Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə62/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   58   59   60   61   62   63   64   65   ...   110

faydalananlar da böyük ölçüdə fərqlilik göstərirlər.
İslama görə zəkat əsasən, “Zəkatı toplayan”a – bunlar verginin
toplanmasında, mühasibatında, sərf edilməsində, yoxlanılmasında,
icra baxımından dövlətin mülki və hərbi rəhbərliyini əhatə edir. Belə
olduqda bu vergidən faydalananlar dövlətin idarə mexanizmini əmələ
gətirən bütün bölmələrində işləyən məmurlardır.
İslami tələbata görə zəkat həm də:
– müsəlmanlara kömək etsinlər deyə, könülləri qazanılan-
lara;
– müsəlmanlara pislik etməsinlər deyə,  könülləri alınmağa
çalışanlara;
– müsəlmanlığa girmələri istənənlərə; 
– özlərinin vasitəsi ilə xalqlarının və ya qəbilə üzvlərinin İs-
lama girmələri istənənlərə aid edilməlidir.
Belə olduğu halda istər müsəlman, istər bütpərəst olsunlar,
ürəkləri qazanılacaq olan kəslərin hissəsinə düşən paydan sayılan bu
siniflərdən hər birini faydalandırmaq gərəkdir. 
Onu da qeyd edək ki, İslama görə “yolda qalanlara da (yolçu-
lara)” yardım edilməlidir. Belə yardım yalnız onlara sığınmaq imkanı
vermək deyil, eyni zamanda onların sağlamlığı və normal şəraitlə
təmin olunmalarına kömək etməkdən ibarətdir. İstər yerli, istər
əcnəbi, istər müsəlman, istərsə də qeyri-müsəlman olsun, bu
yerlərdən gəlib keçənlərin dincliyi üçün lazım olan bütün tədbir və
yol təhlükəsizliyi təmin edilməlidir.
Qurani-Kərim iyirmiyə yaxın ayədə “Namazı qılın, zəkatı
verin” əmrini təkrar  edir. Maddə ilə mənanın ayrılmazlığı, bədən ilə
ruhun birliyini gözlər önünə gətirmək baxımından Uca Allaha ibadət
etməklə dövlətə vergi verməyi – yəni namaz qılmaqla zəkatı ödəməyi
eyni səviyyəyə qaldırmağın İslamda dövlətçiliyə də böyük önəm
verilməsinin bariz bir nümunəsi kimi baxılmalıdır. 
194
Əxlaqa aparan yol


10. İSLAMDA İBADƏT ƏSASLARI
10. İSLAMDA İBADƏT ƏSASLARI
Tarixən mövcud olmuş və hazırda da mövcud olan dinlərin ha-
mısının əsasən  ibadət qaydaları olmuş və olmaqdadır. Lakin, dində
ibadətin əsasları, əsasən səmavi dinlərdə daha diqqətli, daha ciddi-
dir.
Bütün dinlərin tacı, dinlərin son mərhələsi olan İslam, ibadət qay-
dalarına, islami ibadətin əsaslarına görə, xüsusi məxsusluq özündə
əxz edir. 
İslamın ibadət əsaslarının hamısı birlikdə göstərilir və islami in-
sanlar bu ibadətləri öz qaydasında, öz yerində, öz vaxtında həyata
keçirməlidir.
İbadət əsaslarının hamısını bir arada göstərməsi baxımından
Hz.Peyğəmbərimizin (s) bu hədisi çox əhəmiyyətlidir: “İslam beş
əsas üzərində qurulmuşdur. Allahdan başqa bir Tanrının olmadığına
və Məhəmmədin Allahın rəsulu olduğuna şahidlik etmək, namaz qıl-
maq, zəkat vermək, həccə getmək və ramazan orucunu tutmaq.”
(“Tecrid”. C. 1, s. 28. H. N-8).
Deyilən təməl ibadətlərindən biri olan namazın dini bir əmr ol-
duğunu bildirən ayələrdən biri belədir: “Kitabdan sənə vəhy olanını
oxu və namazı qıl. Çünki namaz çirkinliklərdən və pisliklərdən
çəkindirir və hər halda Allahı zikr etmək ən böyük işdir. Allah sizin
etdiklərinizi bilir.” (Ənkəbut surəsi, 45).
Qurani-Kərimin bu ayəsi namazın başlı-başına bir qayə deyil, in-
sanı hər cür pisliklərdən çəkindirən təsirli bir vasitə olduğunu
göstərməsi baxımından olduqca mənalıdır. İnsan həyatına doğrudan-
doğruya təsir edən namaz insanda sağlam bir xasiyyət əmələ
gətirməklə və onu gözəl əxlaqlı etməklə son dərəcə təsirlidir.
Hz.Peyğəmbər (s) buyurmuşdur: ”Namaz  dinin dirəyidir.” (“Tecrid”.
C. II, s. 475. H. N-319). Namaz haqqında Hz.Peyğəmbər (s)
hədislərindən biri də belədir. “Hz.Peyğəmbər (s) bir gün
ətrafındakılara belə bir sual vermiş: “Qapısı önündən axan bir çayda
195
Ziyadxan NƏBİBƏYLİ


gündə beş dəfə yuyunan bir insanın bədənində su hər hansı bir kir
buraxarmı?”. Ətrafındakılar: “Xeyr, heç bir kir qalmaz” – dedilər.
Buna görə Hz.Peyğəmbər buyurdu: “Bax, namaz da belədir. Uca
Allah namazla günahları silir” – demişdir. (“Tecrid”. C. II, s, 475.
N-319).
Gündə beş dəfə qılınan namazın insanın günahlarını silməsi ba-
xımından belə anlamaq olar. Davamlı olaraq qılınan namaz insanın
həyatını qaydaya salar və iradəsini gücləndirər. Yəni, insan günah sa-
yılan heç bir pislik etməyəcək bir xasiyyət sahibi olar.
Müqəddəs Kitabımız Qurani-Kərim ramazan orucunun insan-
larda dini bir əmr olduğunu belə bildirir: “Ey iman edənlər! Oruc tut-
maq sizdən əvvəlkilərə fərz qılındığı kimi, sizə də fərz qılındı ki,
bəlkə qorunasınız.” (Bəqərə surəsi, 183).
Orucun vacib sayılmasında əsas məqsəd orucluğun sayəsində in-
sanların sağlığını qorumaq və onları iradə sahibi etməkdir. İradə sa-
hibi olan insan isə, onun hər cür pisliklərdən uzaqlaşıb özü ilə
sözünün doğru olması kimi dərk edilməlidir. Orucun insanlara əmr
olunması əxlaqla da əlaqəlidir. Hz.Peyğəmbər (s) buyurmuşdu: “Kim
ramazan orucunu inanaraq və sırf Allah üçün tutarsa, keçmiş günah-
ları bağışlanar. Allah üçün tutulan oruc insana elə bir ruh halı qazan-
dırır ki, insan etmiş olduğu pisliklərdən peşiman olur. O, Uca Allaha
yönəlir, tövbə edir, əvvəllər etmiş olduğu pislikləri əvəz etmək üçün
lazım olanları yerinə yetirir. Ramazan orucu insanlara günahlarını ba-
ğışlanma imkanı yaradır.
Oruc tutmaq hər şeydən əvvəl Uca Allah üçün edilən bir islami
ibadətdir. Oruc tutmaqda məqsəd insanın pisliklərdən uzaqlaşıb
yaxşılıqlara yönələcək bir xasiyyət əldə etməsini təmin etməkdir.
Hz.Peyğəmbərimiz (s) bu mövzuda buyurmuşdur: “Kim yalan
söyləməyi və yalanla iş görməyi tərk etməzsə, Allahın o adamın
yemək-içməyi buraxmasına ehtiyacı yoxdur. (“Tecrid”. C. VI, s. 253,
H. N-902).
Daha sonra Hz.Peyğəmbər (s) buyurur: “Ramazan orucu bir qal-
xandır. Oruc tutan bir insan pis söz söyləməsin, pis iş görməsin. Əgər,
196
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə