  baş 

verməmiş  və  gözcüklər  açılmamışdır.  Bunun  səbəbi  aydınlaşdırıldıqda  məlum 

olmuşdur  ki,  məhsul  yığımından  sonra  və  qış  aylarında  üzümlük  suvarılmamış, 

üstəlik  də  qış  ayları  quraq  keçmişdir.  Bir  qədər  qəribə  görünsə  də  bu  hadisəni 

üzüm bitkisini qış quraqlığından ziyan çəkməsi adlandırmışıq. Bəzən qış fəsli ilə 

quraqlıq  məvhumu  uzlaşmır.  Ancaq  yuxarıdakılar  düzgün  təhlil  olunduqda 

gəldiyimiz nəticənin adı düzgün səslənər. 

 Yazda  gözcüklər  oyandıqdan  sonra  köklərin  yerləşdiyi  zonanın  (torpaq 

qatının)  nəmliyi  torpağın  dayanıqlı  nəmlik  əmsalına  çatana  qədər  suvarmaya 

ehtiyac yoxdur. Vaxtından əvvəl aparılan suvarmanın kola heç bir xeyri yoxdur. 

Koliun xarici görkəmində baş verən dəyişiklik, yəni güclü böyüməkdə olan kolun 

böyüməsində müşahidə edilən ləngimə nəmliyin soluxma əmsalına yoluxmasına 

işarədir. 

 A.Seyko və K.Kojevnikovun Kırımın düzən hissəsində apardıqları təcrübəyə 

görə bir hektar məhsul verən üzümlüyün suya tələbkarlığı 2,3-6 min kubmetrdir. 

Yağışsız, qızmar sentyabr günündə bir hektar məhsul verən üzümlük sutkada 90 

kub metr nəm torpaq tələb edilir. 



343

 

 



 Suvarma  vaxtının  təyin  edilməsində  nəinki  iqlimin,  torpağın  və 

aqrotexnikanın xüsusiyyətləri, həm də sortun imkanları və kolun vəziyyəti nəzərə 

alınmalıdır. 

 Vegetasiyanın  birinci  yarısında  nəmliyin  çatışmazlığı,  zoğların  böyüməkdə 

olan uc hissəsinin və həmin hissədəki yarpaqların rəngi ilə müəyyən edilir. Əgər 

zoğun  böyüməkdə  olan  uc  hissəsinin  qarmaq  vəziyyəti  düzəlirsə  və  həmin 

hissədə  yerləşən  yarpaqlar  kəskin  qırışığını  (qatlanmasını)  itirirsə,  onlar  daha 

intensiv  yaşıl  rəng  alırsa  bu,  suyun  çatışmazlığını  göstərir.  Əgər  vegetasiyanın 

birinci  yarsında  zoğlarda  böyümə  dayanırsa,  deməli,  torpaqda  nəmlik  o  qədər 

azalıb ki, yarpaqlar artıq üzvi maddə hazırlaya bilmir. 

 Vegetasiyanın  ikinci  yarısında  üzüm  bitkisinin  suya  tələbkarlığını 

yarpaqların  rəngi  ilə  bilmək  olar:  adətən  nəmliyə  ehtiyac  göstərən  tənəklərdə 

yarpaqlar  tünd-yaşıl  rəng  alır,  aşağıdakı  yarpaqlar  saralmağa  və  kənarlarından 

qurumağa başlayır. 

Bitkilərin  vəziyyətinin  müşahidəsi  torpaq  nəmliyi  ilə  uyğunlaşdırılmalıdır. 

Belə ki, ayda bir dəfə torpağın nəmliyi ölçülməlidir. 

Təsərrüfatların  qabaqcıl  təcrübələri  və  elmi  məlumatlar  göstərir  ki, 

vegetasiyanın  başlanğıcından  gilələrin  tam  yetişməsinə  qədər  köklər  yerləşən 

zonada  torpaq  nəmliyi  75-80%  olmalıdır.  Torpağın  bu  nəmliyi  nəmlik  ehtiyacı 

yaradır və vegetasiya suvarmaları ilə təmin edilir. 

Torpağın nəmliyi artdıqca onun aşağı qatlarından isti hava üst qata asanlıqla 

keçir və sərt şaxtaların məhvedici təsirini azaldır. Şaxta olan vaxtlarda əsas kök 

sistemi  yerləşən  zonada  (30-40  smdərinlikdə)  temperatur  suvarılmayan  şəraitə 

nisbətən  suvarılan  şəraitdə  yüksək  olur.  Buna  görə  də  nəmlik  ehtiyatı  yaratmaq 

məqsədi ilə aparılan suvarma gələcək məhsulun əsası hesab edilir. 

Suvarma məsələsində üzümlüyün əlverişli bir cəhətini göstərmək lazımdır ki, 

payız-qış  aylarında  suvarılan  başqa  kənd-təsərrüfat  bitkiiləri  az  olduğundan 

sərbəst su hesabına üzümlüklər asanlıqla suvarılır. 

Üzümlüklərdə suvarmanın  vaxtı bəzən heç bir  fakta əsaslanmadan müəyyən 

edilir. Bu baxımdan üzümlük vaxtından xeyli qabaq və gec suvarılır. Suvarmanın 

uyğun  vaxtı  hər  bir  konkret  şəraitdə  bir  çox  şərtlər  nəzərə  alınmaqla  müəyyən 

edilməlidir.  Bu  məsələ  üzrə  Bolqarıstanda  aparılan  təcrübələrə  (N.Nedelçev, 

M.Kondarev-1959) görə: 

1.

 



Üzüm  bitkisinin  suya  olan  tələbi  yarpaqların  sorma  qüvvəsi  və  yaxud 

hüceyrə  şirəsinin  qatılığı  ilə  təyin  edilir.  Zoğun  10-cu  yarpağında  hüceyrə 

şirəsinin  qatılığı  16-16,5%  olduqda  və  yaxud  Bolqar  və  Dimyat  sortlarında 

atmosfer təzyiqi müvafiq olaraq 17 və 18 atmosfer olduqda kolda su çatışmazlığı 

baş verir; 

2.

 



Yarpaqların sorma qüvvəsi artdıqca fotosintezin intensivliyi artır; 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə