Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə23/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   19   20   21   22   23   24   25   26   ...   110

üstündə durmalı, əhdinə vəfalı çıxmalı və səmimi olmağı bacarmalı-
dır, özünü buna alışdırmalıdır. Qəlbini təmizləmək istəyən hər bir kəs
əvvəlcə niyyətlərində səmimi olmalı və bilikli olmağa çalışmalıdır.
Bilik qazanmağın əsasını isə mövcud şeyləri öyrənməklə əldə
etməkdir.
Li - ədəb-ərkanlı olmaq deməkdir. Hər bir insan çalışmalıdır
ki, başqaları ilə yaxşı münasibətlər qursun, ədəb-ərkanla dolansın,
ölmüş əcdadlara və ruhlara pərəstişlə bağlı ayin və mərasimlərə ciddi
əməl etsin. Ayinlərə düzgün əməl edilməsi və əxlaqi davranış qayda-
ları ilə Yer üzündə ahəngdarlığa nail olunmalıdır. Ayinlər mənasız
hərəkətlər deyil, onların mahiyyəti mütləq dərk edilməlidir.
Syao – oğulluq ehtiramıdır. İnsan, xüsusilə təhsil görmüş, sa-
vadlı, humanist, kamilliyə can atan insan böyüyə, valideynə ehtiramla
yanaşmalıdır. Valideynlərə ədəb-ərkanla xidmət edilməli, onları ədəb-
ərkanla dəfn etməli, onlara ədəb-ərkanla qurban verilməlidir.
Valideynlərinin ehtiramını saxlayan oğul-qız onların qayğısına qal-
malı, onların sağlamlığı və rifahı naminə hər şeyə hazır olmalıdır.
Oğulluq ehtiramı əcdadların ruhlarına pərəstişin davamı kimi başa
düşülməlidir. Konfutsiçiliyin davamçılarına valideynlərinin toplaş-
dıqları yerlərdə toplaşmaq, icra etdikləri ayin və mərasimləri icra
etmək, sitayiş etdikləri ruhlara sitayiş etmək tövsiyə olunur və bu,
oğulluq  ehtiramının ən mühüm göstəricisi kimi səciyyələndirilirdi.
Konfutsinin kamil insan idealı – tszin-tzi təqlid deməkdir.
Kamil insan  iki ən mühüm fəzilət sahibi olmalı – insanpərvərliyi və
borc hissi ilə fərqlənməlidir.
Kamil insan təmiz, səmimi, qorxmaz insandır, hər şeyi görür və
bilir, danışığında diqqətlidir, işlərində ehtiyatlıdır. Şübhələndiyi hər
şey barəsində məlumat toplayır, qəzəbləndiyini hiss edəndə
hərəkətlərini ölçüb-biçə bilir, alış-verişdə təmizliyi gözləyir, gənc
yaşlarında   istəklərini  idarə etməyi bacarır, yetkin yaşlarında  qovğa
və küsüşmədən çəkinir, qocaldıqda xəsislikdən qaçmağa çalışır.
Həqiqi mənada kamil insan ləziz yeməklərə, var-dövlətə, həyati
ləzzətlərə biganə olmalıdır. Belə insanlar özlərini bütövlüklə yüksək
72
Əxlaqa aparan yol


ideallara, həqiqət axtarışlarına, insanlara yaxşılıq etməyə həsr etməli,
heç bir işdə öz xeyrini, şəxsi mənfəətini güdməməlidir. Hakimiyyət
başında olanlar üçün kamil insana xas əxlaqi keyfiyyətlərə
yiyələnmək daha çox vacibdir. Fəzilətlə hökmranlıq edənlərin
hakimiyyəti ədalətli olur, hamını qane edir. İnsan kamil olanda o qütb
ulduzuna bənzərlər ki, öz yerində durur, başqa ulduzlar onun
çevrəsində dövrə vurar, fırlanar.
Çində konfutsiçilik bu gün də gündəmdədir. Bu təlimin əxlaqi
idealları ölkədə geniş təbliğ olunur. Davranışında Konfutsinin
tövsiyyə  etdiyi fəzilətləri əks etdirən  insan başqaları təqlid nümunəsi
sayılır.
Konfutsiçilik XVII əsrdə Yaponiyaya da nüfuz etmiş, təhsil
sisteminə və dövlətçilik prinsiplərinə güclü təsir göstərmiş və əhali
arasında geniş yayılmışdır, təsirini hələ də saxlamışdır.
Onu da qeyd  edək ki, Konfutsiçiliyin təbliğ etdiyi əxlaq qayda-
ları ailədə və cəmiyyətdə insanlar arasındakı münasibətlərin düzgün
istiqamətləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
8. SİNTOİZM VƏ YA “SİN TO”  
8. SİNTOİZM VƏ YA “SİN TO”  
TANRI YOLUDUR 
TANRI YOLUDUR 
Sintoizm öz adını “Sin” (tanrı) və do (yol) sözlərinin  birləş -
məsindən alır və tanrı yolu kimi təşəkkül tapmışdır. Onun yaranış
məkanı Yaponiyadır. Qədim yaponlar onları əhatə edən təbiət
hadisələrinin, bitki və heyvanların, ölmüş əcdadlarının ruhları oldu-
ğunu deyir, onlara pərəstiş edir, ruhlar aləmi ilə özləri arasında əlaqə
yaradan vasitəçilərə - ovsunçulara, şamanlara xüsusi ehtiram
bəsləyirlər.
Sintoizmin kökləri çox qədimlərdən xəbər verir. Burada totemiz-
min, animizmin və digər ibtidai dinlərin, o cümlədən, türkün Tanrı-
çılığını izləmək mümkündür. Sintoizmə görə, kainat
yaradılmamışdan öncə iki tanrı, daha dəqiq tanrı və tanrıça mövcud
73
Ziyadxan NƏBİBƏYLİ


olmuşdur. Kainat onların izdivacından əmələ gəlmişdir. Tanrıça öz
ilkinini – od tanrısını doğanda ölmüşdür. Tək-tənha qalmış tanrının
sol gözündən Günəş ilahəsi Amaterzasu doğulmuşdur. Amaterzasa-
dan doğulanlar Yaponiyanın imperatorları olmuşlar. Onlar  Amarte-
zasanın Yer üzündə təmsilçiləri – mikado sayılırlar. Tanrılarla insanlar
arasında əlaqə onlar vasitəsi ilə həyata keçir. Mikado bütün yaponla-
rın əcdadı hesab edilir.
9. KAMİLƏRƏ PƏRƏSTİŞ 
9. KAMİLƏRƏ PƏRƏSTİŞ 
“Kami” ruh mənasını daşısa da, eyni zamanda bir neçə yerdə
ola bilən vahid vücud kimi izah edilir.
Kamilər Göy ilə Yer arasında həmahənglik yaradır, Günəş siste-
minin və kosmosun yolunu istiqamətləndirirlər. Onlar adətən gözəl
yerlərdə, dağlarda, qeyri-adi formalı ağaclarda və daşlarda,
şəlalələrdə, heyvanlarda məskən salırlar. Kamilər həm də yağış,
külək, şimşək və ildırım şəklində təzahür edirlər. Bəzi insanlar da
kami təbiətinə malikdirlər. Gücü və qeyri-adiliyi ilə dəhşət doğura
bilən və pərəstişə layiq hər şey kami ola bilər. Kami xeyirxahlığı ilə
fərqləndiyi kimi, bədxahlığı ilə də seçilə bilər. Elə bu səbəbdən də
insanlar kamilərə pərəstiş etmiş və insanlar hətta onların şərəfinə
məbədlər tikmişlər. Ümumilikdə sintoistlər tanrıları təsvir etməyi
düzgün saymırlar və bu mənada kamilərin hansı bir formadasa olması
vacib sayılmırdı.
Kamilərə pərəstiş insan həyatının təbiətlə harmoniyası kimi başa
düşülür (türkün Tanrıçılığından əxz edilən fikirdir).  Təbiətin
gözəlliyi, ağappaq qar, xəfif yel, gül, ilıq yağış təbiətin ruhudur və
bu gözəllik formalarına pərəstiş kamiqara- təbii din kimi izah edi-
lirdi. Kamilərin yolu ilə gedərək təbiətdə münasibətdə düzgün və
layiqincə davranmaq kamiqaraya əməl etmək deməkdir.
Sintoizmdə günah anlayışı yoxdur. İnsanlar murdar, napak ola
bilərlər ki, bu da kamiləri incidə bilər, müxtəlif bəlalar – quraqlığa,
aclığa,  müharibəyə səbəb ola bilər.
74
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə