Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə28/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   24   25   26   27   28   29   30   31   ...   110

Rusiyadada Yeni ili astronomik olan mart ayında keçirərdilər. Lakin
xristianlığın təbliği təsiri altında Rus çarı I  Pyotrun da yeni ili İsanın
doğum günündə keçirilməsi haqqında fərman vermiş, əsl yeni ili ba-
yağılaşdırmışdır.
Bu gün qulluq etdiyi dini-mənəvi dəyərdən asılı olmayaraq
səmavi din olan Xristianlığın müqəddəs kitabı “Bibliyadır”. Xristi-
anlığın  müqəddəs kitabı olan Bibliya  yəhudilərin Əhdi-ətiqindən
(39 kitab) və xristianlığın Əhdi-cədidindən (“Yeni əhd” – 27 kitab)
ibarətdir. 
Əhdi-cədid kitabları İsanın dünya həyatı başa çatdıqdan xeyli
sonralar yazılmışdır. Hazırda insanların İsa haqqında bildikləri əsasən
Əhdi-cədidin İncilər adlanan ilk dörd kitabından olan məlumatlardır.
“İncil” qədim yunan dilində “müjdə” mənasını verən “Yevan-
geliye” sözünün ərəbləşdirilmiş formasıdır. İncil adı altında 60-a
yaxın kitab vardır. Kilsə bunlardan yalnız dördünü rəsmən qəbul et-
mişdir. Deyilən dörd İncildən ikisi İsanın on iki həvarisindən olan
Matta (Mattey) və Yəhya (İoann) tərəfindən, ikisi isə onların da-
vamçıları – 70 həvaridən olan Mark və  Luka tərəfindən yunan
dilində yazıya alınmışdır. Xristian kilsəsinin öz dövründə qəbul etdiyi
dörd İncil yazıya alınma tarixinə görə bu ardıcıllıqla sıralanır: İncil
– Marka görə; İncil – Mattaya görə; İncil – İncil Lukaya görə və İncil
– Yəhyaya görə. Adları çəkilən İncillərdən üçü – Marka, Mattaya və
Lukaya görə İncillər oxşar olduqları üçün sinoptik İncillər sayılır və
üçü də təsvir etdikləri hadisələrə “eyni nəzərlə baxır”. Yəhyaya görə
İncil isə əvvəlkilərdən tamamilə fərqlənir.
Qeyd edək ki, İsa yəhudilər arasından çıxdığı üçün onun təlimi
bir çox cəhətinə görə yəhudiliyin ehkamları ilə eyniyyət təşkil edir.
Təbii ki, fərqli cəhətlər də az deyildir.
Xristianlığa görə Allah birdir. Allah hər şeyin fövqündədir,
gözəgörünməzdir. Tək olan Allah üç üqnumda (formada) təcəlli
edir. Allah-Ata, Allah-Oğul və Müqəddəs Ruh və Allah-Ata, Allah-
Oğulun – İsanın simasında təcəlli edir. İsanın sonrakı təlimi özünün
fiziki ölümündən sonra davamçılarına Müqəddəs Ruha göndərəcəyini
vəd etmişdir.
88
Əxlaqa aparan yol


Qeyd edildiyi kimi, İsanın yaşadığı dövrdə din böhran keçirirdi.
İsrail insanlarının  durumu, ənənəvi dindarlığın donuqluğu, sözlə iş
arasındakı uyğunsuzluq İsanı narahat edir. Fariseylə və Qanunşünas-
lar insanlara necə hərəkət etməyin lazım olduğunu deyir, amma özləri
öz dediklərinə əməl etmirlər (bəzi dövlətlərdə olduğu kimi), riyakar-
lıq baş alıb gedir. Bu barədə İncildə deyilir (İncil – Mattaya görə,
23:27-28): “Vay olsun  (Ar olsun) sizə, qanunşünaslar və fariseylər,
ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz – çöldən
gözəl görünür, fəqət daxildə ölü sümükləri və hər cür murdarlıqla do-
ludur. Siz də beləcə – insanlara çöldən saleh görünürsünüz, fəqət
daxildə ikiüzlülük və fəsadla dolusunuz”.
Dövründə İsa bildirirdi ki, özü və ətrafındakı insanlar agah ol-
sunlar: “Vaxt tamam oldu, Tövbə edin və İncilə iman gətirin (İncil
Marka görə, 1:15). İsa Allahın Səltənətinin yaxınlaşdığını
müjdələmək üçün  göndərilmişdir.
“Allahın Səltənətinin müjdəsini digər şəhərlərə də təbliğ
etməliyəm, çünki mən bunun üçün göndərilmişəm” (İncil – Lukaya
görə, 4:43). İsa özü Allahın oğludur, Məsihdir, Xilaskardır, qurtuluş
üçün onun dediklərinə əməl edilməlidir, əslində O heç nə etmir, Atası
Allahın dediklərini insanlara çatdırır. Qanunşünasların Məsihdən
qabaq İlyasın gələcəyi barədə dedikləri doğrudur. İlyas gəlmişdi,
lakin yəhudilər onu tanımamışlar. İsa da onların əlindən əzab
çəkəcək, həyatını onların günahlarının bağışlanması üçün fəda
edəcək: “İsa çörək götürdü, şükran duası edib onu parçaladı,
şagirdlərinə verdi və dedi: “Alın, yeyin. Bu mənim bədənimdir. Bir
fincan götürüb şükr etdi və onlara verərək  əlavə etdi: “Bundan ha-
mınız için, çünki bu mənim qanım, günahların bağışlanması üçün bir
çoxları uğrunda tökülən Əhdi-cədidin qanıdır (İncil-Mattaya görə,
26:26-28).
Əlbəttə, yəhudilər İsanı eşitmək istəmirdilər və xristianlığın
qəbul edilməsinə maneçiliklər törədirdilər, qan tökülməsinə səbəb
olurdular, günah işlər görür, həqiqəti sadəcə dərk etmək istəmirdilər.
Bunun da əzabını sadə İsrail insanları çəkirdilər. Əgər, İudaizm öz
89
Ziyadxan NƏBİBƏYLİ


dövrü üçün insanlara Allah tərəfindən göndərilən bir mənəvi dəyər,
yol, Alah yolu idisə, Xristianlığn da öz dövrünün belə bir yolu daha
mükəmməl idi. Bu yolu qəbul etməyən yəhudilər günümüzdə də nə
Xristianlığı və nə də ki, İslamı qəbul etmək fikrində deyillər, Allah
yoluna gəlmək istəmirlər və bundan da həm xristianlar, həm islam-
çılar və həm də İsrail insanları əziyyət çəkməkdə davam edirlər. Al-
lahın yolu birdir, onun göndərdiyi din də birdir. Sadəcə Allah öz
peyğəmbərləri, özü seçdikləri vasitəsilə Allahın yolunu, onun dini-
məəvi dəyərlərini mərhələ-mərhələ insanlara çatdırmışdır.
2. XRİSTİANLIĞIN ƏSAS İDEYASI
2. XRİSTİANLIĞIN ƏSAS İDEYASI
Xristianlığın əsas ideyası – günaha batmış insanın nicat tapması,
qurtulması, günahdan azad olma ideyasıdır. Xristianlıq ideyasına görə
bütün insanlar Allah qarşısında günaha batmışlar. Yunan, yəhudi və
ya romalı, kölə və ya azad, varlı və ya yoxsul olmasından asılı olma-
yaraq insanlar Allah qarşısında günahkardırlar. Adəmlə Həvvanın
ilkin günahları ağır daş kimi insanların başları üzərindən asılmışdır,
hamı bu günah yükünü bu və ya digər tərzdə çəkirlər. Amma, insan-
ların nicatı vardır. Bunun üçün onlar günahkar olduqlarını dərk
etməli, bütün niyyətlərini günahlardan təmizləməyə yönəltməli, Al-
lahın göndərdiyi Xilaskara – yəni Məsihə iman gətirməli, onun
dediklərinə əməl etməli, əməlisaleh olmalıdırlar. İsa insanların bütün
günahlarını öz üzərinə götürür, çarmıxa çəkilməklə bu günahların ba-
ğışlanmasına nail olur və insanlara nicat yolunu göstərir. Bu yol üç
üqnumda bir olan Allaha iman, saleh həyat, təvazökarlıq və
öləndən sonra cənnətə ümid bəsləmək yoludur. Saleh əməl
sahibləri cənnətlə mükafatlanacaq, hər bir yoxsul və kölə cənnətə
düşə biləcək. Lakin, kafirlər və var-dövlət hərisləri cəhənnəm odunda
yanacaqlar.
Digər tərəfdən günahkarları həm də Məsihin ikinci zühurundan
sonra Yer üzündə qurulacaq sorğu-sual gözləyir.
90
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə