Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə58/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   54   55   56   57   58   59   60   61   ...   110

qarşılığıdır. Yəni, Uca Allah Yaradıcıdır, bütün varlıqların özüdür, ha-
kimdir, adildir, mərhəmət edəndir, hər şeyə gücü çatandır, hər şeyi
biləndir, hər bir şeyin taleyini təyin edəndir, bütün varlıqların həyatı,
ölümü, dirilişi Onun əlindədir.
Uca Allah gözlə görülə bilməz və hər cür maddi qavramdan uzaq-
dır. Buna görə insanla Uca Allah arasında əlaqə yaradan bir vasitənin
olması lazım idi. Bu vasitə olmadan insanın Uca Allahın iradəsinə
boyun əyməsi imkansız olardı. İnsanın ruhu yaxşı və ya pis olmaq
üçün iki cür ilham almaq qabiliyyətinə sahibdir. İlhamlar Uca Allah-
dan başqa mənbələrdən də gələ bilərlər (şeytandan gələn pis fikirlər
kimi). İnsanla Uca Allah arasında təmas və ya xəbərləşmə qurmanın
bir çox yolları vardır. İnsanla Uca Allah arasında insanın sahib olduğu
xəbərləşmə vasitələri arasında ən zəif olanı bəlkə də röyadır.
Hz.Məhəmmədə (s) görə, yaxşı yuxular Uca Allah tərəfindən ilham
edilir və  insanı doğru yola yönəldir.
İlham da vardır ki, ilahi ruh olub, başqalarına qarşı ədalət,
mərhəmət, xeyirxahlıq, comərdliklə dolu bir insanın könlünə, zehninə
bəzi şeylər yeridə bilər. Bütün dövrlərin və bütün ölkələrin böyükləri
bu lütfdən istifadə etmişlər, əsasən rəğbətlə yanaşmışlar.
Peyğəmbərlər də Uca Allahın insan elçiləri sifətində bu cür
vəziyyətlərdə iştirakçı olurlar.
Hz.Məhəmməd (s) insanla yaradanı arasındakı təmasın ən yüksək
dərəcəsinə, bu xəbərləşmənin ən etibarlı və ən dəqiq olanına vəhy
adını vermişdir. Bu sadə bir ilham deyildir, əksinə, Uca Allah
tərəfindən insana edilən həqiqi bir açıqlama, səmavi bir xəbərləmədir.
İnsan bir maddədir, buna qarşılıq olaraq Allah ruhu da üstündür.
Demək, insanla birbaşa hər cür maddi təmas imkanının çox-çox
irəlisindədir. Müqəddəs Kitabımız Qurani-Kərimin bildirdiyinə görə,
Allah Ucadır: “Gözlər Onu qavraya bilmir, O isə gözləri qavrayır. O,
lətifdir, hər şeydən xəbərdardır.” (Ənam surəsi, 103). Yenə Qurani-
Kərimə görə, Uca Allah hər bir yerdədir: “İnsanı Biz yaratdıq və
nəfsinin ona nə pıçıldadığını da bilirik. Biz ki ona şah damarından
daha yaxınıq.” (Qaf surəsi, 16). Ancaq onunla heç bir maddi təmas
182
Əxlaqa aparan yol


mümkün deyildir. Ona lüğəvi mənada xəbərçi, səmavi xəbər daşıyı-
cısı olan bir mələk vasitəçilik edər. Yəni, mələk ilahi xəbəri Uca Al-
lahın insanlardan olan quluna – peyğəmbərinə çatdırma vasitəsini
görür. Unutmayaq ki, İslamda peyğəmbər əsla qabaqcadan xəbərdar
edən biri mənasına gəlmir. Əksinə, o, yalnız öz xalqına ilahi xəbərləri
çatdıran bir adam, Uca Allahın rəsuludur. Mələyə gəldikdə isə onun
Rəbbdən peyğəmbərə xəbər daşıdığını bilmək kifayətdir. 
Qurani-Kərimə görə, bir peyğəmbərə vəhy gətirən səmavi xəbər
daşıyana Cəbrayıl adı verirlir. Bu ad sözün kökü baxımından “Allahın
qüdrəti” mənasına gəlir. Qurani-Kərim vəzifəsinin nə olduğunu
bildirmədən Mikayıldan da bəhs edir. Cəhənnəmin qoruyucusu Malik
(kəlmə mənası sahibidir) adını daşıyır. Qurani-Kərim adsız və
“vəzifəsiz”, lakin Rəbbin əmrlərini yerinə yetirən digər mələklərdən
də bəhs edir.
Qurani-Kərimdə ər-Ruh əl-Əmin (etibarlı ruh) deyə də adlandı-
rılan Cəbrayıl, islami mənaya görə, digər mələklərin üstündə olan bir
dərəcəyə sahibdir. Hz.Məhəmmədin (s) sözlərindən (hədislərindən)
bu səmavi xəbər daşıyıcısı Cəbrayılın hər zaman Peyğəmbərə eyni
şəkildə görünmədiyi məlumdur. Hz.Məhəmməd (s) onu bəzən
atmosferdə asılı duran bir varlıq, bəzən bir adam surətində, bəzən də
qanadlı bir varlıq olaraq görmüşdür.
Hz.Məhəmməd (s) belə deyir: “Bəzən vəhy mənə çalmaqda olan
bir zil səsi kimi gələr – ən çətin olanı da budur, sonra səs kəsilər, bu
əsnada mənə deyilmiş olanları açıq-aydın bir şəkildə hafizəmə əks
etdirərək tutardım. Bəzən də mələk mənə mənimlə danışmaq üçün
gəlmiş bir adam şəklində görünər və onun dediklərini yenə də açıq-
aydın bir şəkildə ağlımda tutardım (Buxari).
Qurani-Kərim ilahi kitablar barəsində belə bəhs edir:
“Peyğəmbər Rəbbi tərəfindən endirilənə iman etdi, möminlər də. Hər
biri Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə: “Biz
Allahın peyğəmbərlərindən heç birinə fərq qoymuruq” – dedilər və
iman etdilər...” (Bəqərə surəsi, 285). “... Elə bir ümmət yoxdur ki,
onun içərisindən bir xəbərdarlıq edən gəlib keçmiş olmasın.” (Fatir
183
Ziyadxan NƏBİBƏYLİ


surəsi, 24). “And olsun ki, Biz səndən əvvəl də peyğəmbərlər
göndərmişdik. Onlardan bəzisini sənə anlatdıq, anlatmadığımız da
var...” (Mömin surəsi, 78).
Müqəddəs Qurani-Kərim Uca Allah tərəfindən vəhy edilmiş ki-
tablar olaraq Hz.İbrahimin “Səhifələrini, Hz.Musanın “Tövrat” və
“Səhifələri”ni, Hz.Davudun “Zəbur”unu, Hz.İsanın “İncil”ini sayaraq
adlarını verir.
Hz.İbrahimin “Səhifələri”ndən bu gün əsər-əlamət belə qalma-
mışdır. Hz.Musanın “Tövrat”ının bütpərəstlər (babillilər, romalılar
və s.) tərəfindən bir neçə dəfə yox edildiyini bilirik. “Zəbur”un da
başına eyni şeylər gəlmişdir. Hz.İsanın isə vəz etdiklərini yazdıracaq
və ya qeyd etdirəcək zamanı olmadı. Onun həvariləri və xələfləri
Hz.İsanın sözlərini topladılar və bunları sonrakı nəsillərə çox sayda
yazılar və ya incillər halında nəql etdilər (bunların sayı 40-dan artıq
olduğu bilinir). Qələmə alınan bu incillərin yalnız dördü kilsə
tərəfindən həqiqi, digərləri isə uydurma olaraq qəbul edilmişdir.
İslamda, yalnız Qurana deyil, eyni zamanda İslamdan əvvəlki
peyğəmbərlərə gəlmiş vəhylərə də inanmaq müsəlman imanının
şərtlərindən biridir. İslam peyğəmbəri nə Zərdüşt, nə Butxa, nə də
Hind Braxmanizminin qurucularından bəhs etmişdir. Ona görə
müsəlmanların misal olaraq zərdüştlərin “Avesta”sının və ya hindu-
ların “Vəda”larının ilahi mənbəli olduqlarını qəbul etməyə
səlahiyyətləri yoxdur. Buna qarşılıq, zərdüştlərin və braxmanların
iddia etdikləri kimi, bu kitabların ilahi vəhy əsasına dayanmış olma-
ları və Hz.Musanın “Tövrat”ının uğradığı fəlakətə məruz qalmış ol-
duğu ehtimalını da rədd edə bilməzlər. Belə ehtimallar Çin, keçmiş
yunan və dünyanın bir başqa ölkəsi üçün də keçərlidir. Bunlardan hər
biri bəlli bir dövrdə peyğəmbərlərə vəhy edilmiş kitablara sahib
olmuş ola bilərlər.
Bir mələk seçilmiş bir adama ilahi xəbərləri gətirir. Bu adam da
bu xəbərləri insanlara çatdırmaqda borclu olur. Belə qulluqçu məmur
bəşəri vəzifəli insan Allahın elçiləri və ya peyğəmbərlər adlanırlar.
Nəbi (peyğəmbər), Rəsul (elçi), Mürsəl (göndərilmiş), Bəşir
184
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə