Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə34/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   30   31   32   33   34   35   36   37   ...   110

yası olmuşdur. Nuh (ə) peyğəmbərə tapşırılan əsas iş – insanların,
canlıların Yer üzündən köklərinin birdəfəlik kəsilməsinin qarşısını
almaq və insanları küfrdən uzaqlaşdırmaqla saflaşma işi aparmaq ol-
muşdur. Allah Təala bu işi ilə də bir daha insanları küfrdən düz yola
döndərmək, dünyəvi qaydaları onlara xatırlatmaq olmuşdur. 
7. “NUH TUFANI”  HAQQINDA
7. “NUH TUFANI”  HAQQINDA
ARAŞDIRMALAR
ARAŞDIRMALAR
Tarixi elmi mənbələrdə və yazıya götürülmüş əfsanələrdə “Nuh
tufanı”  ilə əlaqəli xeyli mənbələr mövcuddur. Əslində, əfsanələr də
bu və ya digər tərzdə müəyyən hadisə, yaxud həqiqətlə bağlı olur.
Y.Səfərovun araşdırmalarında da bu məsələyə münasibət bildi-
rilmişdir (“Elm və həyat” jurnalı, 1982-ci il, N10, səh. 32).
Bir çox mövcud “Nuh tufanı” əfsanəsinə nəzər saldıqda, on-
ların Naxçıvanla bağlı xeylisinə rast gəlmək olur. Bunların
bəzilərində göstərilir ki, “Nuha Allah Təaladan məlum oldu ki,
Yer üzü günaha batıb, dünyanın üzünü (Yerin) su alacaq”. Ona
görə də Nuh böyük bir gəmi düzəltdi, öz ailəsini və hər canlıdan
bir cütlük götürüb gəmiyə yığdı. Onların özləri də bilmədən gəmi
Ağrı dağına, Naxçıvanın şərqindəki İlandağa (əfsanəyə görə
İnandağa), Ordubadın başı üstündəki Ələngəzə və Arazın
sahilindəki Kəmki dağına toxunmaqla Gəmiqayada torpağa
oturdu”.
Məlumatın ilk yazılı mənbəyi eramızdan əvvəlki 2-ci minilliyin
ortalarına aid olan Şumer əfsanəsidir. (Bu yazının müəllifi öz elmi
araşdırmaları ilə müəyyənləşdirmişdir ki, Şumerlər  günümüzdəki
Azərbaycan türklərinin, İran İslam Respublikasındakı, Əf 
-
qanıstandakı, Türkmənistandakı, Dağıstandakı, Georgidəki, İraqdakı,
Şərqi Türkiyədəki türklərin şəcərəsindəndirlər və yaxud əksinə).
Şumer əfsanəsinə görə, ümumdünya daşqınından böyük gəmidə yal-
nız “əməlisaleh” Ziusudra xilas ola bilmişdir.
107
Ziyadxan NƏBİBƏYLİ


Yenə də eramızdan əvvəlki 2-ci minilliyin ortalarına aid Gilqamış
haqqındakı “akkad” eposunda söylənilir ki, Utnapiştim “bütün can-
lıların toxumunu” götürərək, Allahın məsləhəti ilə düzəltdiyi gəmidə
daşqından xilas olmuşdur. Daha sonra “Atraxasis” dastanı adlı digər
bir “akkad” eposunun bəzi parçalarında da haqqında danışdığımız
ümümdünya daşqınından bəhs olunur. 
Yəhudi əfsanəsi “Əhdi-ətiq”də də həmin daşqından danışılır.
Yəni, Yer üzündə çox böyük günahlar olduğundan dünya daşqını
bütün canlıları məhv etmək üçün baş vermişdir. Nuh (ə)
peyğəmbərdən və onun ailəsindən, yeddi cüt “təmiz”, yeddi cüt
“natəmiz” heyvandan və yeddi cüt quşdan başqa Yer üzündə mövcud
olan hər bir şeyi məhv etmişdir. Nuh (ə) peyğəmbər isə Allahın əmri
ilə düzəltdiyi gəmidə öz ailəsi və götürdüyü canlılarla birlikdə xilas
olmuş və hazırkı Naxçıvan torpaqlarında məskunlaşmışdır.
Müqayisə etdikdə ilk baxışdan məlum olur ki, qədim “şumer”,
“akkad” və “yəhudi” söyləmələri ilə əfsanənin el dilindəki deyilənlər
məzmunca oxşardır. Yəhudi deyimi isə əfsanəyə daha yaxındır. Belə
olan halda düşünmək olarmı ki, yəhudi əfsanəsi – əfsanə üçün ilk
mənbə sayılsın. Bununla bağlı bəzi məlumatları və mülahizələrimizi
qeyd edək.
XX əsrin əvvəllərində Assuriyanın mərkəzi Nineva xarabalıqla-
rında aparılan arxeoloji qazıntı sayəsində mixi yazılı bir çox gil
lövhəciklər aşkar edilmişdir. Bu lövhəciklərdən birində “Nuh
tufanı”nın məzmunu verilmişdir. Bu münasibətlə əlaqəli Rəsul Sul-
tanov “Nuhun tufanı haqqında həqiqət” adlı əsərində yazır: “Maraq-
lıdır ki, burada dünya tufanı (“Nuh tufanı”) və Babilstanın yaranması
haqqında əfsanələr “Tövrat”da yazılanların sanki eynisidir. İngilis
alimi Smitin tədqiqatına görə, xaldeylər (Mesopotomiyanın əhalisi)
bunları heç də Musadan, yəni “Tövrat”dan götürməmişlər. Müəllif
daha sonra yazır ki, XIV Lüdovikin həkimi Jon Astrikin və məşhur
ilahiyyatçı De Vettanın tədqiqatına görə, “Tövrat”dakı Nuh tufanı
rəvayəti iki qədim mənbədən götürülmüşdür. Assuriya tarixini
öyrənən bütün alimlər bu nəticəyə gəlmişlər ki, “Tövrat” hekayəti –
108
Əxlaqa aparan yol


Xaldey çoxilahili politeist əfsanəsinin monoteist (Təkallahlıq) şəklini
daşıyır.
Digər tədqiqatçılar tərəfindən də qəbul edilən bu fikrə görə “Töv-
rat”da təsvir olunan yəhudi əfsanəsi özündən əvvəlki mənbələrdən
alınmışdır. Deməli, o, ilk mənbə sayıla bilməz. Rus alimi A.Kondra-
tov yazır: “”Tövrat”a inansaq dünya təxminən yeddi min il bundan
öncə yaranmışdır. Lakin, elə xristian və yəhudilərin müqəddəs kita-
bının  müəlliflərinin vətəni Fələstində 60 min il öncə burada yaşamış
ibtidai insanın izləri tapılmışdır”. Deməli, “Tövrat” etibarlı tarixi
mənbə ola bilməz. Xüsusən də onu dəfələrlə yenidən yazanda.
“Nuh tufanı”na aid əfsanəni daha qədimi məlumatlarla müqayisə
etdikdə bir çox oxşar və müştərək cəhətlər ortaya çıxır. Belə ki, in-
sanların günahı “dünya tufanı”nı yaradır və tufandan yalnız
“əməlisaleh” əfsanə qəhrəmanları və gəmidəki canlılar xilas ola bilir.
Yəni, A.Kondratovun dediyi kimi, məlum əfsanələrdən belə bir fikir
ortaya çıxır ki, müasir insan “ikinci cəhddən” yaranmışdır.
Bu oxşar, müştərək cəhətlər əfsanənin süjet və məzmunla
qədimliyini sübut edir, onun antik məlumatlarla eyni bir kök və
mərkəzlə bağlı olduğunu söyləməyə əsas verir.
Əvvəldə yəhudi əfsanəsinin ilk mənbə olmayıb, iki qədim
mənbədən alındığı, daha doğrusu Assuriya əfsanəsinin monoteist
şəklini daşıdığı qeyd olundu. Ona görə qədim “akkad” dilində
olan Şumer əfsanəsi ilk mənbə sayıla bilər (Azərbaycan türkləri
isə bundan fəxarət hissləri duymalıdırlar). 
İndi isə əfsanənin ərazi məsələsi üzərində dayanaq.
Bir sıra tarixçi və coğrafiyaşünaslar Naxçıvan şəhərinin eradan
əvvəl 1539-cu ildə bina edildiyini göstərmişlər. Qeyd edək ki, Nax-
çıvanın bu inşa tarixi Əfsanənin Şumerlər tərəfindən 2-ci minilliyin
ortalarında yazıya alındığı tarixlə eyni dövrə təsadüf edir. Bununla
yanaşı böyük dilçi alim A.Axundov yazır ki, “toponimin birinci tərkib
hissəsi Nax Nuh peyğəmbərin adının fonetik variantı, çi türk
dillərində isim düzəldən şəkilçi, van isə qədim İran dillərində yer,
məskən mənalarında işlənən toponimik formantdır. Beləliklə, “Nuh-
109
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə