Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə71/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   67   68   69   70   71   72   73   74   ...   110

edilməsinə əhəmiyyət verər. İslam öz hüquqi qaydalarında Qurani-
Kərimdə buyurulmuş peyğəmbərlərin dövründə formalaşmış qanun-
ların xeylisini qəbul etmişdir. Bu ancaq onlara Ulu Tanrı tərəfindən
vəhy edilmiş fikirlərdən ibarətdir. 
Hz.Peyğəmbərin (s) vəfatından 15 il sonra müsəlmanlar artıq üç
qitə üzərində –  Asiyanın, Afrikanın və Avropanın geniş ərazilərində
hökm sürürdülər. Hz.Ömər sasanilərin vergi sisteminin yaxşı oldu-
ğunu anlamış və onu İraq və İran əyalətlərində tərbiq etmişdir. Bu
sahədə bizanslıların qaydası bəyənilən olmadığından onu Suriya və
Misirdə dəyişdirmişlər. 
Hicrətin ikinci yüzilliyinin əvvəllərindən müsəlmanların xüsusi
hüquqşünaslar tərəfindən yazılmış kitabları günümüzə qədər saxlan-
maqdadır. İlk hüquqşünaslardan biri Zeyd ibn Əlidir. O, hicri tarixi
ilə 120, miladi ilə 738-ci ildə vəfat etmişdir. 
Hz.Ömər Hz.Peyğəmbərin (s) yaxınları arasında ən görkəmli hü-
quqşünaslardan biri olan İbn Məsudu bir hüquqi məktəbin müdiri
göndərmişdi. Onun davamçılarından olan Alkamə, İbrahim Nahi,
Xəmməd və Əbu Hənifə böyük hüquq mütəxəssisləri olmuşlar. Digər
tərəfdən, Hz.Peyğəmbərin (s) yaxınlarından olan böyük hüquqşünas
Hz.Əli Mədinədəki xəlifəlik mərkəzini Kufəyə köçürdü və bu şəhər
böyük hüquq biliciləri mərkəzinə çevrildi.
Başqa bir islam hüquqşünası Əbu Hənifə bir hüquq akademiyası
yaratdı. Bu akademiya Quran təfsiri, hədis, məntiq, lüğət bilgisi kimi
sahələrdə mütəxəssis olan 40 üzvü ilə dövrünün hüquq elminin inki-
şafı ilə kifayətlənməyib, qanunları da qaydaya saldı. Əbu Hənifənin
(ö. H.150) həyat və yaradıcılığı sonralar araşdırmalar mənbəinə çev-
rilmişdir. (Əl-Müvəffəq, II, 137). 
Bütün bunlarla yanaşı aralarında Əbu Hənifə, Malik, Şəfii, Cəfər
əs-Sadiqin də olduğu bir çox hüquqşünaslar fiqh (hüquq) məzhəbləri
də yaratmışlar. Buna nümunə olaraq Hz.Əlinin nəvəsi və Əbu
Hənifənin müasiri Cəfər əs-Sadiq tərəfindən qurulmuş olan məzhəb-
miras mövzusunda xüsusi bir qanunun inkişafını və formalaşmasını
222
Əxlaqa aparan yol


göstərə bilərik. 
Göründüyü kimi, İslam qısa bir zamanda çox geniş torpaqlara
yayılmışdı. Buralarda daha əvvəl fərqli hüquq sistemləri qüvvədə idi.
İslam hüququnu yaradan insanlar arasında müxtəlif millətlərin
nümayəndələri – ərəblər, farslar, türklər, çinlilər, hindlilər, bizanslılar,
ispaniyalılar, portuqaliyalılar, siciliyalılar və sair olmuşlar və bu iş
indidə davam etməkdədir. 
Müsəlman hüququ bir dövlətin, bir cəmiyyətin qanunu olaraq
başladı və müsəlmanların Atlantik okeanından Sakit okeana qədər
geniş bir coğrafiyaya hakim olduqları zaman cəmiyyətin bütün ehti-
yaclarına cavab verdi. 
İslam hüququ zaman və məkanın istəklərinə cavab verəcək inki-
şaf və itaətetmə qanunlarına sahibdir. Hazırda da islam hüququ özü-
nün inkişafını itirmiş deyildir və o bir çox cəmiyyət və torpaqlara
yönələrək təsirini göstərməkdədir. 
5. İSLAMDA CİHAD NECƏ 
5. İSLAMDA CİHAD NECƏ 
DÜŞÜNÜLÜR
DÜŞÜNÜLÜR
Bir çoxları cihadı “müqəddəs müharibə”, “din uğrunda savaş”
kimi başa düşür və hətta beləcə də  şərh edirlər. Əsl həqiqətdə isə bu,
İslamda belə deyildir. Əlbəttə, cihadda az-çox bu məna da vardır.
Amma, o, cihadın mənalarından ancaq biridir. Cihadın mənaları çox-
dur. Bütövlükdə cihad insanın cidd-cəhd etməsi kimi mənalandırılır.
Kiçik və böyük cihad məfhumları da mövcuddur. Müsəlmanın şər
qüvvələrə qarşı öz həyatı, dini, vətəni uğrunda mübarizəsi kiçik cihad
sayılır. Ən böyük cihad insanın öz nəfsi, istəkləri ilə cihadı sayılır.
Əl cihadı, dil cihadı, qəlb cihadı deyilən cihad növləri də vardır ki, in-
sanı kamilləşdirməyə xidmət edir, insanı pis əməllərdən, yalandan, böh-
tandan, söyüşdən, pis niyyətlərdən çəkindirməyə istiqamət lənmişdir.
İnsan, müsəlman birinci cihadı özünə qarşı yönəltməlidir, inşaallah!
223
Ziyadxan NƏBİBƏYLİ


6 .   İ S L A M D A  Q İ YA M Ə T
6 .   İ S L A M D A  Q İ YA M Ə T
İslam ideallarında, islami-mənəvi dəyərlərində önə çəkiləcək
məsələlərdən biri də qiyamət məsələsidir. Bəlli olduğu kimi, insanlar
etdikləri əməllərin əvəzini bu dünyada da alırlar. Lakin, bununla ya-
naşı bütün əməllərin həqiqi və ədalətli haqq-hesabı qiyamət günü
çəkilir. İnsanlar dirilərək qəbirlərdən qalxacaq, Uca Allahın hüzuruna
həşr ediləcək, mizan-tərəzi qurulacaq, yaxşı əməlləri ağır gələnlər
cənnətə, pis əməlləri çox olanlar isə cəhənnəmə gedəcəklər.
İsra surəsinin 13 və 14-cü ayələrində belə deyilir: “Biz hər bir
insanın əməlini öz boynundan asar və qiyamət günü açıq kitab kimi
qarşısına qoyarıq. Deyərik, “oxu kitabını. Bu gün sən özün-özünə
haqq-hesab çəkməyə kifayətsən!”
Cənnət həyatı da, cəhənnəm həyatı da əbədidir, sonsuzdur.
Axirətə iman bəsləmək bütün bunların bir zaman baş verəcəyinə inan-
maq və dünyadakı yaşayışını bu inanc əsasında qurmaq deməkdir.
Dünya həyatı axirət həyatının astanasıdır və onun keyfiyyətini
müəyyən edir. Qurani-Kərim öyrədir: “Hər kəs sabah üçün qabaqca-
dan nə hazırlandığına nəzər salsın” (Həşr surəsi, 18).
7 .   İ S L A M D A  S I N A Ğ A  Ç Ə K M Ə
7 .   İ S L A M D A  S I N A Ğ A  Ç Ə K M Ə
Bir nəfər Əş-Şafidən soruşur: “Ey Əbu Abdullah! İnsan üçün
hansı daha yaxşıdır, imkan vermək ya sınağa çəkmək?”
Əş-Şafi cavab verir: “Sınağa çəkməklə imkan vermək. Allah
Təala Nuhu, İbrahimi, Musanı, İsanı, Məhəmmədi (Onların hamısına
Uca Allahın salamı və salavatı olsun) sınağa çəkmişdir. Onlar səbr
etdilər və onlara imkan verildi. Labüd çətinlikdən qaçmağın müm-
künlüyünü heç kəs zənn etməməlidir.” (İbn əl-Qiyam.“Saliklərin
yolu”).
Sınağa çəkməkdə Uca Allahın bir hikməti də uzun müddətli
qəflətdən sonra nəfsin oyanmasında və qəlbin isə təravət kəsb
224
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə