Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə36/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   32   33   34   35   36   37   38   39   ...   110

qurdurub əmr verdi ki, on altı yaşlı İbrahim (ə) odda yandırılsın.
Amma, peyğəmbər imanı Həmrud odundan daha qüdrətli idi. Allah
Təalanın iradəsi ilə od söndü. Alovun dilləri güllərə çevrildi. İnsanlar
heyrət içində haqqın zühurunu görürdülər. Allah Təalanın rəhmini və
qüdrətini görən Həmrud başqa bir cəza düşünməyə cəsarət etmədən
İbrahim əleyhissalama təklif etdi ki, onun məmləkətindən çıxıb get-
sin.
Hz.İbrahimin ilk peyğəmbər hücrəsi belə başladı. Onunla birlikdə
arvadı Sara və qardaşı oğlu Lut da köçgün oldular. Onlar Fələstin tor-
pağına gələrək, Şəkimdə (indiki Hablus şəhəri) məskən saldılar.
Allahın birliyini, onun tək və şəriksiz olduğunu təbliğ etmək üçün
ən sərfəli vasitə o dövrlər üçün ticarət idi. Bu səbəbdən də İbrahim
(ə) ticarət karvanları ilə fironların hakim olduğu Misirə və digər
ölkələrə səfərlər etdi. 
Misir səfərində ona bağışlanan Hacər adlı kənizi əvvəl azad edib,
sonra onunla (o vaxt artıq Saraya evli idi və ondan uşağı olmurdu)
evləndi. İbrahim (ə) Şama qayıdaraq orada yaşamağa qərar verdi.
Yazılanlara görə, Hacərdən olan oğlu İsmayıl əleyhissalam bu-
rada doğulmuşdur. Həmin vaxt peyğəmbərin özünün səksən yaşı var
idi. Peyğəmbərin bu izdivacı Saranın razılığı ilə olduğundan Allah
Təala bu alicənablığı müqabilində Saraya da oğul qismət etdi. Amma,
İshaqın doğulmasından sonra Sara xasiyyətcə dəyişməyə başladı. Gü-
nülük Sara-Hacər münasibətlərində özünü artıq göstərirdi.
Hz.Peyğəmbərə vəhy gəldi ki, Hacəri və İsmayılı Məkkəyə köçürsün.
Bu isə özü-özlüyündə bir hicrət idi. Lakin, hələ qarşıda əzablarla dolu
bir ömür dururdu. Bu ulu peyğəmbərin halal çörəyi, yaşantısı, dincliyi
və nəhayət nəsli ikiyə bölünəcəkdi. Millətlər törəyəcəkdi məqribin
və məşriqin ən böyük insanının qanından. Bir evdə, bir ocaq başında,
bir torpaq üzərində yaşayaraq, ayrı-ayrı düşünən qardaşlar doğula-
caqdı bu dünyaya. Atalar zaman-zaman ayrı-seçkiliyi aradan
götürmək istədikləri halda, oğullar bu sazişə getməyəcəklər. Çünki
arada süd ayrılığı mövcud idi. İsmayılla İshaqın yolları ayrıldı, millət
deyilən bir düşüncənin əks qütblərində dayanan iki qardaş, iki din
113
Ziyadxan NƏBİBƏYLİ


yolu. İbrahim (ə) nəslindən gələn peyğəmbərlər bu ayrılıqdan öz baş-
lanğıclarını götürürdülər. İsmayıl (ə) nəslindən ərəb tayfaları
törəyəcək və o, “Əbül-ərəb” (“Ərəblərin atası”) təxəllüsünü alacaqdı.
Atasının yuxusuna görə Allah Təala yolunda ilk qurban kəsilməyə
razı olacaq, bununla da valideynə itaət və ehtiramın ən parlaq
nümunəsi kimi tarixdə yaşayacaqdı.
Allah Təaladan gələn vəhylə İbrahim (ə) Məkkədə oğlu İsmayılın
köməyi ilə Kəbə evini tikməyə başladı. Məşhur tufandan sonra Əbu-
Qübeys dağında saxlanan “Həcərül-əsvad” (“Qara daş”) gətirilib
Kəbə evinin bir küncünə yerləşdirildi. Həmin tikili Məhəmməd
əleyhissalamın dövrünə qədər yaşamışdır. Qüreyş qəbiləsinin
sərəncamına keçən Kəbə bir neçə dəfə sökülmüş, yenidən daha gözəl
bərpa edilmişdir. Bununla yanaşı hər dəfə bərpa-tikinti işləri
aparılarkən Hz.İbrahimdən yadigar bir guşəni saxlamışlar ki, o yerə
“məqamu İbrahim” – İbrahim (ə) dayandığı yer deyilir.
Təkcə Hz.İbrahimdən deyil, ümumilikdə din və din tarixindən
danışarkən İsmayıl əleyhissalamdan danışmamaq mümkün deyil.
Hacəri və İsmayılı da götürüb Məkkədən Minaya gəldikləri günün
səhəri Ərafata yola düşdülər. Bu gedişlər həccin tələblərinə –
şərtlərinə uyğun əməllər idi.
İsmayılın (ə) qurban kəsilməsi yuxusu da, fədakar atanın  mö-
minliyi müqabilində insan qurbanının qoçla əvəz olunması hökmü
də bu yerdə – Minada baş vermişdir. Bununla da bütün gələcək
müsəlman nəsilləri üçün vacib olacaq borclardan birinin – həccin və
qurban kəsmənin əsası (Allah yolunda) qoyulmuş oldu.
Əvvəldə qeyd etdiyimiz kimi, parçalanmış peyğəmbər dünyası-
nın digər bir qismində isə İshaq (ə) böyüməkdə idi. Onun anası Sara
İshaqa yaşlı vaxtlarında hamilə olmuşdu. Uzun illərin övlad
həsrətindən sonra Allah Təalanın Saraya verdiyi ilahi nemət idi. Tarixi
məlumatlara görə, Sara yüz iyirmi yeddi il, İbrahim (ə) isə təqribən
yüz yetmiş beş il ömür sürmüşlər. Hz.İbrahim şəriət sahibi olmuşdur.
Sonralar Məhəmməd əleyhissalamın dilindən cazi olan qanunlar –
sünnət etmək, dırnaq tutmaq, bığ və saqqal düzəltmək, baş qırxdır-
114
Əxlaqa aparan yol


maq bu ulu peyğəmbərdən qalmadır. Sünnət ayinini ilk dəfə tətbiq
edəndə İbrahim (ə) özü 99, İsmayıl isə təxminən 13 yaşında idilər.
İbrahimin (ə) ölümündən sonra İsmayıl Hicaz və Yəmən
tərəflərdə, İshaq isə Şam və onun ətraflarında yaşayanları hidayət yo-
luna, Allah yoluna dəvətə başlamışlar.
Yüz otuz beş il ömür sürən İsmayıl (ə) Hz. Məhəmmədin ulu ba-
basıdır. Yüz səksən il ömür sürən İshaq (ə) Fələstin torpağında, Həbrun
(indiki Xəlil şəhəri) deyilən yerdə ölüm ayağında Allah Təaladan
təmənna etmişdir ki, gələcək peyğəmbərlər oğlu Yaqubun nəslindən
olsunlar. Rəvayətə görə, həqiqətən də İsrail övladlarından min nəfər
peyğəmbərin nəsil ağacı öz kökləri ilə Yaqub əleyhissalama bağlıdırlar. 
9. HZ.MƏHƏMMƏD ƏLEYHİSSALAM
9. HZ.MƏHƏMMƏD ƏLEYHİSSALAM
HAQQINDA
HAQQINDA
Hz.Məhəmməd əleyhissalam haqqında bütün dünya ölkələrində
yetərincə məlumatlar vardır. Lakin, biz Azərbaycanın seçilib-sayılan
şərqşünası, “Qurani-Kərim”i Azərbaycan türkcəsinə məşhur akade-
mikimiz Z. Bünyadovla  birlikdə müfəssəl tərcümə etmiş akademik
V.M.Məmmədəliyevin redaktorluğu ilə çap olunmuş “İslam” – qısa
məlumat kitabında (B., Azərnəşr, 1985 – 164 s.) Hz.Məhəmməd (ə)
haqqında verilmiş elmi yazını seçməyə üstünlük verdik. 
Məhəmməd – İslam dininin banisi, “Allahın elçisi” (Rəsulullah),
“Peyğəmbərlərin möhürü” (“xətəmun-Nəbiyin”), yəni əsl dinin baş-
lıca və axırıncı peyğəmbəri.
Adətən İslam eramızdan əvvəlki 570-ci il Məhəmmədin anadan
olduğu ildən sayılır. Məhənnədin uşaqlıq və gənclik illəri haqqında
məlumat çox cüzidir. Səhih məlum olan ancaq budur ki, o, erkən
yetim qalmışdır: atası Abdulla uşaq anadan olmazdan əvvəl vəfat
etmiş, anası Aminə isə Məhəmməd altı yaşında olarkən ölmüşdür.
Bundan iki il sonra babası Əbdül Müttəlib də vəfat etmişdir. Atasının
ölümündən sonra Məhəmmədə babası baxırdı. Onun vəfatından sonra
115
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə