Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə50/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   46   47   48   49   50   51   52   53   ...   110

16. İSLAM  BUGÜNKÜ  DÜNYADA
16. İSLAM  BUGÜNKÜ  DÜNYADA
Səma dinləri arasında İslam bu gün dünyada ən sürətlə və ən
geniş şəkildə yayılan dindir – mənəvi dəyərdir.
İslam din dəyərləri, əxlaq və hüquq qaydaları, mədəniyyət qurma
qüdrəti və təliminin ümumbəşəriliyi sayəsində güclənir, öz ardıcılla-
rının sayını artırır. Günümüzdə müsəlmanların sayı bir milyard 350
milyon nəfəri keçmişdir. Bu isə dünya əhalisinin beşdə birini keçmək
deməkdir.
İslam təkcə ənənəvi müsəlman ölkələrində deyil, Avropa və Ame-
rikada da özünə yeni ardıcıllar tapır, inkişaf edir, yayılır. Maraq üçün
qeyd edək ki, təkcə Çikaqoda 50-dən artıq məscid var. Manhettenin
mərkəzində tikilmiş İslam Mədəniyyət Mərkəzi çox böyük işlər
görür, intellektli insanlar, savadlı insanlar İslama daha çox
meyllidirlər.
Qeyd edək ki, bu gün İslam həqiqətən yeni bir dirçəliş dövrünü
keçirir. İslami dirçəliş özünü müxtəlif formalarda göstərir.
Məscidlərin və dini təhsil ocaqlarının, Məkkə, Mədinə, Kərbəla və
Məşhəd şəhərlərini ziyarət edənlərin, oruc tutanların, namaz qılanla-
rın, hicablı qadınların sayı birdən-birə xeyli çoxalmışdır. Bunun özü
allahsız sovetlər birliyindən ayrılmış Azərbaycanın özündə də hiss
ediləcək dərəcədədir.
Bundan əlavə, neftlə zəngin ərəb dövlətləri İslamın yayılması ilə
bağlı fəal iş görürlər. Maarifin, mədəniyyətin genişlənməsi,
şəhərləşmə, informasiya texnologiyalarının sürətlə yayılması da İs-
lama marağı genişləndirir. Xeyli müsəlman ölkələrində şəriət qanun-
ları geniş tətbiq olunur. Pakistan, Səudiyyə Ərəbistanı, Mavritaniya
və İranın bu sahədə təcrübəsi geniş təbliğatını tapmışdır. Bir sıra
ölkələrdə ictimai yerlərdə şərab içilməsi qanunvericiliklə qadağan
edilmişdir.
Qırmızı imperiyanın dağılması və kommunizm ideyasının iflasa
uğraması  ilə İslam  böyük bir ərazidə yaşayan əhalini yenidən öz
orbitinə cəlb edə bilmişdir. Keçmiş Sovet məkanında tarixən İslamla
157
Ziyadxan NƏBİBƏYLİ


bağlı respublikalar – Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkmənistan, Tacikistan, Başqırdıstan, Çeçenistan,
Çeçen-İnquşlar, Dağıstan və s. İslam milli-mədəni irsin tərkib hissəsi
kimi qəbul edilir. Onu da unutmaq lazım deyil ki, hazırki Rusiyada
30 milyondan artıq müsəlman yaşayır və bu rəqəm getdikcə artmaq-
dadır.
Günümüzdə Beynəlxalq İslam təşkilatları – İslam Konfransı
Təşkilatı, İslam Bankı, İslam Aləmi Liqası, müxtəlif İslam Xeyriyyə
cəmiyyətləri, İslam İrsinin təbliği mərkəzləri İslamın təbliğatı ilə
bağlı fəal iş aparırlar.
İslam inteqrasiya proseslərini, qloballaşmanı prinsip olaraq qəbul
edir. Lakin, öz əxlaq qaydaları və dəyər meyarlarına uyğun gəlməyən
məqamları qətiyyətlə rədd edir və Azərbaycan Respublikası da bu
işlərdə çox ayıq olmalıdır.
17. DÜNDÜLBƏYLİLƏR,
17. DÜNDÜLBƏYLİLƏR,
XƏNDƏK VƏ YA ƏHZAB MÜHARİBƏSİ
XƏNDƏK VƏ YA ƏHZAB MÜHARİBƏSİ
Hadisə hicrətin beşinci ili, Zülqədə ayına, Miladın 626-cı ilinə
təsadüf edir.
Məlumat Əli Hümmət Bərki və Osman Kəskioğlu tərəfindən So-
nuncu Peyğəmbər (Xatəmül-Ənbiya) olan sevimli Məhəmməd
Peyğəmbərimizin həyatını işıqlandıran və 1996-cı ildə Ankarada
Azərbaycan əlifbası ilə qələmə alınan “Həzrəti Məhəmməd və
həyatı” və Süleyman bəyin “Bəyliyin tarixi” əsərlərində verilmiş ta-
rixi məlumatlar və digər mənbələr əsasında qələmə alınmışdır.
Qeyd edək ki, bu dövrlərdə İslamın bərqərar olması üçün, onu
qəbul edənlər çox əziyyətlər çəkirdilər. İttihamlar, mübahisələr,
müharibələr səngimək bilmirdi. Lakin Peyğəmbəri sevənlər, İslamı
qəlbən qəbul edənlər bir yerə cəmlənmiş, bu yolda əzab-əziyyəti
158
Əxlaqa aparan yol


qəbul edənlər də az deyildi və “İslam ocağı”na toplaşanların sayı get-
gedə çoxalmaqda idi.
Bəni Nadir Mədinədən uzaqlaşdırılaraq şəhərin iç təhlükəsizliyi
təmin edilmişdi. Kənardan baş qaldırmaq istəyənlərə qarşı edilən qəfil
hücumlar ərəb qəbilələrini qismən sakitləşdirmişdi.
Qüreyşsə iki dəfə qüvvəsini sınaqdan sonra bir nəticə əldə edə
bilməmişdi. Əbu Süfyan Ühüd müharibəsinin sonunda demişdi:
“Sizinlə gələn il, təzədən Bədrdə görüşərik”. Ancaq bu görüşü həyata
keçirməyə cəsarət etməmişdi. O, Hicrətin dördüncü ili ordusu ilə
bərabər Bədrə getdiyi halda, Məkkədən çox da uzaqlaşmamış, geri
dönmüşdü. Müsəlmanlar Bədrdə səkkiz gün onları gözləsələr də, bir
xəbər çıxmamışdı.
Tarixçilər bu hadisəyə son Bədr hərbi deyirlər. Beləliklə,
müsəlmanlar düşmənlərini məğlub etmiş sayılırdılar. Dərin bir nəfəs
alaraq, müəyyən işlər həyata keçirməyin artıq zamanı çatmışdı. İcti-
mai və mədəni həyatı qaydaya salmaq, iqtisadi cəhətdən güclənmək
bu işlərin başlıcası sayılırdı. Ancaq müsəlmanlar başa düşürdülər ki,
düşmən insanı heç vaxt rahat buraxan deyil, necə deyərlər “Su yatar,
düşmən yatmaz”. Müəlliflərin dediyi kimi – “Ərəblər intiqam üçün
yaradılmışlar”. Qan davası, düşməndən intiqam almaq, xəyanət
etmək onların yaradılış və yaşayışlarının bir parçasıdır. Həzrəti
Peyğəmbər ərəblərin bu xüsusiyyətlərini yaxşı bildiyi üçün hər zaman
ehtiyatlı olar, hər ehtimala qarşı müdafiəyə hazır olardı.
Bəni Nadir yəhudilərin Mədinədən uzaqlaşdırılması və onların
bir qisminin Xeybərdə yerləşmələrinə icazə verilməsi onların
təhrikedici hərəkətlərinə meydan verirdi. Hz.Məhəmmədin
Məkkədən Mədinəyə mühacir olaraq gəldiyindən cəmi beş il
keçdikdən sonra əldə etdiyi zəfər və qüvvət, nüfuz və bacarıq
yəhudiləri çox qorxudur, ərəb qəbilələrini də qısqandırırdı. Ona görə
də yəhudilərlə islamiyyət əleyhinə birləşmələri gözlənilirdi.
O da məlum idi ki, Bəni Nadir yəhudi başçılarından Huyey ibn
159
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə