Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə68/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   64   65   66   67   68   69   70   71   ...   110

Ümmi-Gülsüm adlarında beş övladı olmuşdur. 
Bəşir ibn Huzeym Əsədi söyləyir: “Hz.Əlinin qızı Zeynəbi əsirlər
arasında gördüm. Allaha and içirəm ki, heç bir qadını belə görkəmli,
cəsur və sözü düz görməmişdim. Kufə xalqının yanına yaxınlaşınca,
onlara susmalarını işarə elədi. O, kütlə içində səssizlik hakim olunca,
böyük bir cəsarət və mətanətlə bu şəkildə sözə başladı: “Allaha həmd,
Məhəmmədə və onun təmiz, seçilmiş ailəsinə salam olsun. Ey Kufə
əhli! Ey hiyləgər və vəfasız camaat, ağlayırsınızmı? 
Bəli, çox ağlayıb az gülməlisiniz. O qədər arsız olmusunuz ki,
bu arsızlıqdan təmizə çıxmağınız mümkün deyildir. Peyğəmbərin
nəvəsini öldürməklə etdiyiniz arsızlığı necə təmizləyə biləcəksiniz?”
Daha sonra Hz.Zeynəb digər Əhli-beyt mənsubları və qardaşı
İmam Hüseynin kəsilmiş başı ilə birlikdə Şamda Müaviyə oğlu
Yəzidin hüzuruna əsir kimi gətirilib çıxarılınca üzünü Yəzidə tutaraq
söyləmişdir: “Ey Yəzid! İndi yer üzünü və göy üzünü bizə dar eləyib
əsir kimi bir yerdən başqa yerə sürükləyirsən. Allahın dərgahında
bizim alçaldığımızı, sənin isə ucaldığınımı zənn edirsən? Hamının
sənin əmrinə uymağına və hər şeyin sənin könlün istədiyi kimi ol-
mağınamı sevinirsən? Allah sənə belə bir möhlət vermişsə, Qurani-
Kərimdə belə buyurulduğunu da unutma: “İnkar edənlər sanmasınlar
ki, möhlət verməyimiz onlar üçün daha xeyirlidir. Onlara ancaq gü-
nahlarını artırmaları üçün fürsət veririk. Onlar üçün “alçaldıcı bir
əzab vardır”. Öz qadınlarını və cariyələrini hərəmxanada oturdub
Peyğəmbərin qızlarını, heç bir sığınacağı olmadığı bir vəziyyətdə
örtüklərini açmağın və bütün insanların onlara həqarət gözü ilə bax-
ması üçün şəhərdən-şəhərə gəzdirməyin ədalətmidir? Bizə düşmən
gözü ilə baxan birinə necə ümid bağlana bilər?
Allahım! Bizə zülm edən adamdan haqqımızı, intiqamımızı al!..
Qanımızı tökən və bizi arxasız qoyan adama öz qəzəbinlə cavab
ver!
Ey Müaviyənin oğlu! Allaha and içirəm ki, sən əslində, sadəcə,
öz bədəninə zülm etdin. Qısa bir müddətdən sonra Uca Allah səni
Peyğəmbərinin yanına göndərəcək ki, onun övladlarının qanını tök-
213
Ziyadxan NƏBİBƏYLİ


düyün və qadınlarına zülm etdiyin üçün törətdiyin cinayətin cəzasını
versin və haqqını səndən alsın.
Hz.Zeynəbi Yəzid əvvəlcə Şamdan Mədinəyə, sonra isə
Mədinədən Misirə sürgün etmişdir. Hicrətin 62-ci ilinin Rəcəb ayında
(mart-aprel 682-ci il) vəfat etdiyi söylənilir. Hz.Zeynəbin Misirdə,
daha əzəmətlisi isə Şamda olan türbələri vardır. Güman edilir ki, onun
əsas türbəsi Şamdakıdır. Hz.Zeynəbin Şamdakı türbəsi hər gün
minlərlə müsəlman tərəfindən ziyarət edilir. 
İstər Hz.Məhəmmədin (ə) Əhli-beyti, istərsə də digər
peyğəmbərlərin keçdikləri yol, hər bir ağlı başında olan Allah övladı
üçün bir dəyərli məktəb olduğundan, bu həyat həqiqətlərindən
bəhrələnmək gərəkdir. 
2 .   M Ə H Ə M M Ə D   P E Y Ğ Ə M B Ə R İ N
2 .   M Ə H Ə M M Ə D   P E Y Ğ Ə M B Ə R İ N
H Ə YAT I N D A N   M Ə Q A M L A R
H Ə YAT I N D A N   M Ə Q A M L A R
Tarixi mənbələrə görə, Məhəmməd yaşadığımız eranın 571-ci
ilində Məkkə şəhərində, Qüreyş qəbiləsinin Haşim soyunda dünyaya
göz açmışdır. Atasının adı Abdullah, anasının adı Aminədir. Atası Ab-
dullah Məhəmməd doğulmamışdan iki ay qabaq, anası Aminə isə
Məhəmməd altı yaşında olanda dünyalarını  dəyişdiklərindən gələcək
peyğəmbər yetim böyümüşdür. Ərəb adətinə görə o, beş yaşına qədər
köçəri ərəb ailəsində, süd anası Həlimənin yanında olmuşdur. Elə
həmin vaxtlarda da ilk möcüzə baş vermişdir.  Belə ki, mələk balaca
Məhəmmədi yerə yıxıb köksünü yarır, ürəyini çıxarıb qaraləklərdən
təmizləyir və heç bir şey olmamış kimi yenidən yerinə qoyur.
Məhəmməd əvvəlcə babası Əbdül Müttəlibin, o vəfat etdikdən sonra
isə əmisi Əbu Talibin himayəsi altında böyümüş, məkkəlilərin qoyun-
quzusunu otarmış, on iki yaşına çatanda əmisi ilə Suriyaya ticarət
səfərinə yola düşmüşdür. Suriya səfəri zamanı xristian rahibi Bəhirə
onu görüb peyğəmbər olacağını xəbər vermiş, Əbu Talibə məsləhət
etmişdir ki, onu yaxşı qorusun. Müəyyən vaxtdan sonra Məhəmməd
özü də ticarətlə məşğul olmuş, 25 yaşına  çatanda Xədicə adlı kübar
214
Əxlaqa aparan yol


bir qadınla evlənmişdir. Məhəmmədin oğlanları doğulsa da, körpə
ikən ölmüşlər. Məhəmmədin nəsli qızı Fatimənin Əli ibn Əbu Talib
ilə nikahından doğulan övladlarından davam etmişdir.
Günlərin birində Məhəmməd Kəbədə bütləri görür, onlara diqqət
edir və ağacdan yonulmuş, daşdan düzəldilmiş sənəmlərə sitayişi
mənasız bir şey, küfr hesab edir. Məhəmmədə görə, öz əlinlə
düzəldilmiş hər hansı bir əşyaya sitayiş mənasızdır, hətta cahillikdir,
axı onu sən özün yaratmısan! O, sənə necə yardımçı ola bilər? Bunun
əsas səbəbi ərəblərin hənifilikdən uzaqlaşması səbəbindəndir və bu
insanları cəm etməyə deyil, parçalamağa doğru aparır. O, deyirdi:
“Yox, Allah birdir, qüdrətlidir, hər şeyi görür və eşidir, yaxşı əməlinə
görə mükafatlandırır, pis əməllərə görə cəzalandırır, hər şeyə nüfuz
edə bilir”.
Məhəmməd tənha guşələrə  çəkilərək dərin düşüncələrə dalmağı,
Allaha ibadət etməyi xoşlayırdı. Ramazan ayında Hira dağındakı
mağarada günlərlə namaz qılıb dua etmək ona xüsusi sevinc gətirir,
qəlbini rahatlandırırdı. Kiçik bir daş parçası tapıb namazda qarşısına
qoyur, bütün diqqətini onun üzərində cəmləşdirirdi ki, fikri Allaha
gizli söhbətdən yayınmasın və onu tam dərk edə bilsin.
Məhəmməd təqribən 40 yaşında ikən belə tənha ibadətə qapıldığı
günlərin birində onun gözünə mələk göründü. “Sən Allahın
rəsulusan!” – deyə qeybdən səslər eşidildi.
610-cu ilin Ramazan ayında Hira dağında ibadət zamanı Vəhy
mələyi Cəbrayıl Məhəmmədə ilk vəhyi gətirdi. Yoxdan yaradan
Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu!
Sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, qələmlə
(yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi.” (Ələq surəsi,
1-5). Məhəmməd qorxsa da, Allahın onun dualarını eşitdiyinə, ona
peyğəmbərlik verildiyinə ümidi artdı, çoxaldı.
Bir müddət keçdikdən sonra daha bir vəhy nazil oldu. “Ey (liba-
sına) bürünmüş (Peyğəmbər)! Qalx (qövmünü küfrə görə Allahın
əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə (nəfsini
günahlardan pak et)! (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş!
215
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə