Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə35/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   31   32   33   34   35   36   37   38   ...   110

çuların”, “Nuh tərəfdarlarının məskəni” mənasını bildirən qədim to-
ponim – Naxçıvan yaranmışdır”. 
Göründüyü kimi, bu məlumatda da “Nuh tufanı”  Naxçıvan
ərazisi ilə bağlanır. Eyni zamanda əfsanənin Naxçıvan toponiminin
yaranmasına da təsiri” olmuşdur. Sözün birinci hissəsi Naxın Nuh sö-
zünün fonetik variantı olması da mümkündür.
Deyilən mənbələrdə Nuhun ad verdiyi dağların əksəri Naxçıvan-
dadır, bəziləri isə bugünkü inzibati ərazi bölgüsünə görə heç də Nax-
çıvandan uzaqda deyil. Naxçıvan ərazisinin hadisələrin mərkəzində
dayanması onu göstərir ki, əfsanə coğrafi cəhətdən bu ərazi ilə bağ-
lıdır. Folklorşünas Təhmasib Fərzəliyevin fikri də bunu təsdiq edir:
“Beynəlxalq səyyar motivli Nuh tufanında hadisələrin mərkəzində
Ağrı dağı dayanır. Coğrafi cəhətdən Azərbaycanla bağlı olan və yerli
zəminlə əlaqədar müxtəlif variantlar kəsb edən bu əfsanə bir çox
dünya xalqlarının antik şifahi və yazılı mənbələrində də müxtəlif
təfərrüatlarla qorunub saxlanmışdır”. R.Sultanov da əfsanənin yaran-
ması ilə əlaqədar belə bir qənaətə gəlir ki, tufan Ağrı dağının vulkanı
nəticəsində Dəclə, Fərat çaylarının daşmasından baş vermişdir. Yəni,
Ağrı dağına yaxın olan Araz çayında, daha dəqiqi, Naxçıvanın
özündə də güclü daşqın baş vermişdir. Ehtimal ki, haqqında əfsanələr
yaranan “dünya daşqını” bu yerli hadisə ilə bağlı olmuşdur. Avstrali-
yanın məşhur etnoqrafı, görkəmli mifoloq Elkinin dediyi kimi,
əfsanələr hadisələrin əvvəli və bünövrəsi ilə bağlıdır. Əks halda, real
həqiqətdən uzaq olan əfsanə və rəvayətlər heç bir xalqa, dağa, daşa
bağlanıb qala bilməz, şüurlardan silinib gedərdi.
Məlumatlarda Nuhun gəmisi Gilançayın yuxarı axarındakı
Gəmiqayada lövbər salmışdı. Onu da deyək ki, Ordubad və Culfa
bölgəsinin dağətəyi kəndlərindən  Nəsirvaz, Tivi, Bayəhməd və başqa
kəndlərin ahıl və qoca insanların dediyinə görə, gəminin qalıqları indi
də Gəmiqayada “Ayı çuxuru” deyilən yerdə qalmaqdadır. Digər bir
rəvayətə görə isə Nuhun və qarısının qəbirləri Naxçıvandadır. Artıq
bu məsələ rəvayət olmayıb, həqiqətdir. Bir çox dövlətlərin alimləri
Azərbaycan alimləri ilə birlikdə bu rəvayətin həqiqət olduğunu elmi
110
Əxlaqa aparan yol


olaraq sübuta yetirmişlər.
Türkoloq Ə.Hüseyni isə Gəmiqayada Nuhla bağlı qədim yazı ol-
duğunu göstərir. Yazı belədir: “Gəmiçi Nuğ gün insan”. Yəni, gəmiçi
Nuh tufanından bir nişanə, yaxud tufana düşmüş Nuhun gəmisindən
parça.
Naxçıvanda “Nuhdaban” adlı qədim kəndin xarabalığı, Nəhəcir
(güman ki, sözün qədim şəkli Nuhəcirdir) dağı və kəndi də var.
XIV əsr ərəb alimi, coğrafiyaşünası Əlşərti, erməni tarixçisi
Camçıyan da öz tədqiqatlarında Nuhun gəmisinin və qəbrinin Nax-
çıvanda olduğunu yazırlar.
Söylənilənlər bütövlükdə Nuhla bağlı yazı və əfsanələrin faktiki,
coğrafi cəhətdən qədim Naxçıvanla bağlı olduğuna şübhə yeri qoy-
mur.
8. HZ.İBRAHİM  ƏLEYHİSSALAM 
8. HZ.İBRAHİM  ƏLEYHİSSALAM 
HAQQINDA
HAQQINDA
Dünyaya gəlişi ilə adı dillər əzbəri olan peyğəmbərlərimizdən
biri də İbrahim əleyhissalamdır. Hz.İbrahim (siryan dilində “mehri-
ban” deməkdir) ikinci ulul-əzm peyğəmbər olaraq Nuh
əleyhissalamdan təqribən min iki yüz qırx il sonra işıqlı dünyaya göz
açmışdır. O, əsl-nəcəbinə görə Nuh oğlu Samın nəslindən Tarixin
(Qurani-Kərimdə Azər) oğludur.
Nuh (ə) vəfatından ta İbrahim (ə) doğulmasına qədər Nud və
Saleh əleyhissalam peyğəmbərlik etmişdilər.
Qurani-Kərimdə 25 surədə, 63 ayədə Hz.İbrahim (ə) haqqında
fikirlər vardır.
Tarixçilər yazırlar ki, Babilistanda Həmrud bin Kənan padşahlıq
etdiyi dövrdə əhali Aya, Günəşə, ulduzlara (Atəşpərəstlik nəzərdə tu-
tulur və bu din Azərbaycanın Zəngəzur bölgəsindən özünə rəvac hasil
etmişdir), eyni zamanda, öz padşahlarına (bizim bölgədə
“şahsevənlik” psixologiyası o dövrdən qalmadır) sitayiş edirdilər.
111
Ziyadxan NƏBİBƏYLİ


Münəccimlik də geniş yayılmışdı. Bir dəfə həmin münəccimlər
Həmruda onun vilayətində bir oğlan uşağının dünyaya gələcəyini və
padşahın ölümünə səbəb olacağını dedikdə o, bərk qəzəblənmiş və
vəzirləri ilə məşvərət edəndən sonra qərar vermişdir ki, bütün qadın-
lar kişilərdən ayrılsın və hər doğulan uşaq məhv edilsin. Hamiləliyini
axıra qədər gizlədən Lüsya İbrahimi dünyaya gətirmək üçün nəzərdən
uzaq, gizlin bir mağaraya çəkilmək məcburiyyətində qalmışdır.
Allah Təalanın qüdrətilə Hz.İbrahim ilk dəfə xalq arasına çıxanda
böyük uşağa oxşayırdı. Ağıla-kamala yetdikcə öz camaatının
əqidəsindəki xələlliyi görən İbrahim əleyhissalam onları haqqa, yəni
Allahın birliyinə dəvət etməyə başlayır. İnsanlara xitabında,
müraciətində sübut etməyə çalışırdı ki, qürubu və doğuşu olan səma
cisimlərinin heç biri məbud ola bilməz. Çünki, onların özləri məxluq
(yaradılmış) sayılır. Allah Təaladan aldığı ilahi ilhamla danışan bu
insan hökmdar Həmrud üçün get-gedə təhlükəyə çevrilirdi. Onun si-
masında doğulan nur ətrafındakıları cəlb edir, rəğbət bəsləyənlərin
sayı artırdı.
Artıq, Həmrud bütlərə nə isə bir xətər toxunacağını hiss edirdi.
Ona görə də İbrahimi (ə) yanına gətirtdi. Onunla söhbətin nəticəsi ol-
madı. Nə hədə-qorxu, nə də şirnikdirici təkliflər bir fayda vermədi. 
Qarşıdan yapma tanrıların bayramı gəlməkdə idi. Bütxanələr
bəzədilir, ən iri bütlərə əzəmətli olması üçün cürbəcür rənglər vuru-
lurdu. Bütləri “yedizdirməyə” gələnlər xörəkləri onların qabağına
qoyub, bütxanədən kənarda gözləyirdilər. İnsanlar şadlıq üçün çöldə
toplaşdığı vaxt İbrahim (ə) xəstəliyini bəhanə edib, bütxanədə qalır
və oradakı bütləri qırıb tökür. Bu bütpərəstliyə qarşı ilk böyük qiyam
olmaqla, təkallahlıq yolunda ilk böyük cihad idi. Sonunun nə ilə
bitəcəyi haqqında təlaşa düşmədən atılmış cəsarətli bu addım, qor-
xusuz və fədakar peyğəmbər əməli idi.
Haqq və iman yolunda başlanmış bu addım İbrahimə (ə) özünün
layiqli qiymətinə “Xəlilullah” (“Allahın sevimlisi”) təxəllüsünə nail
olmasının başlanğıcı idi.
Həmrud əsəbiləşmişdi, qəzəbindən yerə-göyə sığmırdı. O, tonqal
112
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə