Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə26/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   22   23   24   25   26   27   28   29   ...   110

bayram da keçirirlər. Həmin gün Allah hər bir insanın gələn ilin
həmin gününədək başına gələcək hadisələri təqdir edir.
2. İSLAMIN İLK İLLƏRİNDƏ
2. İSLAMIN İLK İLLƏRİNDƏ
YƏHUDİLƏR 
YƏHUDİLƏR 
Hz.Peyğəmbərin (s) istər Məkkə, istərsə də Mədinə dönəmlərinin
ilk zamanlarında İslama qarşı güclü mübarizə üsulları ərəb tayfala-
rında olduğu kimi, yəhudi tayfalarında da mövcud idi. Hz.Peyğəmbər
(s) Mədinəyə hicrət etdiyi zaman buranın əhalisinin təxminən yarısını
yəhudilər təşkil edirdilər. Onlar ibranicə yazdıqları halda, ərəbcə da-
nışırdılar, yaxşı xəzinəyə malik idilər, əksəriyyəti ərəb qəbilələri ilə
ittifaqda idilər. Onların Kaynuka əhalisi zərgərliklə, Nadir əhalisi bağ-
çılıqla, Kurayza yəhudiləri isə dəriçiliklə məşğul olurdular. Ərəblərlə
müqayisədə onlar son dərəcə özündən müştəbeh və lovğa bir təbiətə
malik idilər.
Hz.Peyğəmbər (s) Mədinədə təşkilatlanmağa başlayaraq dövlət
quruluşu ilə məşğul olarkən bütün sakinlərin vəzifə və cavabdeh -
liklərini sıralarkən ortaya qoyulan ilk Konstitusiyada yəhudilərin də
vəziyyətlərini bildirmiş, üstəlik əlavə maddələr halında onlarla
müqavilələr bağlamışdı. Bu müqavilələrə görə, onlar düşmənə qarşı
şəhəri birlikdə müdafiə edəcək, bir-birlərinə hücum etməyəcəkdilər.
Onların yaşadıqları yerlərdə inam hürriyyətləri olacaqdı və parla -
mentlərdə müəyyən əsaslar üzrə  iştirak edəcəkdilər (Geniş bilgi üçün
bx. İbn Hişam, age, I, 147 vd., Hamidullah, age, I, 188-210; Saleh
Tuğ. İslam ölkələrində konstitusiya hərəkətləri, s.31 vd; S.Tuğ.
“Hicrətlə gələn dövlət və konstitusiya nizamı”. “Nəsil” jurnalı (okt-
yabr-noyabr 1979), s.35 vd.: Devalibi, age, s.48 vd., 62 vd; Abdin
Sönməz, age, s.81-99; Xeyrəddin Qəhrəman, İslam hüququ, I, 166-
172).
Vaxt keçdikcə yəhudilər  Hz.Peyğəmbərə (s) və müsəlmanlara
rişxənd etməyə başladılar. Məsələn, onlar Hz.Peyğəmbərlə (s) qarşı-
82
Əxlaqa aparan yol


laşanda  “Əssamü əleyküm” – deyərək, ona salam verirdilər. “Sam” –
“ölüm” deməkdir. Bunlar həm  də münafiqlik edirdilər. Məsələn, səhər
müsəlman olmuş kimi görünür, axşama doğru dindən çıxırdılar.
Beləliklə, bunun ərəblər üçün də bir yol olmasına ümid edirdilər (Ali
İmran surəsi, 72). Onlar ərəblər arasında olan etibarlarını təzyiq
vasitəsi olaraq istifadə edib, müşrikliyin müsəlmanlıqdan üstün oldu-
ğunu söyləyərək, ərəblərin İslama yönəlişini qırmaq istəyirdilər (Nisa
surəsi, 51). Lakin, yəhudilərin bütün oyunları bir-bir boşa çıxırdı.
Hicrətdən sonra İslamın qazandırdığı şəxsiyyətlə, alqı-satqı möv-
zusundakı islami inkişaflarla ərəblərin yəhudilərdən iqtisadi asılılıqları
getdikcə azalırdı. Müsəlmanlar Bədr müharibəsini də zəfərlə başa çat-
dırmışdılar. Bütün bunlardan həsədlə alışıb-yanan yəhudilər
hiddətlənmişdilər.
Odur ki, Kaynukada bir müsəlman xanımına qarşı edilən nalayiq
hərəkət münasibətləri daha da kəskinləşdirdi. Gənc müsəlman xanımı
zərgər dükanında alış-veriş etmək istərkən yəhudilər əvvəlcə onun
pişiyinə rişxənd etmiş, sonra çadrasını açmaq istəmişlər və nəhayət
onun paltarının əynindən düşməsinə nail olmuşlar. Xanımın nalə
çəkməsinə içəri girən müsəlman kişi və bir yəhudunu – yəhudilər isə
bu kişini öldürməklə, müsəlmanlarla yəhudilər arasında ilk qan tökül-
müş oldu. Əlbəttə, günah yəhudilərdə oldu.
Hz.Peyğəmbər (s) bir islam xanımının bu şəkildə həqarətə uğra-
masına və bir müsəlmanın haqsız yerə öldürülməsinə seyrçi kimi qal-
madı. Dərhal Bəni Kaynuka məhəlləsini mühasirəyə aldı.
Kay  nukalılar təslim oldular və Mədinədən getmələri üçün xahiş
etdilər. Hadisə hicrətin 2-ci ili şəvval ayında olmuşdur (H. 624, mart).
Hz.Peyğəmbər (s) Nadir yəhudilərinin yanına gedərək
məsləhətləşmələr aparmaq istərkən, yəhudlər onun başına bir
dəyirman daşı atıb öldürmək istəmiş və bu səbəblərdən böyük
mübahisə baş vermişdir. Bunun müqabilində Hz. Peyğəmbər (s)
yəhudilərdən on gün müddətinə Nadiri tərk etməyi tələb etmişlər.
Nadir yəhudiləri müxtəlif  kələklərə  əl atsalar da, nəticəsi olmadı. On-
ların bir qismi Xeybərə, bir qismi  Şama və bir qismi də Fələstinə üz
tutdu. Lakin, hicrətin 4-cü ili Bəni Nadir yəhudilər Qüreyş müşrikləri
83
Ziyadxan NƏBİBƏYLİ


ilə birləşərək Hz.Peyğəmbəri (s) hiylə işlətməklə öldürmək istədilər.
Onların xəbərinə görə üç yəhudi alimi Hz.Peyğəmbərlə (s) görüşüb
İslamı qəbul etmək adı altında silahlanıb onu öldürmək istəyirdilər.
Məsələnin üstü açılandan sonra Hz. Peyğəmbər onların (yəhudilərin)
məhəllələrinin mühasirəyə alınmasına göstəriş verdi və Bəni Nadir
qansız boşaldıldı.
Mədinədə Bəni Kaynuka ilə Bəni Nadir məhəllələrində yaşayan
yəhudilər müsəlmanlara qarşı pis münasibətdə olduqlarından buranı
tərk etməli olmuşlar. Odur ki, Mədinədə bir qəbilə olaraq yalnız Ku-
rayza yəhudiləri qalmışdılar. Bunlarla yaxşı münasibətlər davam
etməkdə idi. Ancaq Xəndək müharibəsində onların müsəlmanlara
xəyanət edərək, xarici düşmənlə birləşmələri vəziyyəti dəyişdirdi.
Əgər, düşmən xəndəyi keçib şəhərə girə bilsəydi, müsəlmanlar iki
vuruş  arasında qalacaqdılar və onların hamısı qılıncdan
keçiriləcəkdilər. Xəndəyi keçə bilməyən düşmən yığışıb getdikdən
sonra Hz.Peyğəmbər (s) vaxt itirmədən öz ordusu ilə Kurayza
məhəlləsini mühasirəyə aldı. Yəhudilər İslam ordusuna qarşı bir iş
görə bilməyəcəklərini dərk etdiklərindən buranı tərk etməli oldular və
hadisə hicrətin beşinci ilinə təsadüf edirdi (İbn Hişam, age, III, 247).
Bir-birinin ardınca Mədinəni tərk edən üç yəhudi qəbiləsindən
sonra, konstitusiyada adlarına işarət edilən digər yəhudi ailələri şəhərdə
ticarətçi olaraq yaşamaqda idilər. Onlar həyat və fəaliyyətlərini qanun-
lara uyğun olaraq sürdükləri müddətdə  rahatlıq içərisində olmuşlar.
Hz.Peyğəmbər (s) başda olmaqla, əshabələr bu cür tacirlərlə alış-veriş
işlərində də olmuşlar (Bx. Hamidullah, age, 1, 589). 
Bu vaxtlarda Mədinənin 180 km şimalında olan Xeybər yaşayış
məskəni müsəlmanların əleyhinə bir fitnə-fəsad ocağı olaraq qalırdı.
Müsəlmanların rahatlığı üçün bu maneənin aradan qalxması vacib idi.
Xəndək müharibəsində müttəfiqlər ordusuna pulla əsgər təminatçıları
da xeybərlilər idilər.
Xeybər yəhudləri İslamın inkişafının qarşısını alaraq, müsəl -
manların zərərinə olacaq hər bir işdə qüvvələrini  səfərbər etmişdilər.
Onlar əvvəllər də müsəlmanlara qarşı olaraq Kurayza, Nadir, Kaynuka
yəhudilərinə yardımlar göstərmişdilər. Xeybər səkkiz möhkəm qala-
84
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə