Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə16/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   12   13   14   15   16   17   18   19   ...   110

brəhmənlər xüsusi çəkiyə yüksəldilər – tanrılara qurbanlar yalnız on-
ların vasitəsi ilə verilirdi, brəhmənlər bütün dörd vedaya şərhlər ya-
zırdılar. Yeni şərhlər də brəhmənlər adlanırdı. Çünki, yalnız
brəhmənlərin vedaları şərh etməyə haqqı və hüququ var idi. Hər ve-
danın öz brəhməni vardı. Bir qədər sonra kahin brəhmənlər və mətn
brəhmənlərdən başqa, Mütləq Tanrı ideyası da ortaya çıxdı və
nəticədə brəhmənizm dini təşəkkül tapdı.
Vedalar dinində aparıcı yeri atəşə qurbanvermə ayini tutur.
Mərasimdə insanlar ocaq qalayır və oraya Od tanrısı Aqni üçün
hədiyyələr – taxıl, ərinmiş yağ, məstedici içki soma, ətirli gül-çiçəklər
atırdılar. Mərasimdə oxunan nəğmələrdə işıq və aydınlıq tərənnüm
edilir, zülmət və qaranlıq lənətlənirdi. Atəş insanı təmizləyir, paklaş-
dırır. Bu səbəbdən insan atəşi həmişə qoruyub saxlamalıdır. Atəşə
qurbanvermə ayini açıq havada – Qanq və Camna çaylarının qovuş-
duğu yerdə, hiduist möminlərin ziyarətgahında icra edilir.
Hinduizmə görə, Vişni və Şivaya pərəstiş də mövcuddur. Vişni
xeyirxah və mərhəmətli tanrıdır və o, həm də qüdrətli tanrıdır.
Vişni adətən arvadı – firavanlıq tanrısı Şri Lakşmi ilə birlikdə
mədh edilir. Lakşmi suda üzən nilufər gözəl, işıqsaçan qadındır.
Nilufər suda üzsə də, kökləri gilin içindədir, ruhi enerjini təcəssüm
etdirir, üzvi həyatın münbitliyi rəmzidir, əsrlər ötdükcə Vişninin
göbəyindən bitən nilufər üzərində daim yenidən doğulur.
Əgər, Vedalar dinində Vişni Günəş tanrısı kimi tanınır və elə bir
mühüm rol oynamırdısa, brəhmənizm və hinduizmdə o, hifz edən baş
tanrıdır, çox qüdrətlidir.
Şivaya pərəstiş də qədim tarixlidir. Şiva hinduizmin tanrılar
silsiləsinin  başında duran üç tanrıdan biridir. Trimurti – xəlq edən
tanrı Brəhmə, hifz edən tanrı Vişni, dağıdan və quran tanrı Şivadır.
O, çoxcəhətli tanrı olub – qurur və dağıdır, hifz edir, möminlərin dos-
tudur, ilkin nəfsdir, hər şeyə nüfuz edə bilir. Şiva həm də yoqların
tanrısı, zahidlik rəmzidir. Onu çox vaxt Kaylas dağında əynində
pələng dərisi, boynunda ilan vəcd halında təsvir edirlər.
Hindistanda dastanların da dini var. Adsız, şəxssiz Mütləq
50
Əxlaqa aparan yol


Tanrıya sitayiş etmək müəyyən çətinliklərlə əlaqədardır. Dini şüur öz
sitayiş yerini mümkün qədər özünə yaxınlaşdırmağı arzu edir. Bu
mənada əsrlər boyu xalq arasında yaranan əfsanə və rəvayətlərdə
Brəhmənin ayrı-ayrı simalarda təcəllilərinə sitayiş geniş yer almışdır.
Bu əfsanə və rəvayətlər Nahabharata və Ramayana kimi dastan-
larda və digər dini-ədəbi abidələrdə - puranalarda öz əksini tapmışdır.
Puranalar eradan əvvəl I minilliyin ortalarında yaranmışdır. Hər bir
purananın hansı tanrıya həsr edildiyindən asılı olaraq Vişnuizm, Şi-
vaizm və Brəhmənizm puranaları fərqləndirilir.
Mahabharata eradan əvvəl I minilliyin ortaları və Ramayana era-
dan əvvəl II əsrdə Mütləq Vücudu Vişni kimi təqdim edilir. Əxlaqi
nizam kimi dhərmə tənəzzülə uğrayanda Vişni müəyyən bir Şəxsdə
Yer üzündə təcəlli edib antitanrıları məğlubiyyətə uğradır. Əgər, Ma-
habharatada  Vişni Vyasa simasında təcəlli edirsə, Ramayanada o,
onbaşlı əjdaha Ravananı öldürmək üçün xeyirxah şahzadə Rama si-
masında zühur edir.
Mahabharatanın hikmətli kəlamlar və tövsiyyələrlə dolu bir
hissəsi “Bhaqavad –qita” adlanır. Əsər Krişna ilə onun yaxın dostu
fədaisi Arcunanın döyüş meydanında apardıqları dialoqlar
şəklində yazılmışdır. Bu dialoqlarda dinin təbiəti açıqlanır. Döyüşdən
əvvəl Krişna Arcunaya  öz “mən”i hüdudlarından kənara çıxmaq və
əbədiliyi dərk etmək yollarını öyrədir. O, tanrıya təmənnasız xidmət
etməli, iyrənc hərəkətlərdən uzaq olmalıdır, çünki bu hərəkətlər insanı
doğuluş və ölüm dövrəsinə bağlayır. Krişnanın göstərişlərinə əməl
etmək həqiqi yoqadır. Bhaqavad – qitanı hekayət edən Krişnadır.
Krişna Tanrı – Ali Şəxs, Bhaqavandır. O, Bhaqavad – qitanı ona
görə Arcunaya hekayət edir ki, Arcuna Tanrının fədaisi, sədaqətli şa-
girdi və yaxın dostudur. Arcuna Bhaqavad – qitanı eşitdikdən sonra
Krişnanı Ali Brəhmə kimi qəbul edir.
Əlbəttə, Bhaqavad – qitanın məqsədi insanları maddi aləmin
zülmətindən xilas etməkdir. İnsan maddi dünyada olduğu üçün qay-
ğılar girdabındadır – onun varlığı yoxluq (asat) kimidir.
Tanrı insanı ölüm qorxusu altında yaşamaq üçün yaratmamışdır.
51
Ziyadxan NƏBİBƏYLİ


İnsan öz iztirablarının səbəbini axtarmalı, haradan gəldiyinə, öləndən
sonra hara gedəcəyinə cavab tapmalıdır, bunun üçün o, Mütləq
Həqiqəti dərk etməlidir.
Krişna bəyan edir ki,  Mütləq Həqiqətin dərk edilməsinə aparan
ən böyük yol Bhakti-yoqadır. Bu yol Tanrə ilə bilavasitə ünsiyyət
saxlamaq üçün ən asan yoldur.
Bhakti-yoqa möminləri Krişnanın şəxsiyyət formasına bağlan-
mağa çağırır. Bhaqmat-qitada Krişna Arcunanı əmin edir ki, Krişna-
nın şəxsiyyəti formasına bağlı olmaq daha yaxşıdır. Çünki, bu halda
insan eyni zamanda bütün başqa formaları da dərk edə bilir və heç
nə onun Krişnaya məhəbbətinə maneçilik törətmir. Ağlını Krişnanın
şəxsiyyət formasında cəmləşdirən, Ona inam və sədaqətlə sitayiş
edən insan yoqada hamıdan kamil olur.
Hinduizmə qədər hind dini-fəlsəfi fikri bir sıra sistemlər işləyib
hazırlamışdır. Bu sistemlərdən üçü – Sankhya, Yoqa və Advayta Ve-
danta dini-mənəvi ənənlərin inkişafına güclü təkan vermişdir.
Sankhya – qədim hind mütəfəkkiri Kapila (e. ə. VIII-VII əsrlər)
tərəfindən yaradılmışdır. Sankhya dualist konsepsiyasının əsasında
bir-birinə fəal qarşılıqlı təsir göstərən iki əbədi başlanğıc – prakriti
(ilkin materiya) və puruşa (ruh) durur.
Sankhya fəlsəfəsinin qayəsi puruşaya materiyanın əsarətindən
azad olmaqda kömək etməkdir. Bunun üçün puruşanı müxtəlif üsul-
larla 24 materiya elementindən ayırmaq lazım gəlir. Ruh və
elementlərdən ayrıldıqdan sonra fərdi ruhani başlanğıclar  formasını
alır.
Yoqa sistemi çərçivəsində işlənib hazırlanmış və qədim hind
mütəfəkkiri Patancalanın (e. ə. IV-III əsrlər) adı ilə bağlı  metod və
üsullar da puruşanı prakritidən ayırmaq, fərdi puruşanın İşvara adla-
nan ümumi Puruşa ilə qovuşması məqsədini güdür. Yoqa sistemində
əsas gündəlik təcrübə, metod və təmrinlərdir. Deyilənlərin mahiyyəti
ondan ibarətdir ki, mokşa halına yetişməyə səy edən fərd öz adi şüu-
runu, hisslərini, duyğularını fiziki və ümumiyyətlə, həyati fəaliyyətini
nəzərdə saxlamağı öyrənsin, bu yolla özündə İşvara ilə görüşə hazır
52
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə