Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə43/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   39   40   41   42   43   44   45   46   ...   110

hakimiyyətə gəldi və bir neçə ay gərgin işdən sonra sərbəstləşdi.
Həmin dövrlərdə də İran və Bizans güclü dövlət sayılırdılar və qar-
şılıqlı münasibətləri heç də yaxşı deyildi. İslam xəlifəliyi bu
dövlətlərin hər ikisindən hərbi güc etibarı ilə zəif sayılsa da ideoloji
cəhətdən çox yüksəkdə idi. Bu dövlətlərin islamı qəbul etməməsi
və digər səbəblərdən, xəlifəliyə təhlükəli olduğundan Hz.Əbu Bəkr
bu dövlətlərə qarşı eyni vaxtda müharibəyə başladı, xeyli zəfərlər
əldə etdi və xəlifə Hz.Əbu Bəkr vəfat etdi. Onun yerini alan
Hz.Ömər bu işi daha uğurlu davam etdirdi. 
Hz.Ömərin zamanından etibarən (634-644) Müsəlmanlar Su-
riya, İraq və İrandan keçərək Trablüsdən (Liviya), Bəlhə
(Əfqanıstan), Sində və Qucarata (Hindistan-Pakistan) qədər
əraziləri öz itaətlərinə aldılar. Hz.Ömərin varisi Hz.Osmanın zama-
nında isə (644-656) Donqola yaxınlığına qədər Sudanın hakimləri
olmuşlar. Müsəlmanlar Əndələsün (İspaniya) bir hissəsini də fəth
etmişlər. Kipr, Rodos və Krit adaları o dövrdən etibarən islam tor-
paqları halına gəlmiş və bilavasitə İstanbul ilk islam istilasına şahid
olmuşdu. Hz.Peyğəmbərin (s) vəfatından 15 il keçmədən
müsəlmanlar Şərqdən Qərbə, Atlantikadan Sakit okeanın sahillərinə
qədər geniş bir əraziyə yayılmışdılar. İslamın çox böyük ərazidə və
çox böyük sürətlə yayılması zamanı maraqlı məqamlardan biri
məğlub olanların heç də qeyri-məmnun olmamaları idi. 
Günümüz üçün də maraqlı olan məsələlərdən biri də islam or-
dularının, onun rəhbərlərinin islami qaydalara çox vicdanlı yanaş-
maları olmuşdur. Onlar fəth etdikləri torpaqlarda insanları incitməz,
başqa dini məbədlərə və onun daşıyıcılarına hörmətlə yanaşmaları,
yeri gəldikdə bəxşişlər etmələri və əldə olunmuş qənimətləri heç
kimdən gizlətmədən qayda üzrə ortaya qoymaları olmuşdur. Hətta,
Hz.Ömər əsgərlərinin və zabitlərinin dürüstlüyü qarşısında dəfələrlə
təəcübünü gizlədə bilməmişdir. 
Hz.Ömərin dünyasını dəyişməsindən sonra islam dünyası 20 il
ərzində bir çox müharibələr aparmalı oldu, hökmdarlar tez-tez
dəyişdi. Lakin, Əbdülkərimin (Əməvi) taxta çıxması ilə (685-705)
136
Əxlaqa aparan yol


hökumət istiqlala qovuşdu və yeni bir fəth dalğası vüsət aldı.
Mərakeş, İspaniya, Hindistan və Maverəünnəhr müsəlman torpa-
qıarına qatıldılar. Bordeaux, Narbonne və Toulouse (Fransa)
şəhərləri onların əlinə keçdi, paytaxt Mədinədən Şama köçürüldü,
sənayedə böyük yüksəliş oldu, Ömər ibn Əbdüləzizin (817-820)
qısa sürən hökmdarlığı çox parlaq oldu, xeyli islahatlar apardı,
islamı daha da şərəfləndirdi. 
Müsəlmanlar arasında sünnülər və şiələr məsələsi də, yəni
məzhəb məsələsi də həmin dövrdən qalmadır. Belə ki, bu iki
məzhəb siyasi bir məsələdən irəli gəlmədir. Onun kökündə isə
Hz.Peyğəmbərin (s) Xəlifəsinin seçki yolu ilə başa gələcəyinin
doğru olması məsələsi olmuşdur, fikir ayrılığı olmuşdur və bu
da daxili müharibələrin ortaya çıxmasına səbəb olmuşdur.
Nəticədə, əməvilər hakimiyyəti öz yerlərini 750-ci ildən
Abbasilərə verməli oldular. Abbasilərin iqtidara gəlişi islam
ölkəsinin siyasi birliyində ilk ayrılığın başlanğıcıdır. Bütöv bir ölkə
əvvəlcə ikiyə, ardından da durmadan artan sayda əyalətlərə bö-
lündü, nəticədə Şərqdə xəlifəlik mərkəzi Şamdan Bağdada köçdü.
921-ci ildə “Bolqar” (Rusiyadakı Volqa çayı üzərindəki Qazan
bölgəsi nəzərdə tutulur) kralı Bağdaddan bir müsəlman dəvət etdi.
Qazana (Kazana) ibn Fədlən adlı bir müsəlman göndərildi. Qazan
kralı özü islamı qəbul etdi. Diğərləri də krala baxıb islamı qəbul
etməklə bu bölgədə və onun ətrafında, Şimali Qafqazda islamlaşma
get-gedə geniş əraziləri əhatə etdi.
Bu dövrlərdə Əfqanıstandakı Qəznəlilər xanədanı Hindistanı
yenidən fəth etməyə başladılar. Ölkənin şimalı ilə kifayətlənən bir
neçə xanədandan sonra türk əsilli Hilçilər yürüşləri cənuba doğru
istiqamətləndirdilər. Malik Qafur böyük sürətlə irəlililədikcə bütün
Hindistanın cənubundan ancaq müsəlman dövlətlərinin ancaq qu-
rulduğunun şahidi oldu. Qeyd edək ki, Hindistanın tarixində ən
məhşur hökmdarlar Böyük Monqollar olmuşlar (1526-1858). Onlar
uzun müddət bu geniş ölkənin sahibi olmuşlar. XVIII əsrdən
etibarən mərkəzi iqtidar əyalət valiləri lehinə zəifləməyə başladı.
137
Ziyadxan NƏBİBƏYLİ


Lakin, 1858-ci ildən ingilislər onları sıxışdırdılar və ölkənin beşdə
üçünü birləşdirib Londona tabe etdilər. Qalan torpaqları yerli
dövlətlər arasında bölüşdürdülər. Əslində bu dövlətlərin bəziləri
müsəlman dövlətləri idilər. Bu muxtar dövlətlər hind-müsəlman
mədəniyyətini günümüzə qədər mühafizə etmişlər. Bunlardan biri
Hindistanın mərkəzində yerləşən, 20 milyondan artıq əhalisi olan
Heydərabad islami təhsildəki islahatları ilə seçiləndir. Otuz illik
təcrübə və gözəl nəticələrdən sonra o mədəniyyətdən yalnız
xatirələr qaldı. Çünki ingilislər 1947-ci ildə bu torpaqları Pakistan
(müsəlman) ilə Hindistan (qeyri-müsəlman) arasında bölüşdürüb
buranı tərk etdilər. Bununla da buradakı sosial mədəniyyətlər məhv
edildi. 
XI əsrdə siyasi səhnəyə çıxan səlcuqlar qısa zaman kəsiyində
tək Orta Asiyaya deyil, Anadolunun ucqarlarına qədər hökmran ol-
dular. Onlar bir neçə nəsildən sonra yerlərini Osmanlı türklərinə
verməli oldular. Osmanlı türkləri isə boğazı keçib öz
hakimiyyətlərini Vyanaya qədər genişləndirdilər. Türklərin paytaxtı
əvvəlcə Konya sonra İstanbul daha sonra isə Ankara oldu. Osman-
lıların XVIII əsrdə Avropa ölkələrini azad buraxmaqla başlayan
geriləmələri 1-ci dünya müharibəsində hər şeylərini itirməklə
davam etdi və 1919-cu ildə tamamlandı.
XVI əsrdə Osmanlı imperiyası Avropadan Avstraliyaya, Şimali
Afrikadan Əlcazairə və Asiyaya, Anadolu və Mesopotomiyadan
keçərək, Gürcüstandan Yəmənə qədər hökm edirdi.
XIII əsrdə tatarların bir hissəsi hələ müsəlman olmamışdı. On-
ların rəhbərliyinə gələn Xülaqu yüzminlərcə müsəlmanı qətl
etməklə yanaşı, 1258-ci ildə paytaxt Bağdadı dağıtdı. Laki, onun
ordusu Fələstində Misirin müsəlman kralı Baybars tərəfindən
məğlub edildi. Onun məqsədi islamı yox etmə və Qərbə üstünlük
yaratmaq idi. Onlar müsəlman olduqdan sonra islam dinini yaymaq
və hökmranlıqlarını genişləndirmək üçün Şərqi Avropanın müxtəlif
ölkələrinə getdilər. Onların Finlandiya, Litva, Polşa və Rusiyanın
müsəlman insanları arasında hələ də canlı izləri vardır.
138
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə