Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə54/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   50   51   52   53   54   55   56   57   ...   110

və onun məhsuldarlığı artır;
– böyük ölçüdə  torpaq sürüşməsinin qarşısını aldığı kimi,
təhlükəli sel fəlakətlərinin də qarşısını alır;
iqlimə müsbət təsir edir, havanı zəhərli qaz və zərərli tozlardan
təmizləyir;
– insanlara əylənmə, gəzib-dolanma, ovçuluq, balıqçılıq, boş za-
manları dəyərləndirmə imkanları verir;
– iş sahəsi və yaşayış qaynağı olur;
– milli müdafiə və təhlükəsizlik baxımından da meşələrin daha
bir çox faydaları vardır.
İnsan həyatında çox böyük əhəmiyyətli yeri olan meşələri qoru-
maq öz sağlamlığımızı qorumaq mənasına gəlir. Sağlam bir həyat
sürdürə bilmək üçün ancaq meşələrin qorunması ilə mümkün olur.
Meşələri qorumanın tək bir yolu vardır ki, o da meşəni sevməkdir,
meşə sevgisidir. Meşələri sevməyən, bəsləməyən insanların
vətənlərində yamyaşıl ərazilər-yerlərini bərəkətsiz torpaqlara, tikan-
lıq, daşlıq və qayalıqlara təslim edər.
Meşə sevgisi İslamın həm də bir əmri durumundadır.
Hz.Peyğəmbərimiz insanları hər zaman ağac əkməyə təşviq etmiş və
onlara ağac sevgisini aşılamışdır. 
Hz.Peyğəmbərimizin (s) buyurduğu budur: “Bir müsəlman bir
ağac əkər, onun məhsullarından bir insan, ya da bir heyvan yeyərsə,
o yeyilən şey ağacı əkən şəxs üçün bir sədəqə olar.” (“Tecrid”. C.
XII, s. 129. H. N-1977).
Başqa bir hədisdə deyilir: “Elə bir müsəlman yoxdur ki, o, ağac
əksin, ya da əkin əksin və məhsulundan insan, quş-qurd yesin, özü
ondan istifadə etməsin. Əlbəttə, o müsəlman da əkdiyi ağacı və əkin
səbəbi ilə savab qazanır.” (a. e., c. VII, s. 120. H. N-1044).
Beləliklə, İslamın təbiət varlıqları ilə münasibətlərində insandan
istəyi Uca Allahın insanlığa bəxş etdiyi təbiəti, onun gözəlliklərini
qorumaqdır.
170
Əxlaqa aparan yol


3. İSLAMDA İMANIN ƏSASLARI
3. İSLAMDA İMANIN ƏSASLARI
İslama görə, iman adamı əxlaqi gözəlliklərə yönəldən və onu
pisliklərdən qoruyan, uca tutan dinamik bir qüvvədir. İslamda imanın
əsasları Müqəddəs Kitabımız Qurani-Kərimdən və hədislərdən
öyrənilir.
Qurani-Kərimdə buyurulur: “Peyğəmbər Rəbbi tərəfindən
endirilənə iman etdi, möminlər də. Hər biri Allaha, Onun mələklərinə,
kitablarına və peyğəmbərlərinə: “Biz Allahın peyğəmbərlərindən heç
birinə fərq qoymuruq” – deyə iman etdilər.” (Bəqərə surəsi, 285).
Daha sonra buyurulur: “Ey iman edənlər! Allaha, Onun
peyğəmbərinə, peyğəmbərə endirmiş olduğu Kitaba və daha öncə en-
dirdiyi kitablara iman edin. Kim Allaha, Onun mələklərinə, kitabla-
rına, peyğəmbərlərinə və axirət gününə inanmazsa, o, tam mənada
azmışdır.” (Nisa surəsi, 136).
Hz.Peyğəmbər: “İman nədir?” – deyə sorulduqda verdiyi cavab
belə olmuşdur: “İman Allaha, mələklərinə, kitablarına,
peyğəmbərlərinə, axirət gününə iman etməkdir. Bir də qismətə, yəni
yaxşılıq və pisliyin Allah tərəfindən yaradıldığına inanmaqdır.” (Bu-
xari, “Sahih”, 2. “Kitabul-iman”. Bab. 37).
İslamın iman qaydalarının təməlində altı əsas vardır. Bunlar
Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə,
taleyə, xeyir və şərin Allah tərəfindən yaradıldığına inanmaqdır.
Deyilən əsaslar imanın  əvəzolunmaz növdən olan şərtləridir. Bunla-
rın hər hansı birinə inanmayan insanın doğru bir iman qaydalarına
sahib olması mümkün deyildir. Həqiqi, doğru bir imana sahib olma-
yan bir insanın da hər zaman gözəl iş görməsi və yaxşı hərəkətlər
etməsi mümkün ola bilməz. İman, həm də əxlaqi davranışların
əsaslarından biridir. İmanla həyata keçirilən hər bir iş Allah Təalanın
istəyinə, tələbinə uyğundur. İmanı olmayan hər hansı bir insanın gör-
düyü iş və hərəkətlər doğru sayıla bilməz və belə işlər Allahın
171
Ziyadxan NƏBİBƏYLİ


iradəsinin əksinədir.
İslamda insanın imanlı olması çox vacibdir, lazımlıdır, Uca Al-
lahın yaratdığı insanlardan tələbidir.
4. İSLAMIN İNSANLARDAN 
4. İSLAMIN İNSANLARDAN 
HEYVANLAR ALƏMİNƏ TƏLƏBİ
HEYVANLAR ALƏMİNƏ TƏLƏBİ
İslam, dini biliyi olan insanlara məlumdur ki, dinimiz eyni za-
manda bir sevgi dinidir, insana olduğu kimi, təbiətə və təbiətdə ya-
şayan heyvanlara, canlılara da sevgili münasibətdədir.
Müsəlmanlar Allahı sevdikləri üçün Allahın yaratdığı hər şeyi də
sevirlər. Buna yaradılanı Yaradandan ötrü sevmək tələbi adını vermək
mümkündür. Odur ki, yaradılanlar arasında sevilməsi lazım olan var-
lıqlardan öndə gələnləri heyvanlardır. Heyvanları sevməyin yolları
onları qorumaqdan keçir. Bu da onların yaşadıqları mühit, qidalan-
dıqları suyu, havanı və torpağı qorumaqla mümkün olur. Xüsusilə
hava, su və torpağın çirklənməsinin, ümumiyyətlə isə mühit
problemlərinin sadəcə insan həyatını deyil, təbiətdəki bütün canlıların
həyatını təhlükəyə saldığı məlumdur. Uca Allah  belə buyurur: “Yer
üzündə elə bir canlı və (göy üzündə) iki qanadı ilə uçan elə bir quş
yoxdur ki, sizə bənzər ümmətlər kimi olmasın. Biz bu Kitabda heç
nəyi nəzərdən qaçırmadıq. Sonra onlar özlərinin Rəbbi hüzuruna top-
lanacaqlar.” (Ənam surəsi, 38). “Heyvanlarda da sizin üçün bir ibrət
vardır. Onların qarınlarındakından sizə içirdirik. Onlarda sizin üçün
bir çox faydalar vardır. Siz onlardan yeyirsiniz.” (Muminun surəsi,
21).
Əbu Hüreyrə demişdir: “Yolda getməkdə olan birinin susuzluğu
artdı. O, bir quyuya enib suyundan içdi. Çıxınca, susuzluqdan dilini
çıxarıb nəfəs alan və rütubətli torpağı yalayan bir it ilə qarşılaşdı.
Adam öz-özünə: “Bu heyvan da mənim kimi susamış” – deyib
yenidən quyuya endi. Məstinə su doldurub quyudan çıxdı və iti su-
ladı. Onun bu hərəkətini görən Uca Allah bu qulunu öydü və günah-
172
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə