Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə48/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   44   45   46   47   48   49   50   51   ...   110

“Əbu Ləhəbin iki əli qurusun! Qurudu da. Onu nə mal-dövləti qur-
tardı, nə də qazandığı. O, alovlu bir atəşə girəcəkdir, zövcəsi də odun
daşıyan olaraq. Onun boynunda isə xurma liflərindən kəndir olacaq-
dır. (Təbbət surəsi, 1-5).
Bütün bu işgəncələr nə Hz.Peyğəmbəri (s), nə də onun
əshabələrini tutduqları nurlu yoldan ayıra bilməmişdir. Həqiqətən, ilk
müsəlmanlar qüvvətli inam sahibi, cəfaya səbrli, zülmə qarşı, ədalətə
aşiq idilər. Bu əzmlə aparılan mübarizə İslam dinini get-gedə
gücləndirirdi.
11 .   İ S L A M I N   Ə S A S   B AY R A M L A R I
11 .   İ S L A M I N   Ə S A S   B AY R A M L A R I
İslamın əsasən iki böyük bayramı vardır. Bunlardan biri Qurban
bayramı və  ya Eyd-əl-Əzha adlanır və hicri-qəməri təqvimi ilə
zülhiccə ayının 10-da qeyd edilir. Qurban bayramı  Ibrahim
peyğəmbərdən bizlərə qalmışdır. O, öz oğlunu Allaha qurban demiş,
Allah da onun əhdinə vəfasını yoxlamaq və onu imtahana çəkmək
üçün qurbanını tələb etmiş, onun əhdə vəfalı olduğunu görüb İbrahi-
min oğlunun əvəzinə kəsməyə qurbanlıq qoç göndərmiş, İbrahim
peyğəmbər də həmin qoçu kəsmişdir. Həmin vaxtdan Allah rizasına
qurban kəsmək ənənəyə çevrilmişdir. İslam bu ənənəni qoruyub sax-
lamış, təhriflərdən təmizləmiş və bu günə kimi gətirib çıxarmışdır.
Qurban  bayramına çox vaxt İbrahim peyğəmbərin qurban dediyi
oğlu İsmayılın adı şərəfinə –  İsmayıl qurbanı da deyirlər.
Qurban kəsmək yalnız imkanı olan müsəlmanlar üçün vacib sa-
yılır. Qurban əti imkansız qohumlara, qonşulara paylanır, ailədə,
müqəddəs süfrədə xoş və gözəl dualarla yeyilir.
Kiçik bayram və ya Orucluq bayramı, yaxud  Fitr bayramı
(Eyd əl-fitr) şəvval ayının birində başlanır və üç gün davam edir.
Ərəb dilindən tərcümədə “fitr” sözü “orucdan çıxmaq” mənasını
verir. Yəni Orucluq bayramı Ramazan ayı orucunu tutanların bayra-
mıdır, orucun başa çatması ilə əlaqədar bayram edilir. Bayramın gəlişi
şəvval ayının hilalının görünməsi, yaxud Ramazan ayından 30 gün
keçməsi ilə müəyyən edilir. Fitr bayramında fitrə zəkatı çıxarılır.
151
Ziyadxan NƏBİBƏYLİ


Onun ən aşağı miqdarı ailə başçısının himayəsində olan hər nəfər
üçün 3 kq buğda həcmində və ya onun qarşılığı miqdarında olmalıdır.
Bunlarla yanaşı İslamda bəzi əlamətdar günlər də bayram kimi qeyd
olunur. Belə əlamətdar bayramlardan biri də Rəcəb ayının 27-də
keçirilən Məbəs bayramıdır. Məbəs bayramı Məhəmməd peyğəm -
bərə peyğəmbərlik verilməsi  günüdür. Digər bir bayram isə Mövlud
bayramı və ya Rəbiüləvvəl ayının 12-dən 17-dək keçirilən peyğəm -
bərin doğum həftəsi kimi qeyd edilən bayramdır. Burada Məhəmməd
peyğəmbəri həm də Uca Allahın hansı gündə seçdiyi bir əlamətdar
gün kimi də bayram edilir. 
12. İSLAMDA ŞİƏLƏR 
12. İSLAMDA ŞİƏLƏR 
VƏ SÜNNİLƏR MƏFHUMU
VƏ SÜNNİLƏR MƏFHUMU
Peyğəmbərimiz Məhəmməd dünyasını dəyişdikdən (632-ci il)
dini və dünyəvi rəhbərlik işlərində ona varislik məsələsi müsəlmanlar
tərəfindən bir-birindən az da olsa fərqli şəkildə şərh edildi.
Hz.Məhəmmddən sonra hadisələr elə istiqamət götürdü ki, müsəlman
icmasına 632-634-cü illərdə Əbu Bəkr, 634-644-cü illərdə Ömər ibn
əl-Xəttab, 644-656-cı illərdə Osman ibn əl-Əffan, 656-661-ci illərdə
Əli ibn Əbu Talib başçılıq etdilər. Bu şəxslər İslam tarixinə “Raşidi
xəlifələri”, yaxud “Doğru yol xəlifələri” adı ilə daxil oldular.
Bu tarixdən, yəni İslam tarixinin 31-ci ilindən sonra ixtilaf baş-
landı. İslamçılar iki qrupa bölünməklə sünnilər şiələr adlandılar.
Ərəbcə “şiə” sözü – “tərəfdarlar” mənasını verir. Bunlar Əli ibn
Əbu Talib tərəfdarları oldu. Şiələrə görə peyğəmbər Əlini və Əhli-
beytini özündən sonra müsəlmanlara başçı təyin etmişdir. Bu
səbəbdən də müsəlman icmasına Əli ibn Əbu Talib, sonra isə onun
nəslindən olan Əhli-beyt imamları başçılıq – imamlıq etməli idilər.
Müsəlmanların bəziləri imaməti yeddinci şiə imamında bitmiş
hesab edirlər. Şiələrin əksəriyyəti isə on iki imamın imamətinə etiqad
edirlər. Belə müsəlmanlara onikiimamilər də deyirlər. On ikinci imam
qeybə çəkilmişdir. Sahib-əz-Zaman – zamanın sahibidir, Mehdidir,
152
Əxlaqa aparan yol


gözlənilən imamdır. Bir vaxt gələcək – zülmə və ədalətsizliyə son
qoyacaqdır.
Şiələrlə razılaşmayan müsəlmanlar isə özlərini sünnilər adlandı-
rıblar. Bu  müsəlmanlar qeyd edirdilər ki, biz sünnəyə əməl edirik,
Peyğəmbərin yolu ilə gedirik, Peyğəmbər isə bildirib ki, ondan sonra
müsəlmanlara başçılığı icma tərəfindən seçilən xələfləri – xəlifələr
etməlidirlər. Bu fikirlərin kökündə İslamla – yəni Uca Allahın
Məhəmmədə tapşırdığı vəhylərlə bağlı heç nə yoxdur. Bu mənada
şiələrlə sünnilər arasındakı deyilən fikir ayrılığını mütləqləşdirmək
heç cürə düzgün deyildir.
Çox şükürlər olsun ki, Azərbaycanda şiə-sünni fikir ayrılığı yox-
dur və bütün müsəlmanlar bir məsciddə ibadətlərini yerinə yetirirlər.
İslamın beş əsas şərtindən dördünü şiələr də, sünnilər də eyni,
yaxud yaxın mənalarda izah edirlər. Fərq ancaq beşinci məsələ –
imamət, xilafət məsələsi fonundadır.
İslamiyyətə məlum olduğu kimi, İslamda ən əsası Uca Allahın
birliyini və Məhəmmədin peyğəmbərliyini olduğu kimi qəbul
etməkdir. 
13. İSLAM TARİXİNDƏ MÖTƏZİLİLƏR
13. İSLAM TARİXİNDƏ MÖTƏZİLİLƏR
İslam tarixində mötəzililər – İslam sxolastik ilahiyyatının – kəlam
elminin görkəmli nümayəndələridirlər.
İnsan iradəsinin azadlığı və insanın öz əməlləri üçün məsuliyyəti,
Qurani-Kərimin əzəli və ya sonradan yaranmış olması, Uca Allahın
zati və sifətləri, böyük günah işlətmiş insanın aqibəti məsələlərini
öyrənən ilahiyyatçılar kəlam alimləri və ya mütəkəllimlər kimi
məlum idilər. Bu kəlam məktəbi ilk olaraq İraqda pərvəriş tapmışdır.
Mötəzililik məktəbinin banisi, təməl qoyanı Vasil ibn Əta sayılır. O,
dünyasını 748-ci ildə dəyişmişdir. Vasil ibn Əta böyük günah işlətmiş
insanın halının necə olacağı məsələsində öz müəllimi Həsən əl-Bəsri
(vəfatı – 728-ci ildə) ilə ixtilafa girmiş və ondan uzaqlaşmışdır.
Mötəzili adı da buradan götürülmüşdür. Yəni “ayrılan” mənasındadır.
153
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə