Project3 Layout 1


 BUDDANIN ƏSAS TƏLİMİ NƏ İDİ



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə19/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   15   16   17   18   19   20   21   22   ...   110

2.  BUDDANIN ƏSAS TƏLİMİ NƏ İDİ
2.  BUDDANIN ƏSAS TƏLİMİ NƏ İDİ
O, deyirdi, həyat iztirabdır, onun səbəbi isə  insanın həyatdan
həzz almaq, şəhvətlərini doyurmaq, hakimiyyətə yetişmək istəyidir.
Sonu görünməyən, doymaq bilməyən bu istəyi boğmaqla iztirabı ara-
dan götürmək olar. Buddanın təlimində karma, şansara, dhərmə,
düqhə, nirvana əsas anlayışlar olub, axirət dünyası barədə heç nə
demirdi.
Karma dedikdə Buddaya görə, insanın şüurlu əməlləri başa dü-
şülür. Ona görə, bizim yaxşı və pis əməllərimiz anba-an
şəxsiyyətimizin yaranmasına təsir edir. İnsan öləndə də bu proses
davam edir, dərhal bizim keçmiş karmamızı əks etdirən formada digər
bir canlı varlığa keçir.
Karma qanunu hamıya  aiddir, insanlar da, heyvanlar da, tanrılar
da bu qanuna tabedirlər. 
Şansara ayrı-ayrı hallardan keçmək kimi dərk edilməlidir.
Yəni insan öləndən sonra həyatı boyu etdiyi əməllərə müvafiq olaraq
ya əvvəlki mühitində, ya da daha xoş və ya daha pis bir mühitdə
yenidən doğulur.
Dhərmənin əsl mənası düzgün davranışdır. Odur ki,
Buddizmdə  dhərmə  insanın keçdiyi hər bir inkişaf mərhələsi üçün
düzgün davranış mənasını daşıyır. Dhərmənin digər mənası, həm də
buddizm təlimi mənasında şərh olunur.
Düqhə narazılıq, iztirab deməkdir.
Düqhə insanın
cahilliyindən, biliksizliyindən irəli gələn bir əlamətdir. İnsan bilmir
ki, can atdığı hər şey müvəqqətidir, fanidir. Onun həyatda öz
“mən”ini təsdiq etmək cəhdi də boş və mənasızdır. Düqhədən yalnız
o halda can qurtarmaq olur ki, ağıl fərdiliyin tərkib hissəsi olan bədən,
hisslər, hərəkətlər, şüur torundan, qarışılığından azad olmuş olsun.
Nirvana odun sönməsi mənasını daşıyır. Buddizmdə nirvana
sansaraya əks haldır – nirvanaya nail olanlar yenidən doğulma və bir
mövcudluq formasından başqasına keçmə silsiləsindən çıxırlar. Yal-
60
Əxlaqa aparan yol


nız insan nirvanaya yetişib budda ola bilər. Nirvana ruhani axtarışla-
rının son qayəsidir, azadlıq, arxayınlıq halıdır. Nirvana halına
keçənlər sansaraya qayıda bilmirlər. Ən uğurlu halda insan həyatının
məqsədi nirvanaya yetişmək, kamilləşməkdir. O, elə bir haldır ki,
insan o halda nəzarətsiz istək və şəhvətlərdən azad olur. Bu hala
yetişmək üçün bir insan ömrü azdır. Odur ki, insanlar öləndən sonra
yenidən doğulur, başqa bədənə köçürlər. İnsanən əməlləri sonrakı do-
ğulmalara təsirli olub, onun öz əlindədir.
Onu da deyək ki, Budda ilk vaxtlar vəz etməyə, dörd təməl
həqiqəti açıqlamalarını vermişdir. Sonrakı məsələlər bu dörd
həqiqətlər bünövrəsi üzərində qurulmuşdur:
-  həyat düqhədir, yəni iztirablıdır. Onun kamil olduğunu
demək, ondan razı olmaq mümkün deyildir. Biz həyatımız boyu
müxtəlif müsibətlərlə üzləşir, xəstələnir, qocalır, ölürük. Xoşbəxtlik
ötəridir, iztirab isə bizi həmişə izləyir;
düqhənin səbəbi tanhadır, yəni bizim xudbin istəklərimizdir.
Bizi iztirab çəkməyə vadar edən öz istəklərimizdir. İstəklər doymaq
bilmir, biz onları doyurmağa çalışarkən vicdanımızı itirir, cinayət
işlədirirk;
düqhənin qarşısını yalnız istəkləri boğmaqla, nirvana halına
nail olmaqla almaq mümkündür. Nirvana halında isə istək və
xəyallar tükənir, insan istəklərini özünə tabe edə bilir və özü-özünün
sahibi olur;
tanhanı məhv edib nirvana halına nail olmaq üçün Səkkiz
Salehlik Yolunu tutmaq lazımdır.
Səkkiz salehlik yolu nədir? Onun mənası doğum və ölüm
dövrəsindən çıxıb rahatlıq  tapmaq üçün səkkiz salehlik yolu tutul-
malıdır. Həm də, səkkiz salehlik səkkiz saleh addım kimi qəbul
edilməlidir.
Saleh dərketmə - Buddanın dedikləri düzdüz-dünya iztirabdır,
“iztirabdan qurtulmaq üçün istəkləri boğmaq lazımdır”  kəlamının
qəbul etmək deməkdir.
Dörd təməl həqiqətin işığında köhnə təsəvvürlərdən, xəyal və
61
Ziyadxan NƏBİBƏYLİ


istəklərdən yaxa qurtarmaq olar.
Saleh qətiyyət -  insan iztirabın haradan doğulduğunu dərk
etdikdən sonra daxilən qəti qərar qəbul etməyi, yolunu dəqiq
müəyyən etməyi, istəklərini məhdudlaşdırmağı bacarması deməkdir.
Saleh söz – insanın boş danışıqdan, yalandan, laqqırtıdan, dedi-
qodudan, iftiradan, xəbərçilikdən, söyüşdən çəkinmək deməkdir.
Saleh əməldə - insan yaxşı işlər görməli, pis əməllərdən
çəkinməlidir. Onun üçün Buddizmin beş əxlaqi davranış qaydasını
gözləmək gərəkdir: Öldürməmək, oğurluq, zinakarlıq etməmək, ya-
landan çəkinmək, sərxoşluq etməmək.
Saleh həyat tərzi – yəni sənin qazancın yalnız beş əxlaqi davra-
nış qaydasına zidd olmayan məşğuliyyətdən bəhrələnməlidir. Seçdi-
yin məşğuliyyət başqasına ziyan gətirməməlidir. Əksinə, sən öz
sənətinlə başqalarına yaxşı xidmət etməlisən.
Saleh səy – mənası: insan mənəvi kamilliyə səy etməli, özü də
şər doğura biləcək zərərli halları aradan qaldırmalıdır. 
Saleh niyyət – insan başa düşməlidir ki, canında şər var, şərdən
xilas olmaq üçün niyyətlərini təmiz saxlamalıdır.
Saleh müşahidə - dərin müşahidələrə dalmaqla insan rahatlıq
tapır, fikir dolaşıqlığının doğurduğu nizamsız həyəcan keçib gedir.
İnsan fikrində rahatlıq tapanda həqiqətlərin həqiqi təbiətini düzgün
əks etdirir.
Buddizmin dini mənbələri. Budda öz fiziki ölümünə qədər
əvvəldə dediyimiz kimi 45 il təbliğ etmişdir. Deyilənə görə Buddanın
80 min moizəsi olmuşdur və bu deyilənlər  “Tripitaka” – yəni “Üç
qanun zənbili” adlanan 45 cildlik kitabda toplanmışdır. Qeyd edək
ki, o dövrdə indiki kitablar qaydası yox idi. Bəzən bir keçi, qoyun,
quzu dərisi üzərindəki yazıya bir kitab kimi baxırdılar.
Beş əsr ərzində Buddanın təlimi şifahi ötürülmüşdür. Yalnız e. ə.
I əsrdə müvafiq mətnlər meydana çıxmışdır. Təlimi ilk dəfə xurma
yarpaqları üzərində yazmış və zənbillərə yığmışlar. Sonrakı 500 il
ərzində traktatlar yazılmağa başlanıb. Buddizmin ən geniş yayılmış
kitabı “Həqiqət yolu” mənasını verən “Dhammapada”dır. Kitab
62
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə