Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə66/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   62   63   64   65   66   67   68   69   ...   110

Əbu Süfyanın oğlu Müaviyənin oyununa uyan Mərvan da qohum-
bazlığa və ədalətsizliyə yol verir. Haqsız hərəkətlərə və zülmə qarşı
xalq üsyan etmiş və bunun nəticəsində Osman həlak olmuşdur.
Hz.Məhəmmədin (ə) vəfatından sonra ilk üç xəlifənin 25 illik
xəlifəlik müddətində Hz.Əli heç bir idarəçilik işində olmamışdır, yal-
nız Xəlifə Ömərin Fələstin və Suriya səfəri zamanı Mədinədə hərbi
vali olmuşdur.
Hz.Əli – təxminən 25 illik bir müddətdə güzəranı üçün gündüzlər
tarla işləri, gecələr isə Qurani-Kərimin təfsiri ilə məşğul olmuşdur.
O, anlaşılması çətin olan ayələri açıqlamış və ən böyük İslam
təfsirçilərindən olan İbn Abbas kimi tələbələr yetişdirmişdir. Bu yolda
Hz.Əlinin zəhməti Seyyid Rəzi tərəfindən toplanaraq (h. 400-cü il,
m. 1009-cu ildə) söylədiyi 239 xütbə, 79 məktub və 480 hikmətli
kəlamdan ibarət  bir əsər “Məhcul-bəlağə” (Gözəl nitq üslubu) adı
altında ərsəyə gətirilmişdir.
Hz.Əlinin kəlamları çoxdur. O, buyurur: “Ağıl sahibi sabahını
düşünən, öz azadlığı uğrunda mübarizə aparan və zəruri olan şeyləri
yerinə yetirən adamdır”. 
Hz.Əli alimlər haqqında da dəyərli fikirlər sahibidir: 
Alimə yaraşar  ucalıq, mərdlik,
Allahın yolunda göstərmək tədbir.
Elmsiz adamdan  uzaqda dayan,
Cahillik ölümdür, bunu bil, oyan.
Yaraşır alimə ucalıq, mərdlik,
Allahın yolunu göstərir bilik.
Cahildən uzaq ol, dost olma əsla.
Alimi ölümə nadan aparar 
və s.
207
Ziyadxan NƏBİBƏYLİ


Daha sonra O, deyir: “Ən üstün insan, güc sahibi olarkən xeyir-
xah olan, zəngin ikən kasıb kimi yaşayan və insaflı olan adamdır”. 
Hz.Əli bir həqiqət carçısı, əqidə, iman və inam mücahidi olmuş,
bu doğru yoldakı davasını sona qədər davam etdirmiş və bu böyük
yolda şəhid olmuşdur.
Hz.Əlinin xəlifəlik dövrü (656-661) 3-cü Xəlifə Osmanın
öldürülməsindən sonra 656-cı ildə 56 yaşından başlanmışdır. O vaxt-
lar Şam valisi Müaviyə xəlifə Osmanı guya Hz.Əlinin öldürməsi haq-
qında bir yalan uyduraraq bütün şamlıları öz tərəfinə çəkmiş və
Hz.Əliyə qarşı savaşa başlamışdır. Bu savaş 656-cı il dekabrın 9-da
Bəsrə şəhəri yaxınlığında Cəməl savaşı adı ilə Hz.Əlinin qalib
gəlməsi ilə sonlanmışdır.
Müaviyə xəlifə olmaq iddiası ilə cürbəcür kələklərə əl atır.  Ra-
mazan ayının 19-cu gecəsi Hz.Əli 63 yaşında hicrətin 40-cı ilində
Əbdürrəhman ibn Mülcəm adlı bir xarici tərəfindən Kufə məscidində
insanlar sübh namazını qıldıqları zaman zəhərli bir qılıncla başından
vurulmuş və Ramazan ayının 21-ci günü (28 yanvar 661-ci il) vəfat
etmişdir.
Hz.Əlinin cənazəsini İmam Həsən qardaşları ilə birlikdə Kufədə
(indiki İraqın Nəcəf şəhərində) dəfn etmişlər.
Hz.Əli şəhid olduqdan sonra onun vəsiyyətinə əməl edilərək İbn
Mülcəm də bir qılınc zərbəsi ilə öldürülmüşdür. 
Xaricilərin Əməvilər zamanında da bütün şiddəti ilə davam edən
üsyanları Abbasilər zamanında azaldı, Fatimilər dövründə – X əsrdə
isə tamamilə kəsildi.
İmam Həsən hicrətin 3-cü ilinin Şaban ayında (yanvar-fevral
625-ci il) Mədinədə doğulmuşdur. İslamdan öncə ərəblər arasında
Həsən adı olmamışdı. Hz.Əli Harun peyğəmbərin oğlu Şəbbər adın-
dan təsirlənərək oğluna Həsən adı vermişdi. “Həsən” sözünün mənası
“gözəl” deməkdir. İmam Həsənin gözəl və yaraşıqlı olduğu çox
yerlərdə qeyd olunub. Hz.Əli xəlifə olduqdan sonra İmam Həsən
kufəlilərin beyət ertmələrini təmin etmək üçün Əmmar ibn Yasir ilə
birlikdə Kufəyə getmişdir. Cəməl və Siffin döyüşlərində də atasının
208
Əxlaqa aparan yol


yanında olmuş, qardaşı İmam Hüseynlə birlikdə fədakarlıq və
qəhrəmanlıq göstərmişdir.
Hz.Əli şəhid olduqdan sonra on iki imamımızdan 2-cisi olan
İmam Həsən atasının yerini tutmuşdur. Ona qarşı çıxan Əbu Süfyanın
oğlu Müaviyə onunla vuruşa əl atmışdır.
İmam Həsən müharibəyə qarşı olduğunu bildirərək Mədainə
gedərkən, yolda Əməvilərin və Xaricilərin hücumu nəticəsində
Cərrah ibn Sinanın tərəfindən sui-qəsdə məruz qalmışdır. Müaviyə
ilə razılaşmadan sonra İmam Həsən Mədinəyə köçmək
məcburiyyətində qalmışdır.
İslami tarixə görə İmam Həsən Müaviyə tərəfindən oğlu Yəzidlə
evləndiriləcəyi vədi ilə aldadılan Cədə adlı zövcəsinin əli ilə
zəhərləndirilərək səfər ayının 28-də (7 aprel 669-cu il) şəhid olmuş-
dur.
Hazırda Səfər ayının 28-i İmam Həsənin şəhid olduğu gün kimi
müsəlmanlar tərəfindən dini mərasimlərlə yad edilir. Hz.Əli oğlu
İmam Həsənə tövsiyyə etdiyi vəsiyyətdə deyilir: “Qəlbini nəsihətlə
dirilt, mütləq biliklə – yəqinliklə gücləndir, hikmətlə nurlandır.
Axirətini bu dünyaya satma. Bilmədiyin mövzuda danışma, lazımsız
yerə sözə qarışma. Sözlərin ən gözəli faydalı olanıdır. Faydalı olma-
yan bilikdə xeyir yoxdur. Səni yanlış yerə aparacağından qorxduğun
yola ayaq basma. Yaxşılıq sahibi olmaq üçün yaxşılığı əmr et. Əlinlə
və dilinlə pisliyi aradan qaldıraraq, pislik edənlərin qarşısını da al.
Dünya Uca Allahın nemətlər verərək bizi müsibətlərlə sınadığı,
etdiklərimizin qarşılığını axirətdə verdiyi bir yerdir. Özün üçün
istədiklərini başqaları üçün də istə, özün üçün istəmədiklərini başqa-
ları üçün də istəmə.
Zülmlə üzləşmək istəmirsənsə, özün də zülm etmə. Necə yaxşılıq
görmək istəyirsənsə, özün də elə yaxşılıq et. Sənə deyilməsini
istəmədiyin şeyi sən də başqalarına demə. Çalışıb qazanmaqla məşğul
ol, amma başqaları üçün pul yığma. Doğru yolu tapınca  Rəbbinə
qarşı daha çox təvazökar ol.
Nə mal sənə qalar, nə də sən əbədi olaraq ona sahib ola bilərsən.
209
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə