Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə38/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   34   35   36   37   38   39   40   41   ...   110

gəldi. Həmin qəbilələrin on iki nümayəndəsi hər il Məkkəyə ənənəvi
ziyarətə gələn bütpərəstlərin illik zəvvarlıq mövsümlərinin birində
Məhəmmədlə görüşmüş, onun təlimini qəbul edib, ona sadiq qala-
caqlarına və yardım göstərəcəklərinə and içmiş və buna görə də son-
ralar fəxri ənsar rütbəsi almışdılar. Növbəti zəvvarlıq mövsümündə
bu andiçmə təkrar edilmiş, lakin bu dəfə andiçmə mərasimində
Məhəmmədin yetmiş yəsribli tərəfdarı iştirak etmişdi. Həmin and
içmədə onlar Məhəmmədə söz verdilər ki, onun dininə riayət etməklə
yanaşı, həm də bu dini həyatları bahasına qoruyacaqlar. Məhəmmədə
tamamilə aydın oldu ki, İslam ideyaları Yəsribdə olduqca əlverişli
zəmin tapmışdır. Buna görə də o, Yəsribdə məskən salmağı qərara
aldı. Belə bir qərarın qəbul edilməsi təkcə Məhəmmədin təbliğ etdiyi
ideyalara yəsriblilərin bəslədikləri sədaqətlə deyil, həm də onunla
bağlı idi ki, Məhəmmədi tərəfdarları ilə birlikdə aşkar cismani cəza
gözləyirdi.
Əvvəlcə Məhəmməd təliminin sədaqətli tərəfdarları (onun
əshabələri) ailələri ilə birlikdə Yəsribə kiçik qruplarla və
Qüreyşilərdən xəlvəti olaraq köçdülər. Onlardan, yəni Yəsribə köçən
ilk müsəlmanlardan (mühacirlərdən) sonra isə Məhəmməd özü də
ailəsi və ən yaxın adamları ilə birlikdə məşhur hicrət etdi. 622-ci il
iyulun 26-da baş verən həmin hadisə müsəlman erasının başlan-
ğıc nöqtəsi, rəsmi müsəlman təqviminin başlanğıcı oldu.
53 yaşlı Məhəmmədin sonradan  Mədinə (Peyğəmbərin şəhəri)
adlandırılacaq Yəsribə köçməsi onun ictimai statusunu kökündən
dəyişdirdi. O, yeni dinin mübəlliğindən, dini “nəsihətçidən” və
“çəkidiricidən” sözün tam mənasında adamlara ilahi qanunları çatdı-
ran “Allah elçisi”nə çevrildi. Adamlar Yer üzündəki həyatlarında
onun söylədiyi qanunlara riayət etməli idilər. Müsəlmanların həyat
tərzi və yeni dinin başlıca ayinləri haqqında bütün əsas göstərişləri
də Məhəmməd öz peyğəmbərliyinin məhz Mədinə dövründə yarat-
mışdır.
Məhəmmədin ətrafında birləşmiş mühacirlər və ənsarlar
Mədinədə öz icmalarını – ümməti yaratdılar. Ümmət Ərəbistan yarı-
119
Ziyadxan NƏBİBƏYLİ


madasında o vaxtadək ənənəvi olan qəbilə-tayfa birliklərindən fərqli
olaraq qan qohumluğu əsasında deyil, eyni dini təlimə mənsub olmaq
əsasında qurulmuşdu. Bu icma teokratik təşkilat idi. Məhəmməd
eyni zamanda icmanın həm dini, həm də dünyəvi başçısı rolunu oy-
nayırdı. Bu icma Məhəmmədin dinini qəbul edənlərin hamısı üçün
əslində açıq idi. Hicrətdən bir neçə il sonra Mədinənin bütün ərəb
əhalisi (daha doğrusu, bütpərəst əhalisi) Məhəmmədin icmasına daxil
olmuşdu. Şəhərin yəhudiliyə etiqad bəsləyən və ondan əl çəkmək
istəməyən digər sakinləri oranı tərk etmişlər.
Hicrətin ikinci ilində Hz.Məhəmməd Uca Allahın vəhyi ilə
qibləni dəyişdirdi, namaz qılarkən üzü Qüdsə tərəf deyil, Məkkədəki
Kəbə məbədinə tərəf tutmağı əmr etdi. Bu tədbir təkcə yəhudi
mədinəlilərə qarşı getdikcə daha da şiddətlənən mübarizənin nəticəsi
deyildi: o həm də Məhəmmədin ən mühüm strateji məqsədini – bütün
Qərbi Ərəbistanın baş dini mərkəzi olan Məkkəni tabe etdirmək
məqsədini ifadə edirdi. Məhəmmədin məkkəlilərə qarşı təşkil etdiyi
iqtisadi müharibə də həmin məqsədə xidmət edirdi. O, bu müharibəni
məkkəlilərin əsas gəlir və rifah mənbəyi olan ticarət karvanlarına
müntəzəm basqınlarla başlamışdı. 624-cü ildə bu zaman üzərində
Bədr kəhrizləri yaxınlığında əsl hərbi çarpışma baş verdi və çarpış-
mada məkkəlilər məğlubiyyətə uğradılar. Lakin, onlar 625-ci ildə
Ühüd dağı yanında Mədinə qoşununu darmadağın edib qisas aldılar,
626-cı ildə isə öz karvan yollarını mədinəlilərin təhlükısindən
tamamilə qurtarmaq məqsədi ilə mədinəlilərə qəti zərbə endirməyə
cəhd göstərdilər. Məkkəlilər Bədəvi tayfaları və Mədinədən sürgün
edilib Xeybərdə sığınacaq tapmış yəhudilərlə ittifaq bağlayıb Mədinə
icmasına qarşı böyük yürüşə başladılar. Məhəmməd ağıllı hərəkət
edib açıq çarpışmadan çəkinməyi, lakin Mədinəni uzunmüddətli
müdafiəyə hazırlamağı qərara aldı. Bu məqsədlə şəhərin ətrafında
xəndək qazıldı və oxatanlar bu xəndəkdə oturub düşməni gözləməyə
başladılar. Ərəbistan yarımadasında əvvəllər məlum olmayan,
məkkəlilərin başlıca qüvvəsini təşkil edən Bədəvi süvarilərinin döyüş
imkanlarını ciddi surətdə məhdudlaşdıran bu yeni taktika məkkəliləri
120
Əxlaqa aparan yol


çaşbaş saldı. Şəhərin bilavasitə hücumla alınması baş tutmadı. Çoxlu
yağış yağan və soyuq şimal küləkləri əsən sərt qış şəraitində şəhərin
mühasirəyə alınması uzun çəkdi və onu mühasirədə saxlayanlar üçün
əziyyətli oldu. Məkkəlilərin düşərgəsində didişmələr başlanmışdı.
Məkkəlilərdən asılı vəziyyətdə olduqlarına görə Bədəvilər adətən on-
lara nifrət bəsləyirdilər. Bundan məharətlə istifadə edən
Məhəmmədin diplomatiyası düşmən cəbhəsində didişmələri daha da
şiddətlənirdi. Məhəmmədin elçiləri güclü tayfa olan Qətəfan
qəbiləsinin dəstələrinin başçıları ilə gizli danışıqlar apardığına görə
Bədəvilər nəticə etibarı ilə mühasirəçilərin cəbhəsini tərk etdilər. On-
ların getməsi Mədinənin mühasirəsini perspektivsiz işə çevirdi və
mühasirə ləğv edildi. Beləliklə, Məhəmməd çox mühüm qələbə qa-
zandı. Bu qələbə onun Mədinədəki icmasının daha çox birləşməsinə,
eləcə də də yeni Bədəvi tayfalarının bu icmaya qoşulmasına səbəb
oldu.
Hicrətin altıncı ilində Məhəmmədin qüvvələri ilə onun
düşmənlərinin qüvvələrinin nisbəti elə idi ki, Məkkəli Qüreyşilərin
hakim mövqe tutan başçıları mövcud problemləri qarşılıqlı güzəşt
əsasında həll etmək üçün Məhəmmədlə bərabər hüquqlu danışıqlar
aparmağa məcbur oldular. Məsələn, Hüdeybiyyədə yazılı surətdə çox
vacib bir saziş təsbit edildi. Sazişə görə, Məkkəlilər sonrakı il Mədinə
müsəlmanlarının Kəbəni maneəsiz ziyarət etməsinə imkan
verəcəklərini vəd etməklə yanaşı, həm də öhdəlik götürdülər ki,
zəvvarlar Məkkədə olacaqları müddətdə (3 gün) şəhəri tərk edəcəklər.
Mədinəlilər isə söz verdilər ki, bundan sonra məkkəlilərin karvanla-
rına basqın etməyəcəklər. 628-ci ildə mühacirlər və ənsarlar Kəbəni
ziyarət edəndə məkkəlilər bir daha şəxsən yəqin etdilər ki,
Məhəmməd bütün Qərbi Ərəbistanın dini mərkəzi kimi onların
şəhərinin nüfuzuna qətiyyən xələl vurmur. Eyni zamanda Qərbi
Ərəbistanda məkkəlilərin siyasi nüfuzu dönmədən zəifləməkdə idi.
Belə bir şəraitdə Məkkə rəhbərliyinin ən uzaqgörən nümayəndələri
başa düşdülər ki, Məhəmmədin icması ilə əlaqələri daha da
genişləndirib möhkəmləndirmək yaxşı olar. Hələ son vaxtlara qədər
121
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə