Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə44/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   40   41   42   43   44   45   46   47   ...   110

Qeyd etdiyimiz kimi, Abbasilərin iqtidara gəlmələri ilə İspaniya
müsəlman olan Şərqdən ayrıldı. Bir illik hakimiyyətdən sonra,
1942-ci ildə bu müsəlman dövlətinin son izləri xristian kastilyalılar
tərəfindən yox edildi. Siyasi məğlubiyyətdən sonra müsəlmanlar
onları xristianlaşdırmaq istəyən insanların qanlı təzyiqlərinə və
zülmlərinə uğradılar. Onların bütün yazıları, kitabxanaları biryolluq
məhv edildi.
Çin heç bir zaman müsəlmanların siyasi rəhbərliyi altına
girmədi. Orta Asiyadan gələn Müsəlmanlar Şərqi Türküstanı islam-
laşdırdılar və qısa müddətli Şahzadəliklər qurdular və onların
sülhsevər fəaliyyətləri sayəsində milyonlarla çinli və Tibet türkləri
islamı qəbul etdilər. Lakin, bununla yanaşı, çinlilərin böyük
əksəriyyəti vahid Allah inancına dayanan İslam dinini qəbul
etməmişlər. 
Cənub-şərqi Asiyanın tarixi isə başqadır. Son əsrlərdə Cənubi
Hindistanda olduğu kimi, Cənubi Ərəbistandanda da müsəlman
tacirlər oralara getdilər. Bunun sayəsində Malayziya yarımadası ilə
birlikdə, buradakı bütün adalar islamlaşdı. Misirdən Mərakeşə qədər
Şimali Afrika ilk dövrlərdən islamlaşdı. Şərqi Afrika Ərəbistana
yaxın olduğu üçün təbii olaraq islamlaşdı. Oralarda olan geniş
bölgələrdə çox sayda müsəlman dövlətləri yarandı.
Qərbi Afrikada islam gec yayılmışdır. Ərəb tarixçilərinin yaz-
dıqlarına görə, Afrikanın müsəlmanları Amerikanın, xüsusilə də
Braziliyanın yolunu ilk kəşf edən insanlar oldular.
Xristofor Kolumb və onun ardıcılları zamanında ilk avropalılar
orada qaradərililərə rast gəldilər. Müsəlmanların Afrika-Amerika
əlaqələri bir çox tarixi hadisələri isbat etdiyi kimi, müsəlman olan
İspaniyanın süqutuna və Amerikanın avropalılar tərəfindən
müstəmləkələşdirilməsinə qədər davam etdi. Afrikanın özü belə
fransız, ingilis, alman kimi avropalı güclərin pəncəsinə düşdü. Bəzi
geniş bölgələr heç bir zaman islam rəhbərliyi görmədi. Lakin, Qərb
siyasətçiləri tərəfindən qoyulan maneələrə baxmayaraq, islam bu-
ralarda bu gün belə yayılmasını davam etdirməkdədir. 
139
Ziyadxan NƏBİBƏYLİ


İndoneziyadan Mərakeşə qədər Birləşmiş Millətlər Təşkilatına
üzv olan 40-dan çox müsəlman ölkəsi vardır. Kifayətdir ki, dövlət
işlərinin başında olanlar zəkalı və fayda güdməyən insanlar olsun-
lar, milli mənfəəti şəxsi mənfəətlərindən üstün tutsunlar. Əgər İs-
paniya, Fransa, Rusiya, Çin və digərləri onlara bağlı olan müsəlman
cəmiyyətlərini həqiqi müstəqillik istiqəmətində təhsilləndirərlərsə,
onlar öz müstəqillikləri üçün mübarizədən əl çəkər və hər kəs öz
yardımçıları ilə əməkdaşlıq əlaqəsində yaşayarlar. 
Bütün bunlarla yanaşı bu gün islam, mövcud bütün irqlərin
qəlbində uzun yüzillərdən bəri kök salmışdır. Dünyadakı
müsəlmanların tam sayını heç vaxt qəti olaraq müəyyən etmək
çətindir. 
Lakin, bu da bir həqiqətdir ki, bu gün Hz.Adəm və
Hz.Həvvanın nəvələrinin dörddə biri ilə beşdə biri arasındakı bir
hissə, hər gün “Allahu-Əkbər” deyib Kəbəyə tərəf üz tutaraq təzim
etməkdədirlər.
3. İSLAMIN ƏSASLARI VƏ YA 
3. İSLAMIN ƏSASLARI VƏ YA 
ÜSULİDDİN
ÜSULİDDİN
Üsuliddin – İslamda imanın əsas şərtlərini nəzərdə tutur. Üsu-
liddin şərtləri beşdir. Tövhid – Allahın birliyinə, allahlıqda şəriki
olmadığına iman; Ədl – Allahın ədalətli olduğuna, insanın əməlləri
barədə ədalətlə hökm verəcəyinə iman; Nübüvvət – Məhəmmədin
və ondan əvvəlki peyğəmbərlərin peyğəmbərliyinə, onların
gətirdikləri kitabların doğruluğuna imanMəad – qiyamətə, axirət
aləminə, mizan-tərəziyə iman; İmamət-xilafət – Peyğəmbərin
vəfatından sonra ali dini və dünyəvi rəhbərlik işlərində ona varisli-
yin zəruriliyinə iman.
İslama görə, üsuliddinə görə deyilən şərtləri qəbul edənlər və
onlara əməl edənlər müsəlmanlar, etməyənlər isə kafirdirlər.
140
Əxlaqa aparan yol


4. QURANIN NAZİL OLMASI
4. QURANIN NAZİL OLMASI
Quran insanlığa İlahidən göndərilmiş çox mükəmməl səmavi
töhfədir. Quran Məhəmməd peyğəmbərə Allahdan nazil edilmiş
vəhylərin məcmusudur. “Oxu” mənasında Quran adlandırılmışdır.
Məhəmməd peyğəmbər şəraitə müvafiq olaraq 23 il müddətində
hissə-hissə vəhy almışdır. Vəhy özü Allahın əmr və qadağalarını Öz
yaratdıqlarına göndərmə qaydasından ibarətdir. Qurandakı vəhylər
Allahın birbaşa sözüdür. Vəhy mələyi Cəbrayıl vasitəsi ilə
Məhəmməd (ə), onun vasitəsi ilə isə insanlara çatdırılmışdır. Qu-
randakı vəhylər ayə-ayə, bitmiş fikir şəklində nazil edilmişdir.
Məkkədə nazil olan ayələr Məkkə ayələri, Mədinədə nazil olan
ayələr Mədinə ayələri sayılır. Quran ayələri fəsillərdə toplanmışdır
ki, buna da surə deyilir. Quranda 114 surə vardır. Bunlardan  ən
uzunu 286 ayədən ibarət əl-Bəqərə surəsi, ən qısaları isə 3 ayədən
ibarət əl-Kövsər, əl-Nəsr və əl-Əsr surələridir.
Qurani-Kərim əl-Fatihə surəsi ilə başlanır, ən-Nas surəsi ilə
bitir. Bunlardan 90 surə Məkkədə, 24 surə isə Mədinədə nazil ol-
muşdur.
Məhəmməd peyğəmbər İlahi tərəfindən ona çatdırılan ayələri
əzbərləmiş, katiblərinə yazdırmışdır. Peyğəmbərin vəfatından sonra
Qurani-Kərim kitab şəklində yazıya alınmış, yeddi  nüsxə
köçürülərək biri Mədinədə saxlanmış, qalanları böyük şəhərlərə –
Kufə, Bəsrə, Dəməşq, Məkkə, Yəmən və Bəhreynə çatdırılmışdır.
Belə hesab olunur ki“Quran” sözü ecazkar sözdür və bəşər
övladı bu cür söz düzəltmək iqtidarında deyildir.
“Sünnə” – yol, qayda-qanun  mənasında işlənir. Sünnət
Rəsulillah – “Allahın rəsulunun sünnəsi” sözünün qısaldılmış ha-
lıdır. Məhəmməd peyğəmbərin keçdiyi yol, ibadət tərzi, dövlətçilik,
sərkərdəlik və hakimlik üsulu, ailəsi, silahdaşları, düşmənləri ilə
bağlı təcrübəsi Sünnə sayılır. Sünnə Məhəmməd peyğəmbərin de-
141
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə