Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə37/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   33   34   35   36   37   38   39   40   ...   110

yetim qalmış uşağa əmisi Əbu Talib qayğı göstərməyə başlamışdır.
Məhəmməd onu məhəbbət və qayğı ilə saxlayan babasına və əmisinə
bütün ömrü boyu dərin minnətdarlıq hissi bəsləmişdir.
On iki yaşında Məhəmməd Əbu Talibin ticarət işləri ilə əlaqədar
olaraq uzaq Suriyaya aylarla davam edən səfərində iştirak etmişdi.
Ərəbistan yarımadasının hüdudlarından kənara özünün bu ilk
səyahəti zamanı o, özü üçün yeni olan, bilavasitə doğulub boya-başa
çatdığı bütpərəst qəbilə-tayfa mühiti ilə çox böyük təzad təşkil edən
xristian, yəhudi icmalarının və digər dini icmaların dünyası ilə
bilavasitə təmasda olmuşdur. Bir çox şərhçilər heç də əsassız olma-
yaraq belə güman edirlər ki, bu yeni aləmlə tanışlıq balaca
Məhəmmədə silinməz təsir bağışlamış, onda mənəvi bir gərginlik ya-
ratmışdı. Bu gərginlik Məhəmmədin bütün sonrakı həyatı boyu
zəifləməmiş və onu nəticə etibarı ilə yeni dinin yaradıcısı kimi böyük
bir iş görməyə sövq etmişdir.
Məhəmmədin 21 yaşı tamam olanda o, Məkkə cəmiyyəti
içərisində “əmin” (“sədaqətli”, “etibarlı adam”) kimi ad çıxarmışdı.
Əbu Talibin məsləhəti ilə Məhəmməd Xüvəylid İbn Əsədin qızı, varlı
dul qadın Xədicənin yanında pirkeşik (ticarət işlərini idarə edən şəxs)
vəzifəsi alır. Xədicənin ticarət işlərini aparan Məhəmməd Suriyaya
daha bir səfər edir, həm də yeniyetməlik dövründə getdiyi yolu demək
olar eynilə təkrar edir, Hələbdə və Dəməşqdə olur. Müxtəlif dini ic-
malar, ilk növbədə xristian və yəhudi icmaları dünyası ilə bilavasitə
yeni təmas onların həyat tərzi və ideologiyası ilə yeniyetməlik
dövründə olduğundan daha şüurlu və hətta, demək olar ki, daha
məqsədyönlü tanışlıq nəticə etibarilə onun mənəvi təcrübəsini artır-
mışdır. Bunu Məhəmmədin xristian rahibləri ilə xüsusi görüşlərindən
və söhbətlərindən bəhs edən bir çox müsəlman rəvayətləri bilavasitə
nəzərə çatdırır. Həm yəhudi, həm də xristian dinlərinin təkallahlılıq
haqqında əsas ümumi ehkamı Məhəmmədin təkallahlılıq ideyasının
qətiləşib möhkəmlənməsinə, şübhəsiz, kömək etməli idi. Eyni za-
manda bu dinlərin bir-birini inkar etməsi, onların “yolu azmaq”,
“səhv yol ilə getmək” haqqında kəskin və sadəcə olaraq düşmən itti-
116
Əxlaqa aparan yol


hamları Məhəmmədi Allaha qovuşmaq üçün öz “doğru yolunu” ax-
tarmağa sövq edən əlavə amil oldu. Quranın ideya-mövzu istiqaməti
bunu tam aşkar şəkildə təsdiq edir. Əksər hallarda Əhdi-ətiq və Əhdi-
cədidlə səsləşən Quranın məzmununun başlıca fərqləndirici
xüsusiyyəti də ilk növbədə yəhudiliyin və xristianlığın məhz belə
cəhətlərinin tənqididir ki, bunların üstündə həmin dinlər qədim vaxt-
dan bəri öz aralarında şiddətli və amansız mübarizə aparmışlar.
595-ci ildə Məhəmməd Xədicə ilə evlənmişdir. Həmin vaxt
Xədicənin yaşı qırxa yaxın idi və o, iki dəfə ərdə olmuşdu, əvvəlki
ərlərindən iki oğlu və bir qızı vardı. Buna baxmayaraq Məhəmmədlə
Xədicənin qarşılıqlı məhəbbəti dillərə düşmüşdür. Məhəmmədin
bütün yaxın adamları arasında birinci olaraq Xədicə onun
peyğəmbərliyinə inanıb iman gətirmiş və yeni din – İslam dini uğ-
runda mübarizənin çox çətin başlanğıcında Məhəmmədə kömək
etmək üçün qüvvəsini və varidatını əsigəməmişdir. Məhəmməd
bunun müqabilində Xədicəyə böyük məhəbbət, dərin minnətdarlıq
və hörmət hissi bəsləmişdir. Maraqlıdır ki, Xədicə ilə ömür sürdüyü
25 il ərzində o, başqa heç bir qadınla evlənməmişdir.
Xədicənin Məhəmməddən daha iki oğlu və dörd qızı doğulmuş-
dur. İki yaşında ölən böyük oğlunun adı Qasım idi. Qədim ərəb adəti
ilə bu hadisədən sonra Məhəmməd hörmətlə Əbül-Qasım (Qasımın
atası) adlandırılmışdır. İkinci oğlu Abdulla da körpə yaşında ikən
ölmüş, Məhəmmədin Zeynəb, Ruqiyyə, Ümgülsüm və Fatimə adlı
dörd qızından isə yalnız sonuncusu onun nəslini davam etdirmişdir.
Məhəmməd 40 yaşında ikən dini düşüncələr və axtarışlar onun
həyatında getdikcə daha çox yer tutmağa başlamışdı, o, bəzən bütün
asudə vaxtını bunlara sərf edirdi. Hələ yeniyetməlik dövründə onun
daxilində baş qaldıran ruhi həyəcan misli görünməmiş dərəcədə
şiddətlənmişdi, çox vaxt əsl sarsıntı vəziyyətinə keçirdi. O, getdikcə
daha tez-tez vəcdə gəlir, gözünə anlaşılmaz surətlər görünür və qula-
ğına hələlik o qədər də başa düşmədiyi səslər gəlirdi. Məhəmməd
tez-tez Məkkə yaxınlığındakı Hirə mağarasına çəkilib (xüsusən
gecələr) öz dini xəyallarına dalırdı. Belə məqamların birində
117
Ziyadxan NƏBİBƏYLİ


Məhəmməd insanlara həqiqi sözü – Allahın sözünü “oxumağı” baş-
lamaq haqqında ona əmr verən mələyi qəflətən aydın “görmüşdür”
(Qurani-Kərim, XCVI surə). Bu hadisə Məhəmmədi o qədər sarsıt-
mışdı ki, o, uzun müddət dərin ruhi düşgünlük vəziyyətində qalmış,
onu belə vəziyyətdən çıxaran da həmin mələk olmuşdur. Mələk ona
Allahın sözünü adamlara çatdırmağı yenidən əmr etmişdir (Qurani-
Kərim, XXIII, XIV surələr).
Məhəmmədi birinci olaraq danışıqsız Allahın elçisi kimi tanıyan
Xədicə, öz əmisi oğlu Əli (Əbu Talibin oğlu) və oğulluğa götürdüyü
Zeyd olmuşdur. Tezliklə adlı-sanlı Məkkə taciri Əbu Bəkr, onun ar-
dınca isə Osman, Təlhə və Əbdürrəhman da ona iman gətirmişlər.
Məhəmmədin tərəfdarlarının əvvəlcə sayı 50 nəfərdən artıq olmayan,
əsasən onun qohum-əqrəbasından ibarət olan dəstəsi Məkkə
cəmiyyətinin qalan hissəsinin, ilk növbədə də nüfuzlu qüreyşilərin
aşkar ədavətinə, demək olar, düşmən münasibətinə rast gəldi. Onun
tərəfdarlarının on bir nəfərinin (ailəlikcə) Həbəşistana təcili köçməsi
də bunu kifayət qədər aşkar sübut edir.
Öz mərdliyi, ciddiyyəti və səmimi fədakarlığı ilə şöhrət qazanmış
Həmzə və Ömər yeni dini icmaya qoşulanda bu icmanın mövqeyi
xeyli möhkəmləndi. Bununla birlikdə qüreyşilərin həmin icmaya və
ilk növbədə onun imamı Məhəmmədə düşmənçiliyi artdı. 610-cu
ildən 620-ci ilədək dövrü əhatə edən onillik Məkkənin ənənəvi
bütpərəst cəmiyyəti ilə yeni təkallahlı dinin – Məhəmmədin fəal
təbliğ etməyə başladığı İslam dininin tərəfdarları arasında ardı-arası
kəsilməyən çəkişmələrlə dolu olmuşdur. 620-ci ildə Xədicənin və
bundan bir qədər, yəni iki ay sonra Əbu Talibin vəfatı mübarizənin
kəskinliyini artırmışdı. Belə son dərəcə sədaqətli köməkçilərini itirən,
öz qəbiləsi tərəfindən demək olar ki, tamamilə tərk edilən
Məhəmməd Məkkədən təqribən yüz kilometr şərq tərəfdə yerləşən
Taifdə kömək axtarıb tapmağa çalışdı, lakin müvəffəqiyyətsizliyə uğ-
radı.
Peyğəmbərə kömək əslində onun gözləmədiyi yerdən – əvvəlcə
Yəsribdən, daha doğrusu Yəsribin Xəzrəc və Ovs qəbilələrindən
118
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə