Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə42/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   38   39   40   41   42   43   44   45   ...   110

ilə Quran yalnız əmr etməklə kifayətlənməz, inandırmağı da sınaqdan
keçirər. İnsanı ağlına dəvət edər, məsələlərdən, məcazlardan istifadə
edər. Quranda Allahın Öz xüsusiyyətləri haqqında açıq bilgilər vardır.
O, birdir, hər  şeyin yaradıcısıdır, hər şeyi bilən, hər şeyə gücü
yetəndir; öldükdən sonra bizi diriltməyə və bu dünyada etdiklərimizin
hesabını sormağa qadirdir, adildir və mərhəmətlidir. Bununla yanaşı,
Quran Allaha ibadət etmənin şəklini, ən yaxşı duaları, insanın Allaha,
Onun yaratdığı məxluqlara və özünə qarşı olan vəzifələri haqqında
tam bir bilgi verir. Özümüzə qarşı vəzifəmiz dediyimizdə, biz öz-
özümüzün sahibi deyil, əksinə, bizlər Allaha aidik. O, öz mülkiyyəti
olaraq bizi özümüzə əmanət etmişdir, ona görə bizim bu əmanəti
səylə qorumağımız gərəkdir. Qurani-Kərim ticarət, evlənmə, miras,
cəza hüququ, millətlərarası hüquq kimi bütün mövzularda cəmiyyətin
həyatı üçün ən yaxşı qullarını müəyyən edir. Lakin, Quran sözün əsl
mənasında bir kitab deyildir. Quran Allahın insanlığa göndərdiyi,
iyirmi üç il boyunca elçisinə vəhy etdiyi sözlərinin, fikirlərinin
cəmidir. Onun üçün örtülü ifadələr, yeniləmələr və hətta izahatlarda
görünüş dəyişiklikləri də vardır. Allah bəzən birinci, bəzən də üçüncü
tərəf olaraq danışacaqdır. Qurani-Kərim lazım olduqca enən
vəhylərin toplumudur. Onu oxumağa ilk dəfə başlayanların bu
həqiqəti hər zaman xatırlamaları lazımdır. Vəhylərin mənasını daha
yaxşı qavraya bilmək üçün onu təkrar-təkrar oxumaq lazımdır. Çünki,
Quran hər yerdə, hər zaman və hər kəs üçün ən etibarlı yol göstərən
tək rəhbərdir. Quranın dili və üslubu misilsizdir və ilahi keyfiyyətinə
layiq səviyyədədir. Onun oxunması ruhları coşdurur, dinləyənləri
başa düşmədən belə, həyəcanlandırır.
Quran özünün ilahi mənşəli olduğunu qətiyyətlə ifadə edir: “De
ki, insanlar və cinlər bu Quranın bənzərini gətirmək üçün bir yerə
toplansalar, onun bənzərini gətirə bilməzlər, bir-birlərinə kömək
etsələr belə” (İsra surəsi, 88).
Qurani-Kərimi təmsil edən vəhylərlə yanaşı hədislər də vardır.
İslam peyğəmbəri Hz.Məhəmmd (s) haqqındakı izahatlar hədis ad-
lanır. Hədis deyildiyi zaman Hz.Peyğəmbərin (s) sözləri, davranışları
133
Ziyadxan NƏBİBƏYLİ


və ona inanan insanların hərəkətlərinə qarşı verdiyi münasibətlər an-
laşılır. Qurani-Kərim hədisin hüquqi mənasını dəfələrlə xatırlatmış-
dır: “Allaha və elçisinə itaət edin” (Nisa surəsi, 59). “Peyğəmbər sizə
nə verdisə onu alın, nəyi qadağan etdikdə ondan yan keçin...” (Nəşr
surəsi, 7). “O, öz istəyi ilə danışmır. Bu (bildikləri), vəhydən başqa
bir şey deyildir” (Nəcm surəsi, 3-4). “And olsun ki, Allahın
peyğəmbərində Allahı və axirət gününü arzu edənlərlə Allahı çox zikr
edənlər üçün gözəl nümunə vardır” (Əhzab surəsi, 21). Ona görə Hz.
Peyğəmbərin (s) əmr etdiyi hər bir şey onu ümmətə göndərənin
iradəsinin  bir ifadəsidir. Vəhy gəlmədiyi zaman Hz.Peyğəmbərin (s)
öz ağlına güvənərək qərar verdiyi vəziyyətlər də olmuşdur.
Hz.Məhəmməd (s) öyrətdiklərini həyatın bütün mənalı
sahələrində istifadə etmək imkanını da əldə etdiyinə görə
müsəlmanlar üçün hədisin əhəmiyyəti daha bir dəyər qazanır. O, öz
cəmiyyətinə qaydalarını səylə yerinə yetirdiyi bir dini
möhkəmləndirdi, tanıtdı. Ali rəhbər olaraq idarə etdiyi bir dövlət
qurdu. Sülhü və daxili qayda-qanunu təmin etdi. Xarici güclərdən qo-
runmaq üçün ordular yaratdı. Vətəndaşlar arasında olan anlaşılmaz-
lıqları hiss etdi, günahı olanları cəzalandırdı. İnsan həyatının bütün
sahələri ilə əlaqəli qanunlar yaratdı, ailə həyatının bir nümunəsi oldu.
Başqalarına qoyduğu qanunlardan özünü üstün tutmadı. Qoyduğu qa-
nunlar xüsusi, şəxsi yox, bəşəri oldu. Bununla yanaşı Hz.Peyğəmbər
(s) Məkkədən Mədinəyə gəlməsi barəsində, burada bir dövlət qur-
masına aid, insanların (müsəlmanların) siyahıya alınması, Ərəbistan,
Efiopiya, İran, Bizansla yazışmalar, İslama dəvət məktubları, yaxud
fars dilini bilən əshabə Hz.Salman əl-Farisinin Hz.Peyğəmbərin (s)
izni ilə Quran surələrinin farscaya tərcüməsi və s. yazılı sənədlər
(hədislər) – yazılı rəsmi sənədlər almış və bəziləri də günümüzə qədər
gəlib çatmışdır (Bx. Serahsi, Mebsud, 1, 37).
Hz.Peyğəmbər dövrünün bu cür sənədlərini bir araya gətirən
əsərlər yüzlərcə səhifələrdən ibarətdir.
Tirmizi belə nəql edir. Bir gün Ənsar (mədinəli müsəlman)
Hz.Peyğəmbərə (s) yaddaşının pisliyindən, eşitdiyi hikmətli sözləri
134
Əxlaqa aparan yol


çox tez unutduğundan şikayət etdi. Buna qarşılıq olaraq
Hz.Peyğəmbər (s) ona: “Sağ əlindən istifadə et – istədiklərini yazıya
keçir” – deyərək tövsiyyə etdi. 
Çox sayda mənbələr (Tirmizi, Əbu Davvud və digərləri) gənc bir
məkkəli olan Abdullah ibn Əmr Asın Hz.Peyğəmbərin bütün
dediklərini qeyd etməyi vərdiş halına gətirdiyini bildirir. Xəlifə
Hz.Əbu Bəkr içərisində Hz.Peyğəmbərlə (s) əlaqəli çox hadisənin
yazılı olduğu bir əsər qələmə aldı. O, bunu qızı Hz.Aişəyə verdi.
Lakin, ertəsi gün əsəri geri alıb ləğv etdi və “Mən öyrənmiş olduğum
kimi qeyd etmişdim. Əsərdəki hadisələr Hz.Peyğəmbərin (s) buyur-
duğu şeylərlə kəlmə-kəlməyə eyni olmaya bilərdi” – dedi. Hz.Ömər
üçün isə Məmar ibn Rəşid belə deyir: “Hz.Ömər xəlifəliyi zamanında
hadisələrin toplanıb yazıya keçirilməsi haqqında bir fikir əldə etmək
üçün əshabələrin düşüncələrini sordu. Hamı ona müsbət cavab verdi.
Lakin, Hz.Ömər tərəddüd etdi və bir ay boyunca bu mövzuda onu zi-
yalandırması üçün Allaha dua etdi. Sonra heç bir şey etməmək
qərarına gəldi. O, yaşlı əshabələrin vəhy edilmiş ilahi kitabı bir yana
qoyub peyğəmbərlərinin davranışları ilə əlaqəli anladılanlara sarıla-
caqlarını bildirdi. Buna görə də Quran ilə hədislər arasında qarışıqlıq
meydana gətirmək istəmədiyini söylədi”.
Odur ki, hədislə Qurani-Kərimi müqayisə etmək düzgün deyil və
İslamın əsasının Qurani-Kərim olduğunu heç cürə unutmaq olmaz.
2. İSLAM TARİXİNƏ QISA SƏYAHƏT
2. İSLAM TARİXİNƏ QISA SƏYAHƏT
Günümüzdə islamın insanlara bəxş edilməsindən təxminən
1400 il keçir.
Öncə qeyd edək ki, Hz.Məhəmməd (s) 632-ci ildə son nəfəsini
verənə qədər, özündən sonra yüksək mənəvi dəyərlərə malik insan-
ları olan böyük bir dövlət yaratmışdı. Həm də, bu işləri davam etdirə
biləcək gücə malik, təlimi ruhlara işləmiş kifayət qədər insanları
yetirmişdi.
Hz.Məhəmmədən (s) sonra birinci xəlifə Hz.Əbu Bəkr
135
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə