Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə60/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   56   57   58   59   60   61   62   63   ...   110

məşğuliyyətlərinin sırasında mənəvi vəzifəsini unutmamaqdır.
Qeyd edək ki, qadınlar aybaşı olan zaman və eləcə də doğuş za-
manı namaz ibadətlərini qılmaya bilərlər.
Hər bir müsəlmanın ikinci dini vəzifəsi hər il bir ay boyunca
oruc tutmaqdır. Ramazan ayının hər günü ekvator və tropik
bölgələrdə şəfəqdən günbatana qədər yemək, içmək, siqaret çəkmək
və hər nə olursa-olsun qadağandır. Oruc ibadəti tam ramazan ayı bo-
yunca sürər. Məlum olduğu kimi, İslam Ay ilini tətbiq edir. Ona görə
oruc tutulan zaman ramazan ayının sıra ilə ilin bütün mövsümlərinə
– payız, qış, bahar və yay aylarına tən gəlir. Ruh sınağı olan oruc bir
Allaha itaət anlayışı içərisində yerinə yetirilməlidir. Bununla yanaşı,
namaz ibadətində olduğu kimi, sağlıq, əsgəri təlim, iradənin inkişafı
kimi məsələlərlə əlaqəli orucun maddi faydaları da vardır.
Qadınlar namazda olduğu kimi, aybaşı olan zaman və ya doğuş
zamanında oruc tutmazlar. Amma, bu səbəblərlə tutmadıqları oruc-
larını başqa bir vaxtda tutmalıdırlar.
Deyilənlərlə yanaşı, arzu olunan vaxtlarda da, yəni ilin digər ay-
larında da oruc tutmaq olar. Lakin, mənəvi tərəfi ilə yanaşı, tibbi
tərəfdən də oruc faydalıdır. Amma, onun faydalı olması üçün bir aylıq
oruc daha xeyirlidir. 
Qeyd edək ki, son zamanlarda Qərbdə və bəzi digər ölkələrdə,
xüsusilə xroniki xəstəliklər üzrə hər bir xəstənin ehtiyacına görə, qısa
və ya uzun sürən orucluqla müalicə edən yeni bir tibbi anlayış mey-
dana gəlmişdir.
Qurani-Kərim buyurur: “Kim (Allahın hüzuruna) yaxşı bir işlə
gələrsə, ona gətirdiyinin on qatı verilər...” (Ənam surəsi, 160). Hər
bir yaxşı hərəkət Uca Allah tərəfindən on qatı ilə mükafatlandırılar.
Hz.Peyğəmbər (s) buyurur: “Kim bütün ramazan ayı boyunca oruc
tutar, sonrakı aydan da (Şəvval) buna altı gün əlavə edərsə, o, bütün
ili oruc tutmuş olur”. Müsəlmanların istifadə etdikləri ay təqviminə
görə, bir il 355 gündür və ramazan ayı bəzən 29, bəzən də 30 gün
olur. Yəni altı günlük əlavə ilə birlikdə illərə görə 35 və ya 36 gün
oruc tutmuş olan müsəlman bunun on qatını haqq etmiş olur. Bu da
188
Əxlaqa aparan yol


350 və ya 360 gün edər.
Sufilər heyvani yaradılışımızın qüdrətinin insanın ruhunun inki-
şafını əngəllədiyinə diqqət çəkirlər. Bədənin ruha boyun əyməsi üçün
onun gücünü qırmaq,  ruhun gücünü isə artırmaq gərəkdir.
Tədqiqatlar göstərir ki, bu qayəyə çatmaqda aclıq, susuzluq, cinsi ar-
zulardan vaz keçmə və sözün (dilin), düşüncənin (ürəyin) və digər
əzaların nəzarət altına alınmasından daha təsirli heç bir şey yoxdur.
İnsanın yetişmiş olmasının əlamətlərindən biri heyvani təbiətini ağ-
lına və ruhuna boyun əydirməsidir. İnsanın təbiəti gah üsyan edər,
gah da itaətkardır. Ona görə insanın öz qeyri-insani hisslərini yatırt-
maq üçün oruc tutmağa çox ehtiyaclıdır.
İnsan özünü belə bir qaydaya öyrətməklə mələklərə bənzər hala
gətirər, üstəlik, Uca Allahın buyurduğunu yerinə yetirdiyi üçün Ona
çox yaxınlaşar.
Həcc, müsəlman dini vəzifələrinin üçüncüsüdür. Həcc –
yönəlmə hərəkəti (Rəbbə doğru), həm də bir şeyə sahib olma
cəhdi mənasını verir.
Kişi və ya qadına – hər bir yetişmiş insana ilahi iradənin içində
özünü yox etmənin böyük “Cəhdini” yerinə yetirmək üçün ömründə
bir dəfə Məkkəyə getmək fərzdir. Maddi imkanlardan yoxsul olanlar
həcc ziyarətindən azaddırlar.
Qurani-Kərim Kəbənin vahid Tanrı inancı içərisində Uca Allaha
həsr edilmiş ən köhnə “Ev” olduğunu bildirir (Ali İmran surəsi, 96).
Tikilişi Hz.İbrahim zamanında olmuş olsa belə – islami ənənəyə görə,
Hz.İbrahim, Hz.Adəm tərəfindən tikilmiş bu Evi hər dəfə təmir
etmişlər. Hz.Süleyman tərəfindən Qüdsdə inşa edilən ibadətgahdan
daha köhnə bir məbəd olduğu aydınlaşıb. Hələ fəaliyyətdə olan və
Məkkədəki Kəbədən daha keçmişə dayanan bir ibadət məhəlləsi
məlum deyildir.
Həcc ibadəti zamanı yerinə yetirilməsi lazım olanlardan biri –
müqəddəs torpaqların sərhəddinə gəldikdə, adi paltarlar çıxardılır və
iki parçadan əmələ gələn bir paltar geyilir. Qadınlardan deyil, ancaq
kişilərdən istənən bu paltar döşlə çiyinləri örtən geniş bir örtükdür.
189
Ziyadxan NƏBİBƏYLİ


Lakin, baş açıq qalır. Həcc ziyarəti bitənə qədər bu paltarda adam
özünü, öz mənliyini unutmağa çalışır. Tam günü dərin düşüncələrlə
keçirmək üçün Məkkənin ətrafında olan Ərəfata gedilir. Axşama
doğru Məkkə istiqamətində hərəkət başlayır. Müzdəlifədə gecələnir
və səhər çağı erkəndən Məkkənin yaxınındakı Minaya gedilir. Orada
üç  gün keçirilir. Bu zaman kəsiyində hər sabah şeytan daşlanır. Mi-
nadakı bu üç gün ərzində qurban kəsilir. Kəbəni təvaf etmək və
Kəbənin qarşısındakı Səfa və Mərva təpələri arasında yeddi kərə
gedib-gəlmək üçün şəhərə qısa bir ziyarət edilir. Bu yerinə
yetirilənlərin hamısının bir mənası vardır.
Hz.Adəmlə Həvva cənnətdən düşdükləri zaman azmış, bir-
birlərini axtarırdılar. Onlar Uca Allahın lütfü ilə Ərəfatda bir-birlərinə
qovuşdular. Ona görə Hz.Adəmlə Həvvanın nəvələri Uca Allaha
minnət və təşəkkürlərini bildirmək üçün Ona yönəlir, ilahi varlıqda
azmaq və özünü unutmaq üçün qeyrət sərf edir, keçmiş günahlarından
ötrü Ondan bağışlanmalarını diləyir və gələcək üçün istiqamət və
kömək niyaz edirlər.
Şeytan daşlamağa gəldikdə isə bilindiyi kimi, Hz.İbrahim Uca
Allahdan başqa heç kimi sevmədiyini bəyan edib. Uca Allah da bu
mövzuda onu imtahana çəkmək üçün ondan çox sevdiyi oğlunu qur-
ban etməsini istədi. Buna qarşılıq Şeytan ilk qərarından döndərmək
üçün Hz.İbrahimin yanına gəldi, sonra həyat yoldaşını (ərini)
fikrindən döndərsin deyə Hz.Həcərin yanına getdi və son olaraq qur-
ban olmağı rədd etməsi üçün uşağın – Hz.İsmayılın yanına getdi. On-
ların hər biri onu daşlayaraq qovdular. Bu hadisənin Minada cərəyan
etdiyi söylənilir.
Ona görə də bu hərəkətlər həyatın Şeytanı durdurmalarına mü-
vafiq bir qərar kimi təkrarlanır.
Uca Allahın evini ziyarət etmək asanlıqla izah edilir. İnsan öz
itaətkarlığını göstərmək üçün bir hörmət və ciddiliklə oraya üz tutur.
Kəbədəki qara daşa gəldikdə isə, O, bir göy daşı deyildir. Əksinə,
qara rəngli bir daşdır. Onun faydası Uca Allahın Evi olan Kəbə
ətrafındakı təvaflar üçün başlanğıc nöqtəsi olmuşdur. Bu qara daşa
190
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə