Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə31/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   27   28   29   30   31   32   33   34   ...   110

mətni ilə digər yerlərdə hələ də istifadə olunan Quranın mətni ara-
sında heç bir fərqin olmadığını görürük. Müqəddəs Kitabımız Qu-
rani-Kərimin əzbərlənməsi hələ Hz. Peyğəmbərimizin (s) dövründən
başlayır. Xəlifələr və İslam dininə məxsus dövlət rəhbərləri bunu hər
zaman diqqətdə saxlamışlar. Bu hal Quranın mətninin olduğu kimi
qalmasını bir daha təmin etmişdir.
Günümüzdə yer üzündə minlərlə hafiz (Qurani-Kərimi əzbərdən
oxuyan) vardır. Hafizlərin hafizəsindəki Quran mətni ilə Yer kürəsinin
dörd bir bucağındakı insanların əllərində olan yazılı mətnlərlə heç bir
fərqin olmadığını müşahidə etmək əlbəttə heyranedicidir. 
Quranın əslinin ərəb dilində olduğu məlumdur. Hər zaman hər
yerdə istifadə olunan mətn də bu mətn olmaqla ərəb dilindədir.
Ərəb dilini bilməyənlərin faydalanmaları üçün dünyanın bir çox
dillərində yaxşı tərcümələr vardır. Türk ellərinin hamısında və o
cümlədən Türkiyə Cümhuriyyəti və Azərbaycan Cümhuriyyətində də
öz şivələrinə uyğun yaxşı tərcümələri vardır.
Bütün dünya dilləri inkişaf edir, yeni-yeni sözlər dillərin
lüğətlərinə gəlir, bir müddətdən sonra yeni nəsl köhnə – öz dilinə
mənsub yazını başa düşmür. Bu ümumi qaydaların xaricində qalan
ancaq bir dil var, o da ərəb dilidir. Bu dil ən azından 1500 ildən bəri
lüğət, qrammatika, yazılış və hətta tələffüz baxımından heç bir
dəyişikliyə uğramamaşdır. Bu dildə tək bir dəyişiklik varsa, o da bəzi
kəlmələrin keçmişdə iki cür istifadəsi varkən, bu gün bunlardan biri-
nin – artıq istifadə olunmamasıdır. 
2. İSLAMDA ALLAHIN 
2. İSLAMDA ALLAHIN 
YEGANƏLİYİ MƏSƏLƏSİ
YEGANƏLİYİ MƏSƏLƏSİ
Tədqiqatlar və təcrübə göstərir ki, İslamda Allahın birliyi
məsələsi digər dinlərlə müqayisədə daha ciddi qoyulmuşdur. Allah
birdir, tayı-bərabəri yoxdur! Yəni Uca Allahın zatı kimi bir varlıq
mövcud deyildir. Onun sifətləri kimi keyfiyyətlər, işləri kimi işlər heç
bir varlıqda yoxdur. Allahın övladı ola bilməz (amma xristianlıqda:
98
Əxlaqa aparan yol


“Allahın oğlu var” – deyilir), Allah nə doğmuş, nə də doğulmuşdur.
Allahın birliyini Ona itaət və ibadət edənlərin də birliyini şərtləndirir.
İslam idealda müsəlmanlar arasında parçalanmanı qətiyyətlə pisləyir
və rədd edir. Orada deyilir: “Ey iman gətirənlər! Allahdan layiqincə
qorxun. Yalnız müsəlman olduğunuz halda ölün! Hamınız bir yerdə
Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın!” (Ali-İmran 102,
103). İslam buyurur: heç bir insan başqasından, heç bir xalq
digərindən fərqlənmir, bütün  insanlar –  ərəb də, əcəm də ağdərili
də, qaradərili də, sarıdərili də bir ailədir. İnsanlar arasında əsas fərq
təqvadadır, ürəklərdəki Allah qorxusundadır. Allah qorxusu Allaha
olan sevgidən doğur: “Möminlər Allahı ən çox sevənlərdir” (əl-
Bəqərə, 165). Allahı layiqincə sevməyəndə dinin tələbləri dözülməz
bir yük olur. Allahı sevərək, Onun bu sevgiyə layiq olduğunu
düşünərək ibadət etmək insan ruhunu ucaldır. Hər bir insan çalışma-
lıdır ki, bir anlığa belə Allahı unutmasın. Dünyada yalnız bir itki var,
o da Allahı zikr etmədən alınan nəfəsdir. Ən böyük günah Allahı
danmaq və Allaha şərik qoşmaqdır (şirk). Hər bir insan
bilməlidir ki, Allahın birliyi ideyasının təsiri altında islamda
dünya həyatı ilə dini həyat arasında vasitəçilik rədd edilir. İn-
sanla Allah arasına heç kim girə bilməz. Digər dinlərdə
vasitəçiliyi rahiblər, kahinlər edirlər. Bunun əksinə – İslamda nə
rahiblik var, nə də kahinlik. İslamda din adamı dini yaxşı bilən
və insanlara öyrədən şəxsdir. Digər tərəfdən, onun insanla Allah
arasına girmək, tövbələri qəbul etmək, günahları  bağışlamaq və
cənnətdə yer ayırmaq kimi heç bir səlahiyyəti yoxdur.
3. PEYĞƏMBƏRİ ALLAH SEÇİR
3. PEYĞƏMBƏRİ ALLAH SEÇİR
Islam peyğəmbərlərin adi adamlar olduğunu söyləyir. Burada
vacib məqam Allahın peyğəmbərləri insanlar arasından seçməsidir.
Allah onları seçir və insanlara rəhbər, yol göstərən imkanı yaradır,
təyin edir. Məlumdur ki, peyğəmbərlərə fərq qoymaq olmaz. Onların
hamısına iman bəslənilməlidir, aralarında fərq qoyulmamalıdır.
99
Ziyadxan NƏBİBƏYLİ


Peyğəmbərlərdən yalnız 25-nin adı Quranda çəkilir. Məhəmməd
Xatəmül-ənbiyədir, peyğəmbərlərin möhürüdür və ondan sonra
peyğəmbər olmayacaqdır.
4. İSLAMDA ALLAHIN MƏLƏKLƏRİ
4. İSLAMDA ALLAHIN MƏLƏKLƏRİ
Bəzi insanlarımız elə hesab edirlər ki, onlar hər şeyi bilirlər.
Ancaq əslində belə deyildir. İnsan nə qədər çox yaşamış olsa da, nə
qədər öyrənməyə çox vaxt sərf etsə də, dünyanın mində, milyonda
birini belə öyrənib başa vura bilməz. Bu mənada insanın hissləri, duy-
ğuları bütün gerçəkliyi əks etdirə bilməz. Mələklər gözlə
görünməsələr də (insan gözü hər şeyi görmək iqtidarında deyildir),
onların varlığı reallıqdır. Allah Qurani-Kərimdə, Peyğəmbər isə
hədislərdə mələklərin varlığını bildirmiş və onları imana çağırmışlar.
Nurdan (işıqdan, şüadan) yaradılmış mələklər Allahın əmrindən çıx-
mır, gecədə-gündüzdə Ona həmd-səna edir, Onu uca tuturlar.
Mələklər yeyib-içmir, evlənmir, çoxalmır, ölmürlər. Quranda və
hədislərdə Vəhy mələyi Cəbrayıl, təbiət hadisələrini idarə edən Mi-
kayıl, şeypurunu çalmaqla qiyamətin qopduğunu xəbər verəcək İsra-
fil, ölüm mələyi Əzrayıl, cənnət mələklərinin başçısı Rizvan,
cəhənnəm mələklərinin başçısı Malik, insanın yaxşı əməllərini yaz-
maq üçün sağ çiynində, pis əməllərini yazmaq üçün sol çiynində otur-
muş iki həfəzə mələk, öldükdən sonra insanı bu dünyada gördüyü
işlər barədə sorğu-sual edəcək Nəkir və Münkər haqqında və s.
müəyyən biliklər verilir.
Onu da deməliyik ki, cinlər oddan yaradılmışlar, yeyib-içir,
evlənir, doğub-törəyir, ölürlər. Deməli, cinlər bizlərin arasındadır.
Şeytan da mələkdir və o da oddan yaradılmışdır. Uzun müddət
Allaha ixlaskar ibadət və itaət etmiş, amma, Allahın Adəmə səcdə
etmək barədə mələklərə verdiyi göstərişə, əmrə tabe olmamış və asi-
lik etmişdir. Odur ki, asiliyi ucbatından Allahın  mərhəmətindən uzaq-
laşdırılmış şeytan Adəm və Həvvanı qadağan oıunmuş əbədilik
ağacının (şərti ifadədir) meyvəsindən yeməyə tovlamış, lənətlənərək
100
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə